Тёмный

Ayrıldığı sevgilisi ona 25 il sonra hansı təklifi etmişdi? - Tanımadığnız Nərgiz Cəlilova 

1000 Production
Подписаться 152 тыс.
Просмотров 132 тыс.
50% 1

#1000production #trend #birivar
Azərbaycanda diktor deyəndə ilk ağıla gələnlərdəndir. Biri var, Təkcə diktor kimi yox, bir qadın kimi də daim diqqət çəkməyi bacaran Nərgiz Cəlilova...
Nərgiz Cəlilova 1960-cı il iyunun 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayıb. On illik musiqi təhsilini başa vuranda incəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.
Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçir, 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustad-tələbə münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər.
15 ilə qədər AZ TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonrakı illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.
Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:
“Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.
Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü. 25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı".
Beləliklə ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir.
Diktorun ən çox sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:
“Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur”.
O, 2009-cu ildə Xəzər TV kanalında "Pəncərə", 2015-ci ildə isə AZ TV-də "Sevilənlər" adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.
Nərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçür. 62 yaşlı diktorun bir nəvəsi də var.

Опубликовано:

 

15 ноя 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 208   
@RedmiA-bq6ok
@RedmiA-bq6ok Год назад
Nərgiz xanım çox gözəl xanımdi.Xalqin rəğbətini qazanıb hər zaman sevilən seçilən sənətçi xanımdır .Uğurlar arzulayıram.Hemise belə cavan və gözəl olmasıniz
@arzumemmedova9388
@arzumemmedova9388 Год назад
Allah can sagligi versin .uaaqligimin sevimli aparicisiydi Nergiz xanim
@rzaabasov226
@rzaabasov226 Год назад
Allah can saglıgı versin Nərgiz xanıma.Çox diktorlarımız Ofelya Sənani Roza Tagıyeva Tamilla Ələkbərova və sairə.Biz bunlara baxa baxa verlişləri izlıyirdik.Heyif o Sovet dövründən.Ədəb ərkan qanacaq tərbiyə həəəər şey var idi....
@user-xv2ji8oe2e
@user-xv2ji8oe2e Год назад
İndiki dövrdə belə təbii diktorlar yoxdur
@mhakl6165
@mhakl6165 Год назад
Uşaq vaxtımdan çox sevdiyim qadın diktor🌹
@user-iq3lu5ul1k
@user-iq3lu5ul1k Год назад
Чан саглыгы арзулайврам,Наргиз ханыма овладына.Савадлы,гозал ханымдыр!🌹
@sevazamanli9222
@sevazamanli9222 Год назад
Allah sağlıklı can versin, Nergiz C, sevirik gözəl kadındı ve aöıllı sayğım sonsuzdur 🥰⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️
@sevilhumbatova4073
@sevilhumbatova4073 Год назад
Bir xanım kimi çox sevdiyim insanlardan biridi..O ki qaldı həyat yoluna..Məncə heç kim qınamasın ki,qınağa düşməsin..
@dilrubehesenova8799
@dilrubehesenova8799 Год назад
Gözəl , savadli və baximli xanimdir çoxx. Orta məktəbdə oxuyan zaman yadimdadir qizlarin çoxu özunu ona bənzətməyə çalişirdi. Allah cansagligi versin inşallah. Hər an bəxtəvər olsun gözəl xanimimiz inşallah ❤❤❤❤❤
@davud.488
@davud.488 Год назад
Saçı təpəl qadın olub
@xatimeirshadova4191
@xatimeirshadova4191 Год назад
Allah Nərgiz xanıma kömək olsun ona həmişə cox dəyər vermişəm . Siması ,təbəssümü ,oturub duruşu ilə coxlarına nümunə olası azəri qadınıdır .Allahın nəzərində olsunlar balaları ilə .
@Lal-le5sx
@Lal-le5sx Год назад
AZƏRBAYCAN EKRANİNİN MƏDƏNİYƏTİ ,IXLAQİ İDİ O DEVİRİN APARİCİLARİ. ONLARİN DANİŞİXİ , GEYİMİ BİZİM MİLLƏTİ COX GÖZƏL TƏMSİL EDİRDİ.TƏŞƏKKUR EDİRƏM SİZƏ.NƏRGİZ XANİM.
@davud.488
@davud.488 Год назад
Bunun başı təpəldi.1980 ci illərdən.ona görə də həmişə saçını ag edir rəngini
@fatimemeherremzade7862
@fatimemeherremzade7862 Год назад
Bu verlis uzun omurlu olsun.ugurlar size.maraglidi
@resadhuseynov7863
@resadhuseynov7863 Год назад
Mən bu iki xanıma heyram bir Nailə xanıma bilmirsizsə hansı Nailə ailələr və taileləri aparan Nailə birdə Nərgiz xanım bu xanımların ruhu çox cavandır
@gurbancoban7663
@gurbancoban7663 Год назад
Naile uluxanli
@idaaliyeva5738
@idaaliyeva5738 Год назад
Nərgiz xanımın sevgilisi Sumqayıtda işləyən məşhur doktor qinekoliq rəhmətlik Yetər xanımın oğlu idi. Bu evliliyə o razılıq verməyib. Oğlan da çox yaraşıqlı oğlan idi.
@kamalarustamova1452
@kamalarustamova1452 Год назад
Onun yoldawi ilqar hekim idi. Vosmoyda yawayirdilar. 145 sayli mektebin yaninda. 1 qizi oldu, sonra ayrildilar. Ilqar cox terbiyyeli idi
@lalaseidova8837
@lalaseidova8837 Год назад
Bəs burda deyildi qızı qeneraldandı
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
@@lalaseidova8837 Xeyr qizin atasi Ilqardi, bizim qonsumuz olublar Badamdarda
@lalaseidova8837
@lalaseidova8837 Год назад
@@kokifokusnik5759 çox sağ olun cavab üçün.
@davud.488
@davud.488 Год назад
Bu özü də balaca bala olmayıb nərgizçik.çox kişilər mələr üoyub bu təpəl qadın
@ilhametagiyeva9245
@ilhametagiyeva9245 Год назад
Gismeti heç kim őzůnə seçmir.
@masimli319
@masimli319 Год назад
Allah özü bilən məsləhəti,Allah yazır qismətimizi,Əlhəmdulliləh
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 Год назад
AZƏRBAYCAN TELEKANALINI SEVDİRƏN DİKTORLARIMIZ . BİZ SİZLƏRDƏN ÇOX ŞEYLƏR ÖYRƏNMİŞİK . ONA GÖRƏDƏ SİZLƏRƏ SEVGİMİZ AZALMIR. DÜNYASINI DƏYİŞƏN GÖZƏL İNSANLARIN RUHLARI ŞAD OLSUN ! HƏYATDA OLAN SEVDİKLƏRİMİZİ ALLAH QORUSUN !
@mehdimehdi-ez6lq
@mehdimehdi-ez6lq Год назад
🌹🌹🌹🌹🌹Cox gözəl tərbiyəli xanım idi əsl efirə yaraşan o zamanın doktorlarından hələdə yoxdu xanım xatın Azərbaycana yaraşan ❤️
@-.nizami.n
@-.nizami.n Год назад
От судьбы не уйдёшь . Это правда.
@iradeyusifova7966
@iradeyusifova7966 Год назад
Nərgiz çox yaxşı qadındır elə hər kəs onun kimi olsun. Həyat kimə nə imtahan verəcəyini heç kim bilmir. Nə koqda ne qacarı ne koqda.
@o52fanat
@o52fanat Год назад
Siz öz adınızdan danışın. Bütün xanımların adından danışmayın
@kamil4378
@kamil4378 Год назад
Her kes ozu kimi olsun.Sende Nergiz kimi ol. Qatigin birisen sen.
@fatimallahyarova6201
@fatimallahyarova6201 Год назад
Video niye kesilir
@sharafhasanova8367
@sharafhasanova8367 Год назад
Mədəniyyətimiz, milli mənəviyatimiz o vaxdin televiziyasında galdi. Çox heyf , indiki kanallarda nə o verlişlər nə də o aparıcılar var.
@nuriyyasadikhova4013
@nuriyyasadikhova4013 Год назад
Allah qorusun Nergiz xanımı,hemişe şad olsun,ugurlar🙏🙏🙏
@ilqarrzayev1860
@ilqarrzayev1860 Год назад
1983 cü ildə Nərgiz xanım,Nailə xanım və Elşən adlı gənc oğlan üçü birlikdə AzTv də ilk dəfə çıxış etmişdilər
@allahnqulu4358
@allahnqulu4358 Год назад
Men gözelliyi namusda abir heyada görürem.
@seideibrahimova6750
@seideibrahimova6750 Год назад
Qadının gözelliyi namusu qeyretidir
@allahnqulu4358
@allahnqulu4358 Год назад
@@seideibrahimova6750 beli deyerli xanim.
@zemfiraaliyeva3166
@zemfiraaliyeva3166 Год назад
Heyatda pul ile HER şeyi almaq olar amma namusu qeyreti almaq olmur
@seideibrahimova6750
@seideibrahimova6750 Год назад
@@zemfiraaliyeva3166 Mümkünsüzdü bacım.Amma ucuz baxanlar da var
@allahnqulu4358
@allahnqulu4358 Год назад
@@zemfiraaliyeva3166 beli gözel xanim.
@user-ko7xx4ni6h
@user-ko7xx4ni6h Год назад
Izledim. Ama montaj yaxsi alinmayib.
@resadhuseynov7863
@resadhuseynov7863 Год назад
Hər aşığın bir dövrü məsəli yadıma düşdü
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 Год назад
Allah Sizdən Razı Olsun
@faizeabbasova6891
@faizeabbasova6891 Год назад
Mene ele gelirki bunlarin her ikisinin qismeti telebe vexti sevdiyi telebe yoldswi olub. Ona gorede bunlar hec kimde xowbextliyini tapa bilmeyibler. Meslehet gorerdim hec olmasa bundan sonra qovuwsunlar. Nermin xanimada ele bil oqlan yox imiw Azerbaycanda? Anasin tek qoyub bawqa olkede yawayir . Unudub ki anasi onu tek boyudib.. yene allah xowbext elesin.
@gulnazhesenova579
@gulnazhesenova579 Год назад
Onlar heç vaxt bir birini unuda bilməyiblər Nərgiz xanım da onu belə cəzalandirib
@vasiliya859
@vasiliya859 Год назад
Allah saxlasın
@sdjjdjsjnbbbhnn4085
@sdjjdjsjnbbbhnn4085 Год назад
Всем счастья и мира
@arzuelizade5243
@arzuelizade5243 Год назад
Gözəl diksiyası var.Onun ilk dəfə televiziyaya gəlişi yadımdadır. Nailə İslamzadə də onunla birlikdə gəlmişdi.Nə qədər insanlar varsa, o qədər də talelər də var.
@tamellaceferova324
@tamellaceferova324 Год назад
Heyif ki ,anam məni qoymadı aparıcı olmağa ! Anamı çox sevdiyim üçün vaz keçdim ! 30 ilin müəllimiyəm , hələ də arzum ürəyimdə qaldı !
@arzuelizade5243
@arzuelizade5243 Год назад
Mən də müəlliməyəm 35 ildir.Amma hüquqşünas olmaq istəyirdim.İndi testlə asanıdır.Heyf........
@adfamiliya5398
@adfamiliya5398 Год назад
9
@sevincmemmedova6478
@sevincmemmedova6478 Год назад
Onlarla eyni vaxtda Ulker de gelmiwdi, sonradan bestekar Cavanwir Quliyevle aile qurdular, bir ovladlari oldu. Amma sonra ayrildilar. Ulker sonradan qetle yetirildi. O da cox istedadli idi.
@arzuelizade5243
@arzuelizade5243 Год назад
Düzdür.Ülkər yadıma düşdü
@ishiqliheyat3634
@ishiqliheyat3634 Год назад
ALLAH ILQARA REHMET ELESIN .GOZEL INSAN IDI.
@fetullayevaayten4154
@fetullayevaayten4154 Год назад
Tibb xidməti generaılı idi?
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
Dogurdan rehmete gedib? O qeder de yasli deyildi, cox yaxsi insan idi
@user-zg6lb2hu6m
@user-zg6lb2hu6m Год назад
Esil azeri xanimi!💖🇦🇿💗
@MalahatARahimova
@MalahatARahimova Год назад
Deyerli aparicilardan biridi men efirde onu gorende usaqligimin gozel illeri yada dushur boyuye hormet kichiye qaygi ah neler neler...
@zenfiragulueva6855
@zenfiragulueva6855 Год назад
Sizin kanalınıza uzun efirler ❤
@resmiyyeqasimova3513
@resmiyyeqasimova3513 Год назад
Mənim tələbəlik illərimə təsadüf edir. Çox gözəl oğlan idi. O vaxt AZİ-də oxuyurdular. Həmişə onların sevgisinə həsədlə baxardıq.
@davud.488
@davud.488 Год назад
Niyə paxıllıq etmusən ay bala
@aydanagayeva4310
@aydanagayeva4310 Год назад
MEN COX BEYENİREM NERGİZ XANİMU❤️
@arzuhuseynova1194
@arzuhuseynova1194 Год назад
Nergiz xanim gozel xanimdi...Telebe vaxti SARI GELIN mahnisini cox gozek oxuyurduAZNKI de bir oxumuwuq.Bir yerde kollektivle MOSKVADA olmuwuq..Telebe qizlarin arasinda cox secilen xanim idi.
@sekineeliyeva8363
@sekineeliyeva8363 10 месяцев назад
Ərgiz xanım gözəl diktor gözəl səsə malik xanim
@atesehmeedov6073
@atesehmeedov6073 Год назад
Əla diktordu. cox sevirəm
@user-qy9pw4el2z
@user-qy9pw4el2z Год назад
ЭВВЕЛА ОНУ ДЕЙИМ КИ, УЙГУРА ДА ЭШГ ОЛСУН! ГАЛДЫ КИ,БУ ЭКРАНА ЧЫХАНЛАРЫН 90 ФАИЗИ ТАРАЗ ОЛМУР!ИНАНМЫРСАН ЙОХЛА!☝
@shrizadabbasova7384
@shrizadabbasova7384 Год назад
Çox sağ olun ay bala mənim həmişə gözum Reyhan xanımı axtarırdı,çünki,onun gözəl səsi var idi,indi artıq onun haqqında məlumat verdiniz.
@xatiremehdiyeva9825
@xatiremehdiyeva9825 Год назад
Ən çox Nərgiz xanımı mən tanıyıram. Deyim niyə. Bir qəsəbədə böyümüşük. Bir məktəbdə oxumusuk. Məndən 7 yaş boyukdu. Yadımdadı həmişə məktəbdə bütün çıxışları o aparırdı. Fəal idi.. Məktəbdən çox xoşum gəlirdi ondan. Həm Şirin idi hrmde çox mehriban Qız idi.. Məktəbdə hami çox sevirdi onu.. Mənim Qardaşım İlqar müəllimdə Onun müəllimi olub.. QARDAŞIDA ona çox hörmət edərdi. Allah Nərgize Can sağlığı versin. Amin 🤲... Cox gozel İNSANDI..
@user-pm9hg6zr7p
@user-pm9hg6zr7p Год назад
Salam.Sizdəmi 239saylı məktəbdə oxumusunuz?
@chichachvetochka2726
@chichachvetochka2726 Год назад
Men de xatirlayiram o illeri,deyesen o 1957 ilden olmalidi duzdumu.?
@gulnazhesenova579
@gulnazhesenova579 Год назад
Mən elə bilirdim övladı yoxdur çox sevindim ki nəvəsi də var
@behappydontworry4714
@behappydontworry4714 Год назад
Gözəl qadındı❤
@zararzayeva2878
@zararzayeva2878 Год назад
О zeheri uşağ yemesede olar
@seideibrahimova6750
@seideibrahimova6750 Год назад
Guya yaman keyfiyyetlidir
@helenhelen3301
@helenhelen3301 Год назад
Nergiz xanim motivasiya aldığım insandır.
@gulyag.6355
@gulyag.6355 Год назад
Nərgiz x.Badamdarda yaşayırdı qız vaxtı.Nənəmgilin qomşusu idi.
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
Bizim de qonsumuz olub ))
@omermmmdzad255
@omermmmdzad255 Год назад
Çox gözəl xanımdı Dilarə Selimova da .o zaman biz gənc idik.Televiziyada baxırdıg .Uşaglar üçün saat 10 Nagıl da danışırdı .🇦🇿👩‍🏫Yəni uşaglar üçün veriliş aparırdı .
@tamillaalizade2372
@tamillaalizade2372 Год назад
Nərgiz Cəlilov 1958 ci ildə anadan olub. Niyə yaşini gizlədir Nərgiz Cəlilova❗
@aybenizalizadeh6633
@aybenizalizadeh6633 Год назад
Bəlkə belə isteyir
@metanetagayeva5729
@metanetagayeva5729 Год назад
Xalam oglu ile bir sinifde oxuyub - 60 cı ildendi deqiq
@g5lg8a54
@g5lg8a54 Год назад
Shexsi heyat is.hamisi onemlidir.1i digerine aid olur tebii ki.hami ne geldi yazir.anlamirlar ki dumduz hamar heyat kimese maraqli deyil nahamar olasan ki haqqinda danissinlar.kisi kisi haqda danisar.qadin qadin haqda.qadin deyilsense qadin olmaq nedir bilmirsen nece ki biz kisi deyilik bilmirik kisi olmaq nece olur.heyatdi her sey olur.
@alineymetov64
@alineymetov64 Год назад
Uyğur vətəndaşı olmur.uygur millətindən olan çin vətəndaşı.
@rasethesenov9598
@rasethesenov9598 Год назад
Nərgiz Cəlilova elə də gözəl olmayıb.
@user-uo3qh9zq2l
@user-uo3qh9zq2l Год назад
Duz deyir Gencelidir ne bakida dogulub
@cabbarhesenov5725
@cabbarhesenov5725 Год назад
Tam hecne basa dusmedim
@kamaleddinmemmedov8218
@kamaleddinmemmedov8218 Год назад
Sevgisine nese shubhe etdim, sevgi o deyil ele olmur. Amma onu ilk seven oglan sevib.
@nnnnnn3023
@nnnnnn3023 Год назад
Anlamadım?!.. Nergizdən Viktora nece kecdi tenis ne əlaqə?? Deyesen montajda qarışıqlıq olub
@restemrustemov2130
@restemrustemov2130 Год назад
Nərqiz xanımı televizorda ona baxardıq diktorluq ona yaraşırdı necə aöır həm gözəl özünü cox gözəl aparırdı coxvsevirdik onu indidə bəyənurik
@user-zq7dn9yg6n
@user-zq7dn9yg6n Год назад
Elcin idi oglanın adı gözel aileleri var idi sovet dövründe,
@nerminnesibova3406
@nerminnesibova3406 Год назад
Няргиз ханум красавица.
@kheyrullabalakhanov6005
@kheyrullabalakhanov6005 Год назад
Tanrı qorusun ! Çox sevilirdi...
@o52fanat
@o52fanat Год назад
Vay vay Nərgiz xanım siz də bir kişidə qərar tutub oturan olmayıbsınız
@renasalimxanova6880
@renasalimxanova6880 Год назад
Ay nemelum xanim heckim.bilmiyir kimi ne qözleyir Nerqiz xanimin sevqilileri olsada o bezi kadinla kimi özunu apa bilir xanim.xatin xanimdi birde herkes ozune baxsin bilmey olma hemir cöx su aparar
@o52fanat
@o52fanat Год назад
@@renasalimxanova6880 əvvəla xanım deyiləm. Bir də ki, mən Demirəm ki Nərgiz xanım özünü apara bilmir, deyirəm ki, bir kişidə qərar tutmayıb. Xəmir çox su aparmağın bura nə aidiyyatı var. Xanım xatın olmağa qaldısa, Nailə İslamzadə, Roza Tağıyeva, Ofeliya Sənani kimi xanımlar Var
@raksanaibrahimova7079
@raksanaibrahimova7079 Год назад
@@o52fanat haqlisiz siz xemir su bura ne aidiyyeti var ?meselleri yerinde iwletmeyi de bilmir werh yazir
@TP-jy1th
@TP-jy1th Год назад
@@renasalimxanova6880 sən də axaranlardansan aaa)) helə qəxəbələrin həyatını bilmə olmur! Namuslu qadınların həyatı sadə insan həyatıdır!
@o52fanat
@o52fanat Год назад
@@raksanaibrahimova7079 şərh yazmaq xatirinə yazır, o da bərbad.
@roustamsveta8165
@roustamsveta8165 Год назад
Küftə burun Narqiz ona bila v institite😊
@hqiqtorucova4613
@hqiqtorucova4613 Год назад
MƏN HƏMİŞƏ JURNALİST OLARAQ GÖZÜM EFİRLƏRDƏ NƏRGİZ CƏLİLOVANI AXTARARARDIM.AMMA GÖRƏ BİLMİRDİM.O ÇOX GÖZƏL BİR XANIMDIR.HƏM SAVADLI HƏM DƏ BİR APARICIDIR.O HƏMİŞƏ XOŞ DAVRANIŞI VƏ XASİYYƏTİ İLƏ HAMININ DİQQƏT MƏRKƏZİNDƏ İDİ.İNDİ BİLMİRƏM HARDA İŞLƏYİR.MƏNƏ ÇOX MARAQLIDIR. İŞ YERİNİ BİLƏNLƏRDƏN XAHİŞ EDİRƏM Kİ YAZIN NƏRGİZ CƏLİLOVA HARDA İŞLƏYİR.
@ruhengizsixmemmedova425
@ruhengizsixmemmedova425 Год назад
Qusar rayonunda generalin evi var idi.Deyilənə görə Nərgiz xanimin kecmiş əri olub o.Rəhmətə getdən kimi Nərgiz xanim gəkib evdə yaşayanlarida cixarib qalilari kilidləyib getdi.Sonrada satdi eşitdik.Qohumlarimizla qonşu idi .
@nikaahmedli8776
@nikaahmedli8776 Год назад
Никогда она мне не нравилась....((((
@guluheyderova3344
@guluheyderova3344 10 месяцев назад
Nərgiz xanimin sevgilisi Sumqyitda işləyən rəhmətlik ginekoloq Yeter xanimin oğlu olub amma Yeter xanim razi olmayib kiçik oğlu ilə bir sinifdə oxumuşam və mən də o vaxtlar eşitmişdim Leyli Məcnun sevgisi olub . Sevə sevə birindən ayrilublar , deyilənə görə oğlunun uşaği da olmadi .. Elə eşitmişdim ..
@nn2688
@nn2688 Год назад
Buda tanımışlar elə bil ərə yox dinçəlməyə gedirlər sonrada yenidən geri qayıdırlar
@shamilorudzhov4767
@shamilorudzhov4767 Год назад
A bsla ne sayagliyirsan? 1978de neft academiyasi haradaydi? Bir az fikir ver cozlerine. Sey sey danisma.
@taranaaliyeva5771
@taranaaliyeva5771 Год назад
Azi demek isteyib😄😄
@afagjalilova5625
@afagjalilova5625 Год назад
İnsanlara yalan məlumat verməyin!Bilirsiiz də bu gunah və haramdır.Nərgiz xanım ailə quranda yoldaşı Tibb universitetini yenicə bitirmişdi və sırəvi həkim idi. Qızı isə Uyqur türku ilə evlidir və ABŞ da yaşayır.Uyqur vətəndaşı nə deməkdir .Uyqur dövləti var ki vətəndaşı da olsun.
@tamellaceferova324
@tamellaceferova324 Год назад
Gözəl Gəncəlim !
@millibirlik4054
@millibirlik4054 Год назад
Onun köhnə sevgilisi aparıcı Rafiq idi...
@tomirisbayil2784
@tomirisbayil2784 Год назад
Rafiq müəllim də yanındakı qadının birini də buraxmayıb ha
@user-wy1gv3lr9k
@user-wy1gv3lr9k 5 месяцев назад
Rafiq Hüseynov cox şorgöz olub.Allah rəhmət eləsin.Həmişə Ofelya Sənani ilə veriliş aparırdı.
@mayaceferova2149
@mayaceferova2149 Год назад
Nese saydiqiniz o iki 25 ille onun bu gunku 62 yawi hec duz gelmedi axi indtitutda en azi 17 yawinda oxuyubsa o iki 25 ili uste gelende 67 olmalidi 😂
@imrangarayev9288
@imrangarayev9288 Год назад
İlqar bizim məktəb yoldaşımız olub 8 ci km qəsəbəsindəki 238 saylı məktəbdə oxuyub. O illər gözəl yoldaşlığı olub.
@ruslanliyev7588
@ruslanliyev7588 Год назад
Salam sizin mektebde futbol muelimi olub kamran.
@fexreddinqurbanov5283
@fexreddinqurbanov5283 Год назад
Nərgizi saxlayanın yaxşı pulu var o da saga sola xərcləyib cavanlaşır.ona görədə gözəl qalır.biz isə az maaşla ucuz tonal kremi ala bilmirik.necə baxımlı olaq? Hər şey pul tələb edir
@patriot968
@patriot968 Год назад
Bunun harası gözeldir axı🤔
@fexreddinqurbanov5283
@fexreddinqurbanov5283 Год назад
@@patriot968 əvvəllər çirkin idi indi bir az özünü yıgdırıb😀
@patriot968
@patriot968 Год назад
@@fexreddinqurbanov5283 doğrudur.
@asimbalayev9081
@asimbalayev9081 Год назад
siz nə gündəsiz😂😂😂😂
@asimbalayev9081
@asimbalayev9081 Год назад
Nərgiz Cəlilovanın sevgilisi barədə sensasiyon yadığınız üçün təşəkkürlər, əyninizdə olan o köynəyə yaraşan məlumatlar yayırsız. Yatmamaqdan göz altı qarasını gizlətməyiniz üçün yaxdığınız kremə də uyğundur) sizin reytinqiniz lap gözəl yüksək olacaq, səy səy videolar- diqqəti əsas problemlərdən diqqət çəkici videolar baxış toplayır. Ölkəmizdə olan vəziyyət elədir ki, dedi qodu, kiminsə intim həyatı, fövqəladə intim kabinet görüntüləri, liftdə öpüşən ağsaqqallar və s kimi videolar baxış toplayır. Əşi, oturub Azərbaycanın dərdini kimdir e çəkən, kiminsə seksindən danışsaz yaxşıdır... sizə yaraşan stildə)
@letifeeliyeva890
@letifeeliyeva890 Год назад
Vallah bu bizə maraqlı deyil .
@nzaktbsirova6630
@nzaktbsirova6630 Год назад
Əsil Azərbaycan qadını
@hazn.moda_by.elesgerova
@hazn.moda_by.elesgerova Год назад
general ha😀bizimde generalimiz varne olsun
@arifeesgerova4767
@arifeesgerova4767 Год назад
Nərgiz xanım gəncəlidi. Bakıda anadan olub nə idi belə?
@husynov.sahmurazsahmuraz4504
Düzdü mən də yazacaqdlm
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 Год назад
Əslən dədə , baba YERAZDILAR .
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
@@seltenetrzayeva8259 Gencelidiler
@aliyevaafaq157
@aliyevaafaq157 Год назад
Bu hələ üstü örtülü deyib )))) o Nərgiz ooooo yaman olub
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
Siz hardan bilirsiz
@c._.a
@c._.a Год назад
4:11-4:13 bu nedi? 5 deqiqelik veriliw cekirsiz duz emelli cekin de🤦🏻‍♀️👎👎👎
@samirabaku8309
@samirabaku8309 Год назад
Montaj berbad gundedir.Kesik-kesik
@aybenizqehremanova6606
@aybenizqehremanova6606 Год назад
Axı onun Aydın adlı oğlu da var
@allahnqulu4358
@allahnqulu4358 Год назад
Sevgili nedir? Men gehbe kimi başa düşürem. Gadinin ya eriolar ya da nişanlisi. Müselman ölkesinde sevgili gehbeye deyirler
@tomirisbayil2784
@tomirisbayil2784 Год назад
Düzəliş verim... Müsəlman ölkəsi deyə rəsmi adı yox ölkəmin. Onun adı rəsmən Azərbaycan Demokratik Respublikası.
@adamcelovk.
@adamcelovk. Год назад
NENEM DEYIR SEVGILI YOX OYNAŞ ))))
@allahnqulu4358
@allahnqulu4358 Год назад
@@adamcelovk. mendeele nenen kimi neneyem neneni öpürem fikrimiz üst üste düşür.
@c._.a
@c._.a Год назад
Mewhur mahni var Rewid Behbudov oxuyur Sevgilim
@allahnqulu4358
@allahnqulu4358 Год назад
@@c._.a he yegin onu eşidib olublar sevgili 🤫
@nigaribrahimova6905
@nigaribrahimova6905 Год назад
Qızı texminen 20 il evvel prezident teqaűdű ile Tibb Universitetine qebul olmusdu.sonra da ehsilini Fransada davam etdirdi
@ibrahimabdullayev2820
@ibrahimabdullayev2820 10 месяцев назад
Diktor adı gələndə birinci növbədə Rafiq, Davud, Sabir,Hicran, Ofeliya, Roza, Tamella,Natəvan və Nailə İslamzadə göz onündə onların əzizsimalari canlanır . Abır həya, geyim mədəniyyəti. danışıq mədəniyyəti bu doktorlardan hədsiz idi. Səriyyə Hüseynova korifey idi .Ölənlərə rəhmət qalanlara cansağlığı arzu edirik
@user-wy1gv3lr9k
@user-wy1gv3lr9k 5 месяцев назад
Gülşən Əkbərova,Sevda Agazadə,Şərqiyyə Hüseynova,Həqiqət Əsgərzadə...
@eldarelik5030
@eldarelik5030 Год назад
Vecni divijdedi 62 yawin var sen nenesen tek qal ele
@gulnarahmedov3908
@gulnarahmedov3908 Год назад
Yegane insandiki qocalmır,bu cavanliq sirri nedi goresen.soruşardiniz
@user-us7jm7cc2v
@user-us7jm7cc2v Год назад
sehər görüşləri verlişnə çəklişnigörmüşəm dagısdü parıkda
@saraorucova5367
@saraorucova5367 Год назад
Sag ol ay Muglan balam bir denesen.
@c._.a
@c._.a Год назад
O.kimdi
@cabbarhesenov5725
@cabbarhesenov5725 Год назад
Generala gedibse onda niye sevgilisi kimi baslig yazmisiz
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
Baxis sayini coxaltmaq ucun bele axmaq basliqlar qoyurlar.
@zararzayeva2878
@zararzayeva2878 Год назад
O hekim oğlana qədir ne danlslrslz onanda bosanlr
@hafizemuradova912
@hafizemuradova912 Год назад
Reklamin hec yeri yoxdur
@samirsalmanov6665
@samirsalmanov6665 Месяц назад
Qəribə tale insan əvvəlcə heç nəyi bilmir
@katykaty8447
@katykaty8447 Год назад
Maraqlıdır sənin hər bir yazında uydumalardan başqa heç nə yoxdur. Nöbbəti nağıl
@s.e.t7379
@s.e.t7379 Год назад
Anlamadım, qızını sevgilisindən doğub?
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
Xeyr, oz heyat yoldasindan, videoya duzgun basliq qoyulmayib
@s.e.t7379
@s.e.t7379 Год назад
@@kokifokusnik5759 Təşəkkür edirəm
@user-wy1gv3lr9k
@user-wy1gv3lr9k 5 месяцев назад
Sevda Agazadə,Ofelya Aslan cox gözəl idilər.
@heqiqeteliyeva4618
@heqiqeteliyeva4618 Год назад
Məncə Nərgiz xanımın bir bacısı var qardaşı yox
@kokifokusnik5759
@kokifokusnik5759 Год назад
Onlar iki baci bir qardasdi, bizim qonsularimiz olub Badamdarda
@veliseyidmali1886
@veliseyidmali1886 11 месяцев назад
Verliş olmamiş.kesib doqrayib süjet xetdini korlamisiz.
@terlangulmemedov3689
@terlangulmemedov3689 Год назад
Наргиз ханым есл медени йерини билен аристократ ханымдыр
@user-iz5gw5ss2o
@user-iz5gw5ss2o Год назад
Ерде отуран чырышка дейилмиш
Далее
Olive can see you 😱
01:00
Просмотров 6 млн
Mama Bear Helps Babies Across Road
00:30
Просмотров 1,5 млн
SEYYAD ELIZADE ESLINDE KIMDIR
4:25
Просмотров 382 тыс.