Тёмный
No video :(

Bəxtiyar Vahabzadə - Yaşıdlarım.[ifa : Eldost Bayram] 

Ş. Aydınoğlu Vahabzadə
Подписаться 1,4 тыс.
Просмотров 1,8 тыс.
50% 1

Bəxtiyar Vahabzadə - Yaşıdlarım.
Yaşıdlarım,
Dağlar başı gümüşüdü.
Külək əsdi, gül üşüdü.
Qapımızı döyən rüzgar,
təbiətin istehzalı gülüşüdü.
O saralan yarpağa bax, göy ota bax.
Başımızda çarpazlaşan buluda bax.
Çağıldayan dərələrdə sükuta bax.
Günümüzü günümüzdən borc alırıq.
Boynumuza almasaq da
yavaş- yavaş qocalırıq.
Yaşıdlarım,
Zaman boyu səfərdəyik.
Bizə uşaq deyərdilər, sonra cavan,
indi nəyik?
Gördünüzmü həm od tutan, həm su tutan bir əlində
o ki, bizik.
Dayanmışıq cavanlığın axırında,
qocalığın əvvəlində..
Özümüzə, gözümüzə qar da yağır dənə-dənə, birəm-birəm.
Bəzən olur məclislərdə mən özümdən yaşlısını görəmmirəm.
Bu dünyaya verdiyim az, aldığıma utanıram.
Məndən cavan adamların öldüyünü eşidəndə, qaldığıma utanıram.
Zaman keçir, yaman keçir..
Tanışların, həmşaların adları da köhnə telefon dəftərindən düşür bir-bir..
Qaralanır,
hər cızıqda ürək bir yol yaralanır.
Dəftərimdə təzə-təzə tanışların ünvanları sıralanır..
Öz hökmünü zaman verir.
Yaşıdlarım çağırardı bir vaxt məni toylarına, evlənərdi.
İndi onlar qız köçürür, indi onlar evləndirir..
Yaşıdlarım,
Ataları, anaları yola saldıq.
Yetim qaldıq.
Balalara ataların, anaların adlarını qoya-qoya ,
Biz keçmişlə gələcəyin arasında körpü saldıq.
Atalara olan sevgi balalara keçdi,
Sevdik, həm sevildik.
Balamızı ata bildik, ana bildik.
Cavan ikən ömür üçün mən altmışı çox sanmışam.
İndi isə deyirəm ki, cavan ölmüş altmışında ölən atam.
Gah qalxırıq, gah enirik.
Yaşamaqdan yaşamağı öyrənirik.
İçimizdə iki duyğu, iki fikir
Bir-biriylə hey güləşir..
Kəşf etdikcə bu dünyanı heyrət gedir, yaşamaq da adiləşir.
Ancaq, bəs bu nə sirdi?
Hər yeni bir kəşfimizdə biz təzədən doğuluruq.
Qocaldıqca bu dünyaya
daha böyük bir həvəslə bənd oluruq.
Dünyanı öz xoşumuza tərk etmirik.
Övlad olub ataları, ana olub övladları dərk etmirik.
Dikdə eniş axtarırıq, enikdə dik.
Özümüzün büdrədiyi döngələrdə övladımız büdrəyəndə deyinirik.
Düzü budur.
Qocalırıq..,
qocaldıqca özümüzə vuruluruq,
yaman deyingən oluruq.
Hər meyvəni öz vaxtında yeyərdik biz şirin-şirin..
İndi isə deyirik ki, dadı qaçıb meyvələrin.
Bu düzmüdür? Xeyir! Xeyir!
Meyvə həmin o meyvədir!
İndi bizim dadı qaçıb ağzımızın.
Təngiyibdir nəfəsimiz.
Eniş bitib, dik çıxırıq.
Eyni rəngli sərt qayalar sağımızda, solumuzda
Qanqal bitib yolumuzda.
Darıxırıq.., darıxırıq..
Könül yaxan bir afətin yanında da darıxmağa başlamışıq.
Qadınları sevə- sevə qadınlardan biz qorxmağa başlamışıq.
Cürətimiz qaçaq düşüb qəlbimizdən.
Bir addımı atmaq üçün min addımlıq düşünürük uzun-uzun.
İmkanımız arxasınca gedə bilmir arzumuzun.
Qəlbimizdə bir daş kimi düyünlənir istəyimiz.
Gözümüzün ləzzətinə həsrət qalır ürəyimiz.
Könül dinclik sorağında.
Təlatümlə, həyəcanlar itirdiyim manat kimi
uçub getdi küləklərin qabağında.
Yanıb sönür, sönüb yanır yaddaşımın çıraqları.
Gah həsrətlə, gah nifrətlə yad edirik
hər saatı təlatümlə ötüb keçən o çağları..
Balaların sevgisinə paylanırıq.
Gah da olur həsrət ilə durduğumuz bu zirvədən enişlərə boylanırıq,
yazıq- yazıq..
sözlərimiz soyuq, ilıq
söhbətimiz qırıq-qırıq..
Ey, cavanlar ! Sözümüzə qulaq asın!
Nəsihətə başlayırıq.

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 8   
@user-kt2wq6ry4t
@user-kt2wq6ry4t Год назад
Унудулмаз инсан мезарын нурла долсун .Миллетимин дахи шаири .
@hsnlutfinovruzlu9433
@hsnlutfinovruzlu9433 Год назад
İlahi, bu fövqəladə şeirdi 🤍
@elnurmahmudov6610
@elnurmahmudov6610 Год назад
Həqiqətən❤
@azersellugur7503
@azersellugur7503 2 года назад
Allah rehmet elesin cemi ölenlere.Derya idin.Qalanlara can sagligi versin Allah inshallah.
@Yusifovaserqiye
@Yusifovaserqiye 26 дней назад
IMAM HÜSEYN HAQQİNA ALLAH RƏHMƏT ELƏSIN.
@user-me1sc8zv7j
@user-me1sc8zv7j 5 месяцев назад
Страна поэтов и мыслителей
@Yusifovaserqiye
@Yusifovaserqiye 26 дней назад
Paylaşan Şərqıyyə 1958? prof RU-vid.
@feridbaku5033
@feridbaku5033 Год назад
Boyuk Bextiyar muellim mekanin cənnət olsun
Далее
СЕРЕГА ПИРАТ - TEAM SPIRIT
02:37
Просмотров 339 тыс.
Ajdarlar...😅 QVZ 2024
00:39
Просмотров 484 тыс.
Bəxtiyar Vahabzadə. Yaşdan gileyliyəm
2:50
Просмотров 3,5 тыс.
Axund Azər - Eşq karvanı. Məhərrəm söhbətləri
33:29
Bextiyar Vahabzade ile Temiz Sohbet
48:59
Просмотров 253 тыс.