Тёмный
No video :(

Biləsuvarda pambığın kütləvi yığımına başlanıldı 

ARB Cenub
Подписаться 59 тыс.
Просмотров 1,8 тыс.
50% 1

Bir çox bölgələrdə olduğu kimi, Biləsuvar rayonunda da pambıq yığımı kampaniyasına başlanılıb. 5 min hektardan çox sahədə əkilən pambığın məhsuldarlığı ötən illə müqayisədə 30 faiz çoxdur.
Mütəxəssislər mövcud hava şəraitini istər çiyitin vegetasiya, istərsə də yığım dövrü üçün əlverişli hesab edir. Digər tərəfdən də Biləsuvar da iqliminin normal keçməsi pambıq yığımını bir qədər tezləşdirib. Ona görə də artıq fermerlər bir neçə gündür işə başlayıb. Təcrübəli fermer Xudaverdi Mahmudov deyir ki, ölkə rəhbərinin qeyri neft sektoruna verdiyi dəstək kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib. Onlarında pambıqçılığa marağını artırıb.
Bu il məhsuldarlıq ötən illə müqayisədə 30 faiz çoxdur. Sahələrdən hər hektara 3,5 sentner pambıq tədarük edilməsi gözlənilir. Hər kolda orta hesabla 45-50 qoza yetişmək üzrədir. Fermerlər bu artımın becərmənin vaxtında və düzgün aparılması hesabına əldə edildiyini deyir.
Hazırda sahələrdə qozaların 30 faizinin açılması səbəbindən yığım əllə aparılır. Rayonda isə pambığın kütləvi yığımına ciddi hazırlıq gedir. İcra Hakimiyyətindən verilən məlumata görə, yığım üçün 10 kombaynı və 40 ədəd qoşqulu texnika hazır vəziyyətə gətirilib. Biləsuvarda bu il pambıq sahələri yeni əkinlərin hesabına 6 min hektara çatdırılıb. Ötən il isə bu rəqəm 1500 hektar olub.

Опубликовано:

 

5 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@salehmamedoff2829
@salehmamedoff2829 8 лет назад
3,5 sentner olmaz 35[otuz besh]olar
Далее
😱ЖИВОЙ Чехол на Айфон🤪
00:38
Просмотров 273 тыс.
🫢 #tiktok #elsarca
00:11
Просмотров 4,4 млн