Тёмный
No video :(

Azərbaycanda dağ kəndində müəllimə | Leyla Qarazadə | Söhbətgah 

Söhbətgah
Подписаться 62 тыс.
Просмотров 29 тыс.
50% 1

Bu dəfə #Azərbaycandaqadın rubrikasında dağ kəndində müəllimə çalışan Leyla Qarazadə ilə söhbətləşdik💚💙
"Aura"ya təşəkkürlər💡 / auraazerbaijan
📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
🔔Hesab.az vasitəsilə bizə dəstək olun: sohbetgah.az/h...
👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
💡AZƏRBAYCANDA QADIN
• 👩🏻 Azərbaycanda Qadın
BƏS BİZ KİMİK?
sohbetgah.az
📬ƏMƏKDAŞLIQ ÜÇÜN
gel@sohbetgah.az
sohbatgah@gmail.com
Instagram: / sohbatgah
Facebook: / sohbatgah
Podkastı dinləmək üçün:
🔻Spotify: open.spotify.c...
🔻Apple Podcast: podcasts.apple...
🔻Yandex Podcast: music.yandex.r...
🔻Google Podcast: podcasts.googl...
🔻Spreaker: www.spreaker.c...

Опубликовано:

 

9 окт 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 328   
@serxanrustemovvlog
@serxanrustemovvlog 10 месяцев назад
Leyla müəllimənin təmkininə, dərdli olsa da, onu hiss etdirməməsinə, problem yönümlü deyil də, həll yönümlü cavablar verməsinə heyran oldum!
@sbammmdova8271
@sbammmdova8271 9 месяцев назад
Nə dərdi var ki müəllimənin?
@serxanrustemovvlog
@serxanrustemovvlog 9 месяцев назад
@@sbammmdova8271 videonu izləmək lazımdır.
@gunaiaskharova404
@gunaiaskharova404 10 месяцев назад
Hələ qərar verməmişəm hansı sahədə ,amma hansısa sahədə o qədər uğurlu olacağam ki,məni də ora qonaq çağıracaqsız,Tural və Əli bəy💚💙
@validcavid3805
@validcavid3805 10 месяцев назад
İşte bu ozguvene hayranım❤
@elvin_pasha
@elvin_pasha 10 месяцев назад
👍💙💚
@akvariumist1747
@akvariumist1747 10 месяцев назад
İnşaAllah.
@metecsur8621
@metecsur8621 10 месяцев назад
İnşallah
@aysushavaqatova
@aysushavaqatova 10 месяцев назад
Gözünüzdəki,qəlbinizdəki ümid sönməsin,əziz həmkar!!!
@ElifErdogan.
@ElifErdogan. 10 месяцев назад
Leyla hanımın anlatırken gözlerinin dolması bile işine hayranlığını, kalbinin temizliğini gösteriyor.Gerçekten Ali’nin dediği gibi Nuri Bilge Ceylan filmi gibi izledim ❤️ Saat anısında kendimi kaybettim 🥹 Çok güzel bir programdı..Emeklerinizin karşılığını fazlasıyla alacağınız, mutlu huzurlu uzun ömrünüz olsun Leyla Öğretmenim ..(Bu arada Turalın psikolog var mı diye sorması programın en komik yeriydi 😂)
@eljafa8963
@eljafa8963 10 месяцев назад
Mən də ağladım..... Mələk müəllimədir bu qız!!! Möhtəşəm insandır bu müəllimə!!!
@vusalteymurlu
@vusalteymurlu 10 месяцев назад
Bu buraxılışsa ölkənin bütün aktiv müəllimləri baxmalıdı. Leyla müəlliməylə doğurdan fəxr eləmək lazımdı.
@KhalidaMahmudova
@KhalidaMahmudova 10 месяцев назад
Xanımın elə gözəl aurası var ki 🥹 yaxşı ki belə insanlar var
@sefegkerimov4337
@sefegkerimov4337 10 месяцев назад
Müəllimənin kövrəlməyi mənidə ağlatdı necə səmimidi.Təki sizin kimi müəllimlər çox ola.Sizə uğur arzu edirəm.💙💚
@ulvi_tagizade
@ulvi_tagizade 10 месяцев назад
Ölkəmizi dəyişəcək bir şey TƏHSİLDİR 💚
@sarvarjavadov5055
@sarvarjavadov5055 10 месяцев назад
İndiyə qədər minlərlə podcasta qulaq asmışam heç birində bu qədər ağlamamışam(( nə yaxşı ki Allah sizin kimi müəllimləri yaradıb❤
@hesenezizov
@hesenezizov 8 месяцев назад
Dinlədiyim ən gözəl podkast oldu şübhəsiz. Müəlliməyə eşq olsun. Öz işinə və şagirdlərinə olan sevgisi yalnız bir insanı buna sövq edə bilər. 😊
@mehribansafarli7
@mehribansafarli7 10 месяцев назад
Göz yaşlarıma hakim ola bilmədim🥹Əhsən belə müəllimlərimizə👌✨
@tutu37978
@tutu37978 10 месяцев назад
Ne yaxşı ki, ölkəmizdə sizin kimi insanlar var 🥹 Azacıq da olsa ölkenin gələcəyinə ümidimiz qalır 😊 💙💚❤️
@firuzbabayeva6178
@firuzbabayeva6178 10 месяцев назад
Çoxdur,amma tanınmırlar, nə qədər müəllimlərimiz iş yolunda qəzaya uğradı
@elcinmustafayev9005
@elcinmustafayev9005 10 месяцев назад
@@firuzbabayeva6178 müğənni deyillər axı niyə tanımalıyıq kim tanıtmalıdı
@xanxan2520
@xanxan2520 10 месяцев назад
ALLAH BU XANIMA KÖMƏK OLSUN!! UŞAQLAR ƏVVƏL MÜƏLLİMİ SEVİR SONRA ONUN FƏNNİNİ. XEYİRLİ AQİBƏT SİZƏ ARZU EDİRƏM!! AMİN!!
@user-yw5xo2up1i
@user-yw5xo2up1i 10 месяцев назад
Sizin kimi Müəllimlərə,Müəllimələrə çoooox ehtiyac var.Uşaqların yoluna işıq olan gözəl qəlbinizə qurban!
@orkhanbayram3878
@orkhanbayram3878 10 месяцев назад
Belə müəllimənin olmağı inanilmaz xoşbəxt edir adamı.Var olun ruhunuz xoş ucadır müəllimə ❤
@muhammadkh-ev1195
@muhammadkh-ev1195 10 месяцев назад
Dunyani bu cur insanlar yoneltsin.😊cehaletle savasan her bir insan muqeddesdir...
@gunayhesenova435
@gunayhesenova435 10 месяцев назад
Heç bir buraxılışınızda bu qədər duygulanmamışdım, ki, hər dəfə “Yerdəki ulduzlar”a baxanda da belə oluram. Əhsən sizə!
@tural.
@tural. 10 месяцев назад
Leyla müəllimə təşəkkür edirəm, onun böyük ürəyinə görə, savadına görə. Diqqət etdim, danışanda belə "e" "ə" kimi "kirli" sözlərdən istifadə etmir. Çox duyğusal buraxılış oldu. Təəssüf ki, bunlar real olan problemlər idi. Təəssüf ki, dövlət bu baxımdan çox şey etmir. Mən fiziki məhdudiyyətli biriyəm və mənim təhsilim belə müəyyən yaşdan sonra problemli olmuşdu. Müəllimin dediyi məktəbə gəlməsini istənməyən ər kimi, evə dərs deməyə getməsini istəməyən ərlər belə var idi. Mənim bəxtim, 4-cü sinifə kimi ev təhsilimi qonşumun müəllim olmasına görə gətirdi, amma 5-ci sinifdən sonra atam və anam təhsil almağım üçün qucağında məktəbə aparırdı. Həqiqətən bu kimi hallar hər valideyni həvəsdən sala bilər. Şəraitsizlik çox pis şeydir. Klişe olsa da ümid sonda ölür. Ümid edirəm o uşaqların timsalında bütün uşaqlar gözəl günlər, təhsil və istədikləri şeyləri görərlər. Sevgilər, Leyla və Söhbətgah
@metecsur8621
@metecsur8621 10 месяцев назад
Bu qız mənə çalıquşu serualında olan Feridəni xatırladır və bu gözəl qəlbə sahib olduğu üçün xoşbəxt müəllimədi nə yaxşı bütün müəllimələr uşaqların "əlinə" baxmır sevgi həqiqətən çox mühümdü insanlar arasında sizədə işlərinizdə müvəffəqiyyətlər
@aydanltifli2223
@aydanltifli2223 10 месяцев назад
Zamanla insanı edilən pisliklər yox, yaxşılıqlar ağladır. Leyla müəllimə❤
@rumiya_g
@rumiya_g 10 месяцев назад
Çəmə reçinə kinə, Xıdo Şıməni həniyən barz bıko❣️ NomXıdo Bəşmə🌹 Gözəl qızımız Allah sizi daha da uca etsin. Maşallah sizə
@balzak90
@balzak90 7 месяцев назад
Müəllimə adına layiqli insanın ruhu məncə elə məhz bu cür olmalıdır.Belə müəllimələrimizin daima artması diləyi ilə...💚💙
@elnurabbasov4227
@elnurabbasov4227 10 месяцев назад
Xoşum gəldi çox səmimi bir söhbət oldu.Əli bəyin işığın yanması qaranlığın itməsi söhbətində.Xəyyamın bir rübaisi gəldi.Hikmət sahibləri harada qaldı Hərə bir şam qədər işığın saldı. Heç biri qaranlığı yara bilmədi, Hərə bir söz deyib yuxuya daldı.❤
@aiselshukhurzadeh6740
@aiselshukhurzadeh6740 10 месяцев назад
Gözümdə yaş, üzümdə gülümsəmə ilə diqqətlə dinlədim.❤❤❤🎉 Maşallah müəlliməmizə.
@lovelysweeties2170
@lovelysweeties2170 10 месяцев назад
Kaş bu dünyada nəinki sizin kimi müəllimlər , insanlar belə çox olsa bu dünya bir cənnət olar❤❤❤
@cebizadecihan1451
@cebizadecihan1451 10 месяцев назад
Bu verlişə baxarkən göz yaşlarımı saxlaya bilmirdim və ən cox təsir edən "Yoldaşım bilsə məktəbə gəlmişəm ,öldürər"" deməsi oldu. Günahkar, nə o ucqar kənddə yaşayan savadsız cahil insan,nədə ucqar kənddə işləmək istəməyən müəllimdir.... Sistemdədir problem (((( 21 əsr , biz hələ yolların bərbad olduğu ücün ərzaq tapmırıq((( Tural, Sizin sovetlər birliyi haqqında dediklərinizlə tam razıyam .Mən sovet təhsili almışam .və bəzən məndə kaşki deyirəm. Ən azı cahil kütlə yox idi...Allah yardımcımız olsun, nə deyim 🙏😔(((
@rumiya_g
@rumiya_g 10 месяцев назад
Çox doğru qeyd edirsiniz. Əslində eşitdiklərimiz bu cəhalətin gunahının çoxu həmən kənd sakinlərində deyil, oranl baxımsız saxlayanlardadı
@user-yj9di4uh2x
@user-yj9di4uh2x 10 месяцев назад
🙏 bu işarə xristianlarin isaresidir MÜSƏLMANLARIN İŞARƏSİ 🤲🏻 BUDUR
@Vumu
@Vumu 8 месяцев назад
​@@user-yj9di4uh2xNə fərqi var Allah üçün
@elnurabdullayev40
@elnurabdullayev40 10 месяцев назад
Uğurlar. Müəlliməyə xüsusi təşəkkürlər. Ölkəmizin gələcəyi üçün göstərdiyi cəsarəti üçün müəlliməyə minnətdaram. Deyiləsi söz çoxdur. Qısaca uğurlar, inşallah başqalarına gözəl bir nümunə olar. Var olun.
@novruz6342
@novruz6342 10 месяцев назад
Sizin kimi 3- 5 müəllim bəs edər ki, bir rayonu xilas etsin. Həmişə sevgi ilə qalın. Sizi tanımağıma sevindim....
@LalliSsuip
@LalliSsuip 10 месяцев назад
😢😢3 yumurta hadisəsində çoox təsirləndim uşaqların çox şeyə ehtiyacı var ey .deyirlər ki biz sizin köməyinizdəyik siz də bizi tək qoymayın ay allah .Tursl Əli sizə çoox minnəttaram bu məsələnəi işıqlandırdığvza görrə
@alialiyev7673
@alialiyev7673 10 месяцев назад
İzlədiyim ən maraqlı və ən gözəl bölüm. Səmimiyyəti ekran arxasından belə hiss elədim çox qəribədi.
@Qirmizi_papaq
@Qirmizi_papaq 10 месяцев назад
Lənkəranın Utopiya kəndində yaşayan sevimli Azərbaycan müəllimi 🥰🥰🥰
@Resul_Resul
@Resul_Resul 10 месяцев назад
Sizin kimi müəlimələrimiz nəqədər çox olsa həm uşaqların həmdə dövlətimizin gələcəyi parlaq olar 💚💙❤
@atitimourad
@atitimourad 10 месяцев назад
Həqiqətən gözyaşlarıyla baxdım((. Çox əla buraxılış idi. Kaşki hamı o kəndlərdəki uşaqların əlindən tutub, dəstək ola bilərdi.
@jemmahajizada9422
@jemmahajizada9422 10 месяцев назад
Necə duyğulandım bu podkastda😪 Leyla xanım,sizlə qürur duyuruq❤ Dəyərli,Söhbətgah, çox sağ olun Leyla müəlliməni dəvət etdiyiniz üçün❤
@vefashabanova8096
@vefashabanova8096 10 месяцев назад
Həmişə ürəyimdən keçib onu bu verilişdə görmək😍
@KGuliyevaa
@KGuliyevaa 10 месяцев назад
Afərin gözəl qızımıza,məncə bu buraxılış çox gənclərimizə stimul verecek👍👍👍
@ayselhuseynzada4188
@ayselhuseynzada4188 10 месяцев назад
Yolun achiq olsun, Yerdeki Ulduzlarin ishigi🕊💙
@AynureZohrab
@AynureZohrab 10 месяцев назад
Ayalllaaaa,görün kim qonaqdır❤️💚💙
@user-sh7bv3zb9v
@user-sh7bv3zb9v 10 месяцев назад
olkenin sozun esl anlaminda ziyalilarini cekib tarixe dusurduyunuz ucun tesekkurler
@samirbayramov6902
@samirbayramov6902 10 месяцев назад
İcma müellimləri hər zaman seçilir və sevilir. Yaşasın icma əsaslı məktəbəqədər təhsil. ❤
@mirkananhasanli1907
@mirkananhasanli1907 10 месяцев назад
Leyla xanımla fəxr edirik! Tural bəy, Əli bəy təşəkkürlər. Leyla xanımı sosial şəbəkələrdən tanıyırdıq amma bu hekayələri bilmirdik.
@anarnamaz
@anarnamaz 10 месяцев назад
Bizi də duğulandırdı Leyla müəllimə. Təşəkkürlər söhbətgah belə gözəl,aydın insanları dəvət etdiyiniz üçün ❤
@Djdjsoeejd
@Djdjsoeejd 10 месяцев назад
Sadəcə Əlaaa bunu gözləyiridim
@elcinmustafayev9005
@elcinmustafayev9005 10 месяцев назад
Nə yaxşı ki belə saf cavanlarımız var mən həm ağladım həm də sevindim uğurlar olsun
@javahirrzayeva7762
@javahirrzayeva7762 10 месяцев назад
Leyla xanımın şagirdləri çox şanslıdırlar 💚💙
@gunaydolunay9415
@gunaydolunay9415 10 месяцев назад
Konfutsi deyib ki qaranlığı söyməkdənsə bir şam yandır. Biz çoxumuz o qaranliği soyənlərdənik ama Leyla xanim o şami yandirandir. Təsəkkurlər Leyla, ornək oldugun ucun. ❤
@akvariumist1747
@akvariumist1747 10 месяцев назад
Çox sağ olun verilişə görə. Məncə bu müəlliməni dövlət televiziya kanalları dəvət etməlidirlər və bütün ölkəyə göstərməlidirlər, çünki, çox əfsuslar olsun ki, söhbətgaha az adam baxır. İndi siz təsəvvür edin müəllimlərini şagirdlər və valideynləri televizorda görsələr nə baş verər. Bundan başqa bir çox gedim-getməyim arasında qalanlar üçün də motivasiya olar.
@xeyalesadikova938
@xeyalesadikova938 10 месяцев назад
Məncə bu müəllimə Xəzər tv-də Oksana xanımın verilişinə dəvət olunmuşdu
@leylaleyla1288
@leylaleyla1288 9 месяцев назад
Ne qeder böyük üreyi var bu gözel qızın❤😢 Ne yaxşı ki tanımışıq sizi, siz olan kəndə işıq lazım deyil😊
@veneraxelilova-hp8zg
@veneraxelilova-hp8zg 9 месяцев назад
Bele muellimlere esq olsun,Leyla xanimin qarsisinda bas eyirik
@omarzalov4057
@omarzalov4057 10 месяцев назад
21esr və bu hələ də Azərbaycan kəndlərinin bəzilərin də qaranlıq hökm sürür 😢 təhsil işığını tapmagi Allah hamımıza nəsib etsin
@nigush
@nigush 10 месяцев назад
necə də savadlı, gözəl və xoş xanımdır şagirdlərini nə qədər çox sevdiyini görməmək mümkün deyil 💗 qurur duydum
@gunaydolunay9415
@gunaydolunay9415 10 месяцев назад
Cünki bizdə maarifləndirmə idealogiyasi yoxdu, cəhalətləndirmə idealogiyasi var. Yanliş idealogiya belə cəhaletdən yaxşidi.
@xtaibabayeva5472
@xtaibabayeva5472 10 месяцев назад
Heç bir buraxılış bu qədər duyğulu olmamışdı🥹Bir daha peşəni sevərək yerinə yetirməyin necə möcüzələr yaradacağını gördüm❤
@anarbabasoy1090
@anarbabasoy1090 10 месяцев назад
Nə böyük insansız, Leyla xanım. Bu cəmiyyətin yükü sizin kimi müəllimlərimizin çiyinlərindədir. Sevginizi və bilginiz bol olsun. Uğurlar ❤
@gultakinmuradova9733
@gultakinmuradova9733 10 месяцев назад
Inanılmaz gözəl insandır. Inanılmaz gözəl baxış açısıdır həyata. Müəllimə olmasam da, özüm üçün o qədər dərs götürdüm.
@frdn128
@frdn128 10 месяцев назад
Bəh bəh bəh, bu nə gözəl buraxılış olacaq ❤❤❤
@fuadaliyev4935
@fuadaliyev4935 10 месяцев назад
Möhtəşəmsiniz. Var olun həmişə. Həmişə daha gözəlini yaradın. Belə müəllimlərimiz və gənclərimiz bol olsun
@saidasaida555
@saidasaida555 10 месяцев назад
Tural çox istəyərəmki uniberdə tarix dərsi deyəsiz həqiqətən çox qəşəng olar. Çünki ixtisasını çox sevirsən danışdıqca daha da sevirsən yeriniz müəllimlikdir❤
@nicateliyev9726
@nicateliyev9726 10 месяцев назад
Çox ağlatdı məni bu gözəl insan gözəl Müəllimə halal olsun fəxr edirəmki vətənim Azərbaycanın bucür insanları var🇦🇿❤✊
@user-cs7yq9ks4j
@user-cs7yq9ks4j 10 месяцев назад
Dünya belə insanların sayəsində dönür
@cingizhesenov4870
@cingizhesenov4870 10 месяцев назад
Nuri Bilge Ceylan hafif kalır )) Nece gozel buraxilis idi . Nece de yeni hissleri asilaya bilirsiz. Nece de cemiyyete mumkun olan her saheden isiq tutursuz.Her birinize sonsuz tesekkurler..
@Scorpio.13
@Scorpio.13 10 месяцев назад
Bütün podcastlarınızı izləmişəm ancaq bu digərlərindən Tamamilə fərqli idi. Emosiyalarım içimdən boğdu məni. Ümid edirəm qızım Leyla da böyüyəndə sizin kimi cəmiyyətimizə faydalı övlad olaraq yetişəcək. Tural, Əli nə yaxşı ki varsınız.💙💚
@QalibZ
@QalibZ 10 месяцев назад
Sizin kimi insanlarla fəxr edirik. İşıq salın ölkəmizə ❤
@raufabdullayev3112
@raufabdullayev3112 10 месяцев назад
Bu cur keyfiyyetli insanlari tapib iwiqlandirdiginiz ucunde Sohbetgaha TEWEKKURLER VAR OLUN❤
@couchsurfer.bikerguide
@couchsurfer.bikerguide 10 месяцев назад
bu xanımın çox gözəl düşüncələri var
@mmehti4600
@mmehti4600 10 месяцев назад
43 dəqiqənin necə keçdiyini bilmədim.Uzaqda işlədiyim 1 il gözümün qabağına gəldi.Həyatımın ən sevgi dolu ili.İmkan olsa,yenə gedib işləyərdim.
@cahan2015
@cahan2015 10 месяцев назад
Çooox güzel bir podcasta qulaq asıram 🎉😂 özümdə uzaq bir kənddə müəllim işləyirəm ❤ hətta xəstələnmişəm biaz bura çox soyugdu ammaheç bezmirəmki 😊 tam tamına 7 ildir 🎉❤
@resm_analizi
@resm_analizi 10 месяцев назад
👍
@elsheneliev1831
@elsheneliev1831 10 месяцев назад
Hansı bölgədirki soruşmag eyb olmasin
@zaurcebizade8388
@zaurcebizade8388 10 месяцев назад
Salam dostlar... çox təsirli potcast oldu. Təşəkkürlər Müəllimə!
@aminhuseynov8230
@aminhuseynov8230 10 месяцев назад
Söhbətgahın ən həssas buraxılışı bu oldu fikrimcə,izləyərkən qəribə hisslər keçirtdim.Təşəkkürlər
@musabaliyev7652
@musabaliyev7652 18 дней назад
Belə müəllimlərin sayı çox olmalıdı ki, cəmiyyət inkişaf etsin. Uğurları bol olsun. Sadəcə "nə bilim" sözündən çox istifadə edir. Bu diqqətimi çəkdi.
@aynurahasanova7195
@aynurahasanova7195 9 месяцев назад
Məncə Leyla müəllimə özü ayrıca bir podkast kanalını yaratsın. Çox pozitiv enerjili, insanları doğru yola istiqamətləndirmə gücünə malik bir insandır. Belə qonaqları tez-tez dəvət edin. Həqiqətən də dinləməkdən, seyr etməkdən böyük zövq aldım. Təşəkkürlər.
@Aga_Alizada
@Aga_Alizada 7 месяцев назад
Azərbaycanda tək podcastdır ki ,Hər bir buraxılışı bir birində ,dəyərli və intellektualdır,demək olar ki buraxılışların əksəriyyətin 2 dəfə (təkrar) baxıram ,Çox sağolun Əli bəy Tural bəy 💚💙 ❤
@rahibnecef3296
@rahibnecef3296 10 месяцев назад
Bele mənəviyyatı yüksək müəllimənin toxunuşu yetişdirir İdeal insanları, ele bil Grigory Petrovun - Ideal müəllim kitabını oxuyurdum qulaq asanda bu buraxilisa
@sabirkhanmahmudov8770
@sabirkhanmahmudov8770 10 месяцев назад
Zamanla düzələck deyib, gəncliyimizə, uşaqlarımızın təhsilinə, gələcəyinə laqeyid davrandıqca heçnə yaxşıya doğru dəyişməyəcək. Hər bir xalqını gələcəyini düşünən vətandaş olduğu mühütün daha yaxşı olması üçün nəsə etməyə çalışmalıdı. Möhtəşəm podcast üçün çox sağolun.
@zeynebBabazadeh
@zeynebBabazadeh 10 месяцев назад
Nə gözəl 💚💙
@rafiqmemmedov4110
@rafiqmemmedov4110 10 месяцев назад
Tural bey size minnetdariq bu ornek olacaq muellimeni devet etmisiz.
@user-th2ry1dp8y
@user-th2ry1dp8y 10 месяцев назад
Leyla xanim ozu mocuzedi, sevgidi, ishiqdir. Ugurlar olsun🤲🏼
@metanetabdullayeva6206
@metanetabdullayeva6206 10 месяцев назад
Var olasınız, əziz həmkar. Nə qədər ki peşəsinə belə sevgi ilə yanaşan müəllimlər olacaq, bir o qədər gələcəyin daha işıqlı olacağına inanacağıq.
@seymourasadzadeh3867
@seymourasadzadeh3867 10 месяцев назад
İlk öncə podcast-a görə təşəkkürlər. Müəlimə əhsən! Nə yaxşı ki, elə müəllimlər var. Nə yaxşı ki, bizi deyib gəlirlər. Rəylərdə hər kəs müəllimə tərfi yağdırıb. Bəli, lazımdır, halal olsun. Amma onların qohumlarında müəllim olan olsa, dua edər ki, şəhər məktəbinə düşsün. Hamı kənd məktəbinə gedib işləyən müəllimi dəstəkləyir və ora getməyi üstün tutursa, təyinatlardan imtina edən bu qədər müəllim haradan çıxır? Kimin qohum-əqrəbasıdır onlar? Sen yanmasan, ben yanmasam, Nasıl çıkar karanlıklar aydınlığa? (Nazim Hikmət)
@faiqhesenov637
@faiqhesenov637 10 месяцев назад
Cox sagolun cox ela podkast oldu.
@ruqeyyezeyneb4982
@ruqeyyezeyneb4982 10 месяцев назад
Sizi cooooox sevirem❤Ne yaxwi sizin kimi muellimlerimiz var❤
@meherremrustemov911
@meherremrustemov911 10 месяцев назад
Ən böyük problemimiz elə valideynlərin təhsilə qarşı mövqeyini dəyişməkdir...
@user-rr9wx6io9f
@user-rr9wx6io9f 10 месяцев назад
Ne yaxshi sizin kimi insanlar var! Sozun esl menasinda bir Meleksiz! 🙏🏻
@rovshanabbas
@rovshanabbas 10 месяцев назад
Siz nə dəyərli insansınız Leyla müəllimə?! Hər dəfə izlərkən siz insanı ayrı şəkildə müəllim şagird sevgisinə kökləyirsiniz. Yolunuz maneyə görməsin müəllimə 🙏🏻
@nurlanhsimov7953
@nurlanhsimov7953 10 месяцев назад
Çox gözəl mövzü seçmisiz
@arzuqniyeva5689
@arzuqniyeva5689 10 месяцев назад
Heyf, tez bitdi. Cox gözel buraxilis idi
@elcinamanov6052
@elcinamanov6052 10 месяцев назад
Çox sevinirəm ki belə müəllimlərimiz hələ də var xanımın əlindən öpürəm gələcəyimizə görə uğurlar arzulayıram.Əla podkast idi ❤
@Gunellizad-bi6mo
@Gunellizad-bi6mo 10 месяцев назад
Qəlbi böyük insanların bu cəmiyyəti xilas edəcəyinə inanmışam, bu da nümunə götürdüyüm podcast oldu, çox təşəkkürlər təşəbbüs üçün🙏🏻
@Escapistoo
@Escapistoo 10 месяцев назад
Möhtəşəm! Gələcək arzularımdan biri ...
@BeZNick
@BeZNick 10 месяцев назад
Leyla xanim. Allah sizden razi olsun. Sizi terif etmeye soz yoxdu
@jamshidmadatov3985
@jamshidmadatov3985 10 месяцев назад
sadəcə bir söz. Ağladım....
@nilufertalibova
@nilufertalibova 10 месяцев назад
Bu nə gözəl buraxılış idi belə! Sevgi, ümid dolu, təsirli. Bir saatdan çoxdur Leyla xanımın İnstaqram hesabından çıxa bilmirəm. Yaxşı ki, Leyla xanım kimi insanlar və müəllimlər var, həqiqətən də dünya belə insanlar olduqca gözəldir🤍 Mənim üçün bir insanın belə öyrənməsinə, həyatının müsbət istiqamətə dəyişməsinə səbəb olmaq xoşbəxtlikdir, ona görə düşünürəm ki, üçünüz də xoşbəxt insanlarsınız. Bu buraxılışın çox insana və müəllimə ümid olacağına əminəm. Tural bəy, Əli bəy və Leyla xanım, yaxşı ki, varsınız!
@nigartagiyeva3790
@nigartagiyeva3790 9 месяцев назад
Leyla xanim cox gozəl fikirləriniz var.
@orxanbabazade5015
@orxanbabazade5015 10 месяцев назад
Halal olsun size Leyla xanim...
@ulkarahmadova
@ulkarahmadova 10 месяцев назад
Bir müəllim olaraq videoda çox təsirli hekayələr dinlədim gözəl kolleqamdan doğrdur biz şəhər məktəbində bu qədər çətinlik görməmişik amma bir müəllim olaraq belə gözəl və düşüncəli müəllimlərin varlığı məni sevindirdi Var Olun❤
@gnnn124
@gnnn124 10 месяцев назад
Kaş ki, qonaq kimi iştirak edə bilsəydim.. Duyģulandım, hansı ki daş qəlbli olduğumu duşunurdum. Eyni zamanda sevindim.. Adamın içi doludu, danışmaq, danışmaq :) Çox sağ olun ciddən ❤
@hafizvalizada
@hafizvalizada 10 месяцев назад
Çox sağ olun bu buraxılış üçün 💚💙
@nezrinnermin7650
@nezrinnermin7650 5 месяцев назад
O kənd atamgilin kəndidi.Yayda həmişə gedərdik.Dondurma nədiki yayda orda dondurma olmurdu.Qaz yoxdu.Suyu bulaqdan gətirirlər.Yollara ancaq niva ilə gedirdik.hər an maşın olmur.
@alemdarhasanov120
@alemdarhasanov120 10 месяцев назад
5:41 Səhv etmirəmsə,Təhsil Nazirliyinə dəvət göndərmişdiniz,Lənkərandan müəllimə gəlir,hələ Nazirlikdən xəbər yoxdur,gəlib çata bilmirlər😂😂
@HuseynGulbalayev
@HuseynGulbalayev 10 месяцев назад
A.B.Ş dan adam taprsan o gələr amma özümüzdə Xbir naziyylikdən X bir adam gəlməz. Çün ki, o X adam bizə A.B.Şdan daha uzaqdı
Далее
Sağlamlıq nədir? | Doktor Aqil Axundov | Söhbətgah
1:36:09