Тёмный
No video :(

Aldı Hüseyn Qan İlə Bir Dəstəmaz. (alt yazılı) 

Mirhaşimi
Подписаться 2,5 тыс.
Просмотров 4,5 тыс.
50% 1

Aldı Hüseyn qan ilə bir dəstəmaz
Ta edə Məbudilə razu-niyaz
Aşiqə bax can verir - yarələri qan verir
*****
Məst olub azadələr azadəsi
Başa çəkib eşqu-vəfa badəsi
Məqtələ bax qanlıdı səccadəsi
Cilvə verir eşqinə ruhi namaz
.
Səcdəyə düşdü dili suzan iləXəlvət edib həzrəti Canan ilə
Başladı zikrin ləbi ətşan ilə
Əhli namazı elədi sərfəraz.
Ravi deyir fikr elədim su deyir
Gördüm ürək dərdin o həqq qu deyir
Su nədir, aşiqdi bu ya Hu deyir
Eylir öz istəklisinə kəşfi-raz.
Əldə qədəh movci mələk sərbesər
Su gətirblər, içər aşiq məgər
Abi-həyata, bu susuz naz edər
Kosəru Zəmzəmdən olub biniyaz.
Salikə verməz biri yoldaş yeri
Xalidi Əkbər yeri, qardaş yeri
Səcdəgəhində görünür daş yeri
Yaralı halıyla edir yarə naz.
Ərz edir: Allah Sənə mən talibəm
Puri Əliyyibni Əbi Talibəm
Ruhi übudiyyətə mən qalibəm
Bəndənə rəhmət qapısın eylə baz.
Getdi hicabat aradan nagəhan
Verdi Hüseynə, Yaradan tazə can
Gərmi hüzur oldu imami zəman
Eylədi Canan qonağın pişivaz.
Səs gəlib ey aşiqi zarim mənim
Fatimənin oğlu nigarım mənim
Yarınam ey sevgili yarım mənim
Dərdini gizlətmə mənəm çarəsaz.
Şölədə bimarını mən saxlaram
Qorxulu qızlarını mən saxlaram
Zeynəbi biyarını mən saxlaram
Etmə Hüseyn bir belə suzi-qudaz.
Ərş sənin, aləmi-imkan sənin
Hur sənin, cənnəti rizvan sənin
Mən edərəm dərdinə dərman sənin
Qoy çəkilə xəncərə ətşan boğaz.
Göz tikəcək həşridə ümmət sənə
Mən verirəm qoli şəfaət sənə
Nuş ola bu şəhdi şəhadət sənə
Ey şərəfi Kəbə, şərifi Hicaz.
Dəsti rədd aşiq döşünə vurmaram
Qəlbi sınıqsan səni sındırmaram
Kim sənə yansa onu yandırmaram
Yaz adını hər kəsə versən cəvaz.
Gərmi münacatidi sultani din
Xəncərin aldı ələ Şimri ləin
Başladı qəm nohəsi Ruhul əmin
Çatdı murada əzəli eşqbaz.
Gözdən axır üzlərə yaş gördülər
Yerdə bədən nizədə baş gördülər
Hər tərəfə baxdılar daş gördülər
Aşiqə məşuqu verib imtiyaz.
Saxla Kəlami bu qənimət dəmi
Var yeri yandırsa sözün aləmi
Bani olub Sacidi və Xatəmi
Fatimədir müştəri sən nohə yaz.
instagram Səhifəmiz: / mersiyeler_12
#mərsiyələr

Опубликовано:

 

26 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@krbladanglntir7845
@krbladanglntir7845 2 года назад
Ya Hüseyin 😔🥀
@huseynbalababayev3555
@huseynbalababayev3555 2 года назад
😭😭😭
@shahsenemmovsumova4591
@shahsenemmovsumova4591 2 года назад
😭
@seyyide_hashimi
@seyyide_hashimi 2 года назад
🏴🏴🏴🏴🏴🏴
@xtq_aliyeff
@xtq_aliyeff 10 месяцев назад
🏴🏴
Далее
Yigma Dini Mahnilar (Mersiyyeler) 2022
24:27
Просмотров 1,9 млн
İmam Hüseynə aid mərsiyə
7:45
Просмотров 84 тыс.
Коротко о моей жизни:
01:00
Просмотров 312 тыс.
Hüseynim vay
12:50
Просмотров 361 тыс.
Əbəlfəz ya Əbəlfəz Mərsiyə sözləri
4:54
Просмотров 95 тыс.
Su kimi Əli Axıb Ağlaram. (alt yazılı)
5:05
Просмотров 11 тыс.
Aldı Huseyn qan ile bir destemaz
4:37
Просмотров 40 тыс.
Mehdi Rəsuli - Əli (ə) Canem |ALTYAZILI|
5:00
Просмотров 412 тыс.
Asiqe bax can verir
4:22
Просмотров 1 млн
Baqir Mensuri Lay lay Əbəlfəzl
8:14
Просмотров 448 тыс.
Коротко о моей жизни:
01:00
Просмотров 312 тыс.