Тёмный

Azərbaycanın ƏN ÇOX TURİST Gedən Rayonu - Qax haqda 25 fakt 

Yerin Qulağı
Подписаться 64 тыс.
Просмотров 3 тыс.
50% 1

#qax #qaxrayonu #kendheyati
Turizm bölgəsi kimi tanınan, görməli yerləri ilə məşhur olan, girsi, xingalı ilə sevilən, paytaxt Bakıdan 345 kilometrlik məsafədə, dağların qoynunda yerləşən 92 yaşlı Azərbaycan şəhəri -Qax
Yerin Qulağı RU-vid kanalı Qax və qaxlılar haqda ən maraqlı 25 faktı təqdim edir:
1. Qax rayonu 1930-cu il 8 avqust tarixində qurulub. 1963-cü ildə Zaqatala rayonunun tərkibinə daxil edilsə də, 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarıb.
2. Rayonda 1 şəhər 58 kənd vardır. Rayonun inzibati mərkəzi Qax şəhəridir.
3. Qax rayonu ilə Bakı arasında olan məsafə - 345 kilometrdir.
4.Respublikamızın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir.
5. Əhalisi 57.4 min nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. 82.51 %-ni azərbaycanlılar, 13.98 %-ni ingiloylar, 1.89 %-ni saxurlar, 0.48 %-ni ləzgilər və 1.14 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır.
6. Qax - bu ad haqqında bir neçə fikir söylənib. Söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olub. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatıb.
Qax adı V əsr hadisələri ilə əlaqədar gürcü mənbələrində xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxin indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında qədim alban tayfalarından biri olub. Azərbaycanın filologiya elmləri namizədi Rəşid Təhməz oğlu isə Qax sözünün iki kökdən ibarət olduğunu qeyd edir. Yəni “qa” - yaşayış yeri, “ax” - çay yeri, çay məskəni kimi ifadə etməklə ilkin adının “Qaax” olmasını mümkün hesab edir.
7. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olub. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.
8. Dini tərkibi sünni müsəlmanlar, xristianlar təşkil edir.
9. Nəqliyyat kodu 34-dür.
10. Görkəmli şəxsləri arasında Danyal Sultan, Müslüm Maqomayev (bəstəkar), Niko Pirosmanaşvili, Pyotr Babayev, Dəmir Hacıyev, Mose Canaşvili, Hətəm Əhmədov, İmam Mustafayev, İsmayıl Dağıstanlı, Aynur Sofiyeva və Amin Babayevi qeyd etmək olar.
11. Qax öz mətbəxi ilə də sevilir. Belə ki, onun sürhüllü, xingili, gırs (ala gırsı,ət gırsı,çürümtək kırsı), kimi ləziz təamları var. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da,dadları tamam fərqlidir.Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Əsasən, Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, xingili, qırs yeyə bilərsiniz. Rayona bir dəfə gəlib bu təamları yeyən ikinci dəfə də gəlməyi arzu edir.
12. Turizm çox inkişaf edib. Turistlər üçün qiymətlər də münasibdir. İstirahət mərkəzlərində günlük qiymətlər 40-50-100 manat arası dəyişir.
13. Gələk rayonun gəzməli, görməli yerlərinə. Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlılarından biri də İçəri bazardır. İlusu kəndi, İlusu şəlaləsi, Sumuq qala, İlusu dövlət qoruğu, Ləkit şəlaləsi, Müslüm Maqamayevin babasının dəmirçi sexi, Qaçqaçay kəndində yerləşən Buz Bulaq, Kürmük Məbədi, Ulu Körpü, Qalaça və ya Şamil Qala, Ramramay şəlaləsi, Mamırlı şəlalə, Səngər Qala, Ayı dərəsi və. s.
14. Şamil Qala - Qalaça: İnşa tarixi XIX əsrin ortalarına aid edilən bu abidə İlisu kəndini əhatə edən dağlardan birini, Yezlidağın üstündə tikilib. Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça yerli əhali arasında həm də Şamil qalası kimi də tanınır və maraqlı tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
16.Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir.
17. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılıb. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 20   
@zakirkerimov5127
@zakirkerimov5127 3 месяца назад
Azərbaycan buradakı bütün xalqlarındır👏
@yeringulagi
@yeringulagi 3 месяца назад
Salamlar olsun
@akifmemmedov4605
@akifmemmedov4605 Год назад
Nə maraqlıdır👍👍👍👏👏👏🤗🤭🥰♥️💜💋❣🌹
@yeringulagi
@yeringulagi Год назад
Sağolun
@gundelikteleqraf6448
@gundelikteleqraf6448 Год назад
Nə gözəl şəhərlərimiz var
@yeringulagi
@yeringulagi Год назад
elədi
@SevdaEhmedova-d5h
@SevdaEhmedova-d5h 2 месяца назад
Çox gözəl rayondur
@yeringulagi
@yeringulagi Месяц назад
Salam. Elədi
@Jamaloff_62
@Jamaloff_62 10 месяцев назад
Mənim nənəm Qaxlıdı !!!!!!
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Salamlar olsun. Qaxla bağlı daha bir möhtəşəm videom olacaq
@user-qt2lp6kz7r
@user-qt2lp6kz7r 2 месяца назад
О лезги районудур онун 755 ил тарих вар
@yeringulagi
@yeringulagi Месяц назад
Salam. 755 il?
@МагамедМеджидов-и2ь
Не лезгинский а цахурский и не гах а Кахи , и все перечисленные блюда эти цахуские блюда!!!!!
@yeringulagi
@yeringulagi 24 дня назад
@@МагамедМеджидов-и2ь Salamlar olsun. Saxurlar haqda da yaxşı olardı geniş material
@Caucasian_eagle
@Caucasian_eagle 5 месяцев назад
Ləzgi Saxur Rutul İngiloy zonası
@yeringulagi
@yeringulagi 5 месяцев назад
Eşq olsun
@zakirkerimov5127
@zakirkerimov5127 3 месяца назад
Bu nə yanaşma tərzidir.Azərbaycan çoxmillətlidir.Hər zona belədir.Məsələn Quba-Xaçmaz da türk,yəhudi ,tat,ləzgi və n.Lənkəran-Astarada türk,talış,Şirvan-türktat,rus.Bu çox əladır.Başqa cür yanaşma isə qəbuledilməzdir.Bura Azərbaycandır 🇦🇿🇦🇿🇦🇿🇦🇿👏🇦🇿🇦🇿🇦🇿✊🇦🇿🇦🇿🇦🇿👊
@yeringulagi
@yeringulagi 3 месяца назад
@@zakirkerimov5127 eşq olsun
Далее
REAL VƏTƏN - Qax
29:35
Просмотров 5 тыс.
See How Azerbaijan's Most Luxury Train Is?
41:08
Просмотров 161 тыс.
26 Mayıs 2024 Qax rayonu Çüdüllü kəndi
11:52
Просмотров 2 тыс.
Azərbaycanın ən gözel 10 kəndi / Gezmeli yerler
10:09
Qax Rayonu ( Ilisu Kendi 1972 )
11:40
Просмотров 9 тыс.