Тёмный

Beyləqan Rayonu haqqında məlumat.. 

Kamal Rəhimli
Подписаться 530
Просмотров 13 тыс.
50% 1

BEYLƏQAN RAYONU- Azərbaycan Respublikasında inzibati rayon.
Mil düzü rayonları qrupuna və Orta Kür iqtisadi rayonuna daxildir. Azərbaycan Respublikasının cənub-qərbində, Kür-Araz ovalığının Mil düzündə, şimalda Kür, cənubda Araz çaylarının arasında yerləşir. Coğrafi koordinatları 39 dərəcə 45 saniyə şimal en dairəsi, 47 dərəcə 30 saniyə şərq uzunluğudur. Rayon kimi 24.01.1939-cu ildə təşkil edilmişdir. 1939-1963-cü illərdə Jdanov rayonu adlandırılmışdır. 1963-cü ildə rayon ləğv edilmiş və ərazisi İmişli rayonu ilə birləşdirilmişdir. Lakin, 1065-ci ildə yenidən müstəqil rayon kimi təşkil olunmuş, 1989-cu ildə Jdanov rayonu adlandırılmış, sonralar adı dəyişdirilmiş, ərazidə mövcud olmuş qədim Beyləqan şəhərinin adı verilərək, Beyləqan rayonu adlandırılmışdır (18.03.1989). Mərkəzi Beyləqan şəhəridir. Bakıdan 265 km məsafadə yerləşir. Ən yaxın dəmir yolu stansiyası olan Daşburuna qədər məsafə 17,5 km-dir. Rayon mərkəzi olan Beyləqan qəsəbəsinə 1966-cı ildə şəhər statusu verilmişdir. Cənub-şərqdə Araz çayı boyu İran İslam Respublikasi, şərqdə İmişli, qərb və şimal-qərbdə Ağcabədi, cənub-qərbdə Füzuli, şimalda Kür çayı boyu kiçik ərazidə Zərdab rayonu ilə həmsərhəddir. Sahəsi 113113 ha, ondan məhsuldar torparların ümumi sahəsi 47713 ha, kənd təsərrüfatına yararsız torpaqların sahəsi 14472 ha, heyvandarlıq üçün otlaqların sahəsi 21219 ha, əkilmiş torpaqların ümumi sahəsi 47713 ha, meyvə bağlarının ümumi sahəsi 840 ha, şoran torpaqların ümumi sahəsi 28869ha-dır (01.01.2009). Əhalisi 86500 nəfərdir. Şəhər əhalisi 37600 nəfər, kənd əhalisi 48900 nəfər, əhalinin orta sıxlığı 76, kişilər 42500 nəfər,qadınlar 44000 nəfər, uşaqlar 11030 nəfər, 18 yaşa qədər 26852 nəfər, 18-dən 55-56 yaşa qədər 52568 nəfər, təqaüdçülər 7088 nəfər, ali təhsilli əhalinin sayı 5485 nəfər, orta təhsilli əhalinin sayı 33366 nəfər, məskunlaşmış qaçqınların sayı 451 nəfər, məskunlaşmış məcburi köçkünlərin sayı 15248 nəfərdir (01.01.2009). Əhali əsasən kənd təsərrüfatı ilə məşğuldur. Təsərrüfatlarının sayı 19270, ailələrin sayı 15268-dir (01.01.2009). Beyləqan rayonunun tərkibində 1 şəhər, 15 qəsəbə, 24 kənd yaşayış məntəqəsi olmaqla, cəmi 31 inzibati ərazi dairəsi və vahidi vardır. Rayonda 37 bələdiyyə mövcuddur. Şəhər və iri qəsəbələri - Beyləqan şəhəri, Örənqala qəsəbəsi, Milabad qəsəbəsi, Qəhrəmanlı qəsəbəsi, Yuxarı Aran qəsəbəsi, Şərq qəsəbəsi, Mil qəsəbəsidir. Rayon ərazisindən dəmir yol xətti, Gəncə-Lənkəran, Bakı-Füzuli şose yolları keçir.
BEYLƏQAN ADININ TARİXİ.
Beyləqan rayonuna adı verilmiş qədim Beyləqan şəhərinin adı tarixi mənbələrdə fərqli adlarla verilmişdir: Paytakaran, Balasakan, Bilgan, Bilaqan, Millər, Beyləqan. Adı fərqli olduğu kimi adının mənası ilə də bağlı müxtəlif fikirlər mövcuddur. Mənbəyə görə toponim (əsl qədim və yerli adi Biləqan) Altay dillərində olan “pilə” (düzən, açıq yer) və qan (məkan) sözlərinin birləşməsindən yaranmışdır və “düzənlik yer, çöl” mənasını verir və vaxtilə Mil düzünün adı olmuşdur. Digər mənbəyə görə Beyləqan şəhəri Bərdə-Ərdəbil karvan yolunun üstündə yerləşdiyi üçün burada ticarət inkişaf etmiş, şəhər mühüm ticarət mərkəzlərindən biri olmuşdur (IX-XII əsrlər). Beyləqan adının yaranması da bu yolla əlaqəlidir. Belə ki Beyləqan - bel yolu, ticarət yolu və yaxud ticarət aparılan yer anlamındadır.
BEYLƏQAN - Azərbaycan Respublikasının Beyləqan ərasisində mövcud olmuş şəhər, respublika əhəmiyyətli arxeoloji abidə. Azərbaycanın ən qədim şəhərlərindən biri olmuşdur. İndiki Kəbirli kəndinin yaxınlığında Örənqala xarabalığının yerində idi. III-IV əsrlərdə salındığı ehtimal edilir. Ərəb mənbələrində onun əsasının Sasani hökmdarı I Qubad (488-531) tərəfindən qoyulduğu göstərilir. Arxeoloji qazıntılar aparılmışdır (1933-1936; 1951-1956). Arxeoloji qazıntılar zamanı şəhərin qala divarları, qala darvazası, yaşayış binaları, sənətkarlıq emalatxanaları, şəhərin adının Beyləqan olduğunu təsdiq edən möhür, saxsı və şüşə məmulatları, mis pullar və s. aşkar edilmişdir.
BEYLƏQAN (1939-cu ilə qədər Mil qrupunun 5 nömrəli sovxozu) - Azərbaycan respublikasında şəhər (1932-1966-cı illərdə şəhərtipli qəsəbə). Beyləqan rayonun mərkəzi. Beyləqan şəhər inzibati ərazi dairəsinin və ehtiyatlı bələdiyyənin mərkəzi. Daşburun dəmiryol stansiyasından (Bakı-Horadiz dəmiryol xətti) 20 km, Bakıdan 267 km aralıdır. Mil düzündədir. Şimaldan rayonun Təzəkənd, Şimal-şərqdən Şəfəq, şərqdən Mayak, cənub-şərqdən Yuxarı Aran, cənubdan və cənub-qərbdən Allahyarlı, qərbdən və şimal-qərbdən Bolsulu kəndləri ilə həmsərhəddir. Beyləqan şəhər inzibati ərazi dairəsində Beyləqan şəhəri, Yeni Xocavənd yaşayış sahəsi “Dostluq” sovxozu daxildir. Sahəsi 8662 ha, Beyləqan bələdiyyəsinin sahəsi 525,4 ha-dır (01.09.2009). O cümlədən bələdiyyənin ehtiyat fondu 14 ha, şəhərin perspektiv inkişaf fondu 4 ha, kollektor, kanal, arx 39,8 ha, ictimai tikinti 10,1 ha, kənd altında ümumi istifadə olan 9,6 ha, sair yararsız sahələr 439,4 ha, meşə zolağı 12,5 ha. Əhalisi 15542 nəfərdir, məcburi köçkünlər 6994 nəfərdir (2009)
#beyləqan#beyleqan

Опубликовано:

 

8 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 22   
@texnoaze5802
@texnoaze5802 3 года назад
Eliyev Polad ilk yorum
@user-xl2wz5ho1g
@user-xl2wz5ho1g Год назад
Allah qorusun Gözəl Guşəli Torpaqlarımızı Beyləqan Rayonu ❤️🇦🇿❤️🇦🇿🙌❤️🥰🥰🥰 doğma vətənim ❤️🥰👍👍
@raufmirzeyev7945
@raufmirzeyev7945 3 года назад
Qəhrəmanlar İgid oğullar yetişdirib Vətəninə xeyirli övlad olan doğma Beyləqanım🇦🇿🇦🇿🇦🇿🇦🇿
@AZ.011.
@AZ.011. Год назад
Beyləqan ürəkdir ❤️♥️doğma Beyləqanım
@mammadli114
@mammadli114 2 года назад
Biləsuvardan salam olsun Beyləqana ❤🇦🇿❤
@elvinquliyev5154
@elvinquliyev5154 2 года назад
Ay BEYLƏQANIM mənim gözəl torpağım Məzuniyətə çıxmışam gəlirəm gözəl torpaqıma DUNYAMALLARA
@vetenimazerbaycan9590
@vetenimazerbaycan9590 3 года назад
BEYLƏQANIM ÜRƏYİM NƏNİ❤🇦🇿🇦🇿🇦🇿🇦🇿
@zeynalzeynalov8843
@zeynalzeynalov8843 9 месяцев назад
Vətən müharibələrində igid Beyləqan və övladlari daimi qəhramanlıqlar göstəriblər. Vətənimizin hər yanı gözəldir.
@togrulliyev3529
@togrulliyev3529 2 года назад
Beylaqanim igidler diyarim
@texnoaze5802
@texnoaze5802 3 года назад
InsAlllah boyuk nailiyetler elde edersiz komek edecem mende👑😎
@firuze2686
@firuze2686 Год назад
Azərbaycanın gözü
@allahyarlikendsenedkarliqk7620
Beyləqanın Tarix Qoxan Mamımırlamış Hər Daşına Qayasına Qurban Olum Vətən Üçün Bu Xalq Üçün Candan Keçən Şəhidinə Qurban Olum
@nusrevanrhimovmms1877
@nusrevanrhimovmms1877 3 года назад
Beyləqanımız gözəl rayondur, gözəl insanları var, qəhrəmanlar diyardır, Peyğənbər ocağdır, amma hetiflər olsun ki, bir narmal candan yanan rehbəri yoxdur.🤨🤨
@rslabdullayev05
@rslabdullayev05 2 года назад
BEYLƏQAN igidlər silahın aldı Nəfəsi düşmənin bağrını yardı 44 gün oldu tarixi yazdı Beyləqanda 15 şəhid ürəkdə qaldı 😔🥀
@texnoaze5802
@texnoaze5802 3 года назад
Ugurlar
@vefazr5548
@vefazr5548 Год назад
@AbbasMamedov-he3pi
@AbbasMamedov-he3pi Год назад
Beyləqan Beyləqanın qedim tarixi adı olub.
@firuze2686
@firuze2686 Год назад
Beyleqan şəfəq qəsəbəsi
@arzumanmamedov8603
@arzumanmamedov8603 Год назад
Beyləqanın ilk adı elə Beyləqan olub.Jdanov adı 1939 cu ildə verilib.
@user-pg4lf6js1m
@user-pg4lf6js1m 5 месяцев назад
Mende beylaqnı olmasada bele eşidmisem ijdanov
@leylahmdova7671
@leylahmdova7671 4 месяца назад
Niyə Beyləqan alıblar?
@user-tb1gl5rq4y
@user-tb1gl5rq4y 2 месяца назад
Kim alib bu nece sualdi ne demey isdeyirsiz?😊
Далее
Beyləqan - Zəncirli Pirin Həqiqətləri
18:02
Просмотров 34 тыс.
Beyləqan rayonu haqqında məlumat
3:40
Просмотров 2,2 тыс.
Starman🫡
00:18
Просмотров 13 млн
POV: Your kids ask to play the claw machine
00:20
Просмотров 9 млн
1 şəhər və 24 saat - Şamaxı - 26.06.2021
27:59
Просмотров 11 тыс.
Xızı rayonu haqqında məlumat
3:21
Просмотров 23 тыс.
Cərcis peyğəmbərin qəbri. Beyləqan / 2011
3:03
Səyahətin Dadı - Beyləqan rayonu - 23.01.2021
40:20