Тёмный

Aslan Aşiq - Əziz ustad (Hacı Ramil Bədəlov haqqında şeir) 2024 

Aslan Ashiq
Подписаться 6 тыс.
Просмотров 171
50% 1

Bu şeir əziz və dəyərli ruhanimiz Hacı Ramil Bədəlovun mövlud günü münasibətilə yazılıb:
Elminlə edirsən bizi irşad, əziz Ustad!
Daim olasan dəhridə dilşad, əziz Ustad!
Xoş halına, Allah sənə vermiş uca nemət,
Peyğəmbərə varislik olub şəninə qismət.
Əldə qələmin var ki, şəhid qanına nisbət,
Yoxdur qəti bundan uca bir ad, əziz Ustad!
Elm öyrədən hər bir kəsi Allah tutar üstün,
Hər gah o kəs insanlara yol göstərə düzgün.
Sən haqq yolu təlqin eləyirsən bizə hər gün,
Sayəndə olur qəlbimiz abad, əziz Ustad!
Minbərdə görən olmadı səndən quru təşviq,
Öncə özün etdin dediyin hər sözü tətbiq.
Hər kim tanıyırsa, edər əlbət bunu təsdiq,
Tək-tək tapılar sən kimi ustad, əziz Ustad!
Nitqinlə ürəklərdə qoyursan elə təsir,
Aram olur hətta səni dinlərsə, müqəssir.
Ən sadə üsulla eləyirsən sözü təfsir,
Hər dinləyənin könlü olur şad, əziz Ustad!
Hər işdə edirsən uca Allaha təvəkkül,
Allah səni qoymaz edəsən zərrə tənəzzül.
Hər dəm elədin Həzrəti Zəhraya (s.a) təvəssül,
Məhşərdə də eylər O səni yad, əziz Ustad!
Müəllif: Aslan Aşiq

Видеоклипы

Опубликовано:

 

4 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@MikeDgame
@MikeDgame 5 месяцев назад
Salam ,cox sag olun cox gozel , uca ALLAH her iki dunyada sizleri xowbext bextever elesin hem sizi deyerli Aslan Awiq, hem de gozel ustadimiz deyerli Alim Haci Ramili ,deyerli ustad Alim Haci Wahin qardawin meqami uca olsun min min AMIN,ALLAH REHMET ELESIN ,HER BIRINIZ IMAM HUSEYN ELEYHISSELAMLA UCALASINIZ HER IKI DUNYADA 999 TRILYARD DEFE MIN AMIN
@mammadli114
@mammadli114 4 месяца назад
Allah Hacı Ramil Bədəlovu qorusun Allah sizdən razı olsun Aslan Aşiq amin.
@dew.nj313
@dew.nj313 5 месяцев назад
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❣❣❣❣❣❣❣❣❣❣❣
Далее
Aslan Aşiq - Əsmaül-hüsna
6:28
Просмотров 1,5 тыс.
New model rc bird unboxing and testing
00:10
Просмотров 8 млн
Aşıq Aslan & Aşıq Nazim
7:32
Просмотров 20 тыс.
Aslan Ashiq - Imam Eli (e). Merac qrupu.
11:28
Просмотров 2,9 тыс.
Stray Kids <ATE> Mashup Video
2:17
Просмотров 3,4 млн
Воьвзина де
4:07
Просмотров 169 тыс.
Mirjalol Nematov - I love you (Videoklip)
3:56
Просмотров 1,4 млн