Yarışma boyu mənə dəstək olan hər kəsə çox təşəkkür edirəm. SİZİN diqqətiniz, sevginiz mənə böyük ruh verdi. Var olun ! Dəyərli Samirə xanımın seçiminə böyük hörmətlə yanaşıram. Nə yaxşı ki, bu müsabiqədə mənim ustadım oldu. Ona böyük sevgiylə❤️
Vaxtını ayırıb xoş söz yazan, mənim üçün sevinən hər kəsə dərin hörmətlərimi, sevgilərimi yetirirəm!❤ Roman və Ləman xanıma həyatda böyük uğurlar arzu edirəm! Bu bir yarışmadır, əsas odur həyatda uduzmayaq! 🎉❤🌟🙏
Ləmana o qədər əmin idim ki... Sözüm yoxdur daha sadəcə dəhşətsiniz. Nəysə onsuzda bu verilişdə tanınan çox az saylı yarışmacılar oldu məncə. Ələnən Ləman, Gülyaz, Rəqsanə, Səttar, Ərəstun və heç seçilə bilməyən Vəsilə Heyif hamısından inşallah uğurları bol olar gələcəkdə❤❤❤❤
Fikirləşirdim ki, Ləmanı seçsə Rəvan üçün heyiflənəcəm, Rəvanı seçsə Ləman üçün kədərlənəcəm. Sadəcə İkisi arasında seçim edə bilmirəm, keşke hər ikisini finalda görsəydik🤷🏻♂️
Heyf Ləmandan. Samirə xanım düzgün etmədi. Ləman kimi həm sazda ifa edən, həm müasir estrada, həm də xarici mahnıları oxuyan musiqiçilər çox deyil. Uğurlar, Ləman🙏
Samirə xanım çox düzgün seçim etdi.Mən elə ürəyimdə Rəvanı tutmuşdum.Amma inanmırdım,Ləmanı seçəcəyini düşünürdüm.Çox düzgün seçim oldu,nə saza,nə də Cəngiyə uymadı.Əsl səsi seçdi...❤❤❤
Əslındə Ləman bu tur yox duet həftəsində oyundan kənarlaşmalı idi.Lakin Samitə x duet həftəsində yox ələnmə turunda öz səhvini anladı.Demək ki Samirə x dediyinə görə hər janrda ifa etməyi bacarmaq onun üçün bu turda önəmli olmadı.Gec də olsa Samirə x öz səhvini başa düşdü.
Bu qədər uzun və bu qədər hər sözündə səhv bir fikir necə yazmaq olardı axı? Müsabiqədə Rəvandan başqa, azı 4-5 başqa muğam müsabiqəsi iştirakçıları var, O Səs Türkiyə, digər müsabiqələrin iştirakçısı var, gözünüz tək Rəvanımı tutmadı? Rəvan onların içində həm ən gənci, həm də ən istedadlısıdır. Ona heç bir qələbə çox deyil. Bahalı maşında gəzmir, toylardan onminlərlə pul almır, gündə efirlərə çıxmaq üçün pul vermir. Çox istedadlı gəncdir, qətiyyən qədrini bilmirlər ölkədə. Müsabiqədə böyük haqsızlıq olmasa, qalıb mütləq Rəvan Qaçayev olmalıdır. Azərbaycan incəsənətinin gələcəyini gözəl görmək istəyən hər kəs ona dəstək olmalıdır. Böyük xanəndələri heyran edən səsdə "indeyski boğaz" dediyinizi haradan eşitdiniz? Yəni, Əlibaba Məmmədov, Arif Babayev, Mələkxanım Eyubova, Teyyub Aslanov səhv bilir, Siz isə onlardan daha yaxşı bilirsiniz? Hər halda, yanlış eşitmisiniz. Daha da böyük səhv edib, yazmısınız. Dəstək olmursunuz - eybi yox, axmaq sözlər yazıb, adamı ruhdan salmayın. Qəddarlıq həmişə cahilliklə əl-ələ gedir.
Sizin Azərbaycan Respublikasından da xəbəriniz var imiş. Bu, həqiqətən də, sevindirici bir haldır, elə bilirdim, SSRİ-nin süqutu barəsində sizə məlumat verməyiblər. İnşallah, bir gün imkan edib, Azərbaycan əlifbasını, sonra isə sözlərin düzgün yazılışını da öyrənərsiniz. O vaxta kimi isə zövq və tərbiyə barəsində sizinlə danışmaq mənasızdır. Söz azadlığına gəlincə isə, hüquqi cəhətdən, tam haqlısınız. Azərbaycanda bisavadlıq, zövqsüzlük cinayət hesab olunmur, tam qanun çərçivəsindəsiniz. Sadəcə nəzərə alın ki, haqlı, düzgün söz demək də demokratik ölkədə qadağan deyil, ona görə, mən də Sizin hər sözdə həm linqvistik, həm də fikir barəsində səhv olduğunuzu demək hüququmdan istifadə edirəm. O ki qaldı iç göynəməyinə, mən sadəcə haqsızlıq sevmirəm. Bəs Sizin haranız göynəyir? Niyə demirsiniz ki, məsələn, Türkay həm muğam müsabiqəsində oxuyub, həm xalq ulduzu müsabiqəsində oxuyub, həm yaşı daha çoxdur? Ona da elə gedib "hарда аш ордабаш" zad yazmısınızmı?
Təhqir, qarğış yazıb, sonra da tərbiyədən danışmaq. Əsl internet trollu tapmışam. Rəvan çox gəncdir, özü də savadlı adamdır, siz istifadə etdiyiniz əlifba onun dünyaya gəlişindən illər əvvəl ləvğ olunub, bu səhv-sühv söz yığımını çətin ki, oxuya bilsin. Soğan söhbəti isə indi aydın oldu, özünüzün yarışmada iştirakınız uğursuz olub, indi gənc istedadlar çox yandırır. Yəqin ki, öz həqiqi adınızdan istifadə etməyə belə cürət etmirsiniz. Yarışma yenə olacaq, bir daha özünüzü sınaya bilərsiniz. Amma etməsəniz, daha yaxşı olar. Nə isə, trollarla ünsiyyət həmişə əyləncəli olsa da, daha dəyərli vaxtımı sizə sərf etməyim. Bayramınız mübarək, arzu edirəm, həyatda gözəlliklər görüb, onlardan həzz alasınız.