Тёмный

Bağırsaqların Xəstə Olduğunu Göstərən ƏLAMƏTLƏR - DİQQƏT! 

Demədi Demə
Подписаться 975 тыс.
Просмотров 48 тыс.
50% 1

#demədidemə #bagirsaq #bağırsak
Bağırsaqlarınızda hansısa xəstəliyin olmasını bilməyin asan bir üsulu var. Amma bu üsulu videonun sonunda açıqlayacağam. Videonun sonuna keçə bilərsiniz, amma məni dinləməyinizi tövsiyə edirəm. Çünki bağırsaqlarla bağlı maraqlı məlumatlar verəcəyəm.
Bağırsaqda istər çölyak, kron kimi xəstəliklər, istərsə də, adicə narahatlıqlar olsun, hamısı mikrobiomla əlaqəlidir. Bağırsaqlarda trilyonlarla mikrob var. Onların miqdarında və ya növündə bəzi dəyişikliklər ola bilər. Faydalı bakteriyalar daha az, zərərli bakteriyalar daha çoxdursa, problemin mövcudluğu şübhəsizdir.
Taxılkimilər lif mənbəyidirmi?
Bəzən bağırsaq problemindən danışan kimi, deyirlər: “Bakteriyaları liflə qidalandırmaq lazımdır”. “11 öynədən, ən azı, 3-ündə taxılkimilər yemək” qaydasının kökündə bu dayanır. Lifin mikrobları qidalandırdığını çoxdan bilirik. Lakin söhbət sağlam lifdən gedirsə, düşünməyə dəyər. Qəribə burasıdır ki, taxılkimilər zənn etdiyimiz qədər liflə zəngin deyillər. Onların, sadəcə, 7%-i lifdən ibarətdir. Bəli, yalnız bu qədər… Nişasta ilə zəngin olan taxılkimilər yüksək miqdarda lifə malik deyillər. Bundan əlavə, qeyd etməliyəm ki, taxılkimilərdə fitin turşusu var. Qısaca deyim, fitin turşusu mineralları bloklayır. Xüsusilə, dəmirin, kalsiumun, maqneziumun və sinkin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Yəni kimsə sizə taxılkimilərdən bol-bol yeməyi tövsiyə etsə, ona fitin turşusundan bəhs etməyi təxirə salmayın. Öyrənməyin və öyrətməyin yaşı yoxdur.
Rafinə edilmiş taxılkimilərin, demək olar ki, qida dəyəri minimuma enir. Bu məhsulları sintetik vitaminlərlə zənginləşdirmək cəhdinin səbəbi budur. Gəlin, birlikdə düşünək: sintetik vitamin əlavə edilmiş qidanı, həqiqətən də, faydalı qida saymaq olarmı? Cavabınızı rəylərdə yazarsınız. Qeyd edim ki, son vaxtlar insanlar arasında qlüten həssaslığının artmasının bir səbəbi də budur. Bəli, bunlar önəmli faktorlardır.
Bir sözlə, son illər mütəxəssislər taxılkimilərin həzm problemləri yaratdığı qənaətindədirlər. Müntəzəm şəkildə lif qəbul etməyin qəbizliyi aradan qaldırdığını dəfələrlə vuğrulamışam. Artıq bilirik ki, qəbizliyin ən önəmli səbəblərindən biri orqanizmdə olan lif çatışmazlığıdır. Nə qədər çox lif qəbul etsəniz, orqanizmin özünü boşaltmaq müddəti o qədər qısa olacaq və proses nizamlanacaq.
Liflər müxtəlifdir: taxılkimilərdən aldığımız liflər, salatlardan aldığımız liflər. Fərq ondadır ki, salatlar qlütensizdir. Düzdür, oksalatla zəngin ispanağı, fitin turşusuna malik bəzi məhsulları da nəzərə almalıyıq. Lakin bunlar taxılkimilərə nəzərən daha məqbuldur. Ayrıca, salatlarda yüksək miqdarda kalium, maqnezium, fol turşusu, C vitamin olur ki, bunlar da orqanizmin sağlamlığına xidmət edir.
Son dönəmlərdə “Keto pəhrizi”nə daxil olan və “Keto” kateqoriyasına aid edilən şirniyyatlar haqqında da çox eşidirik. Bu şirniyyatlarda funksionallıq baxımından aktiv liflər var:
-qarğıdalı lifi;
-maniok lifi;
-soğan, ənginar kimi bitkilərin kökündən əldə edilən inulin;
-zəncirotu kökündən alınan lif;
Köp və qaz nədən yaranır?
İnsanların çoxu lifli məhsullar səbəbiylə köpdən və qaz yığılmasından əziyyət çəkir. Bəs proses necə gedir? Bir fermentasiya müddətinə sahibik. Mikroblar liflərin bir qismini parçalamağa çalışırlar. Mikrobiom başlayır metan qazı, yaxud bağırsaqlarda köp, paralelində ağrı yaradan bu tip şeyləri ifraz etməyə.
Mikroblardan danışaq bir az da. Mikroblar 3 kateqoriyaya ayrılırlar:
1) “Pis mikroblar”-bunlara “patogenlər” deyilir;
2) “Dost bakteriyalar”-“mutual mikroblar” adlanır. Bunların bizimlə qarşılıqlı əlaqəsi var: bizə faydalıdırlar. Amma əvəzində də bizdən faydalı şeylər gözləyirlər. Məsələn; sığınacaq bir yerə sahib olmaq kimi;
3) Neytral mikroblar-“kommensallar”. Onlar bizim orqanizmimizdə yaşayırlar. Amma bizə nə zərər verirlər, nə də xeyir verirlər. Ümumiyyətlə, bizi narahat etmirlər;
Bu mövzuda bilməli olduğunuz şeylər var. Bağırsaqlardakı faydalı mikrobların böyük bir qismi qəfildən “pis mikroblar”a çevrilə bilirlər. Başqa sözlə, patogenlərə çevrilmək bacarığı olan mikroblara sahibik. Bəs “pis mikroblar” haradan əmələ gəlir? Birdən-birəmi meydana çıxırlar?
Neytral mikrobların “pis mikroblar”a çevrilməsində təsirli olan faktorlara bağırsaq çöpləri, Helicobacter pylori, Clostridioides difficile, kandida və s. bu kimi şeyləri misal çəkmək olar. Bağırsaqların mikrobiomu dəyişdikdə mikroblar xarakterlərini dəyişirlər. Nəticədə, orqanizmdə problemlər baş qaldırır. Bağırsaqlarda mühit dəyişkənliyinin əsas səbəbi stressdir. Bu mənada, bağırsaqlarda stress yaradanlardan biri antibiotiklərdir. İndi kimsə əminliklə deyəcək: “Mən antibiotik istifadə etmirəm”.

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 55   
@Zuzu_zuzu-f7y
@Zuzu_zuzu-f7y 3 месяца назад
Videoları çox uzun çəkirsiz ehtiyac yoxdu o qədər uzatmağa lazım olanları deyin ki axıra kimi baxaq
@gulnarseyidova5194
@gulnarseyidova5194 9 месяцев назад
Çox sağolun 🙏🏼
@demedideme1
@demedideme1 9 месяцев назад
Siz sağ olun
@farisxasmmmdov944
@farisxasmmmdov944 9 месяцев назад
11 öyün yəqin kruqlu sutkanı yeyənlərə aiddi😊
@zaurhesret4199
@zaurhesret4199 9 месяцев назад
He axirda melum olduki sende reklam ucun gelmisenmis sen guya camahatin halina yanan olmusanda temiz mehsul her rayonda var
@Loqos852
@Loqos852 9 месяцев назад
Lif nedir anlamadim?
@demedideme1
@demedideme1 9 месяцев назад
Lif bitkilərdə olan bir növ sap şəklində olan karbohidratdır və əsasən həzm sisteminə keçməzdən əvvəl parçalanmır. Bu da bağırsaqların hərəkətliliyinə kömək edir
@zaurhesret4199
@zaurhesret4199 9 месяцев назад
Bu boyda vidyonu yerlesdiribsen hec olmasa rolu dilde danisda sen ele bil hekimlere hazirlamisan bu vidyonu
@FelmanIsgenderov
@FelmanIsgenderov 8 месяцев назад
Sağ olun izah verdiyinizə görə şəxsən mən elmi dildə danışdığınıza görə heç nə başa düşmədim
@SoltanHeyderov-z1v
@SoltanHeyderov-z1v 9 месяцев назад
Men Tarixnameni yariya qeder oxumuwam..Amma senin dediyin werhi O qeder qeliz ki 😂😂😂😂😂
@nabatmahmudova9894
@nabatmahmudova9894 21 день назад
Tarixi Nadiri
@SunbulRustemova
@SunbulRustemova Месяц назад
Lifnədi bala?
@bdysjshndhsjdb2240
@bdysjshndhsjdb2240 9 месяцев назад
Лиф недир
@elnuraretro3886
@elnuraretro3886 9 месяцев назад
BƏS DEYILER. KVAWNI KƏLƏM TURWUSU YEMEYEK BAGIRSAQA XEYIRLIDI
@suqrakrimova3094
@suqrakrimova3094 9 месяцев назад
Hər buraxılışınıza qulaq asıram, əladır, çox gözəl izah edirsiniz. Uğurlar arzulayıram 😊
@ZaurQasımov-n2z
@ZaurQasımov-n2z 9 месяцев назад
Salam.Axsaminiz xeyir .Cox sag olun minnətdaram size Allah razı olsun etrafli məlumat verirsiniz
@elnuraretro3886
@elnuraretro3886 9 месяцев назад
SIZIN. DEMEY BIZDƏN. KƏLƏM TURWUSU YEMEYEK BAGIRSAQA ZİYANDI TƏRKİBİNDƏ LİF VAR
@ulduzcamalova3606
@ulduzcamalova3606 9 месяцев назад
Salam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gunelxasen4886
@gunelxasen4886 9 месяцев назад
Un məmulatrarından uzaq durun ay millət qlüten hər kəsi xəstə salır .
@cingizmuradov2356
@cingizmuradov2356 7 месяцев назад
👍🏻
@hkubhjhkuu2138
@hkubhjhkuu2138 9 месяцев назад
Salam sizə çox minnətdarıq. Təşəkkür edirik
@RamilQuliyev-vs9fd
@RamilQuliyev-vs9fd 9 месяцев назад
Allah sizden razi olsun. Amin
@naginagiyev3573
@naginagiyev3573 9 месяцев назад
Lif qebul etməyin deyir lif nədir
@demedideme1
@demedideme1 9 месяцев назад
Lif bitkilərdə olan bir növ sap şəklində olan karbohidratdır və əsasən həzm sisteminə keçməzdən əvvəl parçalanmır. Bu da bağırsaqların hərəkətliliyinə kömək edir
@ramil1771
@ramil1771 9 месяцев назад
Lif nedi yemeli weydi?
@demedideme1
@demedideme1 9 месяцев назад
Lif bitkilərdə olan bir növ sap şəklində olan karbohidratdır və əsasən həzm sisteminə keçməzdən əvvəl parçalanmır. Bu da bağırsaqların hərəkətliliyinə kömək edir
@merdmerdane760
@merdmerdane760 9 месяцев назад
Ğözəl izah edirsiniz.Təşəkkür edirəm
@merhemetcumayev2018
@merhemetcumayev2018 9 месяцев назад
Sağ olun təşəkkürlər
@RakifRustemov-kv4uq
@RakifRustemov-kv4uq 4 месяца назад
Salam and olsun allaxa abune di nedi hamin olmisa ahri oldurur azerbaycan doxdur meni mef edib🇷🇺🇺🇦🙏allax
@Ezize-yy1fu
@Ezize-yy1fu 9 месяцев назад
FAYDALI VİDEODIR ÇOX SÀĞOLUN
@demedideme1
@demedideme1 9 месяцев назад
Siz sağ olun
@Elza123-n6f
@Elza123-n6f 9 месяцев назад
Salam men her seher yulaf qebul edirem ziyandir hezm prablem var kop medede qicqirti
@adsizadsiz4864
@adsizadsiz4864 9 месяцев назад
Yulaf baxirsaxda surusme qaz yaradir
@BettingBankroll
@BettingBankroll 9 месяцев назад
Həkim cavab versez sevinərəm. Yaşım 20 di 20 ildi bagırsaq xestesiyem anadan gəlmə kolon bağırsağın bir hissesi ifliçimiş ve qəbz olurdum. 15 yaşımda diaqnoz qoyulub emeliyyat elediler indide ishalam 5ildiki bu ishaldan eziyyet çekirem ve kökele bilmirem 5ildirki 30 kilo 35 kilodan yuxarı çıxa bilmirem normal insanda çox yeyirem ama kökelmirem tualete günde 5 - 10 defem gedirem çox. Normalda daha çox 34-35 kilo idim son 3-4 aydı 30 kiloya düşmüşəm ne qeder yesemde kökelmirem. Çox xahiş edirem mene ne meslehet görersiz hergünde ət düyü toyuq eti yeyirem ama tık yoxdu ele bil men yemirem başqası yeyir inanın menim yediyimi başqa biri yeseydi indi yeqinki 25 30 kilo kökelmişdi ama mende tık yoxdu. Bu arada emeliyyatdan 1 il sonra antbiotik çox içdim 😔😔
@namesurname4199
@namesurname4199 9 месяцев назад
Belə həkim dilində danışmayın. Hamı həkim deyil. Sadə başa salın . Hecnə qanmadıq başına dəysin.
@АтамогланНасиров
@АтамогланНасиров 9 месяцев назад
Лиф недир?
@resmiyyeehmedova4145
@resmiyyeehmedova4145 9 месяцев назад
Salam.çox təşəkkur edirəm.çoox gözəl izah etdiz.Allah sizi hər zaman var etsin.
@faizmovlanova2963
@faizmovlanova2963 9 месяцев назад
Lifi bawa duwmedim
@maxmudtahirov1253
@maxmudtahirov1253 9 месяцев назад
Cavab yoxdu o özüde bilmir lif nedir de de
@HesenIbrahimli-w7v
@HesenIbrahimli-w7v 9 месяцев назад
😢😮😅😢😮🎉
@xeyaleeliyeva599
@xeyaleeliyeva599 9 месяцев назад
ZEYTUN YAQI XEYİRLDİ
@ZaurQasımov-n2z
@ZaurQasımov-n2z 9 месяцев назад
Menim problemim haqqinda melumat ve mualicenizi isteyirem .1 men iki il bundan qabaq bagirsaq əməliyyati kecirmisem menim nazik duz bagirsaqdan basqa bagirsagim yoxdu qalan o duz bagirsaqda nazik bagirsaqdi oda 20 santidi bu iki uc ay olarki guclu mede goynəmesi olur
@ruslan_md4813
@ruslan_md4813 8 месяцев назад
Şirniyyat yeməyin yemekden 1 saat sonra su çay için
@HuseynBayramov-p6c
@HuseynBayramov-p6c 9 месяцев назад
Çox sağolun ❤
@demedideme1
@demedideme1 9 месяцев назад
Siz sağ olun
@yasarsayadov9781
@yasarsayadov9781 9 месяцев назад
Mende qebizlik tez tez olur.😔
@violetline1460
@violetline1460 8 месяцев назад
Salat hazirla ye her gun qebizliyin olmayacaq. Caliw avawnoy salat ye . Kələm dogra ya yerli kələm ya marqaniz rəngli kələm .kahi .brokoli. gül kələm ya biwmiw yerkökü çuğundur .kartof dogra xırda xırda üzərinə limon sıx düz sep duru yag ya zeytun yağı tok ye dadına doyulmur her defe bir növ kəlemden istifadə edə bilərsən. Soğan. Sarımsaq ye hamısını yemek arası yesən daha yaxwi olar
@rayarzayeva7256
@rayarzayeva7256 9 месяцев назад
TESEKKUR EDIRIK!!!SAG OLUN!!! VAR OLUN!!!.
@demedideme1
@demedideme1 9 месяцев назад
Siz sağ olun
@rafaelmemmedov3590
@rafaelmemmedov3590 9 месяцев назад
Lif nədi?
@demedideme1
@demedideme1 9 месяцев назад
Lif bitkilərdə olan bir növ sap şəklində olan karbohidratdır və əsasən həzm sisteminə keçməzdən əvvəl parçalanmır. Bu da bağırsaqların hərəkətliliyinə kömək edir
@demedideme1
@demedideme1 9 месяцев назад
Lif bitkilərdə olan bir növ sap şəklində olan karbohidratdır və əsasən həzm sisteminə keçməzdən əvvəl parçalanmır. Bu da bağırsaqların hərəkətliliyinə kömək edir
@elnuraretro3886
@elnuraretro3886 9 месяцев назад
lif. LIF. NƏDİR????????????
@demedideme1
@demedideme1 9 месяцев назад
Lif bitkilərdə olan bir növ sap şəklində olan karbohidratdır və əsasən həzm sisteminə keçməzdən əvvəl parçalanmır. Bu da bağırsaqların hərəkətliliyinə kömək edir
@elnuraretro3886
@elnuraretro3886 9 месяцев назад
@@demedideme1 BE KƏLƏM TURWUSU ZİYANDI BAGIRSAQA???
Далее
Bağırsaq çatları niyə yaranır?
32:21
Просмотров 6 тыс.
Трудности СГОРЕВШЕЙ BMW M4!
49:41
Просмотров 1,6 млн
▼ КАПИТАН НАШЁЛ НЕФТЬ В 🍑
33:40
Просмотров 346 тыс.
Bağırsaq Xərçəngi..
7:09
Просмотров 1,4 тыс.