Тёмный

Bir oğlu evini soydu, digəri üz döndərdi | Xurşidbanu Natəvan necə müflis oldu? 

Baku TV
Подписаться 1,1 млн
Просмотров 141 тыс.
50% 1

Bir oğlu evini soydu, digəri üz döndərdi | Xurşidbanu Natəvan necə müflis oldu?
Xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb. Atası Mehdiqulu xan ona anasının adını vermişdi. Xurşidbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn “Dürrü yekta” çağırardılar. Lakin son dövrdə aparılan araşdırmalar zamanı Xan qızının ailənin tək övladı olmaması məlum olub. Xurşidbanu Natəvana qədər Mehdiqulu xanın iki oğlu dünyayı gəlib, lakin onlar çox az yaşayıb.
Xan qızının Qarabağ bəyinə yox, kənar şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. Qasım bəy Zakir, Abdulla Asi və başqaları öz şeirlərində Xasay xanın ünvanına atmacalar atardılar. Xasay xanın sağ gözünün giləsini ağ pərdə örtdüyündən şairlər buna işarə edərək onu kinayə ilə "kor Xasay" adlandırıblar.
Bir versiyaya görə, anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. Lakin bəzi tarixçilər Xasay xanın siyasi məsələlər üçün Dağıstana qayıtdığını yazırlar.
Natəvan 1869-cu ildə Seyid Hüseyn adlı kasıb şuşalıya ərə gedir. Seyid Hüseyn papaqçı olmaqla yanaşı, həm də mollalıq edərdi. Bu evlilikdən Xan qızının üç oğlu dünyaya gəlir. Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasında nifaq salırdılar. Xasay xandan olan oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Xan qızı isə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilmir.
Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparır. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunur. Onun Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulub.
Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Bir oğlu evini soydu, digəri üz döndərdi | Xurşidbanu Natəvan necə müflis oldu?
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #araşdırma #natəvan #xurşidbanunatəvan #xanqızı #həyathekayəsi #mehdiquluxan #xasayxan #xasayxanusmiyev #bakutvaraşdırma #araşdırmabakutv
00:00 - Giriş
00:58 - Xurşidbanu Natəvandan başqa Mehdiqulu xanın heç bir evladı yox idi
03:30 - 1850-ci ildə Şuşa gəlir və orda toy edir
07:40 - Xurşidbanu həmdə istedadlı rəssam olub
09:24 - Xasay xan Usmiyev və Xurşidbanu Natəvan 1864-cü ildə ayrılırlar
11:03 - Xasay xandan olan oğlu Mehdiqulu xan baş götürüb gedir
11:53 - Bütün Qarabağ bəylərinin əksəriyyəti Xurşidbanu Natəvana elçi düşmüşdü

Кино

Опубликовано:

 

31 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 333   
@mahcamalbabayeva
@mahcamalbabayeva Месяц назад
Allah qismət elədi Şuşada Natəvanın evini gördüm, çəkdiyi bulağın suyundan içdim . Qələbəmizdən sonra onun "Gətirir" rədifli qəzəlinə nəzirə, başqa bir qəzəlinə təxmis yazdım. Allah bu gözəl şairimizi rəhmət eləsin!
@kurtelecom6941
@kurtelecom6941 4 дня назад
Azərbaycanın qəzəl şairəsi Xurşudbanu Natavanın şeirlərini dinləyəndə kövrəlməmək olmur.Məkanı cənnət olsun.
@sevincagazade3906
@sevincagazade3906 2 месяца назад
Natavanın bir Qərənfil şeiri yüz min beytə dəyər. İncə, lətif Azərbaycan xanımı. Şairəmiz, Allah sizə rəhmət eləsin❤
@firstnamelastname182
@firstnamelastname182 Месяц назад
Düz deyirsiz Üzeyir ömrü filmində çəkiblər Natəvan o şe'yri söyləyir Üzeyir H dinləyir uşaq vaxtdı. O şe'yr hələ də yadımdadı sözləri. Allah rəhmət eləsin Xan qızı Natəvana Üzeyir H da
@aygulmamedli242
@aygulmamedli242 Месяц назад
Uzun zamandir bu qeder gözel, ve maraqli şekilde dinlememişdim tariximizi
@sevilia.m.1078
@sevilia.m.1078 2 месяца назад
Elə bil min əvvəl yaşayıb şairəmiz.Əslundə yaxın keçmişdə yaşayıb.Amma dəqiq məlumat vermirlər."Deyilənə görə, məlumatlara görə"..və s.ALLAH gözəl sairəmizə rəhmət eləsin.
@azadquliyeva5209
@azadquliyeva5209 2 месяца назад
ÇOX dəyərli söhbətdir.görkəmli alim və ziyalılarımızı tanımaq lazımdır. Raqub müəllim ədəbiyyatşünas alimdir.Klassik ədəbiyyatın tədqiqatçısı və gözəl müəllimdir.Hər ıki ziyalıya maraqlı söhbətləri üçün təşəkkür edirik.
@nusabesemedov8070
@nusabesemedov8070 2 месяца назад
Ey Azərbaycan xalql puluz oldu özünüzdən clxmaylAzərbaycancln əlləşin
@afagkhidirova7005
@afagkhidirova7005 2 месяца назад
Xanqızı Natavan xeyriyyəçi olub Allah rəhmət eləsin
@rustamgurbanli864
@rustamgurbanli864 2 месяца назад
Bəli, yaşanmış bir ömür. Ruhu şad olsun.❤
@inam55579
@inam55579 2 месяца назад
ALLAH XURŞUDBANU NATƏVANA RƏHMƏT ETSİN, RUHUNU ŞAD,MƏKANINI CƏNNƏT ETSİN!AMİN! Şuşa kimi gözəl məkanda,65 yaş nə yaşdlrki. Taleyi uğursuz olsa da,kaş ki,evladlarından dərd görməsəydi. Allah dərdi,qəmi, pis evlad və qohum,yaxınları heç bir yaxşı insana nəsib etməsin,Amin!!!
@zoyasahbazova431
@zoyasahbazova431 2 месяца назад
Амин
@Bxh-ql2de
@Bxh-ql2de 2 месяца назад
Aparicinin sesi xosuma geldi bir qadin olaraq . Xanimin gozel sesi var
@ferideveliyeva7799
@ferideveliyeva7799 2 месяца назад
Əminə Yusifqızı şerləri deyən
@govherbayramova5508
@govherbayramova5508 2 месяца назад
ALLAH RƏHMƏT ELƏSİN. ​@@ferideveliyeva7799
@shayluxdavdova3359
@shayluxdavdova3359 2 месяца назад
Sovetin vaxtında çəkilmiş filmindən fraqmentləri salıb ortaya.
@djamilyaaleskerova5749
@djamilyaaleskerova5749 Месяц назад
Emine Yusifqizinin sesi yaşli vaxtinda bele cox xoşagelimli idi. Allah rehmet elesin!
@ladyqueen6752
@ladyqueen6752 Месяц назад
​@@djamilyaaleskerova5749Əminə Yusifqızı ölməyib, yaşayır
@Sevdakazimova821
@Sevdakazimova821 2 месяца назад
Cox maraqla izledim yeni bele videolar hazirlayin zovq aldim mohtesem🎉🎉🎉👍🏻👍🏻👍🏻
@user-yi8zm3pj3p
@user-yi8zm3pj3p 2 месяца назад
Ruhun şad olsun gözəl şairimiz Natavan❤🙏🏻🤲👏👏
@user-xl2wz5ho1g
@user-xl2wz5ho1g 2 месяца назад
Allah rəhmət eləsin 🙌🙌 Ruhunuz şad olsun Gözəl Xanım 🙌🙌
@azadquliyeva5209
@azadquliyeva5209 2 месяца назад
Böyük şairə Xurşidbanu Natəvan xan qızı olmaqla bərabər parlaq zəka sahibi,istedadlı sənətkar olub.O öz yaradıcılığı ilə Füzuli ədəbi məktəbinin davamçılarından idi.Bundan başqa, şairənin gözəl əl iişləri,çəkdıyı rəsmlər,tikmələr bənzərsiz sənət nümunələridir.Xeyirxah və xeyriyyəçi xanım öz yaşadığı dövrdə xalqının dərin rəğbətini,ziyalıların böyük hörmətini qazanıb.Cənazəsinin Şuşadan Ağdama xalqın çiynində gətirilməsi faktı bunun təsdiqidir.Natəvanın yaradıcılığı öz dövründə və özündən sonra ədəbiyyatımızın inkişafına böyük təsir göstərib.Natəvana xalq da dəyər verıb, dövlətimiz də.Bəzi qələmigöyçəklər ağıllarına gələni yazmasın.Şairəyə xalq sevgisi o qədər böyükdür ki,haqqında rəvayətlər də çoxdur.Tarixi məlumatlar və xatirələr də.Dedi_qodu gəzməkdənsə,Şairənin əsərlərini oxuyun.Bəzi yazılara baxanda şairin güllələnmiş büstü yada düşür.Bu mövzuya müraciətlərinə görə görkəmli ziyalılarımıza təşəkkür edirik.
@user-fn5wy7rz9y
@user-fn5wy7rz9y 2 месяца назад
Çox marqlı verliş alındı, ancaq yaxşı olar ki, az qala unudulmaqda olan , dəyərli şğxsiyətlərimiz hakqında yeni verlişlər mütamadi olaraq davam etdirilsin, gəlcək nəsillərə çatdırılsın.
@nurcahan6353
@nurcahan6353 2 месяца назад
Allah rəhmət eləsin şairə xanımı.
@nebiheydarov4625
@nebiheydarov4625 2 месяца назад
Allah rəhmət eləsin.
@user-sw9yn3ci2c
@user-sw9yn3ci2c 2 месяца назад
Нетеван ханыма Аллах рехмет елесин. Гозел ханым гор бей гызы олмасына бахмаяраг баг салыб.Фехр едилеси ханымларымыз чох олуб.😢
@MashaRamozanova
@MashaRamozanova 2 месяца назад
Ния салмасын.османлы имперясында нер Бир гадын Яни хюрам Валида султан или Сулеймана дочки Нера Бир мактаб мачит тикдириблар.бурда проста неч бела супер неч не йохдур
@SamirRamazanov-uw8hl
@SamirRamazanov-uw8hl 2 месяца назад
Çox gözel bir tarixi faktlar
@rahilacalilova3699
@rahilacalilova3699 13 дней назад
Verdiyiniz ətraflı və qiymətli məlumatlara görə sizə minnətdaram Çox var olun , bir daha bu görkəmli ,qiymətli Azərbaycan şairəsinin xatirəsini yad etdiniz Heç bir qiymətləndirmə mükafatı
@nzaktliyeva5728
@nzaktliyeva5728 2 месяца назад
Çox sağ olun.
@sabirsharifbekli7641
@sabirsharifbekli7641 Месяц назад
Merhum Xan kızı Natevan xanımı ALLAH Rahmet Eylesin,Ruhu Şad Makamı Cennet olsun🤲
@heyatyasandigcagozelleshir
@heyatyasandigcagozelleshir 2 месяца назад
Muflus olan kimi seherin varlilari ona komek etmir, demeli ta qedimnen bu xasiyet var imis bu milletin varlilarinda😢😢
@aminaakhundova573
@aminaakhundova573 2 месяца назад
Bu buraxiliş üçün sizə çox təşəkkür edirəm. Allah Natavan xanima rəhmət eləsin.
@user-xl6us5un1e
@user-xl6us5un1e 2 месяца назад
Аллах рахмат ейласин Хуршуд Бану Натаван Ханыма Амин..
@nazimodlarqzqarabagi1342
@nazimodlarqzqarabagi1342 Месяц назад
XANQIZI XURŞİDBANU NATƏVANIN XANƏDANI ZİYARƏT MÖHTACLI 🇹🇷❤️🇦🇿💥🙏🔥 Şuşa yurdun səfalı, Yanıq Xurşidim, laylay. Xanədanın qapalı, Ağlar vücudim,laylay, Xanım Xurşidim,laylay. 🇦🇿🥀🥀🥀🥀🙏🔥 Xan bağında gəzərdin, Xarıbülbül izlərdin, Həqiqəti gizlərdin. Məclisi-ünsim, laylay, Laylay,Xurşidim,laylay. 🇦🇿🥀🥀🥀🥀🙏🔥 Bahar mehi əsəndə, Seyid Əzim şivəndə, Qəzəlxanlar gülşəndə. Bülbül fəğanim ,laylay, Ömrü bəlalim,laylay. 🇹🇷♥️🇦🇿💥🌹🙏🔥 Nadanları ha qandır, Cıdır yolun al qandır, İgidlərin nakamdır, Qəzəlim,simim, laylay, Natəvan şə'nim, laylay. 🇦🇿🥀🥀🥀🥀🙏🔥 Xanqızının bulağı, Əsrlərdir sorağı, Sancıldı xaç yamağı. Həsrət beşiyim, laylay, Banu keşiyim, laylay. 🇦🇿🥀🥀🥀🥀🙏🔥 Xurşidin əl izləri, Sənətkar tikmələri, Saxlar Firəng elləri. Dillənməz dilim,laylay, Sultan Xurşidim,laylay. 🇹🇷♥️🇦🇿💥🌹🙏🔥 Gün gələr,gün saçılar Ziyarətin açılar, Odlarqızı qarşılar. 🔥Odgülüm səslər GÜN-AY, 💥Nur 🌙 Ay XURŞİDİM,laylay !!! 🇹🇷❤️🇦🇿🌹🦋🙏🔥 (Nazimə Odlarqızı Qarabaği) 28.04.2024.
@nezaketkrimovaehmedova2103
@nezaketkrimovaehmedova2103 14 дней назад
Çox maraqlı məlumatlara görə hər iki alimə təşəkkür edirəm! Bu rəhmətlik xanımın adını daşıyan DAQİB adlndan
@monster-gr8jp
@monster-gr8jp 2 месяца назад
Cox maraqli reportajdir, teshekkur edirem
@bdirniftliyeva8897
@bdirniftliyeva8897 2 месяца назад
Ruhu şad olsun.Xan qızı yaşadığı dövrdə elə bir inci olmuşdur ki, tarix boyu daim yaşayacaq.Onu dərk etmıyənlər onun kimi ola bilməyən, ruhunu duya bilməyənlərdir.❤ Ruhu şad olsun.
@dibyusifova9868
@dibyusifova9868 2 месяца назад
Allah rəhmət eləsin.❤❤❤
@atillapenaliyev2736
@atillapenaliyev2736 2 месяца назад
Nəslimin bir dəyərli nümunəsi haqqında hazırladığınız məlumata görə təşəkkür dedirəm. Xan qızının şerlərində işıqlandırsaz çox sevinərik.
@Reyhan-jl7eu
@Reyhan-jl7eu 2 месяца назад
belə əxlaqsız, dəyərsiz,Natəvanın üzərinə kölgə salan "məlumatçılara" necə təşəkkür edə bilirsən?
@selimenikbin958
@selimenikbin958 2 месяца назад
Atilla bey, nece qohumluğunuz var bu gözel xanim efendiyle? Ruhu şad olsun! Amin!
@ilkinguliyev902
@ilkinguliyev902 Месяц назад
​@@Reyhan-jl7eubağışlayın, siz təsadüfən gicd*llaq deyilsiz?
@elshadjafar2437
@elshadjafar2437 2 месяца назад
Hər vaxtiniz xeyir olsun. Bilmədiyim faktlari bildim. Təşəkkürlər. Bəyənmə düynəsinə toxundum. Afərin! Sizin abunəçi
@akifcfrzad8772
@akifcfrzad8772 2 месяца назад
"na-tavan" sözünün tərcüməsi: dözümü qalmamış, səbri tükənmiş, heysiz-taqətsiz (burada dərdə dözüm nəzərdə tutulmuşdur!).
@zin_qach
@zin_qach 2 месяца назад
Kaş bu çəkilişlərdən çox ola bezmişik səviyyəsiz çəkilişlərdən
@konulheziyeva4998
@konulheziyeva4998 2 месяца назад
Allah rəhmət eləsin
@xanimqasimova2524
@xanimqasimova2524 2 месяца назад
Çox sağ olun bu məlumat üçun.Allah sizdən razı olsun.
@user-lj9gc2uf8j
@user-lj9gc2uf8j 2 месяца назад
COX HEYIF BU CUR SAVADLI ISTEDADLI XANIM NANKOR EVLADIN VERDIYI EZIYETDEN MEHV OLUB.ALLAH SENE REHMET ELESIN GOZEL INSAN AZEEBAYCAN XALQININ DEYERLI XANIMI NATEVAN XANIM😢💔🤲🕋🤲🇦🇿🇦🇿🇦🇿
@SenuberMikayilova
@SenuberMikayilova 2 месяца назад
Amin 🤲 qebri nurla dolsun 😢
@frhfrid4527
@frhfrid4527 2 месяца назад
Yəgin oğlunu kənardan qohum ,qonşu doldurubmuş.Yoxsa evlad niyə anaya qarşı çıxsın ki.
@konulsdova5218
@konulsdova5218 2 месяца назад
Sona qədər izlədim, təşəkkürlər əməyinizə görə
@Aramirov
@Aramirov Месяц назад
Здравствуйте ! Я являюсь прямым потомком исчезнувшего Джапара (третьего сына Хуршид-бани Натаван) .История гласит что он сбежал украв золото матери,но на самом деле его спрятал его отец Агамиров Гусейн ,потому что его жизни угрожала опасность от старшего сына матери от первого брака. Вопрос -как и где его спрятали ?-Просто сменили фамилию ,есть все факты . Мы как его правнуки знаем кто его прятал ,где он похоронен. Много писать не буду .У многих может возникнуть вопрос -почему мы до сих пор ,эту тему не поднимали -потому что наши отцы и деды дали Клятву. Дам зацепку фамилию поменял только он и еще забыл он не один покинул Шушу
@vusalqafarov7027
@vusalqafarov7027 2 месяца назад
Umumiyyetle, Natavan xanimin qohumlari, (biz Qarabaglilar da onun icinde olmaqla,) Xan qizi Natavan haqqinda yalan yazanlar ve danisanlari mehkemeye vermelidir. Insaallah edeceyik.sehid bacisi.
@sahinibadov692
@sahinibadov692 2 месяца назад
Doğrudur.Məgər onun qohum -- əqrəbası bu illərə qədər yaşayan yoxdur ?
@vusalqafarov7027
@vusalqafarov7027 2 месяца назад
Ehsen!@@sahinibadov692
@natevanbanu2106
@natevanbanu2106 2 месяца назад
Elbetde! Men Xan qızının kötücesiyem, babamın el yazmaları var bizde, şer - böhtan yazılar var , olmaz tarixi şexsiyyeti qaralamag
@Monaliza-nm6qo
@Monaliza-nm6qo 2 месяца назад
Vüsal qafarov@ Qarabağlılar şərēfsiz və qorxaqdırlar!!! Eşşək kürdlər də həmçinin! Onsuz da onlar 90-cı illərdə arvadlarının tumanı altında qaçmaqları ilə bunu sübut etmişlər!!!
@Anna_992
@Anna_992 2 месяца назад
​@@natevanbanu2106var ise gösterin,heqiqetleri daniwin,yəni doğru olanları insanların bilmesi ucun bir hereket edin.
@azadquliyeva5209
@azadquliyeva5209 2 месяца назад
Natəvan sözünün mənası dərdlərə tab gətirməyən kimi izah olunmalıdır.Xurşidbanu Natəvan dövrünün ən mütərəqqi şəxsiyyətlərindəndir. Onun xeyirxahlığı və xeyriyyəçiliyi dillər əzbəri olub.Natəvan xanım təkcə Qarabağda deyil, Bakıda da xeyirxah fəaliyyəti ilə iz qoyub.Bakıda olan ziyarətlərin təmiri,Bakıdan Qarabağa yol çəkilməsinə köməyi misal göstərmək olar. Şərhlərdə nəzakətli olmağı, böyük şairə,Azərbaycan xanımına layiq olduğu sözləri yazmağı xahiş edirəm.
@rimabagirov5500
@rimabagirov5500 Месяц назад
Çox sağolun təşəkkür edirəm o cür xsnım xeyriyəci şairə hsqqında ağzına gələni yazmaq günahdır .elə bil daş daş dövründə yaşamış adi adam haqqıda fəziyyə söyləyirlər bular necə tədqiqatcıdırlar çox pis oldum
@Aynur.hacinebiyeva
@Aynur.hacinebiyeva Месяц назад
Allah rehmet elesin
@ilahaaajjkkxhhhh
@ilahaaajjkkxhhhh 2 месяца назад
Allah rehmet etsinNatavan xanima
@vaqifmammadov1669
@vaqifmammadov1669 7 дней назад
Qarabağdakı abi həvsnı və güzəranı Vaqif düzgün işıqlandırıb. Bayram oldu heç bilmirəm neyləyim Bizim evdə dolu çuval da yoxdur Düyüylə yag hamı çoxdan tükənmiş Ət heç ələ düşməz motal da yoxdur Bu dübut edir ki qarabağda aclıq olub həmişə
@nino6960
@nino6960 2 месяца назад
Гынаг вэ деди году бизим инсанларын севдийи иш...Натаван Ханым бизим халгын гуруру...Саглыгында она дестек верэн олмады...йазыклар олсун...Ермэнидэн ибрэт Алмаг лазымды Бир балача бачарыгы( таланты) олан инсанлары нечэдэ ел устундэ сахлайырлар...
@tomristuran2345
@tomristuran2345 2 месяца назад
Düzgün danışın, lütfən. Mehdiqulu baş götürüb evdən gedir, nə demək? Mehdiqulu hərb məktəbində oxuyurdu, evdə deyildi. Aparıcı çox səhv buraxır. Hansını deyim? Ay allah, ədəbiyyatçı alim necə Natəvan təxəllüsünü aça bilmir. Elə bilir onu dinləyənlər savadsız kütlədir. "Yeşignən dolu qızıl"
@kifayetqubadova3252
@kifayetqubadova3252 2 месяца назад
Allah rəhmət eləsin mekanınız cənnət olsun 😢😢😢😢😢
@azizalitfullayeva7836
@azizalitfullayeva7836 18 дней назад
Mütləq yenidən ərə ərə getməli idi, heç azəri qadinına yaraşdirmiram
@djekpot6159
@djekpot6159 2 месяца назад
Allah rehmet elesin.
@elxanismayl1199
@elxanismayl1199 2 месяца назад
Allah məkanını cənnət eləsin...Amin. Ailə münaqişələri, əxlaqsız həyat tərzi vəs məslələrdən çox məhz belə mövzularla daha çox ehtiyac var. kanallar bu mövzulara yer ayırmalıdır. Ədəbiyyatımız və tarixumiz haqda məlumat əhalimizdə çox azdır.
@gunelali91
@gunelali91 9 дней назад
İnsan həyatıdır, hər işlər ola bilər.
@sefevi.6219
@sefevi.6219 2 месяца назад
İlyas Əfəndiyevin "Natəvan" əsərinə səhnədə baxmışam. Düzdü bədii əsərdi. Amma həqiqət calarları olmamış deyil. Xasay bəy ailə təzyiqi ilə qayıdıb Dagıstana yazıldıgına görə. Yəni o zaman ücün bir kişinin qadına sıgınması şərəfli sayılmazdı. İkinci əri də Seyid Hüseyin olub. Kasıb olub, papaqcı olub, fərq etməz, xanımın öz secimi olub. İndi neyləsinlər, yalandan Xan qızı bəyəmi ərə getdi desinlər? Bu tarixdi, xoşunuza gəlmirmi?
@ferideveliyeva7799
@ferideveliyeva7799 2 месяца назад
Lap doğru!
@frhfrid4527
@frhfrid4527 2 месяца назад
Bir şey mənə qəribə gəldi,görəsən doğurdan da Natavan xanım ikinci dəfə ərə gedəndə birinci əri ilə boşanmamış olub. Yəni belə şey nə onda nə indi mümkün deyil. Və 6 uşaq dünyaya gətirib. Ancaq Seyid Hüseyinə ərə getməyini başa düşürəm,yəgin sevib. Allah rəhmət eləsin,çox heyif ki xoşbəxt ola bilmiyib
@sefevi.6219
@sefevi.6219 2 месяца назад
@@frhfrid4527 Ola bilməz ki, boşanma olmasın. O zaman islamın kəbini indiki kimi xoşa xoş deyildi. Bir də ki, məncə iki tərəfdən biri cıxıb birdəfəlik gedibsə müəyyən müddətdən sonra kəbin düşər. Din biliciləri dəqiq bilər. Amma boşanma vacib olub.
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 2 месяца назад
Allah Rəhmət Eləsin
@bideneleyla972
@bideneleyla972 2 месяца назад
Maraqlı idi təşəkkürlər
@sovketmemmedova8543
@sovketmemmedova8543 Месяц назад
Allah cəzanı versin
@ayaahmad6801
@ayaahmad6801 2 месяца назад
Bu camaat nələr yazır? ikinci dəfə ailə qurmaq məgər əxlaqsızlıqdır??? dinimizdə icazə verir hətta təkid edir
@user-iu7bo9nx7y
@user-iu7bo9nx7y 2 месяца назад
Гяхбяликди. .няди шюбхян вар??
@gunelteymurova6197
@gunelteymurova6197 2 месяца назад
Burada dediler birinci erinden boshanmamishdi. Bunu anlamadim. Nece yeni boshanmadan 2 ci defe aile gurub Natevan xanim?
@accounakaunt7794
@accounakaunt7794 2 месяца назад
@@user-iu7bo9nx7ygəhbə sənin anandı erməni çındırı.olmayan şərəfinə sənin.
@frhfrid4527
@frhfrid4527 2 месяца назад
​@@user-iu7bo9nx7yNiyə belə yazmısız. İkinci dəfə ərə getmək çox olub keçmişdə. Əri öləni ərə veriblər. Getməsə səhv hərəkət eliyə bilər, onda sizin dediyiniz olar. Yəni sizdə ana ata tərəfdən nəsildə heç kim heç vaxt ikinci dəfə ailə qurmayıb?
@Narqizulya
@Narqizulya Месяц назад
​@@gunelteymurova6197 1864cu ilde ölen eriyle nece bowanaydi? 1869 Seyid Huseyne ere gedib
@nerminrasulovaa4558
@nerminrasulovaa4558 2 месяца назад
Əla.material idi.Çox sağ olun.
@LeylaMecidova
@LeylaMecidova 2 месяца назад
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
@zemfiramamedova6030
@zemfiramamedova6030 2 месяца назад
👍👍👍👍👍❤
@lion7325
@lion7325 26 дней назад
Nə gözəl hazırlamısız bütün şairlərimiz yazıçılarımızdan hazırlasanız əla olar
@vusalqafarov7027
@vusalqafarov7027 2 месяца назад
Natavan xanim Xasaya bir sertle aile qurmaga raziliq vermisdi. O da Xasayin Susada yasamagina raziliq vermeli olmasidir. Xasay doyus vaxti oldurulub. Sehid bacisi
@sabaxatvalieva7562
@sabaxatvalieva7562 2 месяца назад
ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN AMİN AMİN AMİN 😢😢😢😢😢
@user-my3yj2qw8l
@user-my3yj2qw8l 2 месяца назад
Təşəkkürlər bu verlişi hazırlayan heyyətə.
@rembostallone9891
@rembostallone9891 2 месяца назад
Allah rəhmət etsin Natavan xanıma
@user-vv8rb5zn6n
@user-vv8rb5zn6n Месяц назад
Ela
@ferideveliyeva7799
@ferideveliyeva7799 2 месяца назад
Gözəl, ağıllı istedadlı xanımın niyə elə qara bəxti olub!
@elmanmohsumov1361
@elmanmohsumov1361 Месяц назад
Natavan xanimıa qasim bay zakir qohum oıubıar
@ilhamquliyev611
@ilhamquliyev611 2 месяца назад
NATAVANIN ADI ÖZÜ BİZ ŞUŞALILAR ÜÇÜÇÜN ÇÖX ƏZİZDİR. BİZ HƏMYERLİMİZLƏ FƏXR EDİRİK O XANIM HƏM ŞAİRƏ HƏM RƏSSAM, HƏM XEYRİUƏÇİ BİR İHSAN OLUB. BİR ŞƏXSİYƏT OLUB ALLAH RƏHMƏT ELƏSİN, MƏQAMI UCA OLSUN
@22ciasr-
@22ciasr- 2 месяца назад
Tarixin hamısı 100% doğru yazılmayıb .Ümumiyyətlə heç bir ölkənin tarixi
@Rufthmdli-xv1hb
@Rufthmdli-xv1hb Месяц назад
Bəli,xüsusiyyətlə hayların(erməni)
@Shidqardasm
@Shidqardasm 2 месяца назад
Övladı vaxtsiz öldü şairənin ağlamaqdan gözləri kor oldu övlad dərdindən çox yaşamadı. Allah rəhmət eləsin.
@namiqquliyev1121
@namiqquliyev1121 2 месяца назад
MUSTAFA MÜƏLLİM, RAQUB MÜƏLLİM HƏR İKİNİZİ SALAMLAYIRAM. NAMİQ MÜƏLLİMDİR. XANKƏNDİDƏN İNQİLAB MÜƏLLİMİN OĞLU. SİZİ EFİRDƏ GÖRDÜM ÇOX SEVİNDİM. QARABAĞIN TARİXİ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR. HƏR İKİNİZƏ UĞURLAR.
@AygunaygunAygun-pe4er
@AygunaygunAygun-pe4er Месяц назад
😢😢
@user-fn5wy7rz9y
@user-fn5wy7rz9y 2 месяца назад
Əsil Hüseyn aşiqlərinin aqibəti acınacaqlı, amma şərəfli olub və olacaqda.
@natavanQaradagl
@natavanQaradagl Месяц назад
Mene babam şaire xanım Natəvanın adını verib çox şeylerde mende ona benzemişem atamı 13yaşında atamı itirdim talehim ugursuz oldu eyni onun kimi😔bu adı kimse qoymasın evladlna
@natababaeva11
@natababaeva11 3 дня назад
Mənim adım Natəvandır amma mən birdə yerdə oxumuşamki Natəvan adının tərcüməsi na-təvan təvansın insan deməkdir ....
@user-lj9gc2uf8j
@user-lj9gc2uf8j 2 месяца назад
ELBETDEKI DUMAYLA ŞAHMAT OYNAYA BILER. ❤
@user-vv8rb5zn6n
@user-vv8rb5zn6n Месяц назад
❤❤❤❤❤❤❤❤❤❤ela
@reqsanekerimova-sb7gx
@reqsanekerimova-sb7gx Месяц назад
Bu maraqlıdı
@serteylor4733
@serteylor4733 4 дня назад
❤ 😮
@AtillaMahmudov
@AtillaMahmudov Месяц назад
Axırda var dövlət heç kimə qalmadı
@gulkamamedovna676
@gulkamamedovna676 2 месяца назад
Cox pis oldum bu cür xanimin belə həyatinin olmasina 😢
@elnurahmadov2202
@elnurahmadov2202 2 месяца назад
Evləri də gözəldir. Təmir etsək muzey kimi istifadəyə versək həm qazanc olar, həm də maraqlı.
@user-wk4mf3zq6x
@user-wk4mf3zq6x 2 месяца назад
MEN HEC NE BAWA DUWMEDIM NATAVANIN INDIYE GELIB CATAN BIR QAN BAGI OLAN QOHUMU YOXDURMU ONUN HAQQINDA DANIWSIN ?
@tomristuran2345
@tomristuran2345 2 месяца назад
Natəvan haqqında ciddi, dürüst yazılar da var, kötücələri də var Bakıda. Oxumaq lazımdı, yoxsa belə nağıllara qulaq asıb, bildiyini də çaşarsan
@user-ux7tm1fv4q
@user-ux7tm1fv4q 2 месяца назад
Bir sözlə Azərbaycanın talehini, ömrünü əsirlər boyu xaraba günə qoyan Rusiya olub... ALLAH o rus açarlarını cəhənnəm əhli etsin, bütün rus millətini YERNƏN YEKSAN ETSIN ermənilərlə birlikdə
@user-mw8iu6sm2d
@user-mw8iu6sm2d 2 месяца назад
Xasay xana ere.getmeseydi iwgùzar bir qadin olmazdi waire ressam olmazdi Duma ile gòrùwe bilmezdi
@vusalqafarov7027
@vusalqafarov7027 2 месяца назад
Natavan xanim Xasay xandan evvel de savadli, seir yazan ve saire olmusdur
@azizalitfullayeva7836
@azizalitfullayeva7836 18 дней назад
Allah heç bir ana ataya nankör övladqismət eləməsin, heç verməsin
@Aramirov
@Aramirov Месяц назад
Просто дам подсказку не мог один парень 15-16 лет украсть сундук золотом и исчезнуть разве можно исчезнуть от королевы или Короля 15-16 летнему подростку ? Его отправили не одного из Шуши,рядом Сним были очень близкие люди со стороны отца то есть Агамировых . Дам зацепку нашим историкам вы задавались вопросам сколько братьев было у мужа Натаван ханым Агамирова Гусейна и куда они могли отправить своего одного оставшегося в Живых сына прямого наследника трона . Родители не смогли уберечь старших сыновей . Они вынуждено отправили сына чтоб он жил . Как наши деды говорили никто от хорошей жизни не убегает.
@vusalqafarov7027
@vusalqafarov7027 2 месяца назад
Danisanlar kuce qeybeti, bazar sohbeti ile danisaraq, Natavan xanimi alcaldirlar. Sehid bacisi
@anaans1321
@anaans1321 2 месяца назад
Türk də bizim. Biz də. bizim.Fərq odu ki onlar qonaqdı. Amma ev sahibinə də qayğı hörmət lazımdı.Kar- kasıb söz xoşum gəldi.O adamlar da özlərinə hörmət eləyib mədəni şəkildə ehtiyaclarını bildirzinlər.
@yeganeezizova3037
@yeganeezizova3037 2 месяца назад
Dövrünün ziyalı xanımı olan Xurşudbanu Natavana Allah rəhmət eləsin.Araşdırmaçı alimlərimizə maraqlı məlumat üçün təşəkkürlər.Amma taleyi kəm olmuş Xan qızının sağ qalmış öladlarının ,yəni nəslinin davamçıları varmı?
@user-di2rm9qy4m
@user-di2rm9qy4m 2 месяца назад
Qurdalayib qurdalayib şəxsıyyətlərin hıyatından lazımsız məlumatları içtimaiyyətə catdirmaq özü də sosial şəbəkələrdə,mənə elə gəlir kı, hec lazım deyil ,tarixi şəxsiyyətlərin öz həyat və yaradıcılıgı,şəxsı həyatı yox, verılməlıdır
@vusalqafarov7027
@vusalqafarov7027 2 месяца назад
Hetta , Natavan xanimin sexsi hayati haqda yalan danisirlar
@naxcivanqacqini3755
@naxcivanqacqini3755 2 месяца назад
Men naxcivan xan neslindenem, qohumlarim deyirki naxcivan xanlariyla xursudbanu netavan qohumdu, nenem deyirdi qohumumzdu. Sekileri variydi nenemgilde
@avazquliyev9676
@avazquliyev9676 2 месяца назад
SALAMUN ALEYKUM. NATAVAN XANIM BOŞANMAYIB. GENERAL OLAN HƏYAT YOLDAŞI QƏTLƏ YETİRİLİB. VƏ BUNDAN SONRA ÖVLADLARI VƏ YAXINLARI MÜLK DAVASINA ÇIXIBLAR. ODA MƏCBUR OLUB 2 Cİ DƏFƏ AİLƏ HƏYATI QURSUN.
@user-og9wi1qo9m
@user-og9wi1qo9m Месяц назад
❤❤❤❤❤❤
@user-yt9co7zi2u
@user-yt9co7zi2u 2 месяца назад
BU izdivac hecde uqrlu tariximiz sayila bilmez.
@user-ng4qq1cf8e
@user-ng4qq1cf8e 2 месяца назад
🎉
@nazarethfriedrich6666
@nazarethfriedrich6666 2 месяца назад
💝💔🥀🇦🇿🇦🇿💖
@mehribanabdullayeva2841
@mehribanabdullayeva2841 2 месяца назад
Siz Natavani hec ne etdiniz,besdir teze tarix yazdiniz...Natavan gozel xanim,gozel shairemizdir...qarabaglilar, hara baxirsiniz? Bu qeder menfi emosiyalar kime lazim?
@faridaaliyeva1161
@faridaaliyeva1161 2 месяца назад
Niyə Azərbaycanda bağ yox idiki Tbilisidə bağ görüb gəlib tikdirib? Danışanda səhvlərə yol vermək olmaz.Xüsusəndə belə tarixi məsələlərdə.Sadəcə olaraq Tibilisdəki bağ xoşuna gəlib.
@AtillaMahmudov
@AtillaMahmudov Месяц назад
Heyf, oğulları nankör olub.
Далее
САМЫЕ ТУПЫЕ МАЖОРЫ С ПАТРИКОВ
33:19