Тёмный

Aslan Uğur Göynüklü "Qayıda ətrinə doymadığımız" qiraət Zabir Əliyev ZABİRBAYCAN 

ZABİRBAYCAN
Подписаться 6 тыс.
Просмотров 149
50% 1

Vaxtınız xeyir, videonu izlədiyiniz üçün öncədən təşəkkür edirəm! Kanalıma abunə olsanız çox məmnun olaram. Lütfən, əməyimə dəyər olaraq bəyənmə düyməsini tıklamağı unutmayın.
Dərin Hörmətlə: Zabir Əliyev /ZABİRBAYCAN/
Uşaqkən vəfatı dərk eləmirdim
Sanırdım qayıdar,boş qalmaz yeri.
İndi anlayıram, indi bilirəm
Torpaq aldığını qaytarmır geri.
Zəifmi yazıldı taleyi görən?
Nə qədər xəyallar,diləklər getdi
Abırlı, həyalı simalar, üzlər
Qızıldan bahalı ürəklər getdi.
Hər sinə daşının altında indi
Düşünsən nə qədər arzular yatır
Qisməti kəm gələn ölmüş ümidlər
Zamansız puç olmuş duyğular yatır.
Allahın lütfüdü qədir bilənə
Hələ son mənzilə qoymadığımız.
Tanrı bir möcüzə yarada,nola
Qayıda ətrinə doymadığımız.

Опубликовано:

 

27 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии