Тёмный

Aslan Aşiq - Xanım Rüqəyyə haqqında şeir. 

Aslan Ashiq
Подписаться 6 тыс.
Просмотров 1,4 тыс.
50% 1

Ey teşnə ləbin dilbəri, dildarı, Rüqəyyə,
Zeynəb bibinin həmdəmi, qəmxarı, Rüqəyyə!
İsmin çəkilən anda sənin, titrər ürəklər,
Ah-nalə edər yerdə bəşər, göydə mələklər.
Sınmazmı sənə qalxan o əllər, o biləklər?!
Allah götürərmi elə rəftarı, Rüqəyyə?!
Rəhm etmədilər gözdən axan yaşına bir an,
Gömgöy göyərən, qamçı dəyən qollara qurban.
Sən çəkdiyin ağrı-acıya dözməz hər insan,
Aşuranın azyaşlı fədakarı Rüqəyyə.
Ey Həzrəti-Zəhra gülü, çəkdin nə müsibət?!
Qəm şahısan, ismin tutulur qəmlərə nisbət.
Sən şahi-şəhidan qızı şahzadəsən əlbət,
Yox sən kimi şahzadənin oxşarı Rüqəyyə.
Göz yaşların axdıqca mübarək yanağından,
Ar etdi Fərat ol gecə ətşan dodağından.
Dərd eyləmə, Cənnətdəki Kövsər bulağından,
Su içməyə səslərsən Ələmdarı Rüqəyyə.
Xoş halına, hər kim ki, sevər eşq ilə Həqqi,
Mütləq duyacaq qəlb ilə ruhundakı fərqi.
Aslan ümid eylər, edər aləmdə tərəqqi,
Agahdır ona isminin əsrarı Rüqəyyə.
Tasua günü. 29.08.2020

Опубликовано:

 

5 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@MehdiKenizi-p9u
@MehdiKenizi-p9u Год назад
Çox gözəl bir şeirdir mən munu niyə dedim çünki mənim adım Rüqəyyədi like atanlar 👇 👇 👇
@amiltovuzluofficial9489
@amiltovuzluofficial9489 4 года назад
MaşAllah qardaş.əhsən
@musayevbalayar9991
@musayevbalayar9991 4 года назад
Allah ömrüne bereket qelemine quvvet versin AMINNNNN
@gulsummemmedova8418
@gulsummemmedova8418 4 года назад
Cann balaca canina canim qurban Xanim😰
Далее
Women’s Free Kicks + Men’s 😳🚀
00:20
Просмотров 4,8 млн
Aslan Ashiq - Imam Eli (e). Merac qrupu.
11:28
Просмотров 3 тыс.
Xanım Rüqəyyə | Sabir Xorasani
6:05
Просмотров 2,1 тыс.