Müştağam qələm qaşına, Durum dolanım başına! Pərvanə tək atəşinə Yandım əzəl gündən, ay qız! Niyə məndən gen gəzirsən, Dolanırsan gendən, ay qız? Pərişan qəlbimə dəymə, Küsər könlüm səndən, ay qız? Həsrətini çəkdim hər an, Dərdin məni əydi pünhan. Bilmirəm ki, sənə hər an Nə dedilər məndən, ay qız.