Тёмный

Akif Səməd - Ölüm, qurtar gordan məni 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 861
50% 1

Şeir: Akif Səməd - Ölüm, qurtar gordan məni
Səsləndirmə: Akif Səməd
Musiqi: Aqşin Əlizadə - Hüzn valsı
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
AKİF SƏMƏD - ÖLÜM, QURTAR GORDAN MƏNİ
Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.
Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.
Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.
Hamımı azıb "babı"dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.
Yazıçı Kənan Hacı:
“Akif Səmədin ölümü mənim gözümün qabağında olmuşdu. Bir neçə dəqiqə əvvəl Yazıçılar Birliyinin Natəvan klubunda şair Rəfail İncəyurdun kitabının təqdimatında çıxış edirdi. Səhv etmirəmsə, tədbirin aparıcısıydı. Ondan əvvəl pilləkənlərdə rastlaşdıq, hal-əhval tutduq. Dedi, qalxım redaksiyaya, uşaqlara təzə kitabımı gətirmişəm. Birlikdə “Ulduz” jurnalının redaksiyasına qalxdıq, Qulu Ağsəsə və mənə kitablarını bağışladı, avtoqraf da yazdı. Sonra başımız söhbətə qarışdı, Akif Səməd səssizcə çəkilib getdi. Uşaqlarla sağollaşıb aşağı düşəndə Natəvan klubunun qapısından içəri boylandım. Akif Səməd səhnədə ayaq üstə dayanmışdı, danışırdı. Samir Sədaqətoğlu ilə aşağı düşdük. Bir az parkda gəzişdik. Və... Bilmirəm nə qədər müddət keçdi. Yazıçılar Birliyinin qarşısına xeyli adamın yığıldığını gördük və tez yaxınlaşdıq ki, görək nə baş verir.
Ölüm Akif Səmədə yolu keçməyə imkan verməmişdi... Yerdə uzanmışdı və xırıldayırdı. Bir az əvvəl Qulu Ağsəsin ona verdiyi “Ulduz” jurnalının son sayını kimsə başının altına qoymuşdu. O jurnalı oxuya bilmədi... Akif Səməd beləcə bir göz qırpımında canını tapşırdı. Az sonra Nizami Cəfərov da gəlib çıxdı. Əlisəmid Kür və bir neçə nəfərlə birlikdə Akif Səmədi maşına qoyduq. Yadımdadır, İlham Qəhrəman bir küncə çəkilib hönkürürdü”.
#akifsəməd #ölümqurtargordanməni #aqşinəlizadə #hüznvalsı #akifsemed #şeir #şair #poeziya #ədəbiyyat #ədib #sənət #sənətkar #musiqi #kitab #yazar #yazıçı #şeirlər #şairlər #şeirlərimiz #şairlərimiz #aqşinelizade #huznvalsi #huznvalsı #biraddimla #biraddimlayol

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Лиса🦊 УЖЕ НА ВСЕХ ПЛОЩАДКАХ!
00:24
ХОМЯК ВСЕХ КИНУЛ
10:23
Просмотров 635 тыс.
Ağalar Bayramovun dediyi şeir hamını ağlatdı
5:35
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Просмотров 244 тыс.
INSAN HEYATI HAQQINDA MENALI QEZEL
33:27
Просмотров 170 тыс.
Akif Səməd
17:06
Просмотров 12 тыс.