3 ildən çoxdur ki passat cc sürürəm, 2tsi dsg. Alanda bilirdim ki motorunu yığdıracam, sadəcə öz səhvim oldu, düzgün usta seçmədim, 2 dəfə yığdırası oldum. 2 dəfə rəsmi servisdə yox, amma sırf vaglarla işləyən ustada yığdırdım, ondan sonra da bu günə kimi problem yaşatmır mənə. Nəyinki audi, volkswagen, digər turbo muhərrikli avtolara da ən binicisi yüksək oktanlı benzin və keyfiyyətli yağ tökülməlidi. Maşınımdan tam razıyam, satmaq fikrim də yoxdu. Avtomobili alanda alıcı gərək özünə uyğun, öz cibinə və tələblərinə uyğun maşın alsın. Koreya və Yapon maşınlarında mən istədiyim performansı və komfortu özümə görə görmədiyim üçün Vw’seçmişəm və xərclərin də qarşılamağa hazıram. Kimsə tam daş döyən avto istəyirsə, kalaşnikov kimi hər şeyə dözən bir şey istəyirsə toyota var.
Bey tamamile duz deyirsiniz amma ki men vallah toyota surmekdense alib vw audi bmw onlari dagida dagida surerem daha yaxsidir. Cox adam deyir ee ucuzdu, meselen mesene 1995 ci ilin toyotasini gösterin yada 2005 ilin toyotasini görek o mashindan ne qalib, her seyi cökür, amma audi bmw mercedes hele de duruslari eladi ici eladir her seyi eladi. Yene de deyirem ancaq toyotadansa ele hyundai kia alaram da onsuzda eyni seydi, ne gedir ne dayanir ne de takkiltisi bitir, ya da ele kitay alaram onsuzda ses sesdi, qoy bari kitay olsun ;)
@@mashinbazari6641 Bəy, hər şeyi düz deyirsiz. Mən bəzilərinə izah edə bilmirəm ki yapon maşınları mühərrik və korobka tərəfdən dözümlü olurlar(baxır hansı mühərrik və karobka),elə mühərriklə karobkaya gəldikdə vag’in da çox dözümlü modelləri var(bse1,6; cfna1,6; vr6 3,2 və 3,6 tdi1,9 tdi2.0 tdi3.0), qaldı salona, banın detallarına onlar asia maşınlarında tez səradan çıxır. İllər keçəndən sonra isə dizaynları da əvvəlki kimi adamın gözündə xoş görunmür. Sadəcə bizim ölkə steriotiblərdən çıxmaq istəmir. Necə olur ki Audini, Volkswageni, Porsche’ni Şkodanı bütün dünya sevir, amma bizdə yox. Bəy, uğurlar sizə. İstərdim ki, sizin kimi savadlı insanların videoları daha çox baxış yığsın və tanınsın
Audi sənət əsəridi.Ən sevdiyim markadı.Bir zaman məndə əldə etdim o əsəri azcada olsa sahibləndim.Ancaq saxlaya bilmədim.Maddi imkanım heç cür icazə vermədi.Xərcdə çəkdim ancaq yenə nasaz vəziyəttdə 5 min dollar ziyana satdım.Ümumi o maşında 7 min dollar ziyan elədim 4-5 ay ərzində.Vallahi onu satanda 7 minə yox o rahatlığa onan aldığım həzzə heyfsənirdim.Elə indidə onun dadı damağımnan getmiyib.İnşallah maddi durumum düzələn kimi Audi alacam yenə.
Bey zerden anlayan zerger kimi danisdiniz, ele bil söz demirsiniz sheer deyirsiniz ;)) Dogrudan Audi möhtesemdi,Siz bey oglu Bey kimi haqqi deyirsiniz, ne olar imkan da az olar cox olur, amma haqqi demek lazimdi da mashin AUDI BMW ve Mercedesdi.
Insallah Allah imkan yetirer alarsiz. Mende de 2014audi olub,2016 f10 olub. Amma audi bir basqa alemdi. Audi yol getmir ki yolda suzur ele bil. Cox da ekanomdu. Karobkada terpenende ses olurdu deyene deyisdim. Bir de neye gorese bizde tutulmur Audi
ümumi olaraq bizim milletin ən böyük problemi öz ağlı ilə düşünmək istəməməsidi. 90/100 məsləhət tələb edir. ara sözlə desək götür qoy etmək istəmirlər. Şahin bəyə isə həmişəki kimi BRAVO👏
Qardaş Nolar auidi üçün normal usta bilirsizsə ünvan deyin gedib ətraflı suallarmızı verək. 2015 Auidi a6 alçaq isteyirəm. Cox qorxuramki prpblemi cıxsa hara yaxınlaşacam. Ən cox hansı detalı dəyişilir Xərcləri nələrdir? Bu video tam axtardığım video oldu. Allah köməyiniz olsun.
Salam Aleykum qardas senin danisiqin sirf lezet edir duz deyirsen. Men Lada Granta surdum xarab olanda duzeldende usdune xerc qoyanda mene cox gelirdi. Onu satdim Getdim 2015 hunday sonata aldim ve indi gorurem ki gerek adam eyaqin yorqanina gore uzadsin. Sehf ordadiki masin qeseng olduqca baha olur zapcasda gerek cibive uyqun masin almaq lazimdi
O günü Volkswagenin qrupunda porche cayene paylaşmışdı usta, 470 mində ilk dəfə motoru açılırdı, illərlə 95lə sürülüb maşın, son 2 ildə 92 ilə sürülüb. Demək ki maşını təyinatına uyğun sürüb, yaxşı qulluq etsən illərlə problem çıxarmaz. 600 min 700 min problemsiz gedən audilər var, türkiyədə də var idi biri.
Şahin bəy mən vosvagen tuareg almaq istiyirəm hansı matorunu məsləhət görərdiz?? Və yaxud burda izləyicilərdən kimdəsə olubsa varsa mənə məsləhət görə bilər?? Əvvəlcədən təşəkkür.
Öpürəm qardaş.Hər şeyi çox gözəl izah etdin.Ürəyimi oxudun.Mən 2008-dən VAG group sürürəm.Allah qismət eləsə ömrü boyu da sürəcəm.O maşınlar onları sürə bilənlər üçündür.
İllərdir Passat CC və Audi A6 arzusu ilə yaşayıram. Almağa pulum var ama ehtiyaclarını qarşılaya bilməyəcəyəm deyə almıram. Qalmışam Hyundai Kia arasında. Niyə alım sora xərcə salanda deyimki Audi ya VW maşın deyil. Axı onlar çoxda gözəl maşındır sadəcə mənim cibimə uyğun deyil. 8000-10000 manat arası CC ya A6 alacamsa əlbəttə adı olacaqki maşın deyil. Hyundai incitmir ama komfort yox, sürüş həzzi yox. Sadəcə bizim millət DSG karobkanı da adi karobka kimi idarə edir mitilinə vurur, sora da satdığı adam əziyyət çəkir. Ona görə VAG alanda da gərək o maşına normal qulluq etmiş, başı çıxan birindən alasan
Hyundai de niye komfort yoxdur ki? Siz ucuz hyundailere minmisiz yaxsisina minseniz ondada komfort var ozude duzdur bizim millet dsg den basi cixmir diye dsg yi soyur
Hundayın normalni klass-ına otursanız yumuşaqlığı və kipliyi hiss edəcəksiniz. Hundayın klasları yuxarı doğru getdikcə komfortu artır. Kia da onun kimidid.
@@Anonymouse18 menim Sportage ve Sonatam (kantli 2009 full) olub. Sonata komfortludur nisbeten ama Passat, Passat CC ve A6 qeder ola bilmez. Bu muzakire olunmaz meseledir
Əla gözəl çox sağol var ol gözəl izahlar verirsiz. Maşına necə xidmət etmək lazımdır ki, uzun ömürlü problemsiz idarə etmək olsun? Xüsusi qızıl qaydalar var, yoxsa bildiyimiz standart xidmətlərdi?
Salam qardaş.Zapçastı ucuz olan maşın var ki? Adi rus maşınlarını 2114-2115 müqayisə üçün götürsək çapçastı digər inomarkalara baxanda hətta Alman maşını opeldən bahadır.
Mende şexsen WV passat 2007 2.0 (FSI) turbo amerikanka olub. 2 il istifade etmiwem ozu de neyi var qovurdum, yag benzin filtr remen deyiwib surmuwem. Alanda sadece yaxşisin almaq lazimdir ve duzgun qulluq etmek lazimdir. 5000e 1 litr yag elave edirdim, ki bu da normaldir bu muherrikler ucun.
Salam. Honda avtomobil brendi və xüsusən Honda Accord modeli barədə fikirlərinizi bilmək maraqlı olardı. Ümumiyyətlə Honda maşınları Azərbaycanda populyar olmamasının səbəbi nədir sizin fikirinizcə? Təşəkkür edirəm.
Salam bey evvela qurdugum cumlede her hansisa qusur olarsa uzr isteyirem. Sizin danisiqiniz medeniliyiniz sizi bir ust seviyeye getirir. Menim sualim umumiyyetle bilmek istediyim toyota prado haqdadir. 2.7 motor ve 4 motor. Mene ne meslehet gorerdiniz ve men masin alsi olsam sizin servis varmi masini yoxlatmaga sizinle elaqe nece saxlaya bilerem. Cox sag olun.
Bey demeli Toyota prado cox sevilen bir mashindir, adeten problemleri olmur, amma cox yurus olanda meselen 200-300 min km bunlara da temir lazimdir ve adeten islenmis de olsa qiymeti cox baha satilir. Bunlara baxmayaraq yene de almaq isteyirsinizse alin, 2,7 mator zeif olsa da daha az xercli mashindir.
@@mashinbazari6641Salam. Hansı maşınlar lüks sayılır? Mercedes c class lüksdür mü? Sadə genişlikdə ailə maşınında rahatlıq üçün nə qədər at gücü və tork lazımdır? Neçə at gücü lüks sayılır?
Salam qardash coxsagol etrafli melumatlar ucun, sizden xais edirem bu dsg karopkasina bir aydinlig getiresiz, mende 2012 passatdi 1.8 servis 160 min gedib istedim karopkanin yagin deyisem qardas hansi ustaya getdim dediler bunlarin yagi deyismir 1.800 yag gedir servisede getdim onlaeda o sozu deyir amma turk ustalarina baxiran onlar deyir mutleq deyismelidi her 60 min km den bir yoxsa karopka dagilir bu meni cox narahat edir , masini satmaq bele dusunurem, çoxsagolun
Bey bu videodan sonra DSG karobkasi haqqinda video gelir amma onu hec gözmeden size cavab berim, bey tam da temire az qalib bu mashinda ona göre qorxub el deymirler ehtiyat edirler, men deyerdim ki beli qorxursunuzsa satin ya da satmaga ureyiniz gelmirsen islenmis almaniyada DSG getizdirin yene de surun getsin .
Bey bele deyim servis var amma men baxmiram, men ancaq bele dost tanis qohum vesselam. Amma bele umumi belke 100 den cox servisle isleyirik, ne lazimdirsa kömek ede bileremse ederem.
Salam. Çox gözəl video alınıb. O dediyiniz avtomobilə qulluq haqqında bizə də tövsiyələrinizi versəz bəlkə biz də audi almağa ürəklənərik. Tək audi üçün yox, eləcə də ili təzə mercedeslər üçün də. Təşəkkürlər.
Audi sürmüşem audi a6 olub .imkanim olsa Ancag audi sürerem.Gardaş mövzüdan xaric men xaricde yaşayiram burda vw touran sururem ve bu maşin cng sixilmiş gaznan di .Azerbaycanda zapravkalarda cng satilir?
Bahalıq anlayışı zamana və məkana görə dəyişən anlayıştır. On ilin maşını və onun ehtiyat hissələri sizə bahalı gəlirsə, siz zamanı bir xeyli geridən təqib edirsiniz. O maşının ehtiyat hissələri və baxımı ucuz başa gəlsəydi, ayda 5 -10 min avro qazanan alman onu satmazdı. 10-16 min verib köhnə maşln alıb, hər ildə üstünə 5-6 min xərc qoymaqdansa, 30 min ver təzə maşın al, 8-9 il canın rahat olsun.
Salam Bəy Əvvəla videolarınız əladır,sualım budur ki Ölkədə Yapon istehsalı avtomobillərdən daha çox Toyota önə çıxır,niyə digər yapon markalar önə çıxmır (Honda,Acura,Nissan,İnfiniti və s.)
Bey , bu sadece bir dilden dile kecen bir seydi, meselen hami deyir Toyota, sebeb nedir? 1 cisi Toyota en cox istehsal ede bilir demeli cox olduguna göre islenmisi ve istifadesi coxdur. 2cisi qonsu surur necedi? yaxsi onda men de alim, yeni gözle görunenden qorxmursan, bu da alir sonra o biri de buna baxir alir. 3cusu. Servisi daha Gucludur( yeni resmi temsilcisi) 4cusu Bey heleki alternativ görmeyibler. Meselen: son zamanlarda Honda cox regbet görur ( menim ucun Toyota Honda muqayisesinde Toyota mashin deyil Hondanin yaninda) bir muddetden sonra göreceksiniz ki Hami Hondani sevir. Yene de deyirem bizde mexaniki beyin isleyir, yeni dusunmek yox görmek, görurem, etrafimdan 10 nefer deyir eladi, demeli eladi. Vesselam men de Toyota surecem ;)
@@mashinbazari6641 Məncə ətrafdakıların dediyi ilə yox araşdırıb düzgün maşın seçmək lazımdır :) Bu da bizdə nadir bir şeydi necə ki siz dediyiniz qonşu misalı kimi (yaxşıdırsa,deməli məndə alım)
Fiat Servisdən, yani ustalardan razıyam, həm Babəkdə olandan həmdə Aqarunovda. 2007ci ildən artıq 2ci fiat sürürəm. Zapçastlar isə özün ebaydan sifariş edirəm. Yanacaqda və yağda ekonomiya etmək baha başa gəlir...
2010 da 2000 ci il 2.8 audi a6c5 aldım. Maşında televizordan belə varidi. Kiçik rasxodnikləri saymasaq. 1300+450+1000 xərcim çıxıb. Korobka variator olub, dağdan düşəndə altı dəymişdi. Korobka yağı soyutmaya getmədiyindən və o vaxtlar ustaların başı çıxmadığından məcbur mexanika elətdirdim 1300 mamat. İndi variator korobkanıda yığan var. Rulevoy kolonka dəyişdirdim usilitellə birgə 450 m. Onunda günahı özümdə olub. Səhvən cüzi azalmışdı adi yağ tökmüşdüm. Birdə bu yaxınlarda özümüz motorunu yığdıq. Maşın yatmışdı klapan salnikləri dəyişməliydik səhərlər tüstü verirdi. Motoru yerə qoyandan sonra fikirləşdik tam yığaq. Detallar elədə baha deyil. Sadəcə satanlar qiymətləri kəlləçarxa çıxardır. Məsələn: dollar 0 78 olanda benzinnasosu 80 manata aldım 1 ildən sonra dollar 1.70 olanda benzinnasosu soruşdum dedi 80 manat. İndi görün 1 detalın üstünə nə qədər pul qoyulur ki, dollar ona təsir etmir. Maşından başı çıxmıyan olanda ustaların çoxu aldadır. Şəxsan maşından çox razıyam. 14 il üçün saydığım xərclər məncə çox deyil.
Keçən il karobka yağını dəyişmək istəyirdim, getdim vw rəsmi servisinə, mənə dedilər ki yağ+prakladka+filter ümumi 980 manat edir. Sonra başqa bir karobka ustası mənə izah etdiki bunlarda nə karter var nə proklatka var, nə də filter. Nəyisə elə həmən usta özü dəyişdi aparatla, 350 manat pul çıxdı
Bey ele mesele orasinda ki siz servisde deyisseydiniz deyeceksiniz ki ne bahadi, halbuki sizi ne az ne cox 3 defe aldatmaq isteyibler. Siz ise duz yolu secminisiniz.
Qardas ne vacibdi dene bosh yere investisiya edirsen ,taksi ile avtobusla getmek ayib deyil ki ,lap bele skuter motorsiklet al sür amma ki isive yarasin axi bosh yatan mashin da xarab olur ;)
bey sizden bir meselehet almag istiyirdim bmw e36 alsam hansi mator olanin alim ne yag ne antifrezze tokum cunku biliremki qullugun elesem meni yolda qoymaz bir meselehet vererdiz zehmet olmasa
Salam qardaş bizim ölkədə italyan fransız maşınları da çox zəif yayılıb şəxsən başa düşmürəm ki Renault, pegout , citroen , Fiat kimi markalar istər Türkiyə olsun istər avropada ekonom maşın kimi bilinir amma bizdə yaxın durmurlar
Bizde ehtiyyat hisselerini baha satirlar. Mashinimin farasinin 1 ededini 300 AZN dediler burda lakin Amerikadan 2 ededinii karqo haqqi ile birlikde 255 AZN getirdim.
Bey eslinde AUDI ucun fara 255 manat baha deyil axi ,meselen 3000 olsa deyerdim beli bahadi amma 255 nedir ki fara ucun .ozude 2 dene ucun day bundan ucuz ne olsun ki qardas, demeli yolunu tapmisan ucuz alib surursen da esas budur, demeli bacarirsan da ,demeli bu mashin senindi.
Rəsmi servislər hər yerdə bahadır və səbəbini sizə izah edim. Onu da qeyd edim ki, Avropada da rəsmi servislər ən yaxşı servis deyil. Yer pulu, işçinin vergi xərcləri, firmanın müəyyən digər xərcləri (vergi kimi) siz müştərilərə göstərilən xidmətdən qazanılan pulla ödənildiyinə görə sizə yüksək məbləğ deyir. Amma digər servisin yer pulu və digər xərcləri daha azdır və o səbəbdən eyni xidməti daha münasib qiymətə təklif edə bilir.
İllərdir Audi sürürəm və hal-hazırda 2 Audim var. Bütün maşınlarım mexaniki sürət qutusu olub və hal-hazırda da mexaniki sürət qutuludurlar. Azərbaycanda yaşamadığımı qeyd etməliyəm ki, şərhim səhv anlaşılmasın. İlk Audim 2002 model A4 olub və hələ də məndədir. O maşında ən axmaq mühərriklərdən olan 2.0i var (maşın əvvəl ailə maşını olub deyə mən seçməmişəm) və bu mühərrikin yağ yemək kimi xəstəliyi var. O maşının başına açdığım oyunu hansı maşının başına açsaydım, çoxdan dağılıb əlimdə qalmışdı. 2009-cu ildə bizim evə 70 000 km yürüşlə gəlib və hal-hazırda 204500 km yürüşü var. Artıq yaşlanıb, amma yenə də diridir, çünki hər 5000 km-də yağını dəyişmişəm, filtrlərini vaxtından əvvəl dəyişmişəm və s. Bir sözlə maşına baxmışam. İkinci Audi 2009 model TTS-dir. Stage 2 olunub və çox razıyam. Alanda 108 000 km yürüşü var idi, indi 142 000 km yürüşü var. Maşın hər zaman həvəskarlarda olub deyə yaxşı baxılıb. Mən aldığım adam, çöldə yağış yağmağına baxmayaraq maşını təhvil verməzdən öncə, maşının içini və çölünü yuduzdurdu, elə təhvil verdi. 2021-ci ildə TTS-in əyləc sistemini təzələdim və 1200€ pul xərclədim. Şahin bəy dediyi kimi, bu Audi-nin səhvi deyil. TTS-dən öncə 2014-cü ilin A4 2.0 tdi (163 a.g.) var idi və onu da stage 1 etmişdim. O maşından çox razı qalmışam. Alanda 65 000 km yürüşü var idi, satanda 110 000 km yürüşlə satdım. A4-ün əyləc sistemini təzələmişdim, bütün filtrləri və yağını dəyişmişdim və TTS-in təkcə əyləc sisteminə xərclədiyimin 2/3 qədər xərcim çıxmışdı, çünki detalları Almaniyadan sifarişlə gətizdirmişdim və endirimlə almışdım. İstənilən maşına baxmaq lazımdır. Baxılan maşın dağılmır. Bir də sizlərə bir ağıllı davranmağı deyim. Rəsmi dilerə zğng edirsiniz və sizə lazım olan detalın qiymətini soruşursunuz. Sonra həmin detalın orijinal kodunu istəyirsiniz, kodu əldə etdikdən sonra və təşəkkür edib, sağollaşırsınız. Sonra google-da həmin detalın axtarışını edib, başqa ölkələrdə uyğun qiymətə tapa bilərsiniz.
Düz SÖZlər. Bmw sürürəm həzz alıram. Dünən 400 manat pul verib peçə gedən şlankı dəyişəndə hamı mənə lox deyirdi. Biri deyir remont elətdir, biri deyir şlank kəs sox boruya. Qardaş sevdiyinizə pul xərcləmək üçün pulunuza qıymırsızsa onun bunu seçdiyini sevin. Həyatdan zövq alın.
Bey Allah xeyir versin ,xeyre surun ancaq, bes mashin surmek bele olur da yeri gelende 1000-2000 xercleyirsen sonra rahat surursen, shlanq kes, ne bilim boru sal, ele bil Moskvicdi bu yoxsa volgadi? Sonra da BMW qaynadir ,deyirler eshi mashin deyil ee bu
Bu sizin dedikləriniz hər biri bütün sektorlarda var. Məsələn insan gedir restoran açır ancaq restoran nədir necə işləyir vəs. Heç bir anlayışı yoxdur və sonra bir müddətdən sonra işi batırır ona görə də bir şeyi edəndə yaxşıca dərinləşməsinə araşdırıb sonra edəsən bizimkilerdede elə bir adət-ənənə yoxdur
Videolarınıza görə təşəkkür edirəm. İndi salamat ikinci əl maşın tapmaq çətindi fərqi yoxdur hansı model olur olsun. 90 faiz insanlar maşını nəyi var çapır dağıdır sonrada and içərək xərci yoxdu deyə satır. Alan adamlarda maşına xərc qoyur. Əgər istəyirəmsə maşınım saz olsun məni Yolda qoymasın maşınada yaxşı qulluq etmək lazımdır. Pis maşın yoxdur. Maşına baxmayan insanlar və maşından başı çıxmayan ustalar var. Maşnın bir yerin düzəldəndə başqa yerin xarab edir. Zavod kitab deyirki maşına 5.5 lt yağ tök usta deyir 5 bəsdir. Kankred ustalara qulaq asmıram maşına nə uyğundursa onuda edirəm. Maşına baxmasan orginal detal istifadə etməsən ustadanda çıxa bilməyəcəksən. Ustlarda qalan salamat yerlərin dağıdacaq. Audiyə həvəsim var. Qismət olsa alacam. İnşAllah
Bey bele en sevdiyim mashin BMW-dir bir nece defe olub, amma imkan olmayib ki yeniden yaxsisini alim .Hal hazirda Hummer h3, Audi a6 ve 2 balaca kitay elekttrik mashini sururem. Amma bu o demek deyil ki onlari Beyenirem, 1 ci beyendiyim BMWdi sadece gucum yetmir yaxsisina pisini de istemirem acigi yalandan alim satim.
Bey, eger pulunuz yoxdursa elbette et almaq olmaz, yox eger olmaya olmaya et alirsinizsa avtomatik borclanma olur. Qidaya göre borclanma umumi xalq terefinden qinaga cekilmir amma ki Bahali mashin surub borca dusmek ayri seydi. Bele acigi hec ne basa dusmedim, amma yene de serh yazmisiniz eziyyet cekmisiniz tesekkure edirem.
Bey eslinde her sey sadedir, sadece qebul elemek cetindi. niye menim BMW audim olmasin? yaxsi olsun get al. 3 gunden sonra görursen avtobusla gelir, "Bes ne oldu ? " benzini cox yeyir ee bu
bu yaxınlarda maraqlı bir durumla rastlaşdıq. Mercedes GLS-in təzəsi 136 min dollar, BMW X7-nin təzəsi 138 min dollar, Audi Q8-in təzəsi isə 94 min dollardan başlayan qiymətlərə idi. bu maşınlar eyni klas rəqib modellərdi. Mercedes GLS ilə BMW X7 demək olar ki eyni qiymətədir. Audi Q8 isə ucuz. təbii ki, qiymət uyğunluğuna görə Audi Q8 almağı qərara gəlsək də o maşının nə üçün rəqiblərdən çox aşağı satıldığını, həm də maşının hansı zəif yerləri olduğunu heç cür araşdıra bilmədim. fərz edin ki bu maşını alanda risk etməliyik. gələcəkdə ortaya nə kimi zəif yerlərinin çıxacağını bilmədiyimiz üçün qiymətləri də indidən araşdıra bilmirəm. bu sahədə bilginiz varsa paylaşsanız sevinərəm
Beli duz deyirsiz tamamile. Agrimayan basima niye desmal baglamaliyam axi? Umumiyyetle masina yanasma terzine gore insanlar bir nece qrupa bolurler. Bir qrup insanlar hemise sirf qazancina uygun masin surur ve en esas da en sade masin sururler. Misalcun bir cox insanlar taniyiriq ki, 20 il sovet surubler sonra 10-15 il mercedes 4 goz ve ya ceska surubler , indi de ya tayota prado sururler ya da hunday santafe ( kio sporteg ve s.) Yeni bu insanlar hemise oz isleri bilibler ve hec vaxt da uduzmayiblar. Qazanclari artdiqca ve ya zamana uygun, en ideal ( incitmeyen) masin surubler. Bele insalar etrafimizda kifayet qeder var. Bir qrup insanlar da en azi bunlar qeder dusuncelidir ve her zaman 0 km masinlar alib sururler. Yeni baxirsan ki, bu adam 30 ildir masin surur ve cemi 3defe masin deyisib hemise de yeni masin alib. Ve yeni olduguna gore de en azi 5-6 il temirsiz surub , sonra da yungul el gezdirib surub. Hec vaxt ne mator yogdirmayib ne de karopka Bir qrup da insanlar var ki, dediyiviz kimi isini hec vaxt bilmir. Gah gedib bmw alir , gah gedib audi alir. Amma menim indi dusuncem beledir ki, o masinki meni yolda qoymaga meyilli deyil, marka ve model olaraq oz sozunu deyib xalq arasinda ve xususi qulluq teleb etmir, yeni matoru , karopkasi ve diger bahali hisseleri yaga benzine ve s. hessas deyilse men o marka ve modelin yaxsisini secib alib ve hec olmasa 5-6 il masin almaq baresinde dusunmemeyin terefdariyam. Cunki , men ozum bir sehv etdim 4 ile 4defe masin deyisdim ve uduzdum. Cunki, hamsi islenmis masinlar idi. Ve yeni aldigin masinla yola arxeyin cixa bilmirsen. Bilmirsen k,i, yolda seni ne surpriz gozdeyir. Masiniva tam beled deyilsen. Gerek en azi bir suresen ki, masiniva beled olasan, bilesen ki, hansi hisseler seni yolda qoya biler ve masinin zeyif noqtesi hansidir.
Usta salam. Ayağını yorğanına görə uzatmamaq normal birşeydi yaşda məndən neçə yaş böyüksüz. Məsləhət vermək kimi çıxmasın özünüzü belə adamlara görə əsəbləşdirməyin. Audini kimi ümumi lüks markaları zatən alanlar, sürənlər nə aldığını bilib alacaqlar. Özünü kiməsə göztərmək istəyən yarımçıq insanlar alacaq ama danışacaq. İkinci sualım Chevrolet Monza barədədi. Hibridi yox sadə 1.5 matoru. Hibridi 1.3 turbodu özüdə bir başa püskürtmə. 1.5 matoru barədə məlumatınız varmı?
Bey mumkun deyile ee eseblesmemek, amma siz de haqqlisiniz. Monza baresinde deyim ki Bey sade kicik sedanlar her zaman olub, meselen bu yaxsi tanidiginiz Cruze nesli olan mashindi ondan qabaq Lacceti ve idi belece kicik kompact ve budce sinifi mashindir, eger bele mashindan cox sey gözlemeden alib gundelik surmek isteyirsinizse mence cox yaxsi mashidnir. amma lib ondan luksluq gözleyirsiinizse o olmayacaq. yene de deyirem budce sinifidir.
Salam bəy. Mən şkoda Kodiak almışam. Əla maşındır, heç bir şikayətim yoxdur. Maşın salon maşınıdır , salamatdır heç bir problemi yoxdur. Xahiş edirəm əgər olarsa sizin servisin yerini deyin yaxınlaşıb sizin ustalardan da bəzi məsləhətlər alım. Bu mənim 5 ci təzə maşınımdır amma heç birinə servisdə qulluq elətdirməmişəm. Servis xidməti məni qane etmir. Hərdən maşınını satan deyəndə ki,servis maşınıdır və servisdə qulluq elətdirməmişəm,fikirləşirəm ki heyif o maşından. Nə isə zəhmət olmasa servisinizin yerini deyin.
Birinci avtomobil kimi VW Jetta almışam. Alınan gündən ehtiyat hissələrini özüm sifariş verib Estoniya və Latviya kimi ölkələrdən gətizdirirəm (həm ucuz düşür həm də orijinallığına şübhəm yoxdur) montaj işini də ancaq rəsmi servisin təlim keçmiş ustalarına həvalə edirəm. Heç bir narazıçılığım yoxdur. Satmaq da fikrim yoxdur. Mənim üçün qiymətinə görə seqmentinin ən üstün avtomobilidi. Hyundai Elantra, Kia Cerato, Nissan Sunny, həmin ilin Toyota Corollasını alacağıma yaxşı ki, Volkswagen almışam.
Salam, Bu dəfə kommet yazmaga mecbur oldum ki, yazmasam əziyyətinə qarşı haqsızlıq olardı. Tamamilə mövzunu düz vurgulayiırsınız. Biz sadəcə oldugumuzdan da daha varlı imkanlı görünmək istəyirik. Budu problem. Axı nə məcburdu ki bahalı maşın alib sonra qulluq ede bilməyəsən və sonra adinida qoyasan ki pis masindi xerci çoxdu belədi filan....Hələ ustaya gedəndə gör bir təhər nə edirsən deyir. Axı nə məcburdu. Mən özümdə bunu düşünməliyəm ki bu avtomobilə qulluq edə biləcəm ya yox? Şəxsən bu gün ki gündə idarə etdiyim avtomobil mənim üçün çox uygundur. Mator karobka dagilsa belə. İmkan çatır almaga Passat Audi isə mənə görə bahadır demiyək də, belə deyək mən onu almaq üçün hələ kasıbam.Çünki onlardanda bahalı maşin var. Amma ən baha can saglıgıdu onuda sizə arzu edirəm. Hələlik.👍
Bey serhinizu ucun tesekkur edirem, Bey elbette insan kimi yasamaga göre mecbur deyilsen ki AUdi olsun yada BMW, en gözeli ele insan özudur, BMW de Audi de Allah qismet etse olacaq amma yalandan dur artistlik ele borca xerce gir derde gir. Acigi Bey mene göre bu bir xestelikdir, bahali görsenmek, axi bu 3 gun cekir, bahali gözel heyat xosdur shubhesiz amma ardicil olmalidir da, yoxsa borca gir 3 gun ceksin bu ish deyil .
bugun videolarin birinde audi isteyen biri var idi ele bilirler ki nemes mali olanda problem cixartmir halbuki xeberleri yoxdu ki o masini alanda ele o masinin qiymeti qeder elave pulunda olamlidi
Bey Audi istemek pis sey deyil, umumiyyetle AUDI ela mashidnir amma ki, gerek ona pulun ola da, bir de gerek mashini bilesen, biri matoru dagidib deyir Bunun volga ile ne ferqi var ki ? men ona butulka yag tokurdum .
Ehtiyat hissəsi ucuz maşın (sovet maşınından başqa) Toyotadır. Hamı bütün maşınları Toyota ilə müqaisə edir. İnanın heçç bir markanın ehtiyat hissəsi Toyota və soveti çıxsaq ucuz deyil. Burada sadəcə və sadəcə irad tutsaq-tutsaq servislərdə əl haqqına tuta bilərik. Onun da açıqlamasını keçən videoda demisiniz "niyə servis bahadır?". Qulluğa gələndə yenə qayıdırıq əvvələ, ehtiyat hissəsi "baha" olduğu üçün sürücü məcbur olanla yetinir, deyir "Əşi əsas odu gedir dəə". Servisdə də qulluğ eləmədiyinə görə istədiyi kimi "qulluq" edir. Usta müəyyən hissənin nasazlığı barədə məlumat verəndə deyir "bunu dəyişmə qoy qalsın". Bu maşınlar rəsmi servisi sevir. Maşın deyir "Məni sürürsənsə tam saz vəziyətdə sür" ya da servisdə də qulluq elətdirmirsənsə də original ehtiyat hissəsi qoy və heçç bir halda demə ki "əşi gedir də hələ" tam saz sür. Hər şey bəllidir zatən hansı yürüşdə nəyi dəyişməlisən. O çin maşınıdır ki dünən çıxıb, hələ onun da kitabçasını oxusalar (bəzən tərcümə olmur) bilərlər nə nədi.
Bey tam dogru, yeni yalandan ora bura firlatmagin ne adi var, 3-4 hal var siz deyenler vesselam, bunu da anlamirlarsa mashini surmesinler vallah, gunahdi artiq.
Problem eslinde bahalı deyil. Orginal olmayan detali orginal adına camaata satırlar. Adamı esebleşdiren de odur ki, üzüvə dururlar ki, orginaldır. Sadece.....
Vallah bizim millət öyrəşib jiquliyə. Elə istəyirlər ki, maşına ancaq yanacaq vurub sürsünlər. Daha getdiye o dövran. Müasir dövrdü,müasir maşından ləzzət almaq istəyirsənsə yaxşıca maya qoymalısan, maşına qulluq vaxtı edilən qənaət vaxt gəlir 3-4 qat çıxır sürücüdən. Ona görə gərək ucuza qaçmayasan.
Bey dubbediz, ya da gucun catmirsa ayib deyil ki bildiyini al sür ya da köhneni al sür. Ne ayib ishdi ki ? menim gucum buna catir bunu sururem vesselam.