Xoşdur. Kürdüstan Muxtar Bölgəsi (Respublikası) tarixi Kürdüstan coğrafiyasının sadəcə İraq ərazisində qalan hissəsini, yəni Cənubi Kürdüstanı əhatə edir. Respublika quruluşundadır. Paytaxtı Ərbil şəhəridir. Parlament, nazirliklər və s. dövlət təsisatları Ərbildə yerləşir. Bakıdakı İçərişəhərə bənzəyən Ərbil qalası və Ağ şəhərə bənzəyən şəhər mərkəzi qədim şəhərlə yeni şəhərin sintezi baxımından Bakını xatırladır. Akre, Süleymaniyyə, Duhok, Hələbcə, Amidiyyə, Zaxo, Şəladizə, Bərzan kimi şəhər və rayonları var. Mosul və Kərkük de-yure, yəni hüquqi Kürdüstan ərazisi sayılsa da, de-fakto, yəni faktiki olaraq zaman-zaman ya Ərbil hökumətinin nəzarətinə keçir, ya da Bağdada birbaşa bağlanır. Bu iki şəhər həm çoxmillətli olması, həm də neftə yararlı torpaqlarına görə həmişə münaqişə obyekti olub. Ərbil şəhəri faktiki paytaxt sayılır. Hüquqi paytaxt Kərkükdür. Paytaxtın köçürülməməsinin səbəbi isə Kərkükdə Bağdadla olan münaqişələrdir. Google xəritə proqramında "Kurdistan Region" yazmaqla muxtar bölgəni (respublikanı) tapmaq mümkündür. Lakin münaqişə səbəbilə cənub sərhədlərin delimitasiyası aparılmadığından və sərhədlərin bir hissəsinin mübahisəli olmasından dolayı sərhədlər göstərilmir. Yalnız "zoom" funksiyası yerinə yetirilir. (Vaxtilə Çeçenistan və İnquşetiya sərhədləri də göstərilmirdi.) Kürdüstanın dövlət başçıları və nazirlər səviyyəsində Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. PKK, İŞİD və s. terror təşkilatları ilə mübarizədə Kürdüstan qonşu ölkələrlə əməkdaşlıq edir və sabit ölkə quruculuğu həyata keçirməyə çalışır. İnternetdə Kürdüstan yazmaqla ölkənin paytaxtı, şəhər və rayonları, görməli turistik yerləri, dövlət strukturu, inzibati xəritəsi, dövlət atributları barəsində məlumatları əldə edə bilərsiniz.