Тёмный

Autizm - "Oğlumu onları öpdüyü üçün əl ilə itələyirdilər" 

Meydan TV
Подписаться 619 тыс.
Просмотров 12 тыс.
50% 1

Arzu Məmmədova deyir ki, heç gözləmədiyi halda övladı autizmli olub. Öz övladı autizm spektrlı doğulana kimi bu barədə məlumat almadığı üçün bir müddət nə edəcəyini bilməyib. Ana cəmiyyətə doğru məlumatlar ötürülməməsinə görə həm autizmlilərin, həm də valideynlərinin əlavə stres yaşadığını deyir.
"Bir an anidən deyirlər ki, sənin uşağın autizmdir. Autizmin nə olduğunu dərk etmirdim birinci növbədə. Daha sonra böyük bir stress keçirdim. Bir şeyi başda bilmirdim ki, o stresi keçirməklə mən övladıma ziyan vurdum. Heç yerə çıxa bilmirdim, apara bilmirdim. Avtobus, metro olurdu. Kim gəlirdi qucaqlayırdı, öpürdü. Baxmırdı, yaşlısı, böyüyü. Bəzən insanlar təəccüblü qalırdılar, bu uşaq məni tanımır axı, niyə öpür. Bəzən insanlar qarşılıq verirdi, amma çox aqressiv insanlar da olurdu. Əli ilə itələyirdi ki sən məni niyə öpürsən, xeyir ola? Kim görüb deyir “Allah şəfa versin”, ürəyim ağrıdı. Yazıqdır. Bu sözləri, düzdür, o uşaqlar dərk etmir, amma bir valideyn bu sözlərdən sonra nə hala düşər?”, Arzu Məmmədova bildirir.
Oğlu Uğurdan sonra Arzu Məmmədova üçün başqa bir dünyanın qapıları açılıb. Autizm spektrlı uşaqların ehtiyaclarını öyrənməyə başlayıb. Övladının inkişafı üçün sosiallaşmasının nə qədər önəmli olduğunu başa düşdüyü üçün ev təhsili yox, inklüziv təhsil almasına nail olub. İndi onun oğlu Uğur 1-ci sinifdə oxuyur.
"Mən özümü çox xoşbəxt hiss edirəm ki, övladımı inklüziv təhsilə yönəldə bilmişəm, çünki mən də xüsusi təhsilə yönəldəcəkdim, bildiyimiz kimi orada çox uşaqlar qarışıqdır. Biz də bir valideyn kimi, yəni bu qədər öyrədirik, irəli gətiririk, istəyirik ki, cəmiyyətə qarışdıraq, amma o təhsilə yönələn uşaqlarda cəmiyyətə qarışmaq çox çətindir. Əksinə, onlar daha da aşağı gedirlər, amma inklüziv təhsil onları daha da üzə çıxarır, daha da təkminləşdirir, amma azdır. Təəssüflər olsun ki, hələ çatmır. Çox uşağın ehtiyacı var. Bu dəqiqə çox uşaq ona görə kənarda qalıb", Arzu Məmmədova deyir
Nailə Həsənzadə deyir ki, autizmlilər ağır, orta, yüngül kateqoriyalara bölünür. O bildirir ki, ən çox qayğıdan kənarda qalanlar yüngül dərəcədə olanlardır. Çünki onlar inklüziv məktəblərə getməli olsalar da, çox vaxt bundan yararlana bilmirlər.
"Azərbaycanda bölgələrdə yox, sadəcə Bakı ərazisində var. 6 məktəbdə inkluziv təhsil olur. Bu da yetərli sayılmır. İnklüziv təhsilə ehtiyacı olan autizmli uşaqların sayı ilə heç uyğun gəlmir . 6 məktəb o ehtiyacı ödəmir", ekspert deyir.
Ekspert vurğulayır ki, autizm spektr pozuntulu uşaqların qarşılaşdığı ilk problem onları gizlətməyə çalışan ailələri, daha sonra cəmiyyət və maddi çətinliklərdir. Uşaq bərpa prosesinə qədər bu 3 maneəni dəf etməli olur
"Ən birinci yaxın ərazidə yerləşən reabilitasiya mərkəzi olmalıdır. Uzaq yol autizmli uşaq üçün və onun qayğısını çəkən ana və digər şəxs üçün stress mənbəyidir. Çünki uzun yolda daha çox yorulur. Autizm sindromlu uşaqların reabilitasiyasını intensiv və dəvamlı aparmaq üçün ikinci ən lazımlı maddi vəsaitdir. Maddi vəsait hesabına intensiv və davamlı reabilitasiyasını başa vurmaq olur", Nailə Həsənzadə deyir.
Aprel ayı Ümumdünya autizm maarifləndirmə ayı kimi qeyd edilir. Bu ay cəmiyyətin fərqli uşaqlara və şəxslərə qarşı qayğı və diqqət göstərməsi üçün nəzərdə tutulub.
Azərbaycanda qeydiyyatda olan 2000-ə yaxın autizmli olduğu deyilir.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Опубликовано:

 

7 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 112   
@laleceferova5747
@laleceferova5747 6 месяцев назад
Məktəbdə mənim autizm şagirdi olub.Fortepiano üzrə çalışmışıq.Düzdür mənim üçün çox əziyyətli idi.Amma səbirlə hövsələ ilə Allah xatirinə o uşaqla çalışırdım.Yəni özüm yeni ana olsamda ,yuxusuz gecələrimə rəğmən o şagirdə imtina etmədim.Şükürki,nəticələr gözəl oldu.Həmin şagird İncəsənət Universitetinin tələbəsi oldu.Özümlə qürur duydum ki,istedadlı şagirdlə işləməyə nə varki??Əsas belə uşağı çətin vəziyyətdən çıxartmaqdır.
@emilorucov6391
@emilorucov6391 3 месяца назад
Allah sizdən razı olsun
@amenelili790
@amenelili790 Месяц назад
❤❤
@melisugurceferzade6495
@melisugurceferzade6495 Месяц назад
Ne gozel. Allah razi olsun sizden
@familabisov734
@familabisov734 24 дня назад
Allah sizden razı olsun.herkes sizin kimi deyil
@IlaheMirzeyeva-n3r
@IlaheMirzeyeva-n3r 5 дней назад
Allah bu emelinizi axiretde qarsiniza cixartsin. Amin
@gunduzqdirzad7893
@gunduzqdirzad7893 Год назад
Gün bu gündə cəmiyyətimizdə Eşşəy düşüncəli eşşəy qabiliyyətli insan cilidində olan məxluqlar var. Bu körpənin insanları öpməsi qucağlaması xəstəlik deyil ki mehribanlığ əsl insanlığ nümunəsidir. Bunu qanmayanlar yəqin ki ailəsinədə kobud münasibətlər göstərənlərdir.
@cmcm9578
@cmcm9578 Год назад
Sən birin bilirsen birin yox, bəli kobud rəftar etmək olmaz !!! Razıyam! Amma normal uşaq durduğu yerdə tanımadiğı insani opub qucaqlayirsa deməli problem var
@melisugurceferzade6495
@melisugurceferzade6495 Месяц назад
​@@cmcm9578problem varsa sizde insan olub başa dusməlisiniz.
@heyderisgenderli2204
@heyderisgenderli2204 25 дней назад
Nolubki pirablem oluanda
@meryemsharifova
@meryemsharifova 9 дней назад
Eşşək onlara baxanda yaxşıdır hele
@IlaheMirzeyeva-n3r
@IlaheMirzeyeva-n3r 5 дней назад
​@@cmcm9578he ne olsun? Meni tanimadan hansisa usaq elimden tutursa men ona mehribanliq gosterirem anasi ucun baxiram. Salam verirse salamini aliram usagin. Gulurse gulurem. Usaqdir da.
@NuraniBabaxanov
@NuraniBabaxanov 5 месяцев назад
Oqlumun 34 yawi var.uwaq serebral iflici,eqli geriliyi olan epilepsiya xestesidir,1 ci qrup elildi,daim qulluqa,nezarete ehtiyaci var,mehkeme qetnamesine esasen qeyyum teyin edilmiwem,oqluma baxiram,tek anayam.Artiq ne gucum ,ne de sebrim qalmayib, esir kimi yawayiram.telde normal daniwa bilmirem,eve gelen qohum,qonwuynan da oqluma toxunmayacax wekilde daniwmaliyiq.Vaxtinda reablitasiya merkezine aparsaydim,yeqin ki,indi bele eziyyet cekmezdim.
@ЗаурГусейнов-ж9п
@ЗаурГусейнов-ж9п 2 месяца назад
Allah kömək olsun 🤲
@Sebrle1
@Sebrle1 8 месяцев назад
Heç autizmə oxşamır çoooox irəliləyib 👏👏👏
@vaqifbagrov3408
@vaqifbagrov3408 Год назад
Allah şəfa versin, valdeyinlerine sebir versin. Çox çətin bir xəsdəlikdir. Ümid ediremki adiyyəti qurumlar bu meseleyle bağlı araşdırma aparar və bu cür xəsdəliyi olanlar üçün lazımı köməklik və yardımı edər.
@Aminəİbrahimli
@Aminəİbrahimli Год назад
Hər kəs valideynlərdə səf axtarir amma başa düsmək istəmirlerki birinci yerde maddi vəziyetden aslidi Varlı valideynler üçün heç bir problem yoxdu amma vay kasibın halına😔
@aynurevuqaraynurevuqar
@aynurevuqaraynurevuqar Год назад
Allah kömeyin olsun,Allah sebr versin
@ymnaxundova1247
@ymnaxundova1247 Месяц назад
Allah köməy olsun Valideynlərə səbr, can sağlığı arzu edirəm
@Aminəİbrahimli
@Aminəİbrahimli Год назад
Bütün yerlər şəhər mərkezin de açirlar amma şəhər den kənarı hec kim dùşunmur😢
@NurlanaBabiyeva
@NurlanaBabiyeva 11 месяцев назад
Qismət olsa mən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bir yerdə isleceyem və o qədər sevinirəm ki olarla yaxın olacam olara sevgimi ötürə bilecem.her zaman o cür dəyərli uşağlar mənim diqqət merkezimde olub.
@salamolsun2615
@salamolsun2615 6 месяцев назад
SALAM AUTİZİM SPEKTİRLA DOĞULUR YOXSA SONRADAN ARAYA ÇIXIR?
@Aminəİbrahimli
@Aminəİbrahimli Год назад
Çox agır dərti inaninki belədi😢
@Ugurliyev-xx2xl
@Ugurliyev-xx2xl 4 месяца назад
Çoox istəyərdik ki masallıdada bu cür inklüziv məktəblər açılsın
@aqshinsadis9349
@aqshinsadis9349 3 месяца назад
Yalvaram biri mənə desin altuzim sağalır mənim qızımda altuzumdi 😢bir ana kimi çox çətindi mənə
@SamiraGva
@SamiraGva 2 месяца назад
Sagalir ...bir AZ gerilik qalir.o da zamanla inwallax.Her wey Allahin elindedir.sebr sevgi
@aqshinsadis9349
@aqshinsadis9349 2 месяца назад
@@SamiraGva psixoloq qoyuruq o ona kömək edəcək
@АсланИсмаилов-я3ь
@АсланИсмаилов-я3ь 2 месяца назад
Salam xanım menimde övladım autizmdir danışmır 9yasi var çalışın pisixolog laqaped defektoloq dayanmadan işləyin yoxsa xeyri olmur inşallah ki yaxşı olar,Amma tam sağalmir irəliləyiş olur oda her gün üzerinde isletikce,internetdə araşdır dieta var ona saxlasan daha effekt olar uşaq şirniyat sakalat soklar olmaz qıcıqlanma verir beyinde
@RGR1984
@RGR1984 Месяц назад
@@АсланИсмаилов-я3ь hec danishmir ?
@aynurevuqaraynurevuqar
@aynurevuqaraynurevuqar Год назад
Men bu aileni taniyiram,cox eziyyet cekirler butun aile calışırki usaq sagalsın
@isfndiyarmlikov5651
@isfndiyarmlikov5651 Год назад
Allah wefasini versin bu gozel balamizin. Cox cetin bir xestelikdir autizim. Onun ucunde gerek ovladini pewakar birine hevale edesen ki onun mualicesi ile duzgun mewgul olsun
@МалахатМахмудтва
@МалахатМахмудтва 16 дней назад
Salam men rusyada yasaylram menim ovlumun 4yasl var autizim xesdesidir danlsada bilmir cox danslr yanl cumle qurub deye bilmir heryere aparug maliceye ediruy
@Vaqif-c5q
@Vaqif-c5q Месяц назад
Salam insallah mene komeklik gostere bilersiz? Menim oglum autizmdir.Mektebə hara qoya bilerem?Kim taniyir autizmli usag ucun məkteb.
@mehribanhuseynova153
@mehribanhuseynova153 2 месяца назад
İnkulizif tehsil ucun hara muraciet ede bilerem. Menim ovladimi hec bir mekteb goturmur
@elcinhesenov1325
@elcinhesenov1325 Год назад
Heqiqeten autizim xesteliyi cox agir bir xestelikdir. Allah wefalarini versin bu uwaglarin. Valideyinleri ise cox mesuliyetli yanawmalidir uwaglarin bu xesteliklerine. Dogru hekimlere muraciyet etmelidirler
@marqantondostoyevskiy496
@marqantondostoyevskiy496 Год назад
ALLAH KÖMEK OLSUN ANALAR CEKTIINI HEC BIR KIŞI BILMEZ ONA QÖRE ALLAH TALA DEIRKI CENNET ANALARIN AYAHLARIN ALTINDADIR , YENI KI ANALAR CEKTIYINE QÖRE ONLARA UF BELE DEMELI DEYIILIK
@teymurzahirov884
@teymurzahirov884 11 месяцев назад
Xaiş edirəm sağalması üçün bildiklərinizi paylaşın . Allah heç bir valideyni övladıyla sınamasın . Bildikdən sonra həyatdan sönmüşük , nə səs verir , nə də diqqət . Yalnız qaçır , fırlanır velosipedi çevirib təkərini fırladar və yaxud pərdəylə oynayar . Biznən yalnız gizlənpaça oxşar şəkildə oynayır
@n-ova4111
@n-ova4111 7 месяцев назад
Xanım xahiş edirem mene yazın sizi çoox gözel peşekar bir xanıma yönlendirim. Allah ondan razı olsun oğlum çoox isrelileyib. Heqiqeten Allah bizleri doğru insanlarla rastlaşdırsın. Bu yere gelene qeder çox vaxt isitdik biz
@tamillaelekberova3491
@tamillaelekberova3491 7 месяцев назад
Salam, xahiş edirəm mənə kömək edin, övladım autizmdir, hansı hekimi məsləhət görürsünüz
@vasifdunyamalyev3515
@vasifdunyamalyev3515 6 месяцев назад
Salam uşaq necedi ​@@tamillaelekberova3491
@laleceferova5747
@laleceferova5747 6 месяцев назад
Nəfəs klinikasına yaxınlaşın
@gulluzamanova7915
@gulluzamanova7915 5 месяцев назад
​@@tamillaelekberova3491salam
@Sedaqet-y1m
@Sedaqet-y1m 4 месяца назад
Zəhmət olmasa adresi yazardınız
@NatavanMemmedova-k5t
@NatavanMemmedova-k5t Год назад
Inwallah dahada yaxwi olar❤
@ziyaallahverdiyev999
@ziyaallahverdiyev999 Месяц назад
Bu uşaq autizm yox asperqerə oxşayır bəli. Autizmin yüngül forması
@vasifdunyamalyev3515
@vasifdunyamalyev3515 6 месяцев назад
Salam autizmli uşaqlara pensiya duşur?
@celilpirverdiyev5050
@celilpirverdiyev5050 6 месяцев назад
Bəli düşür gedin düşün üstünə alın uşaqa pensiya dövlət pensiya kəsib bu uşaqlara hec olmuya dərmanlarına catsun
@vasifdunyamalyev3515
@vasifdunyamalyev3515 6 месяцев назад
@@celilpirverdiyev5050 nə qədər duşir?
@vasifdunyamalyev3515
@vasifdunyamalyev3515 6 месяцев назад
83 fayiz autizmin yüngül diaqnozu qoylub .indi uşaqada pensiya duşur ..mende anasiyam anayada uşaaqa baxdğim ücn duçr?
@Ася-ж3у
@Ася-ж3у 6 месяцев назад
salam rusiyada 30 min​@@vasifdunyamalyev3515
@Ася-ж3у
@Ася-ж3у 6 месяцев назад
​@@vasifdunyamalyev3515beli menim oğlumun 4 yawi var ağır növ deyil. ama rusiyada qurup qoymurlar invalidnitsa qoyurlar 18 min uşağa 12 min də anaya baxdığı üçün verirlər ama gərək ana hardasa işləyirsə afisalni olmasin
@EmragEliyev
@EmragEliyev 9 месяцев назад
Tez qluten ve kazein kesilmelodo. Sirniyyat kesilmelidi. Sarimsaq demlemensi sogan. Goy goyerti temelidi
@MelikeVeliyeva
@MelikeVeliyeva 4 месяца назад
Siz belə etmisiz sağalıb?
@Anouk-rv8ux
@Anouk-rv8ux Месяц назад
Sarimsag demlenmesi, göy göyerti temelidi nədi?
@AyselQulamova
@AyselQulamova 9 месяцев назад
Siz ne zaman bildiniz ovladiniz autizmdir. ? Bilirsiniz bunun mualiceside var yeni .Simptomlari neydi?
@ПарванаГасанова-п7г
@ПарванаГасанова-п7г 9 месяцев назад
Salam baci manimde uwagim beladi 8 yawi var gorasan bakida bununmaktabi varmi
@Ася-ж3у
@Ася-ж3у 7 месяцев назад
salam xanım mənim oğlum 4 yaşındadır indi bilmiwemki autizimdi. rusiyada yaşayırıq hələki ava terapiya qoymuşuq.bawka necə müalicə etdirmək olar?
@ПарванаГасанова-п7г
@ПарванаГасанова-п7г 7 месяцев назад
@@Ася-ж3у salam xanim menfe rusiyafa yawsyiram qizim autizimdi 8 yawi var 6 yawinanloqepete apariram mektebi lazimdi qoymag mektebe oda men yawayan weherde yoxtu oncun apariram bakida oxudum
@Ася-ж3у
@Ася-ж3у 5 месяцев назад
@DavidDunyamali salam men Çuvvaşiya da yaşayıram. AvA terapiya ya qoymuwam. safsem danışmırdı. terapiyaya gedəndən danışmağa başlayıb çox şükür.Bu terapiyanin böyük hissəsi Moskvanın özündədir.
@Ася-ж3у
@Ася-ж3у 5 месяцев назад
@DavidDunyamali internetdə yazsaz adını adres cixacaq ad ı Moskva yazin
@SamirƏliyev-d3s
@SamirƏliyev-d3s Год назад
O məlumatın sizə verilməməsi sizin uşağınızın anadan olduğu xəstəxanadadır səhv. Belə uşaqları olan analara bildirilməli və onlara nə edə biləcəkləri ilə bağlı məlumat verilməlidir.
@lalfrcova6844
@lalfrcova6844 Год назад
Hecbir usag dogulanda ona autizim diaqnozu qoyula bilməz ...3yaşdan sonra qoyulur bu diaqnoz..bilib bilmədən danismayin
@ayxanabdullayev2421
@ayxanabdullayev2421 Год назад
Beli dogulanda bilinmir 2 3 yasdan bilinir
@СевинМамедова-ъ5п
@СевинМамедова-ъ5п Месяц назад
Hami filosof olub hardan bilsin uwaq dogduran autizm nedir 3 yawdan bilinir
@синеенебо-е1е
@синеенебо-е1е 11 месяцев назад
Bölgələrədə açılmalıdı beıə səjlənkarlıq olmaz bəs ordakı uşaqlar necə olsun devlət də maddi dəstək verməlidi
@ziyafetsultanov5299
@ziyafetsultanov5299 6 месяцев назад
İnkulziv tehsil
@Aminəİbrahimli
@Aminəİbrahimli Год назад
İnklyüziv təhsil hər yerdə olmur
@kuleklerseheri1119
@kuleklerseheri1119 Год назад
menimkide autizmdi😢
@denizmemmedova5976
@denizmemmedova5976 Год назад
uwaginizin nece yasi var?
@kuleklerseheri1119
@kuleklerseheri1119 Год назад
@@denizmemmedova5976 20
@teymurzahirov884
@teymurzahirov884 11 месяцев назад
Mənim oğlumda əlamətləri var, 2 yaşı olacaq fevralda
@turkanelekberli2426
@turkanelekberli2426 11 месяцев назад
Ne kimi elametleri var?
@teymurzahirov884
@teymurzahirov884 7 месяцев назад
@@turkanelekberli2426 saymamazlıq, aqressiya, hiperaktivlik
@muradmeryemiran
@muradmeryemiran 6 месяцев назад
əlametlerrri deyin xəhmət olmazsa
@teymurzahirov884
@teymurzahirov884 6 месяцев назад
@@muradmeryemiran heçbir sözümüzə göstərişə reaksiya vermir , özü özlüyündə qaçır , televizorda multikə baxa baxa qaçır (irəli - geri)
@teymurzahirov884
@teymurzahirov884 6 месяцев назад
@@turkanelekberli2426 gec yatır , qorxmuş kimicəsinə hərəkətləri olur , ağlayır gecə yarıları, qaşıqları çubukları , birləşirdirir baxır uzun müddət , oyun oynayır biznən ama heç bezmədən yorulmadan təkrar etdirir aktiv oyunları , məsələn tullanmağı , yelləncək , gizlənpaça oxşar oyun kimi .
@МириАбдулла
@МириАбдулла Год назад
Чан бала.сабирли ол.
@AyselQulamova
@AyselQulamova 9 месяцев назад
Autizm xestelik deyil ferqlilikdir eksine daha derrakeli.olurlar
@CahidMutellimov
@CahidMutellimov 5 месяцев назад
Onun bir növü var aspergen sindromudur Dərrakəlidir Yüksək intellektə sahibdirlər
@melisugurceferzade6495
@melisugurceferzade6495 Месяц назад
Hamisi olmur tessufki. Autizmin asperger ve savant sebdromlu olanlari derrakeli olur. Menim oglum asperger sendromludu
@18.suleymanovnasib
@18.suleymanovnasib Год назад
Allah İlham Əliyevin ömründən kəsib nəsli tükənməydə olan heyvanlara versin İnşəAllah Amin
Далее
Autizm mərkəzinə sığmayan 3 arzu
4:58
Просмотров 2,9 тыс.
'Bitməyən Savaş' Autizm Haqqında Film
8:28
Просмотров 18 тыс.
OTİZM GEÇİCİ Mİ? | OTİZM EĞİTİM
13:28
Просмотров 599 тыс.