Тёмный

Amerika İcmalı. ABŞ prezident seçkilərində immiqrasiya mövzusu | Amerikanın Səsi 

Amerikanın Səsi
Подписаться 89 тыс.
Просмотров 1,1 тыс.
50% 1

Amerika İcmalı. ABŞ prezident seçkilərində immiqrasiya mövzusu. ABŞ-ın Yaxın Şərqdə siyasəti.
ABŞ prezident seçki kampaniyasında immiqrasiya məsələsi - prezidentliyə namizədlər problemin həlli üçün hansı təklifləri irəli sürür?
Dövlət katibi Blinkenin Yaxın Şərqə səfəri; ABŞ-ın növbəti administrasiyasının Yaxın Şərqlə bağlı siyasəti nə olacaq - Brukinqs İnstitutunun əməkdaşı Aslı Aydıntaşbaş şərh edir; Rusiya və İran ABŞ seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır; Azərbaycanda müxalifət partiyalarının siyasi gələcəyi - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında
***
RU-vid kanalımıza abunə olun: / amerikaninsesi
Sosial media səhifələrimiz:
Instagram: / amerikaninsesi
Facebook: / voa.azerbaijani
Twitter: / amerikaninsesi
Telegram: t.me/voaazerba...
Amerikanın Səsi ABŞ-ın ən böyük beynəlxalq multimedia xəbər təşkilatıdır. Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır.
Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir.
Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur.
1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:
1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.
2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.
3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.
1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.
2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır.
Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.

Опубликовано:

 

21 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@g.aqazadehphl.dr.6220
@g.aqazadehphl.dr.6220 4 часа назад
Putin Haaqaya təhvil verilmdır
Далее
Eco-hero strikes again! ♻️ DIY king 💪🏻
00:48
Eco-hero strikes again! ♻️ DIY king 💪🏻
00:48