Тёмный

Almaxanım - EŞQ 

Almaxanim
Подписаться 160 тыс.
Просмотров 1,5 млн
50% 1

Almaxanım - Eşq
Söz: Məhəmməd Kərimli
Musiqi: Toğrul Salmanov
Digital platformalarda dinle:
Spotify: spoti.fi/3sCuTPe
Apple Music: apple.co/3Lfg4Zw
Aranjeman: Rəşadət Fərzəliyev
Skripka: Heydər Binyatov
Cümbüş: Gokhan Yegin
Ud: Kenoud
Gitara: Mehdi Mamedov
Perkussiya: Vəfadar Ramiz
Miks/Master: Rəşadət Fərzəliyev
Video: Fərid Həsənov
Saç/Makiyaj: Nuranə Namazova
"EŞQ" sözləri
Gecə xəyalıyla yatıb hər səhər
Görmək ümidiylə oyanmaqdı eşq
Həyata baxmaqdı nağıllar kimi
Min bir möcüzəyə inanmaqdı eşq
Onu hər görəndə dolaşdıqca dil
Susur o danışsa dünya elə bil
Nə sarılmaq deyil, nə öpmək deyil
Əlini tutmağa utanmaqdı eşq
Hər şeydə biraz o düşünür adam
Havada ayrı tam, suda ayrı tam
Həyat gözlərində dəyişir tamam
Elə bil yenidən yaranmaqdı eşq
O qədər yıxılıb,qaçan, tələsən
Yerində bərk dayan deyim biləsən
Hər şey məhv olacaq biraz büdrəsən
İncə ip üstündə dayanmaqdı eşq
Onu hər görəndə dolaşdıqca dil
Susur o danışsa dünya elə bil
Nə sarılmaq deyil, nə öpmək deyil
Əlini tutmağa utanmaqdı eşq
Hər şeydə biraz o düşünür adam
Havada ayrı tam suda ayrı tam
Həyat gözlərində dəyişir tamam
Elə bil yenidən yaranmaqdı eşq
DİQQƏT!
Kopyalamaq qəti qadağandır!
© 2022 ALMAXANIM
℗ 2022 ALMAXANIM
#Almaxanım #Eşq #AlmaxanımƏhmədli

Видеоклипы

Опубликовано:

 

14 май 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 782   
@Almaxanim
@Almaxanim Год назад
Bütün sevənlər üçün 💕
@moon-fn4fb
@moon-fn4fb Год назад
Size cani gonulden xosbextlik ve aile seadeti arzu edirem 🌷🌷🌷
@rzayevavefa1399
@rzayevavefa1399 Год назад
Almaxanim sənin səsinə qulaq asanda adam kecmisə gedir.Birdə neçə defə yazmişam.Sizin səsiniz Şövkət Ələkbərovanin səsinə oxşayir məlahətlidir.Allah can saqliqi xösbəxtlik versin.
@refiyeva509
@refiyeva509 Год назад
Mahni gozeldi Sesiniz ifa terziniz hərşey ela
@miragamelik8945
@miragamelik8945 Год назад
Cox sagolun her gun bu mahniya qulaq asiram en azi 2 defe aylardi
@iradehuseyinova5500
@iradehuseyinova5500 Год назад
Allah səni xoşbəxt eləsin
@salehhuseynov6217
@salehhuseynov6217 11 месяцев назад
Baxış milyon olmasa da, inanıram ki, burdakılar milyon dəfə dinləyib! Möhtəşəmdir Almaxanım!
@aytekineliyeva3596
@aytekineliyeva3596 3 месяца назад
Sizinle raziyam....şexsen men ele o qeder dinledim...
@lemaneliyeva-sm3xx
@lemaneliyeva-sm3xx 2 дня назад
Düzdü məndə çox sevirəm dinləyirəm 😊
@Almaxanim
@Almaxanim 2 года назад
Hər birinizə xoş dinləmələr ! 😊❤️
@turalalisov1229
@turalalisov1229 2 года назад
Cox gözəl mahnidi ugurlariniz bol olsun alma xanim xanım 😇
@userw6
@userw6 2 года назад
Ozun gozel,sesin gozel ama bir az arixla🤗
@xelilxelilzade235
@xelilxelilzade235 2 года назад
Ozunuz kimide mahnilarinizda gozeldi ugurlar size melek uzlu Almaxanim🤩😘
@lalliyeva780
@lalliyeva780 2 года назад
Xoş dinləmələr deyil.. Sesin o,qeder kederlidir ki ,yarali qelbime sanki duz basirsan (((
@azerbaycanli402
@azerbaycanli402 Год назад
👍🏼👍🏼👍🏼😍😍😍
@venera85_53
@venera85_53 Год назад
Nə sarılmaq deyil,nə öpmək deyil, Əlini tutmağa utanmaqdı eşq🥰 Sözlər-musiqi super👍👍👍Oxuyan isə əvəzolunmaz möhtəşəm👍👍👍❤️❤️❤️
@huseyinabusov
@huseyinabusov Год назад
Ureyiz bsodu
@lale___memmedova12
@lale___memmedova12 Год назад
Xanımlar üçün yüksək gəlirli iş var 👈🤝🌹
@aliyealiye5488
@aliyealiye5488 2 года назад
Haydi Türkiyem omuz veriniz. Haydi azerbaycanim haydi Türkiyem. Destek haydin oturmayın. 🙏...
@smoksmok6811
@smoksmok6811 2 года назад
Bu xanımın mahnıları cox superdi gözəl səsi var əxlaqınada sözolabilmez 👍
@wamoaxmedov4522
@wamoaxmedov4522 2 года назад
Əvvəl əvvəl belə olurlar sonra birazdan deyiwende nifrət eliyirsən
@smoksmok6811
@smoksmok6811 2 года назад
@@wamoaxmedov4522 inamıram
@Djaxan_134ECM
@Djaxan_134ECM 2 года назад
Mən də inanmiram,əsli nəcabəti olan xanimdir, mugənnicik deyil,
@venera85_53
@venera85_53 Год назад
Dayısına çəkibda,dayısıda ağır samballı muğənnidi🥰
@ceyhunmamedov7319
@ceyhunmamedov7319 Год назад
Exlaqin OXUMAGA NE DEXLİ?
@bayramkoc3034
@bayramkoc3034 2 года назад
Ses mükemmel, yorum mükemmel, müzik mükemmel. Rabbim sevenlerinize bağışlasın inşallah.
@sarki_sozleri_tv_tv6612
@sarki_sozleri_tv_tv6612 Год назад
Əsil Azərbaycan Xanımı. Allah Səni Xoşbəxt Etsin Alma Xanım 🌹
@aliyealiye5488
@aliyealiye5488 2 года назад
Evet kimin emeği varsa tebriikler.👏... 👏... 👏...🧿... Can Azerbaycanima selamlar🇦🇿... 🇹🇷... 🇦🇿... 🇹🇷... 💐...
@turalmaharramov7645
@turalmaharramov7645 2 года назад
Aleykum salam gözel Türkiyem
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim qi
@mehsetihacyeva370
@mehsetihacyeva370 2 года назад
O qədər meyxana kimi mahnılar çıxıb ki adam normal musiqi normal sözləri olan mahnı görəndə sevinir oqədər bəyəndim çox zövq aldım təşəkkür edirəm uğurlarınız bol olsun
@valideibrahimova1275
@valideibrahimova1275 2 года назад
Sözlər, ifa, hamısı super. Həqiqətən sevəndə gərək abır həya ilə sevəsən! Əlindən tutmaqdır eşq!
@criticalnoob7133
@criticalnoob7133 2 года назад
Səsi gözəl özü gözəl xanım
@elnaraaliyeva5586
@elnaraaliyeva5586 Год назад
👏👏👏👏👏
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim
@mustafaunal1070
@mustafaunal1070 2 года назад
Diline yüreğine sağlık insanın içine huzur gibisin ayağına taş değmesin
@zulfiyyehuseynova4684
@zulfiyyehuseynova4684 2 года назад
👍👍👍👍👍👍👍
@inaminan7739
@inaminan7739 2 года назад
Son illər dinlənilən ən gözəl mahnı və bənzərsiz bir ifa! Belə də davam edin!
@gulujova
@gulujova 2 года назад
Əlini tutmağa utanmaqdır Eşq.. 🍷
@konulbayramova1852
@konulbayramova1852 2 года назад
Gözəl ,tərbiyəli,mədəni,səmimi Almaxanım,sənətində,ailə həyatında həmişə zirvədə olasan
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim qiz
@lale___memmedova12
@lale___memmedova12 Год назад
Xanımlar üçün yüksək gəlirli iş var 👈🤝🌹
@sefiqehus2235
@sefiqehus2235 7 месяцев назад
.düz deyir
@aysenilgun3788
@aysenilgun3788 2 года назад
Türkiye Antalya Fenomen rafting ten sevgive selamlar🙏😍♥️😘🎈Muhteşemsin 💖🎉🎊
@huseyinabusov
@huseyinabusov Год назад
Heyy
@avazarastunov6482
@avazarastunov6482 2 года назад
2-3 nəfər var qulaq asdığım,biri sənsən,Almaxanım.Eşq olsun,uğurların bol olsun.ALLAH amanında👐
@temurodilov2346
@temurodilov2346 2 года назад
Çalışmalarınızda başarılar, daha harika şarkılar yapın. Ben Azerbaycan hayranıyım, Özbekistan'dan arkadaşlar
@elcanelnur6468
@elcanelnur6468 Год назад
Əlini tutmağa utanmaqdı EŞQ❤️
@emiliyaismayilova5170
@emiliyaismayilova5170 2 года назад
Eşq, çarəsi tapılmayan bir xəstəlikdi.Bəzən insanı həyata bağlayan,bəzən də həyatdan küsdürəndi Eşq! Acı verdikcə həzzi də yaşadandı Eşq!
@heyatbosdur5476
@heyatbosdur5476 2 года назад
@@djjshsjs9567 sozler mukemmel .
@emiliyaismayilova5170
@emiliyaismayilova5170 2 года назад
@@djjshsjs9567 elədi
@SamsungGalaxy-iz5sk
@SamsungGalaxy-iz5sk 2 года назад
DUZDU 😢😢😢
@jdjekdpslkzkxlslssl5472
@jdjekdpslkzkxlslssl5472 Год назад
🥲💔
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim ureyiz bosdu
@Gulbaharnur447
@Gulbaharnur447 2 года назад
Şebnem, Damla yada Nefes olsa milyon baxış toplardı...niye bele xarab oldu zövqümüz, niye bele gözel musiqileri, ifaları duya bilmirik, niye?
@sevincnagiyeva3770
@sevincnagiyeva3770 2 года назад
MawAllah. Allah sesine quvvet versin. Goz o qeder orgewibki inqibator kimi hamsi eyni. Siz secilirsiz hem ses hem gorkemle. Ela cox beyendim.
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim
@cosqunmemmedov6493
@cosqunmemmedov6493 2 года назад
Nece gözel mahnıdı. İnsana hüzur verir 🌸🌷⚘️
@lemaneliyeva-sm3xx
@lemaneliyeva-sm3xx 2 дня назад
Çox gözəl sözləri musiqisi var😊 Almaxanimin ifasında da lap gözəl səslənir
@eminsalahov8628
@eminsalahov8628 2 года назад
bu necur mahni yazmaqdi milleti dusunen yoxdu semkirden Sumqayta kimi bu mahniya qulaq asmisam masinda en son 90ci illerde bir mahinin defelernen dinleyirdim super olmus xeyrli ugurlu olsun❤❤❤
@abbasnasirov332
@abbasnasirov332 2 года назад
halaldl esil azerbqaycan qlzl bunun ataslna anaslna can saqllql versin kl bu cur qlz boyudubler geylml eladlr merfetli qlzdl bunaa gore bu qlza boyuk hormetim var var ol uqurlarun bol olsun
@ilyasaydogdu7209
@ilyasaydogdu7209 8 месяцев назад
Muhteşem yorum, tam bir hanımefendi. Büyük hayranınız oldum. Allah yolunuzu açık etsin
@mwrtxdm9336
@mwrtxdm9336 Год назад
Cok güzel bir ses ve tam bir hanimefendi tebrikler kardesim azeri kardeslerime ve azerbaycana selamlar.
@Almaxanim
@Almaxanim 2 года назад
28/29 May Almaxanımın Solo Konsertinə online bilet almaq üçün tıklayın : iticket.az/events/concerts/almaxanim
@xarbulbullislri4417
@xarbulbullislri4417 2 года назад
Çox gözəl səsinizə ürəyinizə sağlıq 👍 uğurlarınız bol olsun 💐
@nuranasadov6187
@nuranasadov6187 2 года назад
Canım qızım Allah səni xoşbəxt eləsin belə qal həmişə. Çox gözəl Azəri xanım xatun balamız. Səs bir aləm sözləri bir aləm musuqi də başqa bir aləm. Çox gözəldi maşallah. Onu da deyim ki yazan da xanımdı .Çox qəlbə toxunan mahnıdı davamlı olsun.
@murvetmurvetov
@murvetmurvetov 2 года назад
Salam Almaxanım Necesiz Şair Vüqar Əhməd necedi Salam deyin məndən Qəbələ şəhərindən Salamlar sizə .
@azerbaycanli402
@azerbaycanli402 Год назад
Kukulka
@zehrayaqubova2822
@zehrayaqubova2822 Год назад
Cox xosbext ol Alma,dunen toyda idim , çox qeseng kecdi
@elsevernesibov8299
@elsevernesibov8299 2 года назад
Qəmli qemli o baxislar la yasamaq 😎
@suray6200
@suray6200 Год назад
Allahım mahnıya,musiqiyə, sözlərə valeh oldum
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim aiz
@user-iz7nt7fq8t
@user-iz7nt7fq8t 2 года назад
Глаза умеют говорить. Кричать от счастье или плакать. Глазами можно ободрить, с ума свести, заставить плакать. Словами можно обмануть, глазами это невозможно. Во взгляде можно утонуть, если смотреть не осторожно. Омар Хайям.
@cowaismayilov1757
@cowaismayilov1757 2 года назад
Bravo soyunanlardan olmadiginiz ucin. Senet ve ses ile geldiyiniz ucun teşekuller. Bele de qalin👍🇦🇿🇦🇿🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷🇹🇷
@gulnaramanova5712
@gulnaramanova5712 2 года назад
Allah səni qorusun alma xanım sizi çox sevirəm caski bütün müğənnilər sizin kimi səviyyəli ağayana və savadlı olardı
@user-zg2ln2fv7g
@user-zg2ln2fv7g 2 года назад
Halaldi. Hem waire, hem bestekara, hem de mugenniye. Heqiqi ewqi yawamayan bu eseri ersete getire bilmezdi. 👏🏻👏🏻👏🏻👍🏻Ugurlariniz bol ve davamli olsun. Allah bed-nezerlerden qorusun🤲🏻❤️
@ballorucova9173
@ballorucova9173 2 года назад
Amin Amin Amin
@ellababaeva3724
@ellababaeva3724 Год назад
Amin...🤲🤲🤲
@elmirhuseynov9580
@elmirhuseynov9580 9 месяцев назад
super ifa .super sözlər. əsl AZƏRBAYCAN XANIMI.
@GulnarAxverdiyeva_2020
@GulnarAxverdiyeva_2020 Год назад
Sizin bu ifanız umumiyyətlə bütün ifalarınız çooox gözəldi səsinizə sağlıq adamın ruhu dincəlir
@user-uj9kp4zr6r
@user-uj9kp4zr6r 4 месяца назад
İndide qulaq asan var 😊❤çox qelbe toxunan qulağa gözəl gelen ses ve mahnın sözleri 👍🏻🎧🎶🕊🕊🕊🕊🌹💗
@lifatih5219
@lifatih5219 3 месяца назад
Bu şirin nağılı yaşamişıq biz də bir zaman... Sağ ol sənətkar qızım.Səsi bulaq şırıltısı kimi saf təmiz axiar olan sənətkar qizim.Uğurlar diliyirik ürəkdən❤
@tahminasamedli3397
@tahminasamedli3397 5 месяцев назад
Mahninin nece gozel sozleri var. Cox ugurlu alinib 👏🏻
@vuqarmahmudov9789
@vuqarmahmudov9789 Год назад
Sozler super, musiqi super, ifa super.👍🇦🇿🇹🇷
@fantaziyalardunyasi9222
@fantaziyalardunyasi9222 2 года назад
Çooooox möhtəşəm bir ifa👍Bravo👏👏👏 Ağıllı, gözəl qızım ALLAH səni pis gözlərdən , bəd nəfslərdən qorusun🤲İNŞƏALLAH🤲🥰🌹
@elcinlee9154
@elcinlee9154 2 года назад
Salam ifa super. Sözler daha super
@uomoforte5667
@uomoforte5667 2 года назад
Çox bəyəndim,təmiz və gözəl ifa etmisiniz👍👏👏👏( bu arada, nişanlanmaq düşüb, gözəlliyinə gözəllik qatıb 💞😊🤗👍👏)
@VAQIF_
@VAQIF_ 2 года назад
Min bir mocuzeye inanmaqdir esq🔥💖
@candymiwka125
@candymiwka125 2 года назад
Super.Özü gözəl səsi gözəl əxlaqı gözəl xanım,Allah yolunizu açıq eləsin.Allah nəzərdən qorusun.Qız elə bil mələkdir
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim ureyoz boadu
@raminaqayev
@raminaqayev Год назад
Cox aburru xanimdi, sag ol olsun ona nesyet verene, o biri muqenliler bu xanima baxsinlar ibret gotursunler
@emilbagirzadeofficial5482
@emilbagirzadeofficial5482 2 года назад
Təbrik edirəm! Çox gözl ifadır. Uğurlar olsun👏🏻
@Genclik-pz8sc
@Genclik-pz8sc Год назад
bu gözəl xanımın səsində mərhum Rübabə Muradovanın səs oxşarlıgı var, çox bəyənirəm, ardı ardılıqla qulaq asıb dincəlirəm ifalarıyla.gözəl səs,gözəl mahnı, gözəl əxlaq və ismət. halal olsun valideyinlərin zəhməti sənə qızım
@user-uz8xt4rh9d
@user-uz8xt4rh9d 2 года назад
Almaxanım tebrikler möhteşemsiz mahnınızda
@natayusifzade2528
@natayusifzade2528 2 года назад
Elcatmazindi esq Qiraqdan sevmekdi esq Sevibde toxuna bilmemekdi esq😥
@eminalverdiyev5868
@eminalverdiyev5868 Год назад
Halaldı sizə xanım həm səsiylə həmdə xanimligiyla bizləri heyran edir belədə davam
@xatirehaciyeva4934
@xatirehaciyeva4934 2 года назад
Behh behhh bol dinlemeli sevilen ifa olacagina inaniram inşAllah👏❤🤩👑👑
@afaqabdullayeva1010
@afaqabdullayeva1010 2 года назад
MawAllah qizimm♥️
@sevincrustmova4332
@sevincrustmova4332 2 года назад
Eşqi necə anlayirdimsa bu mahnida tapdim ...Əhsən gozəl gozlum....
@gunelismayilova872
@gunelismayilova872 Год назад
Mohtesem ifa,mohtesem ses,mohtesem xanim.MASALLAH
@huseyinabusov
@huseyinabusov Год назад
Heyy
@jafaramini8275
@jafaramini8275 2 года назад
چوخ گوزل.. الله سسینه قوت ورسین..
@sebnemfaiqqizi
@sebnemfaiqqizi Год назад
Çox sevdim bu mahnını... Eziyyet çekenler var olsun🙏..ince ip üstünde dayanmaqdı esq🤗 Bu Mahnı basqa alemdi☺️
@mafddinlsgrov8134
@mafddinlsgrov8134 Месяц назад
Necə möhtəşəm mahnıdır. Gözəl lirika və musiqi ❤ Heyif ki qırıq sevgimin acısını dadıram bu mahnıda
@jinagreen942
@jinagreen942 2 года назад
Сиз гозел, махны гозел, сес гозел.. МашаЛлах 😍🌻💐
@psevdonim203
@psevdonim203 2 года назад
Çox gözəl xanımdı Tərbiyəli,əxlaqlı.. Allah səni xoşbəxt eləsin mənim gözəl qızım
@aliyealiye5488
@aliyealiye5488 2 года назад
Rabbım özene bezene Yaratmış. 🧿...
@ulkercelilova1150
@ulkercelilova1150 Год назад
Nece gozel ifaaaa😍😍😍cox beyendim defelerle dinledim hec bezmeden, ugurlar 💫🤲
@faridapirmamedova4022
@faridapirmamedova4022 Год назад
Almaxanımın bal səsinə söz ola bilməz👏🏻👏🏻həm də səmimi xanımdır❤
@eyvazhuseynov8420
@eyvazhuseynov8420 2 года назад
Aciq saciq geyinmeden atdanib dusmedende sakit duruslada dayanib cekilmis bir klipdende baxib zovq almaq olur demek ki❤❤❤
@fuadhesenov5258
@fuadhesenov5258 2 года назад
👌👌👌👍👍👍👍 her gun dinleyirem
@srabqadin2942
@srabqadin2942 2 года назад
Hər gün dinlenesi mahnıdır ❤️
@fuadhesenov5258
@fuadhesenov5258 2 года назад
@@srabqadin2942 elbetde🥰yatandada oyanandada)sozleride cox gozeldir
@fatimeseyda
@fatimeseyda 2 года назад
Gözəldir. 👍🏻🧿❤️
@Djaxan_134ECM
@Djaxan_134ECM 2 года назад
Gozəl giz,dəyərli səs sahibisən,niyə bu gədər yanigli oxuyursan?Dunya, gapini ac ,cixim gedim ,deyirsən,cox yanigli Dunyadan uzag oxuyursan,Sən ki, xoshbəxtsən,Allah Səni daima xoshbəxt etsin!
@xanimquliyeva2234
@xanimquliyeva2234 2 года назад
Möhdəşəm alınıb. İnsanın səsində bu qədər saflıq, bu qədər təmizlik ola bilərmi ? Sözün bitdiyi yerdi *EŞQ*
@dnizaslan3029
@dnizaslan3029 2 года назад
Cox gözəl🎼🎶Ağzına əmıyinə sağlığ.Səsinə qüvvət.🤗💕😊
@aygunyusifova8341
@aygunyusifova8341 2 года назад
Xeyirli uğurlu olsun uğurun bol olsun gözəl ifa gözəl ses trend 1 mahnı sevilirsen bu mahnını çox sevdim😘😘😘
@Sarigul-jo6eu
@Sarigul-jo6eu Год назад
Ay Allahim men doymuram bu gozel qiza baxmaqdan ,gozel sesini dinlemekden.❤❤❤❤
@zitta8031
@zitta8031 2 года назад
Çox ğözəl möhtəsəm həmişəki kimi Allah bəd nəzərdən gorusun
@huseyinabusov
@huseyinabusov Год назад
Tanis olaq
@kukuwkakueva2443
@kukuwkakueva2443 2 года назад
Supeperrrrr ifa,ve mahni,ewq olsun kizz sana
@arashedi4355
@arashedi4355 2 года назад
Həqiqətən çox gözəl idi. Təşəkkür edirəm
@yaqutnovruzova2452
@yaqutnovruzova2452 2 года назад
Teşekkürler. möhteşem ifa və mahnı. Almaxanım çox gözel xanımsan həmişə belə qal.
@resadmemmedov6997
@resadmemmedov6997 2 года назад
Əlini tutmaca utanmaqdl eşq......Eşqli günlər müqaddəsdir!!!
@resmiyyezeynalova476
@resmiyyezeynalova476 2 года назад
Cox gozel bir eser. Hem soz, hem musiqi ,hem ifa. Mohtesem . Allah qorusun seni Almaxanim. Suni yemekler agzimizin dadini , yungul mahnilar zovqleri korladi. Ne yaxsi ki bele gozel mahnilar var. Neye qulaq asardiq biz .
@ballorucova9173
@ballorucova9173 2 года назад
Gözəl mahnılar və gözəl müğənnilər. Uğurunuz sonsuz olsun in şə Allah
@bakitelekom4230
@bakitelekom4230 2 года назад
Agilli bala, sene Allahdan bol bol ygurlar.....
@nubarqarayeva5250
@nubarqarayeva5250 Год назад
Gözəl qızım Allah səni qorusun.Gözəl ifa👏👏👏😘❤️🌺🌺🌺
@huseyinabusov
@huseyinabusov Год назад
Xanim
@ceyhunsirinov6146
@ceyhunsirinov6146 2 года назад
Esl Azərbaycanli qizi hemiwe zirvelerde olasan bextinide Rəbbimiz gozel bəxtəvər yazsin inwallah
@firengizbekirova2624
@firengizbekirova2624 Год назад
Hesretinden her gun yanmaqdi EŞQ💔
@ilnuragahramanova4828
@ilnuragahramanova4828 8 месяцев назад
Belə sevgi arzusundayam,saf sadiq hislər dolu ♥️
@sadiqsuleyman6701
@sadiqsuleyman6701 2 года назад
Süper ifa esl Azerbaycan qizi ehsen sene inşallah bele qalarsan
@bennurnur9205
@bennurnur9205 Год назад
Barmaqla gosderilecek müğənnilərdən biridir bu xanım terbiye baximindan
@turalleysanov9349
@turalleysanov9349 2 года назад
Super alınıb
@teraneelesgerova2648
@teraneelesgerova2648 2 года назад
Əsil xanım xatın qızdı.Maşallah olsun.Gül baladı.
@rzasalahov5347
@rzasalahov5347 2 года назад
Ugurlariniz bol olsun hemise sesiniz gelsin..mahnini oxuyan besteleyen ve yazan insanlarada hemcinin ...
@TogrulSalmanovv
@TogrulSalmanovv 2 года назад
Çox sağol,qardaşım
@nanamamedova9799
@nanamamedova9799 Год назад
səs xoş,süni kipriklər kaş olmasaydı çünki gözlərini vurgulayıblar 😊🌺
@babaksajedi7329
@babaksajedi7329 2 года назад
cox gozel
@mahureliyev4436
@mahureliyev4436 Год назад
eşqin tam anlami.Allah qorusun
@ayselehedova6108
@ayselehedova6108 9 месяцев назад
Sen nece gozel mahnisan. Gozel ifadir sesinize quvvet👍🏻🤗
@aytekinuzeyrova3873
@aytekinuzeyrova3873 Год назад
ÖZÜNƏDƏ TƏRBİYƏSİNƏDƏ VURĞUNAM MAŞƏALLAH UĞURLAR👍👏👏💜
@huseyinabusov
@huseyinabusov Год назад
Ureyiz bosdu
@gunaysadqova9648
@gunaysadqova9648 2 месяца назад
Əlini tutmağa utanmaqdır EŞQ...❤ Superrr...
@servicservice5384
@servicservice5384 9 месяцев назад
Bu kicik xanımın qeyri adi səs tembri var.Xarici görünüşə də möhtəşəm.Baxışlarından həya abır tökülür.Afərin
@elkinhuseynli4014
@elkinhuseynli4014 2 года назад
👍👍💯il sağlıqlı ömür nəsibınız olsun
@solmazrzayeva648
@solmazrzayeva648 2 года назад
Elanin elasi sesin hemiwe ucalardan gelsin hemiwe var oladan Amin🤲🤲🤲
@harunzekiunlu5076
@harunzekiunlu5076 2 месяца назад
Bu ne hoş ne muhteşem ses Allah aşkına.
@user-rb8nh8fn4x
@user-rb8nh8fn4x 2 года назад
Ehsen cooox gozel
Далее
Almaxanım - Sil Getsin (Official Video)
3:48
Просмотров 5 млн
Китайка и Пчелка 10 серия😂😆
00:19
2000000❤️⚽️#shorts #thankyou
00:20
Просмотров 3,5 млн
СТРИМ-МАФИЯ С ДРУЗЬЯМИ
4:09:21
Просмотров 1 млн
Dragon Age: The Veilguard | Official Reveal Trailer
02:08
Almaxanım - Sən Olmasan
3:34
Просмотров 17 млн
Almaxanım - Sənə Nuş Olsun ( Official Video )
3:08
Almaxanım - Bir arzu tut (live)
3:26
Просмотров 1,9 млн
Popuri
10:29
Просмотров 745 тыс.
Almaxanım - Belə Qəmli Dayanma
3:36
Просмотров 657 тыс.
Yorgun yıllarım (Live)
4:42
Просмотров 592 тыс.
Xatirə İslam | Eşq | Quzu Kəsim | Yeni Mahnılar
13:19
Almaxanım - Mən Olmamışam (Official Video )
3:25
Dildora Niyozova - Bala-bala (Official Music Video)
4:37
aespa 에스파 'Armageddon' MV
3:33
Просмотров 40 млн