Talışlar Azərbaycanın cənub zonasında - Azərbaycan və İran sərhədində məskunlaşmış qədim azsaylı xalqdır. Bəzi mənbələrə görə talışların sayı 271 mindən 619 minədəkdir. Talışların böyük hissəsi Astarada (müxtəlif mənbələrdən 149 min) və İran şəhərlərində - Zəncan və Ərdəbildə yaşayırlar. Azərbaycanda yaşayan talışlar saylarına və yaşadıqları əraziyə görə ikinci böyük millət sayılırlar (112-119 arasında). Talışlar ölkənin Lənkəran, Astara, Masallı, Lerik və Biləsuvar royanlarında sıx məskunlaşıblar. Bəzi mənbələr talışların 13 müxtəlif ölkədə məskunlaşdığını bildirirlər.
Qafqaz elementləri ilə zəngin olan talış dili hind-avropa dil qrupunun İran qoluna aiddir. Azərbaycanda yaşayan talışların çoxu ikidillidir - doğma talış dili ilə bərabər Azərbancan dilində də sərbəst danışırlar. Talışarın yaşadığı bölgə öz rütubətli subtropik iqliminə görə fərqlənir. Talışların mədəniyyəti, adətləri və məişəti azərbaycanlılara bənzəsə də, öz spesifik xüsusiyyətlərinə malikdir. Zəngin talış mətbəxində düyü və balıq yeməkləri daha çox üstünlük təşkil edir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, balıqçılıq, əkinçilik və xırda ticarətdir.
Baxmayaraq ki, talışlar Azərbaycanın ən böyük etnoslarından biridir, onların öz dilində təhsil alma imkanı, televiziya və radioları mövcud deyil (Lənkəran, Lerik və Astaranın bəzi məktəblərində 4-cü sinfə qədər talış dili həftədə bir saat tədris olunur - red.).
Kanala abunə ol - goo.gl/TcM9Fm
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646
28 сен 2024