Тёмный

AZƏRBAYCAN TEATRI 

iz tv
Подписаться 6 тыс.
Просмотров 2,9 тыс.
50% 1

Teatrın vətəni qədim Yunanıstandır. Bu söz də yunan sözüdür, "tamaşa yeri" mənasını verir
Teatr sonralar qədim Romada, Şərq ölkələrində - Çində, Hindistanda, Yaponiyada geniş yayıldı.
İlk dəfə 1906-cı ildə səhnəyə çıxan Gövhər Qazıyeva - teatrımızın ilk aktrisası teatr tarixində “Göyərçin xanım” adı ilə xatırlanır.
Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzəağa Əliyevlə - bir sözlə, teatrımızın korifeyləri ilə birgə çıxış edən “Göyərçin xanım”ın səhnəyə çıxmasına mane olanlar da var idi. Buna baxmayaraq, Azərbaycan səhnəsinin ilk göyərçini səhnə fəaliyyətinə davam edir.Mütəşəkkillik və peşəkarlıq halına keçid dövründə Azərbaycan teatrı Avropada və Rusiyada təhsil almış yerli ziyalıların, maarifçilərin sayəsində Avropa teatr modelini qəbul etdi və maarifçi missiyasında peşəkarlaşdı. 1908-ci ildə Şərqdə ilk opera olan «Leyli və Məcnun» yazıldı. Və elə əsrin əvvəllərində, neft bumunun Bakını şöhrətləndirdiyi bir zamanda, Bakı milyonçuları şəhərdə gözəl teatr binaları tikdirdilər. Opera teatrı (indiki Opera və Balet Teatrı), Tağıyev teatrı (indiki Musiqili Komediya Teatrı) o illərin yadigarıdır. Yalnız ötən əsrin sonlarında teatr prosesində (ictimai-siyasi proseslərə adekvat olaraq) yeni istiqamətlər yarandı. Yeni istiqamətlər təzə estetik meyarlar demək idi və bu istiqamətlərdə milli oyun estetikasının ayrı-ayrı təzahürləri yarandı. Məhz bu illərdə ölkədə yeni teatrlar, janrlar yarandı ki, bu gün bu teatrlar yeniyetmə yaşdadılar. Bunlardan biri paytaxtda yerləşən Dövlət Pantomima Teatrıdır.
Bu Azərbaycan teatrı üçün yeni sənət hadisəsi, ilk sözsüz tamaşa idi.burda bədən dili əsas idi.
Yuğ” Teatrında teatrın estetik meyarlarına, psixosof poetikasının prinsip-tələblərinə uyğun olaraq tamamilə başqa istiqamətli aktyor ifa texnikası müəyyənləşdi.
Azərbaycanın bölgələrində, şəhərlərindəki teatrlar mədəni mühitin tərkib hissəsi olmaqla bərabər, həm də bu şəhərlərin qədim milli oyun mədəniyyətindən xəbər verir. Naxçıvan Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı belələrindəndir. Bu teatrların paytaxt (mədəni mərkəz kimi) teatrı ilə ayaqlaşmaq cəhdlərinin içində bəzən çox spesifik bir məqamlar, çalarlar özünü göstərir.
Realist aktyor məktəbinin banisi Cahangir Zeynalov, təmsilçiləri Mirzağa Əliyev, Əbülhəsən Anaplı, Möhsün Sənani, Mustafa Mərdanov, Əzizə Məmmədova, Barat Şəkinskaya, Əliağa Ağayev, Məmmədəli Vəlixanlı, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səyavuş Aslan və bu səpkili aktyorlar sayılırlar.
1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundovun \\\"Lənkəran xanının vəziri\\\" əsəri Bakı Realnı Məktəbinin şagirdlərinin iştirakı ilə \\\"Nəciblər klubu\\\"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu.
1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə Naxçıvanda teatr tamaşaları göstərildi.
1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı, sevildi, teatr tariximizdə yeni bir səhifə açdı.
Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden Çuxursədd bəylərbəyliyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona 3 hissəli bir tamaşa göstərilib.
Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlayıb ki, onu "Şərqin operası" adlandırıb.Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Lirik-psixoloji üslubun dramaturgiyamızda banisi İlyas Əfəndiyev, rejissorluqda Tofiq Kazımov, aktyor yaradıcılığında Həsən Turabov sayılırlar. Şəfiqə Məmmədova, Bürcəli Əsgərov, Səməndər Rzayev, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Fuad Poladov, Kamal Xudaverdiyev, Yaşar Nuriyev, həmçinin Akademik teatrın çağdaş truppasının aparıcı aktyorlarının əksəriyyəti həmin üslubun inkişafında müstəsna xidmətlər göstəriblər

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@dilarefeyzullayeva1933
@dilarefeyzullayeva1933 3 года назад
Dahi senetkarlarimiza Allah rehmet elesin
@ufuqqasimov
@ufuqqasimov 3 года назад
Əla
@iztv_ibrahim_zeyneb
@iztv_ibrahim_zeyneb 3 года назад
TƏŞƏKKÜRLƏR BİZİ İZLƏDİYİNİZ ÜÇÜN. KANALIMIZA DAXİL OLUB DİGƏR VİDEOLARIMIZI DA İZLƏYƏ BİLƏRSİZ. ÜMİDVARIQ SİZƏ FAYDALI OLAR. MİNNƏTDARIQ
@sefaqetismayilova2840
@sefaqetismayilova2840 2 года назад
Əlaaaaaaaaaaaaaaa
Далее
Gül kimi. Qəbələdə yerləşən Lavanda sahəsi
11:54
Zəhər Tuluğu I FİLM
1:49:53
Просмотров 397 тыс.
İkinci #Fəxri #Xiyaban /3-cü hissə/
10:19
Просмотров 8 тыс.
10 Mart Teatr Günü   #MAG    10.03.2022
26:35
Просмотров 1,4 тыс.
DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRI-REPORTAJ
3:47