Köçəri bir başqa dünyadır, bütün xalqımızın tarixi, məişət həyatı, sevinci-kədəri gözə gəlir. Bu havanın gözəlliyi 2-3 istinad pərdələrinin olmağıdır(tarda bildiyim Şikəsteyi-Fars, Segah, hələ ən sonda kiçik Şur(re) var), hər birisinə sıra çatanda mövzu köçün əvvəlindən, köçün ortası, köçün sonuna dəyişirmiş kimi hiss edirəm. Allah sazı uca tutan, adını layiq ifa edən aşıqlarımızı qorusun.