Тёмный

Biləsuvar sakini qaynar xəttimizə məktub ünvanladı 

ARB Cenub
Подписаться 59 тыс.
Просмотров 3,2 тыс.
50% 1

Ağdam rayonundan məcburi köçkün düşərək, Biləsuvar rayonunun Arazbarı kəndində müvəqqəti məskunlaşan 1987-ci il təvəllüdlü Fərhadova Xəyalə Mirzəxan qızının şikayəti Biləsuvar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindəndir. O, ünvanlı dövlət sosial yardımını almaq üçün Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 8 aydır müraciət etsə də, ona düşən məbləği ala bilmir. Mərkəzin işçiləri onları müxtəlif bahənələrlə get-gələ salıblar. 5 nəfər ailə üzvü olan Xəyalə Fərhadova deyir ki, ailəsinə ən azı 150 manat yardım verilməlidir. Vəziyyətlərinin acınacaqlı olduğunu bildirən şikayətçi həyat yoldaşının əvvəllər heyvandarlıq təsərrüfatlarında çoban işlədiyi bildirdi. Məsələyə aydınlıq gətirmək üçün Biləsuvar rayon Əhalinin Sosial Müdafiə Mərkəzində üz tutduq. Mərkəzin direktoru Nazim Məmmədov müsahibə verməkdən imtina etsə də şifahi olaraq bildirdi ki, Xəyalə Fərhadova rəsmi sürətdə mərkəzə müraciət etməyib. Amma şikayətçi israrla qeyd edir ki, o 2015-ci ilin sentyabr ayından təkrar təyinat üçün sənədlərini toplayıb yenidən Biləsuvar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə təqdim etsə də süründürməçiliklə qarşılaşıb. Şikayətçini dinləyərkən Fərhadovlar ailəsinin sənəd toplamaqda çətinliklə üzləşdiyinin də şahidi olduq. Yeni sənəd qəbulu qaydalarına əsasən sosial yardım alacaq vətəndaşın kommunal xidmətlərlə bağlı debitor borcu yaranmamalıdır. Bu səbəbdən ailədən enerji sərfiyyatı üzrə ödəmə talonu tələb edilməsi onların işini çətinə salıb.
Xəyala Fərhadova - şikayətçi
“Deyirlər işıqla qazın qəbzin gətirin. Mənim evimə nə qaz çəkilib, nə də işıq çəkilib. Ona görə də işim düzəlmir. 8 aydır sənəd vermişəm mənim işimə baxmırlar.”
Vətəndaş bu günə kimi mənzilində elektrikdən istifadə etmədiyini desə də mərkəzin əməkdaşlarına heç cürə inandıra bilmir. Biləsuvar rayon Elektrik Şəbəkəsindən də bizə eyni cavab verildi. Şəbəkədən bildirildi ki, şikayətçi Fərhadovlar ailəsi abonent kimi qeydiyyatda deyil. Bunun üçün vətəndaşa elektrik sərfiyyatı üzrə ödəmə qəbzi verilə bilməz. Sosial yardım almaq üçün Mərkəzə edilən müraciətin müsbət cavabı yalnız şikayətçinin elektriklə bağlı problemi həll etməsindən sonraya qalır. Qeyd edək ki, Xəyala Fərhadova 2012-ci ildən 2015-ci ilin avqust ayına qədər dövlətdən 120 manat ünvanlı sosial yardım alıb.

Опубликовано:

 

29 апр 2016

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@dildorajuraeva2966
@dildorajuraeva2966 7 лет назад
hormetli ctv emekdaslari salam Bilesuvarin su idaresinin oyunlarindada biraz cekin xais olunur
@EminEhmedov-k9k
@EminEhmedov-k9k 15 дней назад
Xayiş edirem bunu silin artıq dərəcədə 1:56
Далее
Копия iPhone с WildBerries
01:00
Просмотров 486 тыс.
His reaction 😳 (via @kaitlyn.b0506/TT) #shorts
00:10
Slavyanka kəndi: 2024 - Xatirələr
1:47
Копия iPhone с WildBerries
01:00
Просмотров 486 тыс.