Тёмный

"Azərbaycanın təbliğində EMM-nin böyük əhəmiyyəti var" 

Baku2012Eurovision
Подписаться 1,5 тыс.
Просмотров 10 тыс.
50% 1

Bunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.Bu gün Eurovision Mərkəzində Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəsmi tərəfdaşı Heydər Əliyev Fondu ilə Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nn İşçi Qrupunun birgə mətbuat konfransı olub. Mətbuat konfransında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin Baş prodüseri Adil Kərimli iştirak edib.Bu nüfuzlu müsabiqənin yüksək səviyyədə təşkil olunması üçün Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçirilməsi üzrə Təşkilat Komitəsi və İşçi Qrupu çərçivəsində böyük işlər görüldüyünü bildirən Heydər Əliyev Fondunun icraçı direktoru "Bakı Kristal Zalı"nın şou tərəfdaşı olan "Brainpool" şirkətinə təhvil verildiyini deyib. "Arenanın inşasında hava şəraiti ilə əlaqədar müxtəlif çətinliklər var idi. Bu baxımdan 3 həftə gecikmə oldu, amma nəhayət, bütün standartlara cavab verən arenanın təqdimatı baş tutdu. Bu arena ilk dəfə məhz Eurovision Mahnı Müsabiqəsi 2012 üçün istifadə olunacaq. Daha sonrakı prosesdə isə bu məkanın böyük festival və tədbirlərin keçirilməsi üçün istifadə olunması nəzərdə tutulur. May ayında arenada bir sıra yeniliklər tətbiq olunacaq. Xüsusi LED ekranlar quraşdırılacaq, "Green-room"un mərkəzdə yerləşdirilməsi də müsabiqənin tarixində yenilik olacaq."Anar Ələkbərov deyib ki, Bakıya gələcək nümayəndə heyətləri, media mənsubları və fanlar otellərlə tam təmin olunub. Bununla yanaşı, Dövlət Sərhəd Xidmətinin zabitləri üçün inşa olunan bina da fanatlara ayrılacaq. "Sərhəd Xidmətinin zabitləri üçün inşa olunan bu binanın sentyabr ayında təmirsiz istifadəyə verilməsi nəzərdə tutulurdu. Lakin hazırda bu bina təmir edilərək və mebellərlə təchiz olunaraq may ayının 1-də apart-otel kimi Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupuna təhvil veriləcək. Bina müsabiqə bitəndən sonra yenidən Sərhəd Xidmətinə qaytarılacaq. Amma zabitlərə təmirsiz yox, 3 ay öncədən təmir olunmuş və mebellərlə təchiz edilmiş mənzillər veriləcək".Mətbuat konfransında bildirilib ki, müsabiqə ilə əlaqədar Bakıya gələcək qonaqlara rahat şəraitin yaradılması məqsədilə xüsusi "shuttle-bus"lardan istifadə ediləcək. Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən 42 ölkənin nümayəndə heyətlərinin hər biri üçün 24 saat xidmət göstərəcək 2 nəqliyyat vasitəsi ayrılacaq.Heydər Əliyev Fondunun icraçı direktoru həmçinin bildirib ki, mehmanxanalarda xüsusi xidmətlərin təşkili, restoran və digər iaşə obyektlərində ingilis dilində menyuların hazırlanması və s. planlaşdırılıb.Anar Ələkbərov Azərbaycanın xaricdə tanıdılmasında və təbliğində Eurovision Mahnı Müsabiqəsinin böyük əhəmiyyət daşıdığını da qeyd edib.
eurovision.az

Видеоклипы

Опубликовано:

 

15 апр 2012

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Просмотров 2,8 млн
УРА! Я КУПИЛ МЕЧТУ 😃
00:11
Просмотров 966 тыс.
Каха заблудился в горах
00:57
Просмотров 4,8 млн
РУБИН - ЗЕНИТ: ВСЕ ГОЛЫ
01:03
Просмотров 197 тыс.
Yaddaş - Mərdəkan villaları - 24.09.2022
43:04
Просмотров 10 тыс.
Yaddaş - İçərişəhər - 21.03.2021
29:32
Просмотров 10 тыс.
All Winners of Eurovision Song Contest [1956-2023]
17:59
Anar Ələkbərov oğlan saxlayır.  Şükran Soltanov
4:25
Mozalanin sevimlileri
25:10
Просмотров 863 тыс.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
Просмотров 58 млн
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
АМ АМ
1:31
Просмотров 2,2 млн
Jaloliddin Ahmadaliyev - Kuydurgi (audio 2024)
3:26
Stray Kids "MOUNTAINS" Video
3:12
Просмотров 2,2 млн