Тёмный

"ALLAH" ŞEİRİ  

Samin Məmmədov
Подписаться 1,5 тыс.
Просмотров 3,3 тыс.
50% 1

Müəllif: Samin Məmmədov
İfa: Əməkdar artist Cəlal Məmmədov
Video montaj: Emin Məmmədov
-----
Yoxluqdan var edib bu kainatı,
Ərşin üzərinə ucalıb Allah.
Göyün də, Yerin də hər məxluqatı,
Səndən qüvvətlənib, güc alıb, Allah!
Ağacdan tökülən bir quru yarpaq,
Sənin o elmindən qalmayar gizli.
Verdiyin əmr ilə olubdur torpaq,
Baxçalı, meşəli, çaylı, dənizli.
Qaranlıq gecədə gəzən qarışqa,
Qara daş üstündə Sənə əyandır.
Sənin o hökmündən bircə qarış da,
Bu aləm nə o yan, nə də bu yandır.
Yuvadan ac uçub çıxan hər quşa,
Dən verib qaytaran Sənsən tox ikən.
Sənin istəyinlə gəlibdir cuşa,
Bütün bu kainat heçdən yox ikən.
Hər şeyi bürüyən Öz elmin ilə,
Ağızı, burunu, gözü var etdin.
Qüsursuz hökmünlə, “ol” əmrin ilə,
Dil-dodaq yaradıb sözü var etdin.
Göydə qanad çalıb səmada süzən,
Uçmaqla həzz alan quşlar yaratdın.
Balıq tək durmadan fəzada üzən,
Ulduzlar, günəşlər, daşlar yaratdın.
İnsanı yüksəltdin Sən pillə-pillə,
Ona ağıl verdin, ona nur verdin.
Müxtəlif rəng ilə müxtəlif dillə,
“Bir kəsdən” xəlq edib Sən qürur verdin.
Sən suyu yaratdın duru, pak, təmiz,
Günəş istisində susuz yanmayaq.
Bu qədər nemətlər qarşısında biz,
Bəs necə baş əyib Səni anmayaq?
Ölüm tək yuxuya daldıqdan sonra,
Bizi çıxarırsan nurlu sabaha.
Ruhumuz yanında qaldıqdan sonra,
Sənə dönəcəyik yenə, bir daha.
Pambıq tək görsənən ağır buludu,
Bir yerə qovursan küləklər ilə.
Sənin dərgahında insan uludur,
Yalnız təqva dolu ürəklər ilə.
Sənsən göy otları, yaşıl ağacı
Qışda qurudaraq yazda can verən.
Sənə ibadətdir insan amacı,
Budur “o dünyada” həyəcan verən.
Günəşi xəlq edib nur verdin Aydan,
Gül-çiçək bitirdin yağan yağışla.
Nə vaxt ki, köçərik fani dünyadan,
Bizi əfv eylə Sən! Bizi bağışla!
Bizi əfv eylə Sən! Bizi bağışla!
#Allah #Yaradan #Xaliq #İslam #din #Quran #kainat #insan #göy #ulduz #bulud #Yer

Опубликовано:

 

18 дек 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 20   
@TURANdotMUSLIMOVA
@TURANdotMUSLIMOVA Год назад
👍👍👍
@iqbalesgerov8891
@iqbalesgerov8891 2 года назад
Allah razı olsun mohteşem
@SI-de6zp
@SI-de6zp 2 года назад
Allah ,Nizami genceviye rehmet elesin.amin.
@familmemmedkerimov7584
@familmemmedkerimov7584 2 года назад
,👍
@ramilagayev8133
@ramilagayev8133 11 месяцев назад
Le Ilahe illallah
@adilqarayev6643
@adilqarayev6643 Год назад
ALLAHU ƏKBƏR!!!
@roya_uzinger313
@roya_uzinger313 3 года назад
Maşallah olsun
@mehparesalimova2782
@mehparesalimova2782 3 года назад
Amin.Amin.
@elnurakbarli0219
@elnurakbarli0219 Год назад
Yaxşı şeirdi
@tuncayaliyev6819
@tuncayaliyev6819 2 года назад
Əlhəmdülilləh! Quranı oxuyan, dərk eləyən nə xoşbəxtdir Allaha! ☝ inşəAllah bununlada bitməz Allahla bağlı sözlər! 🙌
@elzaahmedova8559
@elzaahmedova8559 3 года назад
ƏLHƏMDÜLİLLAH🙏🙏
@ABDULLAH._83
@ABDULLAH._83 3 года назад
Mə şəə Allah. ALLAHUMMƏ bərik
@reshad4890
@reshad4890 Месяц назад
Allah razı olsun
@zaurzaur5352
@zaurzaur5352 2 года назад
ƏLHƏMDULİLAH
@zaurzaur5352
@zaurzaur5352 2 года назад
AMİN
@zaurzaur5352
@zaurzaur5352 2 года назад
👍
@samirmamedov4160
@samirmamedov4160 Год назад
MəşəəAllah
@user-bh4dn8vi8l
@user-bh4dn8vi8l 6 месяцев назад
MaşaAllah Ğözəl şeyrdi Davamı ğəlsin inşəAllah Allah razı olsun
@Kenan_Kerimov
@Kenan_Kerimov 3 года назад
MaşaAllah, Samin bəy, ürəyinizə və elminizə sağlıq! Çox çox gözəl!
@samirjafarzade7710
@samirjafarzade7710 3 года назад
Allah sizi Onun şanına həsr etdiyiniz şer səbəbiylə bağışlayıb əfv etsin!
Далее
Kenan Akberov - Sevgi Seirleri  Yeni
8:05
Просмотров 85 тыс.
Kenan Akberov - Ay Ogul (Secme Şeirler) Yeni
8:42
Просмотров 69 тыс.
Running With Bigger And Bigger Feastables
00:17
Просмотров 25 млн
Insane Coffee trick EXPOSED 😱☕️ #shorts
00:20
Kenan Akberov - Yalan Dunya (Şeir) Yeni
13:27
Просмотров 253 тыс.
XƏZƏR SÜLEYMANLIDAN 5 GÖZƏL ŞEİR
8:52
Просмотров 226 тыс.
Nizami Gencevi - Gelmiş idi
1:53
Просмотров 21 тыс.
Allahın 99 gözəl adı #1 | tövbəzamanı adlar
10:30
Ramiz Rövşən- Qocaliq
2:49
Просмотров 605 тыс.