Тёмный

AXCP və Müsavat Partiyaları ləğv olunur? 

Meydan TV
Подписаться 617 тыс.
Просмотров 5 тыс.
50% 1

Ədliyyə Nazirliyi Azərbaycandakı müxalifət partiyalarının qeydiyyatla bağlı göndərdiyi siyahılara bir-bir mənfi cavab verib. REAL, Müsavat və AXCP partiyaları reyestrdən keçməmək təhlükəsi ilə üz-üzə qalıb.
Bununla yanaşı sədri ölkə başçısı İlham Əliyev olan hakim Yeni Azərbaycan Partiyası qeydiyyatdan uğurla keçib.
“Siyasi partiyalar haqqında” yeni qanuna görə, partiyalar reyetrdən keçmək üçün 5 min üzvünün məlumatlarını Ədliyyə Nazirliyinə göndərməlidir. 2 min üzvü qeydə alınan REAL Partiyasının sədri İlqar Məmmədov nazirliyin telefon zənglərilə üzvlərin təsdiq edilməsi prosesini qanunsuz sayır.
Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı bildirir ki, Azərbaycanda insanlar hökumətin təzyiqindən çəkindiyi üçün Ədliyyə Nazirliyinin əməkdaşlarına partiya mənsubiyyətlərini açıqlamaya bilərlər.
Gülağa Aslanlı həmçinin regionda yaşayan partiya üzvlərini də nəzərə alaraq məlumatların açıq şəkildə Ədliyyə Nazirliyinə təqdim olunmasının praktikada mümkünsüzlüyündən danışır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyat məsələsi ilə bağlı bəyanat yayıb. Bəyanat deyilir:
“Ədliyyə Nazirliyi AXCP-nin təqdim etdiyi siyahı ilə bağlı partiyaya verdiyi cavabda heç bir əsas, sübut, ünvan göstərmədən, mücərrəd şəkildə minlərlə AXCP üzvünün məlumatlarında guya qeyri-dəqiqliyin olduğunu bildirir. AXCP öz üzvlərinin Ədliyyə Nazirliyinə təqdim etdiyi reyestr məlumatlarının səhihliyinə əmindir və nazirliyin cavabını həqiqətədən uzaq, siyasi mülahizələrlə hazırlanmış cavab sayır”.
Hüquqşünas Sübhan Həsənli partiyalardan şəffaflıq tələb edən Ədliyyə Nazirliyinin prosesi necə apardığının cəmiyyətə məlum olmadığını deyir. O deyir ki, Venesiya Komissiyasının rəyində bu cür mexanizmlərin qurulmasında cəmiyyətin bütün tərəflərinin iştirakının vacib olduğunu bildirib.
Siyasi Partiyalar varlıqlarını qanuni yolla saxlamaq üçün sonacan mübarizə aparacaqlarını deyirlər. Partiyalar 30 gün ərzində siyahını yeniləyib təkrar siyahı ilə Ədliyyə Nazirliyinə müraciət etməlidirlər.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 59   
@elekber
@elekber Год назад
Şimali Koreya yolunda təkəri partlamış tır kimi gedirik
@vusalmemmedov9666
@vusalmemmedov9666 Год назад
Real, Müsavat, Axcp çox gözəl şərait yaradılıb size.BİRLƏŞİN bir partiya bir LİDER seçin.Turkiyədə olduğu kimi.
@pasayeve673
@pasayeve673 Год назад
ÇOX GÖZƏL VURĞULADINIZ VÜSAL BƏY.... BUNLAR HƏQİQƏTƏN MÜXALİFƏTÇİDİRLƏRSƏ BİRLƏŞƏRƏK XALQI TOPLAMAĞA NAİL OLACAQLAR.
@muqllidagah9336
@muqllidagah9336 Год назад
Çətin , onlar hamısı mənsəbpərəstdirlər . Hamı özünü "dahi öndər , əvəzolunmaz lider" sayır .
@pasayeve673
@pasayeve673 Год назад
@@muqllidagah9336 O, ZAMAN BU REJİM HƏR BİRİNİ MƏHV EDƏCƏK. ƏGƏR XALQI , VƏTƏNİ , DEVLƏTİ DÜŞÜNÜRLƏRSƏ BİRLƏŞSİNLƏR YOX ƏGƏR ONLARA BU SAYDIQLARIM ÖNƏMLİ DEYİLSƏ , ELƏ MƏHV OLSALAR YAXŞIDIR
@vusalmemmedov9666
@vusalmemmedov9666 Год назад
@@pasayeve673 təbiiki heledi.
@shorik56
@shorik56 Год назад
Yaxshı vurguladiniz 2025 prezident seckilerinde ittifaq yaradin bir namized ortaya cixardin
@Userroma82
@Userroma82 Год назад
Siz icaze verin serbest toplasmaga gorersiz ne qeder uzv var canli daha qeydiyyata ehtiyac olmaz
@Qabil41
@Qabil41 Год назад
Sərf etmir da..Siyahıya almaq istəyirlər ki..Sonra üzv olanları həddə qorxu şantaş edə bilsinlər
@elmantagiyev6297
@elmantagiyev6297 Год назад
Beli real üzvü olmayan, portfel sedr olan partiyalar bağlanmalıdır. AXCP Elçibeyden sonra yoxdur
@amirxan909
@amirxan909 Год назад
Elçibəyin torbasıni hələ axcp-nin içində olan Satqinlar tikdidə. Allahda onlara içi biz qarışıq nakazat elədi Heydərlə.
@Qabil41
@Qabil41 Год назад
Yapdan EliPaşa rejimindən min qat qeyrətlidirlər..
@user-hc8uk3tz5o
@user-hc8uk3tz5o Год назад
Onsuzda bu partiyalar bir popo yaramır😂
@elmirhuseynov8609
@elmirhuseynov8609 Год назад
Bəzi müxalifət partiyalar var ki ölkəmiz və millətimizə qarşı heç bir xeyir yoxdur ancaq bu cür fəaliyyətlər yürütdüycə ləğv olması daha düzgündü hemde bəzi müxalifət partiyaları var 100 nəfər üzvü var. Belə olduğu halda ləğv olması daha yaxşıdı
@RamilUgur-or2to
@RamilUgur-or2to Год назад
Müxalifetin 100 nəfəri sənin kimilərin 10000 nəfərinə dəyər.
@user-zt2fm6qb7c
@user-zt2fm6qb7c Год назад
Əgər nazirlik tərəfindən şərt qoyulubsa ki, hər partiyanın 5 min üzvü olmalıdır onda o üzvlərin həqiqi və yaxuda yalan olması yoxlanmalıdır. Mənim fikrimcə bir partiyanın 5 min üzvü yoxdursa onun fəaliyyət göstərməsi mənasızıdır. Hər kəs kimliyindən asılı olmayaraq qoyulan qanunlara əməl etməlidir.
@Qabil41
@Qabil41 Год назад
Başdasız nə poz yiyirsiz ay Polis tulası
@samirmemmedov6678
@samirmemmedov6678 Год назад
Mən Saatlı rayonunda yaşayıram Seydağa müəllim rəhmətə gedəndən sonra Müsavatda rəhmətə gedib.
@Neftci-wh1fw
@Neftci-wh1fw Год назад
Axcp və Müsavat Rəsulzadə yolundan çıxıb, amma əgər bu ölkədə demokratiya olduğu deyilirsə onda bu partiyalara heçnə edilməməlidir.
@muqllidagah9336
@muqllidagah9336 Год назад
Bağlansalar yaxşıdır , özü də təkcə onlar yox , bir çoxu .
@Qabil41
@Qabil41 Год назад
Hə Paşda elə Yap da onsusda EliPaşa rejimini talıyır
@aslan3410
@aslan3410 Год назад
Əli Kərimli demişti tək partili sistemə keçməx istəyirlər illər əvvəl
@pasayeve673
@pasayeve673 Год назад
BİRLƏŞİB BU REJİMİ RƏDD ETMƏSƏNİZ HƏLƏ ÇOX PAZ SOXACAQ BU ERMƏNİSOYLU REJİMİSTLƏR SİZƏ
@user-qr9kr9pl2n
@user-qr9kr9pl2n Год назад
Mencede legv olunsun xalga bedbextlikden basga ne getirdi 🇦🇿
@elvinaliyev180
@elvinaliyev180 Год назад
Troll
@samirmamedov17
@samirmamedov17 Год назад
👍👍👍👍👍
@mobilsakitov
@mobilsakitov Год назад
Çağımız "günü qurtaran" "geri dönüşü"olmayan yAp rejimi MÜSAVAT ləğv edəcək🤣🤣🤣 M.Ə.Rəsulzadə Müsavat AXC🇦🇿👍
@user-rt3oc9vm8h
@user-rt3oc9vm8h Год назад
Yalannan hay kuy salmaqdan başqa 30 ildə nə edib Kərimli?
@vaqifbagrov3408
@vaqifbagrov3408 Год назад
Bir partiyanın illerdir fəaliyyətdə olması və bu fəaliyyət dönəmində heç 5 min üzvü yoxdursa belə bir partiyanın olmadğınnansa olmamağı daha məsləhətlidir. Çünki heç bir dənə belə fəaliyyəti olmuyandan sonra partiyaya ehtiyyac yoxdur.
@vzbxbdbdbhdhdhdhdh6119
@vzbxbdbdbhdhdhdhdh6119 Год назад
Əcəb edir Hak niyyətdən pul almaysudiz o da sizi əzməyəydi
@user-vo4fk4nm8u
@user-vo4fk4nm8u Год назад
Bu müxalifət partiyaları ləğv olunsa çox yaxşı olar. Heç bir faliyət göstərə bilməyən, yetərincə üzvü olmayan partiyanın mövcutluğu nəyə lazımdır? Müxalif partiyalara heç kim etimad etmir daha. Rəhmətlik Elçibəy bilsəydiki, davamçıları AXCP-ni partiya olaraq, məhfə doğru aparacaqlar, əvvəldən bu partiyanı ləğv edərdi
@qarqantua
@qarqantua Год назад
Əcəb eləyib bağlayırlar . Bir dənə sosial yönlü mitinq təşkil eləməyən partiyalar nəyə lazımdır . Seçkidən seçkiyə səsləri çıxır .
@amilhuseynov2842
@amilhuseynov2842 Год назад
Olun. De
@elsadsirinov5904
@elsadsirinov5904 Год назад
Heç biriviz bir poxa dərman deyilsiz boyvuzu yerə soxum 30 ildi nə bir olabildiz pul satkınları
@elvinaliyev180
@elvinaliyev180 Год назад
Troll
@Kamran___
@Kamran___ Год назад
​@@elvinaliyev180niyə trol olur Yap-ın tərəfini tutdu bəyəm?!
@elvinaliyev180
@elvinaliyev180 Год назад
Ilham eliyev dikratordu
@pasayeve673
@pasayeve673 Год назад
BOYİNUZU YERƏ SOXUM AY BELƏ MÜXALİFƏT. BU REJİM SİZİ BARMAĞINA DOLAYIB
@pasayeve673
@pasayeve673 Год назад
BİRLƏŞİN AY PEYSƏR MÜXALİFƏT SƏDRLƏRİ
@eminmamedof2119
@eminmamedof2119 Год назад
Ədliyyə Nazirliyinin keçirdiyi yoxlamalar bir sıra siyasi partiyaların canına yaman qorxu salıb. Azərbaycanda siyasi partiyalar üçün hər hansı təhdid ola bilməz. Özünüzdə çox gözəl bilirsiz ki Azərbaycanda dövlət heç vaxt "bu müxalif nəbilim bu hakimiyyətyönümlü siyasi partiyadır" deyib ayrıseçkilik salmayıb.
@qartaledalet4264
@qartaledalet4264 Год назад
Şimali kareya
@alihuseynashurov4258
@alihuseynashurov4258 Год назад
Sizin olmağınızdan nə fayda,aşıq Yadigar demişkən belə iqtidarında müxalifətində😂😂😂😂
@hamletislamov4638
@hamletislamov4638 Год назад
Сизин бу кунэ кими кордуйунуз иш котэ кирмэк олуб абардыхныз иш доллар газанмаг олуб олуб халгы элэ салмысыз сизинки цаhил инсанлары гандырмаг олуб инди кетсэздэ кетмэзэздэ халга хейри йохду
@Caucasmap
@Caucasmap Год назад
Azerbaycanda tek çıxış yolu inqilabdır
@agarzaismayilov144
@agarzaismayilov144 10 месяцев назад
Bunların hamısını dəlixanaya göndermək lazımdır
Далее
Китайка и Зеленый Слайм😂😆
00:20
AMERIKAN ORDUSUNDA BIR MINGƏÇEVİRLİ
15:07
Просмотров 590 тыс.
Siyasi partiyalar nədən narazıdır?
5:56
Просмотров 1,8 тыс.
Vəfa Nağı sərbəst buraxılıb
4:16
Просмотров 12 тыс.
Китайка и Зеленый Слайм😂😆
00:20