Тёмный

Azərbaycanın ƏN GƏZMƏLİ Rayonu - Qəbələ haqqında 33 fakt 

Yerin Qulağı
Подписаться 60 тыс.
Просмотров 1,9 тыс.
50% 1

#qəbələ #azerbaijan #qebele
Ərazisi əvvəllər dəniz olan, görməli yerləri ilə göz oxşayan, orta ömür müddəti 70 il olan, paytaxt Bakıda 225 kilometr aralıda yerləşən Azərbaycanın ən qədim şəhərlərindən biri - Qəbələ
Yerin Qulağı RU-vid kanalı Qəbələ və qəbələlilər haqda ən maraqlı 33 faktı təqdim edir:
1. Şıx Baba piri - Həmzəlli kəndində dövlət tərəfindən qorunan bu tarixi abidə demək olar ki, dağılmaq üzrədir. Sonuncu dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb. İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200-1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir. Burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir.
Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur.[3] Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1-6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33-dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı - deyə qeyd edilib.
1. Qəbələ rayonu 30 avqust 1930-cu ildə yaradılıb.
2. Rayonun tərkibinə Qəbələ şəhəri, Bum, Vəndam və Nic qəsəbələri, 62 kənd daxildir. Ən böyük Qəmərvan, ən kiçik kəndi isə Abrıx kəndidir.
3. Qəbələ rayonu ilə Bakı arasındakı məsafə 225 kilometrdir.
4. Nəqliyyat kodu 36-dır.
5. Ərazisi 1548 kvadrat kilometrdir.
6. Qəbələ rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşir. Köhnə adı Qutqaşen olub. Qərbdən Oğuz, şimaldan Rusiya və Qusar, şərqdən Quba, İsmayıllı, cənubdan isə Yevlax və Göyçay rayonları ilə həmsərhəddir.
7.Əhalisi 110 min nəfərə yaxındır. Onlardan təqribən 33 min nəfəri şəhərdə, qalan əhali isə kəndlərdə yaşayır. Qəbələnin ən çox əhalisi olan 8,943 nəfər ilə Vəndam qəsəbəsi, ən az isə 44 nəfər ilə Küsnət kəndidir.
8. Qəbələdə görməli ən vacib yerlər:
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi - 1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.
Qədim Nic - Rayonun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup - udinlər yaşayır.
Bum kəndi - Rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir. Bu, əhalisinin sayına görə Qəbələ rayonunun üçüncü yaşayış məntəqəsi və bələdiyyə mərkəzidir. Bum kəndində 1882-ci ildə tikilmiş qədim Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb. Bu kənd öz folkloru ilə də məşhurdur. Yerli folklor ansamblı nağara və zurnanın müşayiəti ilə oynanılan “Zop-zopu” çoban oyununun şərəfinə eyni adı daşıyır. Dəvəyə minmiş iki uşaq öz dostlarını əyləndirir. Onlardan biri əyilir və digəri şeir oxuyaraq onun üzərindən tullanır və yerə düşdükdə uşaqlar “Ənzəli” sözünü qışqırırlar.
Vəndam kəndi - Respublikada ən böyük kəndlərdən biri sayılır, rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Yerli sakinlər zarafatla deyirlər ki, əslində, kino ulduzu Jan Klod Vandam bu kənddən çıxıb. Burada çoxlu meyvə, xüsusilə alma bağları var. Yalnız İsmayıllı və Qəbələdə yetişdirilən qızıl əhmədi alma növü də bu bağların məhsuludur.
Küsnət kəndi - Qəbələ rayonunun şimal hissəsində dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Bir zamanlar bu kənd yazıçı və hərbi xadim, “Müqəddəs Georgi” ordeninin ilk azərbaycanlı kavaleri İsmayıl bəy Qutqaşınlının yay iqamətgahı olub.
Yeddi gözəl şəlaləsi - Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir.
Mucuq şəlaləsi - Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında, terraslarda Mucuğun xarabalıqları yerləşir. Qədimdə bu kəndi nəhəng qayanın altında salıblar. Qayadan düşən daşlar kəndi xaraba qoyub. Kəndin ətraf yaşayış məntəqələri ilə əlaqəsi çətinləşib və insanlar bu yerləri tərk ediblər.

Наука

Опубликовано:

 

20 авг 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 26   
@yeringulagi
@yeringulagi 11 месяцев назад
Hansı rayon haqqında video hazırlamağımı istəyirsiz?
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Salamlar olsun. Sizin bölgə ilə bağlı da ayrıca videom olacaq@@zohrabkarimov6555
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Siz də sağolun. Astara, Leriklə bağlı qısa bir neçə videom da gedib. Sım kəndi ilə bağlı ayrıca gedib. Olara da imkan olsa baxıb fikirlərinizi qeyd edərsiz@@zohrabkarimov6555
@qarayusif7619
@qarayusif7619 9 месяцев назад
Çox sağ olun, ancaq Qəbələ cənubdan Yevlax ilə yox Ağdaşla həmsərhəddir.
@yeringulagi
@yeringulagi 9 месяцев назад
salam, texniki səhvim, çox sağolun@@qarayusif7619
@qarayusif7619
@qarayusif7619 9 месяцев назад
@@yeringulagi siz sağ olun, əla rolikdir👍
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Qəbələ və Qəbələlilərə salamlar olsun
@BextiyarMirzeyev-uo2mv
@BextiyarMirzeyev-uo2mv 4 месяца назад
Ən gözəl Zaqatala,Qəbələ,Quba,İsmayıllı,Qax,Balakəndi❤❤❤❤❤❤
@yeringulagi
@yeringulagi 4 месяца назад
Salamlar olsun. Zaqatala, Qəbələ, Qax haqqında hazırlamışam video, digərləri haqda da olacaq
@gundelikteleqraf6448
@gundelikteleqraf6448 10 месяцев назад
Salamlar olsun Qəbələyə
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Salamlar
@akifmemmedov4605
@akifmemmedov4605 10 месяцев назад
👏👍🌹❤♥️🌺😍🥰
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Sağolun
@ruhengizazimova8386
@ruhengizazimova8386 10 месяцев назад
Муреббе фестивалы хачан олур
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Salam. Həmişə bu günlərdə olurdu. Olsa idi baxdım xəbər çıxardı
@elcinqribov5979
@elcinqribov5979 7 месяцев назад
Yevlaxla sərhəddimiz yoxdu yadakı küsnət deyilən kən artıq yoxdu yerlə bir etdi bu rejim
@yeringulagi
@yeringulagi 7 месяцев назад
Salam. Texniki səhv, Yevlaxla bağlı, sağolun diqqətiniz üçün
@elcinqribov5979
@elcinqribov5979 7 месяцев назад
@@yeringulagi Aleykum Salam canın sağolsun Bir şey diyil TƏŞƏKKÜR
@yeringulagi
@yeringulagi 7 месяцев назад
təşəkkür edirəm@@elcinqribov5979
@user-pe4ex2nt3c
@user-pe4ex2nt3c 11 месяцев назад
Tovyz rajony hagginda.
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Salamlar olsun. Sizin bölgə ilə bağlı da ayrıca videom olacaq
@user-pe4ex2nt3c
@user-pe4ex2nt3c 10 месяцев назад
@@yeringulagi Ман Русия довлатинда яшайырам 38 илди. Русия ватандашыям, ва бурада майор рутбаси ила пенсияя чыхмышам. 1991 илда hугугшунаслыг факултасини гуртарыб Русия довлатинда ишламишам. hарада ишламишам деja билмарам. Ихтиярым йохду. Чох саг олун. Йерлийим Товузду, ва орада анадан олмушам.
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Rusiyada yaşayan Azərbaycanlı qardaşlara da salamlar olsun. İzləyirsiz daim, diqqətdə saxlayırsız. Mən də çalışıram sizlərə daim kəndlərimiz, rayonlarımızla bağlı gözəl məlumatlar çatdırım@@user-pe4ex2nt3c
@user-pe4ex2nt3c
@user-pe4ex2nt3c 10 месяцев назад
@@yeringulagi чох яхшы ва хейирли иш горурсунуз. Ман бурада таныш руслара, еврейлара ва башга миллатлара гостариб таныш едир ва реклама елийирик. Туризм учун.
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Çox sağolun diqqətiniz və dəstəyiniz üçün@@user-pe4ex2nt3c
Далее
AZƏRBAYCANIN ƏN GÖZƏL KƏNDLƏRİ - II hissə
7:06
ЛУЧШАЯ ПОКУПКА ЗА 180 000 РУБЛЕЙ
28:28
Qəbələdə günlük kirayə Aframe villa.503827725
2:44
Qəbələdə günlük kirayə Aframe villa.503827725
2:47
Şamaxıda Ən gəzməli 5 yer
1:37
Просмотров 30 тыс.
Gəncə şəhərində görməli olduğunuz 22 yer
2:24
Qebele Laza kendi. Qəbələ Laza yolu
9:34
Просмотров 11 тыс.
THE MOST BEAUTIFUL VILLAGES OF AZERBAIJAN
6:19
Просмотров 4,3 тыс.
Красиво, но телефон жаль
0:32
Просмотров 914 тыс.
Colorful Vulcan w rtx 4070ti Super
13:30
Просмотров 57 тыс.
Собери ПК и Получи 10,000₽
1:00
Просмотров 2,7 млн