Тёмный

Artur Şopenhauerin fəlsəfəsi, insan haqqında təlimi və estetikası (Səsli Kitab) 

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 307
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
Artur Şopenhauerin fəlsəfəsi, insan haqqında təlimi və estetikası
Şopehauer fəlsəfədə kimləri sevib, kimləri sevməyib
Bu adam yəqin alman fəlsəfəsində ilk dalaşqan filosofdur. Sonra Nitsşe gəlir.
Şopenhauerin fəlsəfi öyrətisi Hegelin sağlığında kölgədə qalmışdı, yalnız Hegeldən və Şopenhauerin öz ölümündən sonra birdən-birə onun fəlsəfəsi yada düşdü, məşhurlaşdı və yeni fəlsəfi sistemlərin yaranmasına təpgi verdi. Sağlığında isə Şopenhauer yanıb-tökülürdü ki, bu camaat Hegeldə nə tapıb ki, onu görmür. Ona görə də acığını almanlara tökürdü. Bir yerdə yazırdı: fransızlar, ingilislər üçün «ideya» sözünün mənası adidir, alman isə «ideya» eşidəndə başı gicəllənir, özünü elə duyur, elə bil bu dəqiqə şarla göyə qalxacaq.
Şopenhauer Hegelin qurduğu azman fəlsəfi sistemi hətərən-pətərən sayırdı: Mütləq İdeyanın özünü anlamasından dünyanı çıxarması fikri üstündə Hegeli ələ saldığından idi ki, «ideya» sözü haqqında belə kinayəli danışmışdı.
Əvəzində, bu filosof Kanta vurğun idi, hərçənd tez-tez öfkələnib, onu da danlayırdı.
Belə hesab edirdi ki, Könisberqli filosof düz deyib: bizim qavradıqlarımız nəsnənin özü deyil, görüntüləridir. Yəni, ağacları, dağları, irmağı biz necə görürük? Məsələn, görürük ki, ağacın yanlara budaqları çıxıb, üstündə yarpaqları var, yarpaqların özünün forması var və s. Bu cümlədə biz «yan» sözü, «üst» sözü, «forma» sözü işlətdik. Hamısı da məkan biçimini bildirən sözlərdir. Deməli, yanı, üstü, formanı çıxsaq, ağacı da görmərik. İrmağı, çayı biz yenə məkana görə, bir də suyun axımına baxanda məkan üzrə, zaman üzrə hərəkətinə görə qavraya bilirik.
Sual çıxır, məkan, zaman nəsnələrin özündəki biçimlərdir, yoxsa, yox? Kant deyirdi yox. Məkan, zaman bizim gözümüzün, qulağımızın, bir sözlə, qavrayışımızın verdiyi şəbəkədir və biz yalnız bu şəbəkədə şəkillənmiş, görünüş almış olanı görürük. Əski filosofların bir çoxu belə hesab edirdi ki, gözümüzdən cisimlərə işıq düşür və bu işığın sayəsində onları görürük. Kantın məkan, zaman haqqında söylədikləri buna yaman oxşayır. Məkan, zaman qavrayışımızdan, bilincimizdən düşən «şüalardır» və onlar bizə görüntülər (təsəvvürlər) verir.
Bəs nə ilə sübut etmək olar ki, məkan, zaman apriordur, yəni təcrübədən qabaq bizdə var, yəni bizim öz qavrayışımızın nəsnələrə verdiyi biçimdir? Kantın sübutlarından biri: biz heç bir cismi, olayı məkan və zaman biçimindən arınmış donda görə bilmərik, ancaq məkanı və zamanı nəsnəsiz-filansız göz qabağına gətirə bilərik. Deməli, məkan və zaman qavrayışımızın özününkü olduğu üçündür ki, onları qavrayışın içində şeylərsiz, hadisələrsiz təsəvvür edə bilirik. Deyə bilmərik ki, bu, güclü sübutdur, ancaq Kantın dediyinə qüvvət, ayrı-ayrı canlıların qavrayışında dünya xeyli fərqlənən məkan-zaman biçimlərində görünür.
Şopenhauer Kantın bu ideyasından çox möhkəm yapışır. Söyləyir ki, bizim qavrayışımızdan bizə bilinən nəsnələr, onların özü deyil. Bizə bilinənlər qavrayışımızın məkan və zaman biçimlərindən özlərinə don almış görüntülərdir. Ona görə də Şopenhauer özünün ünlü kitabını «Dünya iradə və görüntü kimi» adlandırır.
Şopenhauerə görə, dünya nəyə görə görüntüdür, təsəvvürdür, bunu anladıq. Bəs dünya nəyə görə iradədir? Bunu da anlamağa çalışaq.
Dünya iradə kimi
Şopenhauerdə dünya niyə iradədir (istəmdir)? Bunu anlamaq üçün dünyanın niyə görüntü olması haqqında bu filosofun daha nəyi anlatdığına bir az da fikir verək.
Şopenhauerdə görüntü (təsəvvür) subyektliklə obyektivliyin birgəliyidir. Subyektlik o deməkdir ki, görüntüdə nə varsa, «Mən»dən gəlmədir. Yəni cisim və hadisələrə görüntü kimi məkan və zaman biçimini, donunu «Mən»in bilincinin, qavrayışının şəbəkəsi verir. Gördüyüm cisimlər «Mən»im şüurumun məkan və zamandan qurulmuş «ekranında» şəkillənmiş, görüntü, görkəm almış nəsnələrdir. Bu şüur elə qurulub ki, yalnız səbəb-nəticə ilişgisində görüntüləri düzəndə onları anlamış olur. Deməli, subyektlik görüntülərdə bir də odur ki, səbəb-nəticə düzümünü də onlar şüurdan alırlar.
Mənbə:kayzen.az/blog/f%C9%99ls%C9%9...
Səsləndirən: Rafael Mirzaev
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)
#azərbaycan #keşfet #seslikitab #səslikitab #seslikitaphikaye #kitablar #inkişaf #fəlsəfə

Опубликовано:

 

28 ноя 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@BlackBoxProductionn
@BlackBoxProductionn 7 месяцев назад
Kanalımıza abunə olmağı unutmayın ❤
@BlackBoxProductionn
@BlackBoxProductionn 7 месяцев назад
Bəyəndiyiniz və bəyənmədiyiniz hallar olarsa, şərh yazın. Səhvlərimizi düzəldək. ❤😘 İnkişaf edək.
@sky_art9955
@sky_art9955 7 месяцев назад
Əla❤👍🏻
Далее
Впервые дал другу машину…
00:57
Səsli Kitab. Oq Mandino - DÜNYANIN ƏN DAHİ TACİRİ
2:27:01
Fəlsəfə Videodərs 9 (Fəlsəfədə insan problemi)
32:58
Фридрих Ницше - Как найти себя
21:10
Впервые дал другу машину…
00:57