Тёмный

Anar - Zemfirama 

Подписаться
Просмотров 185
% 8

Şeir: Anar - Zemfirama
Səsləndirmə: Fəxrəddin Manafov & Mehriban Zəki
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
ANAR: "ƏN GÖZƏL ƏSƏRİMSƏN!!!”
ANAR - ZEMFİRAMA
Zaman nə tez ötüşdü,
Lap mat qalmışam özüm.
Düz qırx il bundan qabaq
Olub toyumuz bizim.
Bu qırx il necə keçdi?
Elə bil qırx il deyil,
Qırx gün, qırx gecə keçdi.
İl illərə qalandı,
Sevgi, intizar, kədər,
Sevinc, fərəh, itkilər
Bir - birinə calandı.
Bəs bu qoca dünyada
Nələr keçib gedəndi,
Nələr hər vaxt qalandı?
Pul, sərvət toplamadıq,
Var-dövlət qazanmadıq
Həyatımız boyunca.
Ölkələri, elləri
Gəzdik, gördük doyunca.
Paxıllıqla üzləşdik,
Haqsızlıqla rastlaşdıq,
Nə beynimiz pas atdı,
Nə qəlbimiz daşlaşdı.
Haçansa, qırx il sonra
(kaş ki, belə olaydı)
dünyayla vidalaşıb,
Ömür sərhəddin aşıb,
Çəkiləndə qeybə biz
O biri dünyada da
Bir vuracaq qəlbimiz.
Burda bizdən nə qalar?
Namuslu, ləyaqətli,
alnıaçıq balalar,
şirin-şəkər nəvələr,
Ağ vərəqlər üstündə
çəkdiyimiz əzablar -
Yazdığımız kitablar,
Bir də xatirələrdə
Yaşayacaq eşqimiz -
hərarətli, pak, təmiz...
45-in payızında
səni ilk gördüyüm gün
necəydinsə - eləsən,
Söylə bunun sirrini,
Necə qaldın belə sən?
Hələ axşam düşməyib
Bu qaralan qaş deyil.
Yaz ötüb, yay bitsə də,
Payız - hələ qış deyil.
Qış gəlsə də, gəlsin qoy
Qış günü deyildimi
Hədiyyəsiz-filansız,
bizim unudulmaz toy?
Sən vəfalı sevgilim,
İlin dörd fəslində də
baharımsan, yazımsan.
Mənim alın yazımsan,
Hələ də yazmadığım
Ən gözəl əsərimsən,
Yazacağım yazımsan.
Yaxında, ya uzaqda
Səni hər zaman anar
Köhnə məktəb yoldaşın -
Həyat yoldaşın
Anar.
Zemfira Səfərova:
“1945-ci ildə konservatoriyanın nəzdində olan xüsusi musiqi məktəbinə fortepiano sinfinə qəbul olundum. Sentyabrın 15-də Anarın da bizim sinfə ilk gəlişini bugünkü kimi xatırlayıram. O, anası ilə gəlmişdi. Anarla 10 il bir sinifdə oxuduq. Məktəbdə əlaçı idim. Şəklim əlaçıların lövhəsində 10 il boyu asıldı. Yeddi və ya səkkizinci sinifdə idik. Lövhədə hörüklü və bantlı şəklim asılmışdı. Bir gün bu şəkil oradan yox oldu. Heç kim bilmədi ki, şəkli taxtadan kim çıxarıb. Üstündən çox illər keçəndən sonra həyat yoldaşım Anar etiraf etdi ki, şəkli o vaxt özünə xatirə kimi götürmüşdü...
1962-ci ilin 27 yanvarı idi. Dağüstü parkda yerləşən “Drujba” (Dostluq) restoranında təmtəraqlı toy-büsat qurulmuşdu. Bu toyun tamadası xalq yazıçısı Süleyman Rəhimov, oxuyan isə Gülağa Məmmədov idi. Toya xeyli təbrik ünvanlanmışdı və həmin təbriklərin arasında Nazim Hikmətin də teleqramı var idi:
“Cavanlara dünyada ən çətin şey olan səadət arzulayıram”.
Məktəbi bitirdikdən sonra konservatoriyanın qarşısında Anar məni sevdiyini etiraf etdi. Bu etiraf isə həyatımı tamam dəyişdi. Sonra o, mənə ətraflı məktub yazdı və orada olan bir cümlə həmişəlik yadımda qaldı: “Mən sənə əbədi abidə ucaldacam”. Mən hələ bir müddət ona razılığımı verib “hə” demirdim, baxmayaraq ki, o da mənim xoşuma gəlirdi...
Hələ konservatoriyanı bitirməmiş elçilər gəldi və biz nişanlandıq...
Anarın əsərlərinin ilk oxucusu mən olmuşam. O, mənə də şeir həsr edib. Evlənməyimizin 40-cı ilinə şeir yazanda Anar İstanbulda dərs deyirdi, mən isə Bakıdaydım. Sonra onun yanına getdim. Səhər-səhər idi, Anar dedi ki, istəyirəm sənə bir şeir oxuyum. O, şeiri oxuyan zaman çox qəhərlənmişdim...
“Zemfirama” adlanan həmin şeir “Qızıl toy”umuza qızımız Günelin hədiyyə etdiyi “50 illik nağıl” adlı albomunda da çap olunub. O, bizə daha bir sürpriz etmişdi. Şeirin mətninə Vaqif Gərayzadə mahnı bəstələmiş və onu İlqar Muradov oxumuşdu. Mahnını ilk dəfə dinləyəndə qüssələnmişdim:
Dünyayla vidalaşıb,
Ömür sərhəddin aşıb
Çəkiləndə qeybə biz
O biri dünyada da
Bir vuracaq qəlbimiz...”
#anar #zemfirasəfərova #zemfirama #fəxrəddinmanafov #mehribanzəki #şeir #şair #poeziya #ədəbiyyat #biraddimla #biraddimlayol

Опубликовано:

 

12 ноя 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@seidalakbarova4589
@seidalakbarova4589 6 месяцев назад
Bizim Anarimiz❤❤ cox ziyali ,semimi ,durust insandir.İnsanlar bilmelidir o qeder ureyden dövletli insandirki Allahin sevimlisidirAnarimiz.Cox böyuk şəxsiyyetdir❤❤❤❤❤❤❤