Тёмный

AZƏRBAYCAN TELEVİZİYASININ YARANMASI 65İL / AZTV 2021 

iz tv
Подписаться 6 тыс.
Просмотров 2,5 тыс.
50% 1

14 fevral Azərbaycanın ilk televiziyasının ad günüdür
65 yaşlı Azərbaycan televiziyası radiodan 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.
Paytaxt Bakıda televiziya mərkəzi üçün binanın inşası 1954-cü ildə start götürdü. Tikinti üçün Bakının ən hündür məkanlarından biri olan Mehdi Hüseyn küçəsi 1 ünvanı seçildi.
Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, həmkarları ilə birgə ucaltdıqları telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. Teleqüllənin inşası hələ başa çatmadığı üçün Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi.
İlk veriliş günü ekranda çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5, 1962-ci ildən isə gündəlik 7, 70-ci illərdən isə 10, 80-ci illərdən 18, 2005-ci ildən isə 24 saatlıq fasiləsiz yayıma keçdi. Elə həmin ildən Azərbaycan Dövlət Televiziyası Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.
Azərbaycanın ana televiziyasının ilk diktorları Gültəkin Cabbarlı, Tamara Gözəlova, Nailə Mehcibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov var idi. Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Rafiq Həşimov və başqaları.
İlk dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi.
1957-ci il iyunun 9-da ilk dəfə Respublika Sstadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı.
1973-cü ildən isə Azərbaycan televiziyası proqramları rəngli yayımlamağa başladı.
Azərbaycan televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verib. İlk dövrdə bu veriliş «Günün yenilikləri» adlanırdı, sonradan «Son xəbərlər» adı ilə həftədə 5 dəfə efirdə göstərildi.
Hazırda Azərbaycan televiziyasında yenə rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli filmlər nümayiş etdirilir.
__________________________________
Bizi sosial şəbəkələrdə izləyin:
RU-vid I bit.ly/2KF8uLP
İnstagram I bit.ly/2Ior3Cy
Facebook I bit.ly/2x2MAtX

Кино

Опубликовано:

 

17 фев 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@FuadQurbanov-tg4jm
@FuadQurbanov-tg4jm 4 месяца назад
ANCAQ AZ TV BES EDIR SIZE HAMSI BAGLANACAQ BUTUN KANALAR
Далее
Какую одежду я не ношу? 😱
00:13
Просмотров 402 тыс.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
В нашем Баку (1958)
20:41
Просмотров 13 тыс.
"Danışır Bakı" (ATV Səhər)
2:40
Просмотров 4,1 тыс.
Xəyanət (180-cı Seriya)
1:00:37
Просмотров 9 тыс.