Тёмный

Aygün Bəylər - Özün Günahkarsan (Rəsmi Audio) 

Aygün Bəylər
Подписаться 1,2 тыс.
Просмотров 13 тыс.
50% 1

Musiqi: Kamal
Söz: Kəmalə Abiyeva
Aygün Bəyləri rəqəmsal plaftormalarda dinlə:
Keçid: lnk.to/Aygun_B...
Aygün Bəylərə RU-vid-da abunə ol: / @aygun.beyler
Sözlər:
[Bənd 1]
İllər boyu həsrətimi duymaz oldun
İllər boyu kədərimi bölmədin də
Çox vaxt güldüm ağlayaraq için-için
Bircə sözlə göz yaşımı silmədin də
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən
[Nəqərat]
Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca
Mənimçün də yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən
[Bənd 2]
Yad baxışlar dikilibdir gözlərinə
Sənsə mənə peşman qəlb gətirmisən
Necə verim sabahımı, necə sənə?
Sən ki mənim dünənimi itirmisən
Nə deyim, nə? Bir ummandın mənim üçün
Heç xəbərin olubmudur ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən
[Nəqərat]
Bəs bilmirdin, unutdun bu gününü
Bir gün yenə bu ocağa dönəcəksən?
Bəs bilmirdin, dodaqlarda alışanda
Mənim üçün ürəyimdə sönəcəksən?
Nə deyim, nə? Günahını qaytar mənə
Ürəyimdə yanar bir od söndürmüsən
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən
Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca,
Mənimçün də yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən
[Çıxış]
Deyirsən ki, dəyişmişəm, yadlaşmışam
Səsimdə də bir ögeylik duydun mənim
Unutma ki, unutma ki, ögeyliyim, yadlaşmağım
Həm günahın, həm cəzandır indi sənin
Həm günahın, həm cəzandır indi sənin
Özün günahkarsan... Özün günahkarsan
Günahkarsan...
Aygün Bəylər tərəfindən ifa olunan “Özün Günahkarsan” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#AygünBəylər #ÖzünGünahkarsan #mikpro

Опубликовано:

 

7 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@namiq_666_4
@namiq_666_4 2 дня назад
Soyuqlugun buz olanda yanagımda,nəfəsinlə başqasını isitmisən.sənsizliklə yaşadıqca otagımda,səndə məni bir otaqda itirmisən😢😢😢😢😢😢
@SebineRamazanova-gr5ow
@SebineRamazanova-gr5ow Месяц назад
Uşaqkən mənasız gələn ifalar.25 dən sonra dəyərlənir 😢
@AqshinOsmanli
@AqshinOsmanli 12 дней назад
Geldin getdin.😢
@snubrgulliyeva1862
@snubrgulliyeva1862 Месяц назад
Heç doymadım bu əsərinizdən XALQIN SƏNƏTKARI. İllərlə dinləmişəm, dinləyirəm və dinləyəcəyəm. NURLAR İÇİNDƏ YAT 😭😭😭😭
@mhmmdcavad6050
@mhmmdcavad6050 Месяц назад
Allah rəhmət eləsin sizə gözəl səsli gözəl ürəkli xanım🙏
@asimanalizada
@asimanalizada 4 месяца назад
Dəyərli sənətkar 🙏
@googleuser4053
@googleuser4053 5 месяцев назад
Evezolunmaz Aygun ❤️
@rufetqasimov7323
@rufetqasimov7323 2 месяца назад
ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT RUHU ŞAD OLSUN 🙏
@omarustam
@omarustam 2 месяца назад
Allah rəhmət etsin sən sevənlərinin qəlbində həmişə bu gözəl səsinlə yaşayacaqsan dəyərli sənətkar
@FuadAhmed01
@FuadAhmed01 Месяц назад
4:38 bu duyğudan birdə çətin gələ...
@Mübariz_Hüseynov
@Mübariz_Hüseynov 2 месяца назад
Özün getdin mahnıların qaldı gözəl insan ❤Allah rəhmət eləsin
@anarhumbetovsusali2870
@anarhumbetovsusali2870 Месяц назад
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN SƏNƏTKAR HEYİF SƏNƏN
@lamiyecabbarova6151
@lamiyecabbarova6151 2 месяца назад
❤❤❤
@Ani222Sare
@Ani222Sare 9 дней назад
Elə bilirəm ki bu mahni atama həsr olunub məni sevməyən atama
Далее
Özün Günahkarsan
6:53
Просмотров 247 тыс.
очень грустно 😭
00:12
Просмотров 71 тыс.
НЮША УСПОКОИЛА КОТЯТ#cat
00:43
Просмотров 1,2 млн
azeri sharki Ilhame Quliyeva  Kaman
7:31
Просмотров 2,1 млн
Elit Star Cemile - De unuda bilersenmi
6:47
Просмотров 1,5 млн
Akif İslamzade - (Seçmələr)
23:52
Просмотров 59 тыс.
Eyyub Yaqubov - Kim Bilir (Rəsmi Musiqi Videosu)
6:24
Mubariz Tagiyev - "Xatira"
5:44
Просмотров 444 тыс.
очень грустно 😭
00:12
Просмотров 71 тыс.