Тёмный

Bəxtiyar Vahabzadə - Şəhidlər - səsləndirir Nazim Musabəyli 

Nazim Musabəyli
Подписаться 611
Просмотров 289
50% 1

Budapeştdə 20 yanvar 2020ci ildə baş tutmuş tədbirdən.
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
Nazim Musabayli

Развлечения

Опубликовано:

 

19 янв 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@ramilshukurov5340
@ramilshukurov5340 3 года назад
Əhsən, qardaş! Var ol!
@gulnarabaghirova6097
@gulnarabaghirova6097 3 года назад
Təşəkkür edirəm, patriot.
@teymurmmmdov8959
@teymurmmmdov8959 2 года назад
Əla Nazım bey 👍👍👍
Далее
Does size matter? BEACH EDITION
00:32
Просмотров 16 млн
Söz mülkünün sahibi
3:21
Просмотров 1,1 тыс.
Hüseyni ailə 4
Просмотров 19
Əmir Teymur haqqında bilmədiklərimiz
3:53
Просмотров 12 тыс.