Тёмный

Biləsuvarlı “ağ qızıl” ustası yeni ildə 20 hektarda pambıq əkəcək 

ARB Cenub
Подписаться 59 тыс.
Просмотров 4,9 тыс.
50% 1

Əkdikləri pambıqla ağ qızılın keçmiş şan-şöhrətini özünə qaytarırlar. Sahələrdən keçmiş nəticəni əldə edən biləsuvarlı “ağ qızıl” ustaları məhsuldarlıqda da ötən illərin ənənəsini davam etdirirlər. Son üç il ərzində 4000 hektar sahədə pambıq əkən fermerlər, builki təsərrüfat ilində 11850 hektar sahədən “ağ qızıl” becəriblər.
6000 hektara qarşı 16000 ton məhsul tədarük edən MTK Biləsuvar filialı artıq gələn mövsümün hazırlıqlarına başlayıb. Mülkiyyətçilərlə 1800 hektar əkin sahəsi üzrə müqavilə bağlayan filial müqavilə əsasında şumlama tədbirlərini davam etdirir.
MTK Biləsuvar filialının baş aqronomu Hikmət Kərimov: “Bağlanmış müqavilələrin 60 faizə yaxını bu günə qədər artıq şumlanmışdır. Dondurma şumu aparılmışdır. Hal-hazırda bizim 8 ədəd yeni texnikamız var. Bunlar çox güclü texnikalardır. Hazırda 35-40 santimetr dərinliyində şum vurulur.”
Keçmiş ənənələrini uğurla davam etdirən fermerlər hazırda respublika üzrə toplanan “ağ qızıl”ın məhsuldarlığına görə 2-ci yerdə qərarlaşıb. Bu uğurda öz payı olan ustalardan biri də Xudaverdi Mahmudovdur. Bu mövsüm 16 hektar sahədə pambıq əkən “ağ qızıl” ustası deyir ki, çəkdiyi əziyyətin bəhrəsi olaraq hər hektara 50 sentener məhsul tədarük edib
Çəkdiyi zəhmətin müqabilində yüksək qazanc əldə etdiyini bildirən mülkiyyətçi 2018-ci ildə təsərrüfatını genişləndirmək niyətindədir.
Fermer Xudaverdi Mahmudov: “Hal-hazırda 12 hektar sahənin müqaviləsini bağlamışam. 20 hektara qədər nəzərdə tutmuşam artıracam.”
Bu günə qədər Respublika üzrə toplanan 200 min ton “ağ qızıl”ın 24 min tonu biləsuvarlı ağ qızıl ustalarının payına düşür.

Опубликовано:

 

19 дек 2017

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@necefeliyev477
@necefeliyev477 10 месяцев назад
Allah bərəkət versin
@samirhasimov9341
@samirhasimov9341 6 лет назад
pambığım ay pambığım
Далее
Biləsuvarda məhsuldar alça bağları salınıb
2:42
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Просмотров 791 тыс.
Biləsuvarın keçilməz kənd yolları
1:24
Просмотров 1,8 тыс.