Тёмный

Bütöv Azərbaycanda xanlıqlarının yaranması və onların süqutu 

GİZLİ TARİX
Подписаться 16 тыс.
Просмотров 5 тыс.
50% 1

"Gizli tarix" kanalına abunə olaraq yeni videoları izləyə bilərsiz
Abunə olun bit.ly/3IWfX5R
Əfşarlar dövlətinin zəifləməsi və dağılmasından sonra, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər olan xanlıqlar yaranır. Şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları meydana gəlir. Xanlıqlarla yanaşı şimal torpaqlarında yarımmüstəqil feodal hakimlikləri olan İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları, habelə feodal respublikası hesab edilən Car-Balakən icması (camaatlığı) kimi qurumlar da formalaşır.
Xanlıqlarda hakimiyyət siyasi qurum kimi təkhakimiyyətliliyə əsaslanırdı. Xan qeyri-məhdud hakimiyyətə malik olub, həm də məhkəmə hüququ daşıyırdı. O, ölüm hökmü verə, yaxud ölümə məhkum olunmuşları bağışlaya bilərdi. Xanın yanında məşvərət funksiyasına malik Divan fəaliyyət göstərirdi. Divanda sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Divanın, yaxud Məşvərət şurasının mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında kifayət qədər nüfuza malik idilər. Xanlıqlarda belə bir qurumun olması Azərbaycanın qədim dövlətçilik ənənələrindən irəli gəlirdi.
Xanlıqların ticarət əlaqələri kifayət qədər geniş əraziləri əhatə edirdi. Xüsusən İran, Osmanlı, Rusiya dövlətləri və Hindistanla ticarət əlaqələri yaxşı inkişaf etmişdi. Azərbaycandan qonşu ölkələrə neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, müxtəlif çeşidli xalçalar aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal və düyü gətirilirdi. Osmanlı tacirləri Şamaxı ipəyini həvəslə alırdılar. Ərdəbil də ipək məmulatı istehsalında məşhur idi. Buradan çox zaman Hələbə, İzmirə və İstanbula xam ipək, ipək məmulatları daşınırdı. Xanlıqlararası iqtisadi əlaqələr də getdikcə genişlənir, ümummilli daxili bazar üçün zəif də olsa, şərait yaranırdı.
Xanlıqların yaranması şəhərlərin sənətkarlıq və ticarət məskənləri kimi inkişafına müsbət təsir göstərirdi. XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər xanlıqların yarandığı dövrdə bərpa edilir, öz əvvəlki görkəminə qaytarılırdı. Pənahabad adlanan Şuşa da yüksəlməyə başlamışdı. Şəhər əhalisi artır, burada sənət, ticarət, elm və mədəniyyətin inkişafına imkan yaranırdı. Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 minə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.
Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi.
Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
Mənbə: a-r.az/az/page/42

Опубликовано:

 

10 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 22   
@elsn7982
@elsn7982 Год назад
Sağolun
@tahirakhmedov7054
@tahirakhmedov7054 Год назад
Davamı gəlsin. Maraqlıdı
@ilqarshahverdiyev767
@ilqarshahverdiyev767 Год назад
Tarixi bilmirsiniz yoxsa qəsdən Talış xanlığının adını dəyişirsiniz?
@gizlitarix
@gizlitarix Год назад
Əvvəla salam olsun. Sonrası da materiala və mənbəyə diqqət etmənizi tövsiyə edərdim. Mənbədə necə verilibsə o cür də səsləndirmişik.
@ilhamibrahimov5297
@ilhamibrahimov5297 Год назад
Qardaş salam məndə Talışam amma mən diqqətlə qulaq asdım burada milliyətindən aslı olmayaraq xanlıqlardan söhbət elədi biz həmişə Türklərlə çiyin ciyinə vuruşmuşuq haqq yolunda heç bir zamanda aramızda ədavət olmayıb. Var olsun aardaşlıqımız. Allah qorusun Turan birliyin. Allah. Şəhidlərimizə rəhmət eləsin
@user-fz2tm1kl3b
@user-fz2tm1kl3b Год назад
Əvvəldə göstərilən xəritədə Talış xanlığı yazılıb.Mənbəni yazan və oxuyan yəqin ki. onu görməliydi.Tarixdə Talış xanlığı olub və Talış xanlığı da yazılıb həmişə.
@ilhamibrahimov5297
@ilhamibrahimov5297 Год назад
@@zauraliev-5325 sənə aqır gəldisə mənim yazım sən nəinki Mənim Talış xalqımın sən Azərbaycanın düşmənisən
@ilhamibrahimov5297
@ilhamibrahimov5297 Год назад
@@zauraliev-5325 şərəfsiz sən nə lzgisən nə Talış sən ermənisən
@renaasgerzade5334
@renaasgerzade5334 Месяц назад
Qaradağ xanlığının mərkəzi Əhərdir.
@cfrov.0578
@cfrov.0578 Год назад
Birlik olsaydi Azerbaycan bolunmezdi
@faiq_8796
@faiq_8796 Год назад
Xanların içində bir xan çıxmadımı bu xanlıqları birləşdirsin ?! Heyif heyif
@gizlitarix
@gizlitarix Год назад
Quba xanı buna çalışdı. Amma alınmadı. Rus barmağı imkan vermədi.
@faiq_8796
@faiq_8796 Год назад
@@gizlitarix istəmədilər çünki
@alialekberov3296
@alialekberov3296 7 месяцев назад
Butun xanlar musteqil siyaset yeritmek isteyirdi.Ona gore hec bir xanliqdan asili olmaq istemirdi.Quba xani Feteli xan yalniz Azerbaycanin simal serqini birlesdire bildi.
@user-wz5kc2yn1n
@user-wz5kc2yn1n 6 месяцев назад
Bunların hamısı doğrudur
@user-wy9wi3bp8v
@user-wy9wi3bp8v Год назад
Talış xanlığı
@user-fu8hy7nl6u
@user-fu8hy7nl6u 6 месяцев назад
Sa
@necefeliyev477
@necefeliyev477 Год назад
Davamı olsun
@fuadmahmudov300
@fuadmahmudov300 4 месяца назад
Əhər salyan xanliqlari olmayin yalan melumat vermeyin
Далее
Презентация iPhone 16 за 4 минуты
04:00
Новый уровень твоей сосиски
00:33
TARİXİN ƏN BÖYÜK AZƏRBAYCAN DÖVLƏTİ
3:54
Просмотров 380 тыс.