Тёмный

Amansızca qətlə yetirilən oğlanın anası fəryad edir 

AktualTv
Подписаться 2,6 тыс.
Просмотров 6 тыс.
50% 1

Bolnisidə amansız qətlə yetirilən əqli qüusurlu 34 yaşlı İsə Hüseynovun anası fəryad edir.
Aktual.ge xəbər portalına danışan Şamama Hüseynova dövlətdən oğlunun qatilinin tapılmasını tələb edib.
"Mənim balamın qanı yerdə qalmasın, mənim balam dilsiz-ağzsız biri idi. Gürcüstan dövlətindən xahiş edirəm mənim balamın qatilini tapsınlar. Mənim balamın günahı nə idi ki, onu qətlə yetirdilər? Hamıdan xahiş edirəm kömək edin. İşgəncə verərək öldürdülər balamı. Bütün türk dünyasından kömək istəyirəm, mənim balamın qatilini tapsınlar" , - deyə övladını itirmiş ana söyləyib.
Məlumat üçün bildirək ki, 34 yaşlı əqli qüsurlu, danışa bilməyən İsə Hüseynov Bolnisi Bələdiyyəsinin Saraçlı kənd sakinidir. O, 8 aprel tarixində itkin düşür. 9 Aprel səhər saatlarında 34 yaşlı əqli qüsurlu şəxs bədən və boğaz nahiyələrindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş vəziyyətdə Saraçlı kəndi ilə Şaumyan kəndi arasındakı çöllükdə tapılıb. Yerlilər, 34 yaşlı kişinin itkin düşən zaman yağışlı hava olduğunu, o tapıldıqda isə üstündəki paltarın islaq olmadığını və onun başqa ərazidə qətlə yetirildiyini, daha sonra çöllüyə atıldığını söyləyirlər.
Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaqa başlayıb. Bu vaxta qədər cinayət işi ilə bağlı heç kim saxlanılmayıb.

Опубликовано:

 

13 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
@ГухарАхмедова-и7п
@ГухарАхмедова-и7п 5 месяцев назад
Can ana 😢😢😢
@QemliReqimova
@QemliReqimova 5 месяцев назад
Can Ana
@RandomUnknown881
@RandomUnknown881 6 месяцев назад
Doğrudan da, menim onun qeder yaşım yoxdur ama, usaqla usaq, boyukle böyük olurdu, kim çağırsa, kiçik heç neyi başa düşmeyen usaq bele çağırsa gedirdi, başını qatiblar, bir şey etmiş olma ehtimalı 0'a beraberdir deye bilerem...
@ehedqambarov
@ehedqambarov 6 месяцев назад
sebebi nedirki ???
@sukranmamedov1756
@sukranmamedov1756 5 месяцев назад
Dəhsət
Далее
İTV Xəbər | 13.10.2024 | 18:00
19:41
Просмотров 5 тыс.
Milyonların şousu | 18.03.2023
1:18:17
Просмотров 116 тыс.
Tormoz Huseyn. SARAÇLI
3:02
Просмотров 35 тыс.
Mən Cövdət Şükürov
12:21
Просмотров 99 тыс.