Neçə illik xatirən var,mənimsə,
Son nəfəsin getmir gözüm önündən.
Ciyərimdir parçalanan,dilimsə,
Ana deyir,düşmür adın dilimdən.
El içində ağlamaqdan hürkürəm,
Təkliyimdə göz yaşlarım qurumur.
Tənhalığa qaçıram ki hönkürəm,
Göz yaşı da ürəyimi ovumur.
Hara qaçım,hara gedim bilmirəm
Qalıb yaddaşımda donuq baxışlar.
Yoxluğuna heç alışa bilmirəm,
Allah səni rəhmətilə bağışlar.
söz/ses Rzalı Yazar
18 июл 2023