Həmsöhbət maraqlı, dolu biri ola bilər, onun zənginliyinə güvənib verilişi onun ixtiyarına buraxmaq olar. Ancaq Aynur xanım, o peşəkarlardandır ki, özünün də çox dolğun bilgisi, dünyagörüşü, mövzuya fəlsəfi yanaşma bacarığı var! Ona görə bu layihə bu qədər uğurludur, səbrsizliklə hər dəfə növbəti qonağın anonsunu gözləyirəm. Çünki bilirəm ki, qonağın kim olmasından asılı olmayaraq, Aynur xanım onu danışdırmağı bacaracaq, özü də seyrci qalmayacaq, bu söhbətdə biz həm də Aynur xanımın zəkasında gəzişəcəyik! Uğurlar!
Əziz Səbinə, bu sözləri eşitmək gerçəkdən xoşdur,verilişin uğuru müsahibdən də çox asılıdır və Anar müəllim bu halda möhtəşəm idi, bir az yorğun, bir az narazı, amma yenə də sevimli.Minnətdaram izlədiyin üçün😘