Тёмный

Ay Millət, Bankların Pulu Bitə Bilərmi? 

BeyinX
Подписаться 3,8 тыс.
Просмотров 333
50% 1

Bu dünyada hara getsən və kimdən soruşsan hamının ortaq bir dərdi var. “Pul”. Bəs pulun hardan gəldiyini heç özündən soruşmusan?
Bank bu qədər pulu haradan alır və bankın pulu bitə bilərmi?
Pul dediyimiz şeyi kağız parçasından fərqləndirən nədir?
Bəs Mərkəzi Bank nə işə baxır?
Bu sualın cavabını videonu sona qədər izləsən tapacaqsan.
Salam, dostlar. Bu kanalda fərdi inkişaf, elm, ədəbiyyat, incəsənət, tarix və başqa mövzular ilə bağlı videolar paylaşılır. Kitab xülasələri məhşur elm və incəsənət insanlarının bioqrafiyası mövzularında çox faydalı məlumatlar paylaşılacaq.
Fərdi İnkişaf Videoları: bit.ly/3KsOXcK
Ədəbiyyat və İncəsənət Videoları: bit.ly/39twFM1
Tarix Videoları: bit.ly/3LqVpSR
Kanala üzv olmağı unutmayın. / @beyinx

Опубликовано:

 

13 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@mirzahuseynov8913
@mirzahuseynov8913 Год назад
Qətiyyən razı deyiləm bu fikirlərinlə , Azərbaycandan konkret danışsaq , bankların 90% bir şəxsə aiddir və aşağı yuxarı kredit üçün təxmini eyni faiz qoyublar yüksək faiz.Xaricdə inkişaf etmiş ölkələrdə isə banklar aşağı % verir həm biznes üçün həm istehlak krediti üçün.Qaldı banklar pulu havadan vermir, kağız əskinaz da olsa onun müəyyən dəyəri var, əgər bu kağıza ev, maşın , qızıl almaq olursa.Deməli hava deyil, müəyyən dəyərə malik kağızdı.Bir sıra bankların bağlanması isə müflis olması ilə bağlıdır , çünkü nizamnamə kapitalı normasını yerinə yetirə bilmir.Məsələn fərz edək ki sizin 50 milyon manat pulunuz var və siz bank açmısız.Təbii ki siz minlərlə şəxsə kredit faizə verməklə hətta 5% dən il ərzində qazanacaqsız.Krediti götürən şəxs də müəyyən qazanc əldə edir, çünkü həmin şəxsin 500 min manat pula ehtiyacı var ki biznes qursun, gəlir sizin banka və biznes planı təqdim edir.Biznes plan bank analitik şöbəsi tərəfindən araşdırılır və ağla batan plandırsa kreditin verilməsinə razılıq verilir.Həmin pulu götürən şəxs qazanc əldə edir və həm əsas borcunu həm də % ni qaytarır, nəticədə isə krediti götürən şəxs biznesə sahibdir, bank isə əlavə % qazancına.İndi sual verirəm sizə? Bank sistemi olmasa, hər hansı bir şəxs biznes necə qursun? 500 mini hardan əldə etsin? Bu gün Azərbaycanda tanışdan dostdan hətta gedib 3000 man borc pul almaq qeyri mümkündür hətta faizə.
@BeyinX
@BeyinX Год назад
İlk öncə zaman ayırıb rəy yazdığınız üçün minnətdaram. Bu videoda əsasən avropa banklarından danışmışam və bacardığım qədər öz ölkəmizdən statistik məlumatlar verməkdən qaçmışam. Çünki, belə bir açıqlama (əsasəndə xaricdə yaşayan bir vətəndaşımızdan gəldikdə) tez bir zamanda siyasiləşdirilir. Xaricdə aşağı faiz ilə kredit verildiyi doğrudur. Sadəcə son zamanlarda kiçik sahibkarlara kredit vermək banklara sərf etmir. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir göstərir.
@mirzahuseynov8913
@mirzahuseynov8913 Год назад
@@BeyinX Ümumən inkişaf etmiş ölkələrdə banklar kiçik sahibkarlara kredit verməkdə maraqlıdır çünkü bu gələcəkdə həmin müştərilərin bankın daimi müştərisinə çevrilməsinə şans yaradır, Amerikada məsələn əgər tutaq ki sizin kredit tarixçəniz olmasa çətin ki sizə iri məbləğlər versinlər hətta sizin şəxsi restoranınız olsa belə.Yəni ki bank kreditləri faktiki İqtisadiyyatda böyük rol oynayır, sizin videyoya baxdıqda belə rəy yaranır ki banklar dələduzdu hamısı və havadan sizə borc yazır, o borcu da sizdən alır.Bu doğru yanaşma deyil sadəcə olaraq.Sadəcə olaraq indiki zamanda bu pullar Qızıl ehtiyyatlarından qat qat çoxdur.Qızıl şəklində pul saxlamaq daha sərfəlidir əgər ehtiyyatda çoxlu pulunuz varsa.Reallıq bundadır ki insanların çoxunda bu imkan yoxdu.İnkişaf etmiş ölkələrdə biznes quran heç bir insan öz şəxsi vəsaiti hesabına biznes qurmur , yalnız bank krediti hesabına, hətta şəxsi vəsaiti olsa belə.Çünkü bank faizi aşağıdır və biznes qurmaq kredit hesabına sərfəlidir, bankrot olsanız və krediti tam qaytara bilməsəniz bank sizin əmlakı müsadirə etmir buna görə, sığorta bankın pulunu ödəyir.😉 Amma inkişaf etməkdə olan ölkələr xüsusilə də Azərbaycanda banka şapka( rüşvət) verməsən iri məbləğdə krediti vermir.Yəni analoqu olmayan ölkəyik dünyada.🤣
Далее
Китайка и Зеленый Слайм😂😆
00:20
Xərçəng xəstəliyini necə sağaltmaq olar ?
6:59
Просмотров 3,1 тыс.