Тёмный

Bir zamanlar minbərlərdə azan verən Aydın Xırdalanlını nə öldürdü? - Ruhuna ehtiramla... 

1000 Production
Подписаться 155 тыс.
Просмотров 346 тыс.
50% 1

Biri var idi, əvvəl səsi Xırdalan məscidindən eşidildi, sonra bu səs Azərbaycana yayılıb milyonlarla adamın ruhuna yatdı. Biri var idi - meyxana tarixinin bu günə qədər yetişmiş ən böyük sənətkarı - Aydın Xırdalanlı...
Quliyev Aydın Hacı oğlu 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Ailədə 3 qardaş, bir bacı olublar. Xırdalan kənd məscidinin yanında yaşayıb, 1 saylı orta məktəbdə oxuyub. O, uşaqlıqda bəstəboy və arıq bir uşaq olub.
Aydın Xırdalanlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb.
Tələbəlik illərində namaz qılırdı. Şəxsi istedadı və ustadı Azər Sanidən aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. Xırdalanda Cümə məscidinin gözətçisi olub, məsciddə azan verdiyi vaxtlar da var idi.
Meyxanaçılar arasında yaşadığı ərazinin adını təxəllüs kimi götürmək dəbi Aydının “Xırdalanlı” təxəllüsünü götürməsindən sonra başlayıb.
Bu gün Aydın Xırdalanlı xridarlar və meyxanaçılar tərəfindən meyxana tarisixinin gəlmiş-keçmiş ən güclü meyxanaçısı kimi qəbul edilir. Onu əvəzedilməz edən həm dini, əruz və ədəbi bilgilərinin dərin olması, bu müstəvidə yetərincə sanballı söz demək istedadı, həm də toyxanalarda, deyişmələrdə rəqiblərini əyləncəli şəkildə məğlub etmək bacarığı idi. O, hər meydan üçün lazım olduğu formada deməyi bacarırdı. Aydın meyxana tarixinin ən maraqlı yarışmalarından olan “De, gəlsin” yarışmasının ilk qalibidir. O, dediyi unikal ev tapşırıqları ilə də meyxana tarixinə düşdü. Onun yazdığı ev tapşırıqları mövzu, gündəm xətrinə deyilən sözlər deyildi. Ona görə də bu gün də istifadə olunmaqdadır
Allah Aydına əruz, meyxana istedadını kompleks vermişdi. Onun həm şimşək kimi istedadı, həm dəvə səbrilə topladığı biliyi, həm də qədimdən bu günə ahəngini dəyişməyən bulaq kimi avazı var idi. Aydın bu keyfiyyətləri cəmləyib, hər gün bir üfiq fəth edirdi. Lakin bu vergilərin bədəli də çox ağır olacaqdı, bəlkə də fələk onu ən çox qorxduğu o dünyaya günahsız yollamaq üçün bu dünyada yetərincə ağrıya, əzaba, cəhənnəmə düçar etdi. Ömrünü son bir neçə ilini tükənməyən ağrılar, depressiya ilə yaşadı.
Aydının meyxana tarixinə düşəcək parçalarından bir işi də indi təqdim edəcəyimiz parçadır. Bu parçada əruzu rok enerjisi ilə birləşdirən meyxanaçı ortaya öz müstəvisində inqilabi bir məhsul çıxarır.Nə Aydınından qabaq, nə də bu günə qədər heç bir meyxanaçı Aydın qədər meyxana üçün zəhmət çəkməyib. Söhbət ortada olan məhsuldan gedir:
“Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim.”
Artıq 2019-ci ilin Novruzu idi. Qaraciyəri və digər orqanları tamam sıradan çıxmışdı. Anası onun ölüm saatlarını bu cür təsvir edir: “Səhər dedi, nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar. Qayıtdı yenə evə, elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy, baxım. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi”.
Aydın Xırdalanlı 23 mart 2019-ci ildə, axşam saatlarında dünyasını dəyişir. Böyük bir izdihamın müşayəti ilə doğma məkanı Xırdalanda dəfn olunur. Ölümündən sonra Xırdalan məscidinin axundu, Aydının ustadı Azər Xırdalanlının verdiyi müsahibə də Aydını sevənlər tərəfindən birmənalı qəbul edilmədi. Axund Azər müsahibəsində Aydının sənətkarlığını vurğuladıqdan sonra təəssüf edir ki, o dünyada insanları şeirlə, qəzəllə deyil, bəndə kimi sınağa çəkirlər.
Bu müsahibədə Aydını sevənlərin bir hisssini qıcıqlandıran məqam bu sözləri meyxanaçının ustadının deməsi oldu. Axudun dediyi həqiqət idimi? Təbii. Amma Azər Xırdalanlı bu müsahibəni axund kimi vermişdi, yoxsa Aydının ustadı, dostu kimi? Azər Xırdalanlı fikrini daha yumşaq formada ifadə edə bilərdimi? Bu suallar ətrafında düşünmək olar...
Biri var idi, oturub, durub özünə anidən gələn məşhurluğu qınayırdı. Çünki o bu məşhurluqdan istifadə edib laqeyd şəkildə, yana, arxaya baxmadan yalnız özünü düşünərək gedəcək adam deyildi. O ətrafına laqeyd qalmadı və onun mövqeyində olan bir adam üçün bu faciə idi. Öz faciəsini görən Aydın uçan göyərçin yerdə dən yeyən tayını gördükdə qanad salan kimi bəlasının üstünə qondu...

Опубликовано:

 

26 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1 тыс.   
@1000production
@1000production 3 года назад
Bu da mərhum mehxanaçı Vüqar Biləcəri haqqında hazırladığımız video: ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-FS2vttS9Vlk.html
@bakuubakuu1841
@bakuubakuu1841 3 года назад
Zəhmət olmasa mirsadıq və bayram haqqında çeklişlər edəsiz
@emirmemmedov573
@emirmemmedov573 3 года назад
Aydının kitabı çıxanda xəbər edə belərsiz ?
@xalideseferova4322
@xalideseferova4322 3 года назад
aydini allah rehmet elesin axund azerde gardasdi ne diyorse duz deyir
@sadqmemmedov7943
@sadqmemmedov7943 3 года назад
Allah səni var elədin Vuqarada rəhmət eləsin Amin
@sadqmemmedov7943
@sadqmemmedov7943 3 года назад
Axund düz danışır Allah Aydına rəhmət eləsin Amin
@AliAli-zj1ug
@AliAli-zj1ug 3 года назад
Aydin, gözəl insan idi. Mənim üçün o çox xoş insan idi. Axund Azər dedikləri isə tam mükəmməl idi😢
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@Kjkjkjaksksk
@Kjkjkjaksksk Год назад
​@@1000production Aydın Xırdalanlı məniş üçün əvəzolunmaz şairdi.Kaş o yola düşməzdi.Qızıl nidanı alanda mən onun ürəyinin genişliyindən xəbər tutdum.Allah rəhmət eləsin.Qəzəlləri dilimdən düşmür
@mucahidmucahid2815
@mucahidmucahid2815 3 года назад
Axund o sözü tək Aydın üçün yox , bütün bəndələr üçün deyir .
@xeyyammusayev3903
@xeyyammusayev3903 3 года назад
Bəli razıyam.Haqq dünyasına hər birimiz Allahın bəndəsi kimi gedirik.O biri dünyada soruşmurlar ki,sən meyxana deyənsən,alimsən ya da ki nazir.
@Triumph_Sport_Club
@Triumph_Sport_Club 3 года назад
Əhsən sizə
@mmtvofficial9293
@mmtvofficial9293 3 года назад
Aydin Xirdalanli Meyxanada Gözəl Cavab verdi : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-vygDM9iaJlE.html
@tunzalebabayeva9526
@tunzalebabayeva9526 3 года назад
ALLAH RƏHMƏT ETSİNNN GÖZƏL İNSANNN SƏNİİİ YERİN CƏNNƏTDİR BİLİRƏM
@vusaleliyev1127
@vusaleliyev1127 3 года назад
@@tunzalebabayeva9526 Can. qelbine qurban olaram. Aydinin yeri cennetdir Allahin izni ile
@merdimerdane7201
@merdimerdane7201 3 года назад
Azer qardas duz deyir, Allahdan uzaqlasdi ne tapdi ki, Allaha yaxinlasan ne itirsin? Aydin sehvini oz seirlerinde onu sevenlere mencede aydin sekilde catdirdi.
@Kenzo-500
@Kenzo-500 3 года назад
Nömrə 1 idi rəhmətlik.. Allah rəhmət eləsin.
@1000production
@1000production 3 года назад
Amin
@aqilnebiyev3311
@aqilnebiyev3311 3 года назад
Heyatda tanis oldugumdan deye bilerem ki insan kimide cox sade, mehriban, zarafatcil oglan idi. Allah rehmet elesin
@1gptmye
@1gptmye 3 года назад
Universitetdə Aydınla eyni vaxtda oxumuşam namaza birgə gedərdik Allah rəhmət eləsin
@faridbayramov9415
@faridbayramov9415 3 года назад
Xoş halına.
@1gptmye
@1gptmye 3 года назад
@@faridbayramov9415 👍
@bentley9861
@bentley9861 3 года назад
Axund Azer Sani ən yumşaq formada danışdı. Bele de ki ne dedi düz dedi. Allah Aydına rehmet elesin.
@1000production
@1000production 3 года назад
Amin!
@СимСалон-н9с
@СимСалон-н9с 3 года назад
Aydın Xırdalanlı dahi Azərbaycan şairi.
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@seidonlinex
@seidonlinex 3 года назад
İlahi sən saxla məkanlarımızı, Gedən gedib, geridə qalanlarımızı, "Ağ ölüm aparmasın cavanlarımızı", Qara günə ağ gün görən ağdan düşür. Rəhmətlik Vüqar Biləcəri.
@intiqamqurbanli2580
@intiqamqurbanli2580 3 года назад
Aydın elə bir şair idi dahidi dahi Yandırmadadır cümlə xiridarları ahi Qəbrində görüm nur olə doldursun ilahi Birdə çətin olsun elə həmxanə ləzətdi🥀 ALLAH rəhmət eləsin 🥀
@fxriismaylov3437
@fxriismaylov3437 2 года назад
Gəlmiş keçmiş ən güclü meyxanaçı ustad aydın Xırdalanlı
@littleeverything3711
@littleeverything3711 3 года назад
Bu verilişi ərsəyə gətirən, əziyyəti olanların hər birinə təşəkkür edirəm. Aydın Xırdalanlı həqiqətən də böyük sənətkar idi. Yadımdadır ki, onun rəhmətə getməsi xəbərini ürək ağrısı ilə qarşıladım. Baxmayaraq ki, onunla şəxsi tanışlığımız olmayıb. Mən Aydını meyxanalrından sevmişəm. Meyxanaçılar arasında onun qədər qiymətli söz deyən olmayıb. Aydının bəlağəti, sözlərinin məna tutumu həmişə yerində olubdur. O meyxanada novatorluq edirdi, hansı ki, indiyədək bunu heç bir meyxanaçı etməyibdir. Aydın meyxanalrında zəmanəni qamçılamaqdan da çəkinmirdi. Buna isə cəsarət lazım idi. Aydın Xırdalanlıdan sonra meyxanaya qulaq asa bilmirəm ona görə ki, söz söz qiymətinə qaldırılmır. Allah Aydına rəhmət eləsin. Aşağıda ona həsr etdiyim şeiri təqdim edirəm: Gəlir… Bu gün - Ağasəlim Çıldağ, Nizami Rəmzi, Kəbir, Elçin, Molla Məmməd, Məşədibaba, Bayram Kürdəxanılı və s. kimi söz ustalarının arxasınca adını meyxana sənəti tarixinə qızıl hərflərlə yazdıran Aydın Xırdalanlı rəhmətə getdi. Çox heyif… Bəxtim saçlarımtək ağarıb deyən, Öncədən hər zaman cüt səbir gəlir. Amma ki, uyquda bilmirəm, nədən Gözlərim önünə bir qəbir gəlir… Meyxana sənəti əzəldən qədim, İndi uyqudadır Molla Məmmədim, Aydın Xırdalanlı tək söz məbədim, Sizin yanınıza, ay Kəbir, gəlir… Əli Həsən çəkir bu günlər acı, Torpağa gömüldü sənətin tacı, Bir vaxt deyərdilər baxıb qıyqacı, Sənətə Aydıntək şir, bəbir gəlir… 24.03.2019.
@1000production
@1000production 3 года назад
Təşəkkür edirik rəyiniz üçün
@ferqlibaxish
@ferqlibaxish 3 года назад
Allah razı olsun
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
Allah razı olsun çox sağol 🙏
@yediyarbayimov
@yediyarbayimov 3 года назад
Aydın meyxananın gəlmiş keçmiş nömrə 1 nömrə sənətkarıdı
@semistanveliyev8519
@semistanveliyev8519 3 года назад
Allah teqsiratini ehv elesin,mekanin cennet ustad
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@lalaasadova516
@lalaasadova516 3 года назад
Sizə təşəkkür ediram Aydının Ruhu Şad olsun.AMİN.
@haldunfetullayev4516
@haldunfetullayev4516 3 года назад
Salam olarmi bir xais etsem
@1000production
@1000production 3 года назад
Dəyməz
@NureddinElimemmedov9775
@NureddinElimemmedov9775 3 года назад
AXUND HAQQI DEYİB(ağırda olsa)
@nizamabbasov9640
@nizamabbasov9640 3 года назад
Allah rəhmət eləsin Aydına. Axund Azərin sözü nəinki bir nəfərə, bütün bəşərə dərsdir.
@mirmehemmed3550
@mirmehemmed3550 3 года назад
AXUND AZER DAHİDİR
@aynurmammedalieva
@aynurmammedalieva 3 года назад
_Mende Bakili balasiyam meyxanani cox sevirem qulag asirdim muzukalni meyxanalara.Ele demek olarki Aydin rehmete gedenden elede qulaq asmiram.Aydinin seneti insanligi hemiše góz qabaginda olub.Sexsi heyati barede bir onu diyerdim ki heyif ózú ozúnú mehf etdi onu sevenleri dúšúnmedi😓.Onu hami sevirdi cox heyf.Rebbim rehmet etsin mekanin cennet etsin🤲🏻🥀.Bize yadigar onun meyxalari qaldi_
@emilserifov1986
@emilserifov1986 3 года назад
Aydin geti meyxana dadi geti allah rehmet elesin dahi sair
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@eliismayilov9227
@eliismayilov9227 3 года назад
Allah Aydınımıza rəhmət eləsin!
@1000production
@1000production 3 года назад
Amin!
@humay66
@humay66 3 года назад
Allah sizdə razı olsun ay bala, sən ki, bunlar haqqında maraqlı və düzgün məlumat verirsiniz , mən müəlliməyım , şer , qəzəli , umumilətlə.ıdəbiyyatı cox sevirəm .ona görədə.bütün maraqlı və.ətraflı.verlişinizə baxıram .heyf bu cavanlara - niyə.özlərini məhv edirlər ..
@vq7037
@vq7037 3 года назад
Агидалари дуз деил.
@azeriazeri2308
@azeriazeri2308 3 года назад
hey sənnən bögük sənətkar.kaş savadin qədərdə iradən olardi bu yoldan cəkinəydin səni dügnyaya gətirən anan var idi nece dözür balanin yoxluguna
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@vq7037 sənin nə işinə qalıb ? Güya sənin günahın yoxdu ? Bilməy olmaz bəlkədə bu paxıllığla sən cəhənnəmdə olarsan.
@vq7037
@vq7037 3 года назад
@@seldabagcan6997 наркаманныга пахыллыг едачам.
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@vq7037 narkamanlığa yox, siz onun sevilməyinə paxıllıq edirsiz. Lap tutalım cəhənnəmə gedəcəy, onu bura yazmağda məqsədəniz nədi ki ? Paxıllıq budu bax. Narkamandı deməydənsə, bir RƏHMƏT oxu ki, sən öləndə sənədə rəhmət oxunsun.
@huseynqasimov1920
@huseynqasimov1920 3 года назад
Kaşki dinin yolundan ayrılmayaydı.Allah rəhmət eləsün
@vq7037
@vq7037 3 года назад
О дин йолунда олмайыб.
@Kentde_hayat.
@Kentde_hayat. 3 года назад
Şeytanın yolunda olub
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@vq7037 a kişi siz kimsize ? Ayrı ayrı hesablardan Aydını pisləyirsiz ? Aydın N1di həm insani cəhətdən həm də meyxana. Vəssalam !
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@Kentde_hayat. a kişi siz kimsize ? Ayrı ayrı hesablardan Aydını pisləyirsiz ? Aydın N1di həm insani cəhətdən həm də meyxana. Vəssalam !
@elnurelnurov6982
@elnurelnurov6982 3 года назад
@@vq7037 hardan bilirsen?
@nesibenovruzova3069
@nesibenovruzova3069 3 года назад
Allahın yanında bizim necə qəbul olunacağımızı yenədə biz yox, O biləcək! Bu barədə danışmaq bizə düşməz!Bizdən ALLAH RƏHMƏT ELƏSİN!🤲🙏🏾🌹🌹
@1000production
@1000production 3 года назад
Amin!
@seferelifxanli5385
@seferelifxanli5385 3 года назад
Axund Azer ne deyibse duz deyib.inciyenler gedib su içsin
@mnamiz
@mnamiz 3 года назад
Axund Azər İran yolu ləhcəylə niyə danışır.
@seferelifxanli5385
@seferelifxanli5385 3 года назад
@@mnamiz turkce danişsin?!bu ne mentiqdi.sen dediyine qalsa gerek Azerbaycanda lezgi,taliş,avar,kurd toplumuna aid olan insanlara her gun lehçesine gore rişxend edek?!
@vusalabbasov3981
@vusalabbasov3981 3 года назад
Azər Xırdlanlıdı. Özüdə zır Abşeron ləhçəsiylə danışır. İran hardan çıxdı baba...
@baksellbaksell1870
@baksellbaksell1870 3 года назад
@@vusalabbasov3981 Zir Abşeron lehçesi )) gozel dedin qardaş
@vusal.aliyev597
@vusal.aliyev597 3 года назад
Allah omur versin Axund Azere onu beyenmeyenler iran yonlu oldugunu deyenler boyuk ehtimal wieliyi beyenmeyenlerdi.beyenmirsen sehv bilirsen gotur alimivi de get onun yanina alimivi de bawa salsin seni de. Allah omur versin axund Azere
@ramizhmdov5637
@ramizhmdov5637 3 года назад
Her yerde danisilacaq adam Aydin Xirdalanli🖤
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
Aydın elə belə şair deyildi VALLaH, o dahi idi. Hər şey bir yana. Amma ki Aydın haqq şairidi. Onun nə qədər satirik şeirləri, qəzəlləri var. Ədəbiyyata salınmalıdır bu şair. Meyxana da yeganə şair idiki, qorxmadan kişi kimi haqqı dedi ədalətli oldu qorxmadı. Bu şair N1di ! Kim istəyir sübut edərəm. Kitabında da əsərləri var satirik. Gətirin görəy hansı meyxanaçı bu qədər satiraya meyilli olub ? Çoxu sevgilisinə yazırdı !
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@hafizmasall
@hafizmasall 3 года назад
Allah rəhmət eləsin Aydın ustad səni 🙏 Sənətkar idin sözün əsl mənasında Ruhun şad olsun Haqqın əziz şairi 👑
@morizear7mq481
@morizear7mq481 3 года назад
allah Aydına rəhmət eləsin 🤲 Axund Azərə can sağlığı versin 🤲
@qribxyal4947
@qribxyal4947 3 года назад
Axund Azər cox duz deyib.Bəs nə?Sən Allahın verdiyi cana qəsd et..Elə də olmalıdı.
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@vasifaskerov7275
@vasifaskerov7275 3 года назад
Hacı düz deyir.Bir böyuk sanatkar kimi bu dunyadayiq,axirat dunyasinda ancaq namazi ,fitra zekatı,Allahin yolunu ne deracede tutduĝumuzu soruşacaqlar.Allah rehmet eylesin Aydına.
@qribxyal4947
@qribxyal4947 3 года назад
@@vasifaskerov7275 Bəli elədir.
@aslanmmmdov3952
@aslanmmmdov3952 3 года назад
Salam, mən hər ikisi ilə həmin illərdə yaxın olan qardaş olmuşam, Azər Aydınla qardaş kimiydi onunçün həmişə dualar edirdik, həm axund kimi həm də qardaş kimi Allahın dediyini deyib
@qribxyal4947
@qribxyal4947 3 года назад
@@aslanmmmdov3952 Salam.Duzdu qardaş.
@elieliyev4936
@elieliyev4936 3 года назад
Allah günahlarıni bağışlasın,məkanı cənnət olsun inşallah.Allah valideynlərinə səbr versin.
@1russia9
@1russia9 3 года назад
Эх, Айдын, погубил свою жизнь. Царство небесное
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@akifezeynalova8231
@akifezeynalova8231 3 года назад
Salam, həqiqi, istedadlı jurnalistsiniz. Hər şeyi dəqiqliyi ilə anladırsınız. Allah Aydın X. Iıya rəhmət eləsin. Çəkdiyi əziyyətlər gunahlarının kəffarəsi olsun, Amin..
@1000production
@1000production 3 года назад
Təşəkkür edirik, amin!
@SadıqovMetanət
@SadıqovMetanət 6 месяцев назад
Cox sagolun Aydına wenine laiq Cox gozel terif elediz ALLAH rehmet elesin ruhu şad olsun
@samir-ef1jf
@samir-ef1jf 3 года назад
Axund azerin ayaqnin bildiynin ondan sef tutanlarin başi bilmir
@1000production
@1000production 3 года назад
Allah Aydına rəhmət eləsin!
@xaganidadasov5805
@xaganidadasov5805 3 года назад
Haqqi deyirde duz deyir hami Allah qarsisinda cavab verecek
@terlanvahubov4921
@terlanvahubov4921 3 года назад
Muşrik azer desen duz olardi. Men şexsen bu firillaq azerden cox billem. Ozun gozunu ac gor islamdan danişir ya varabiskoy temalardan
@samir-ef1jf
@samir-ef1jf 3 года назад
@@terlanvahubov4921 bizim ureymizdi axund azer
@terlanvahubov4921
@terlanvahubov4921 3 года назад
@@samir-ef1jf mən muşriklere duşmanam
@alirmabd
@alirmabd 3 года назад
Axund birincisi sozunu sert şekilde demeyib. Hem de vurgulayib ki, o senetkar idi.Ikincisi ise axundun axundlugu ona imkan vermir o tekce ustad kimi danişsin. Fikrini de cox aydin, dogru ve duzgun ifade edib. Hem de ibretamiz! Allah Aydina rehmet etsin, axunda da can sagligi versin.
@Бакинец-з6е
@Бакинец-з6е 3 года назад
ALLAH sene qeni qeni rehmet elesin mekanin cennet olsun ruhun shad olsun Aydin
@ilkini-ov7002
@ilkini-ov7002 3 года назад
@@qribxyal4947 hec sende bilmirsen arxayin ol
@elnurelnurov6982
@elnurelnurov6982 3 года назад
@@qribxyal4947 bəlkə cənnət əhli sənsən?
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@qribxyal4947 niyə bu qədər narahatsan sən ? Aydını pisləməylə əlinə nə keçir ? Bunu bil ki, neyləsəzdə Aydın cənnətdədi ! Və bura səviyyəsiz yorumlat yazmağla söyülürsüz !
@samirallahverdiyev2237
@samirallahverdiyev2237 3 года назад
@@ilkini-ov7002 sen niye bele ograwsan ?
@ilkini-ov7002
@ilkini-ov7002 3 года назад
@@samirallahverdiyev2237 niye oğraş oluram anannan bir otağda tutmusan xiyar (qadınnar üzürlü saysın)
@ЗАКОН-п8щ
@ЗАКОН-п8щ 3 года назад
BIR DAHA BU KANALA BIR AZERBAYCANLI KIMI MINNETDARLIGIMI BILDIRIREM , VAR OLSUN BUTUN KOLLEKTIVINIZ, ALLAH SIZI QORUSUN, COX GOZEL PROYEKT VE VERILIS YARATMISINIZ, UZUNOMURLU, DUSERLI OLSUN INSALLAH...
@1000production
@1000production 3 года назад
Çox təşəkkür edirik, siz də izlədiyiniz üçün sağ olun!
@NureddinElimemmedov9775
@NureddinElimemmedov9775 3 года назад
ALLAH QARDAŞMIZ AYDINI RRHMET ELESİN.
@elcinagayev9280
@elcinagayev9280 3 года назад
Gedişiylə məhv etdin məni.Qəlbimdə haqqında o qədər sözləri mənə dedizdirən Allah bilir ki,səni nə qədər sevirəm... Bu videoçarxı hazırladığınız üçün sonsuz təşəkkür edirəm.Var olun. Hər şey aydındır❤❤❤
@bilqeyissfrova4543
@bilqeyissfrova4543 3 года назад
Anlamadim siz sevgiyə aid söz yazmısız.Onu sevən xanımsız?😔
@elcinagayev9280
@elcinagayev9280 3 года назад
@@bilqeyissfrova4543 Xanım, məgər bir insanı yalnız qız sevə bilər?! Mən onun xiridarıyam.
@bilqeyissfrova4543
@bilqeyissfrova4543 3 года назад
@@elcinagayev9280 Həə anladım.Bir cümlə çaşdırdı yazmısız içimdən gələn sözləri Allah ki bilirdi..Ona görə maraqlı gəldi.Bilirsiz,narkotik zibildən qurtuluş yoxdu.Yasamalda qalıram göz önündədir.Iynəni atan görmədim.Atsalar da,müvəqqəti..
@elcinagayev9280
@elcinagayev9280 3 года назад
@@bilqeyissfrova4543 ,anladım sizi.Doğrudur,narkotik asılılıq yaradan ən pis vərdişdir,xəstəlikdir.Allah gənc nəsli bu bəladan qorusun,xanım.
@quseynbayramov9899
@quseynbayramov9899 3 года назад
Allah rəhmət etsin!!! Məzarı nurla dolsun!!!
@1000production
@1000production 3 года назад
Amin!
@ismayilheyderov505
@ismayilheyderov505 3 года назад
Aydın həqiqətəndə meyxana sənətkarlarınınnan 1i olub,Allah ona və başqa rəhmətə gedən usdadlara rəhmət eləsin😥❤
@craqcabbarov2516
@craqcabbarov2516 3 года назад
Allah Aydını rəhmət etsin.axund Azarə can sağlığı versin.
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
Çox sağolun ki, Aydını yad etdiz 🙏
@ilkini-ov7002
@ilkini-ov7002 3 года назад
ehhh
@1000production
@1000production 3 года назад
Biz də izlədiyiniz üçün təşəkkür edirik
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@1000production siz yetər ki, paylaşın. Xiridara izləmək düşər 🙏
@miri10ilonce2
@miri10ilonce2 3 года назад
Her defe diyirler mene Aydin daha tergiz her defe cavabim bu oLurki bayag atdim. ALLah sene rehmet elesun sade ustad
@1000production
@1000production 3 года назад
...
@ТофигСейфуланов
@ТофигСейфуланов 3 года назад
@@1000production е
@mmtvofficial9293
@mmtvofficial9293 3 года назад
Aydin Xirdalanli Meyxanada Gözəl Cavab verdi : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-vygDM9iaJlE.html
@miri10ilonce2
@miri10ilonce2 3 года назад
@@kerimoffa Axund Azer ele aydinin ustadi olubda ona o biliyi verenlerden biri idi qarwisin acanlardan idi heyif her wey insanin ozunnen asldi
@miri10ilonce2
@miri10ilonce2 3 года назад
@@kerimoffa uzrlu dushmenin olsun o ne dimeydiki estegfurlah.Beli Azer hem gozel insan hemde gozel senetkardi vactiz olanda Mescide gedib canli dinlemeyi tovsiye edirem
@nemansalmanov7938
@nemansalmanov7938 3 года назад
Fanatı idim rəhmətliyin baxmadığım meyxanası yox idi Allah rəhmət eləsin
@aidaaida-xz5kd
@aidaaida-xz5kd 3 года назад
Hayif senden Aydin hayif 😔
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@sairlerden_.kupletler5977
@sairlerden_.kupletler5977 3 года назад
Aydın qəlbən, ruhən dinin, əhli-beytin yolunda idi, sadəcə bədəni cismən ibadətdən çıxmışdı.... Allah rəhmət etsin, Uca Allahımız mərhəmətini əsirgəməz İnşAllah...🙏 Sənətinə söz ola bilməz... Hətta meyxana aləmində N1'dir. İnsani cəhətdən də həmçinin. Ədəbli, mədəniyyətli, sadə, pak qəlbli bir insan idi...💜 Özündən başqa heç kimə ziyanı dəymədi. Məkanı behişt olsun, Amin...🙏
@hafizmasall
@hafizmasall 3 года назад
Amin inşallah 🙏
@quliyevmais2885
@quliyevmais2885 3 года назад
Allah rəhmət etsin sənə,ey dahi sənətkar Aydın Quliyev. Bədhiyyəçilər içində təkrarolunmaz sənətkar idi. O, dövrümüzün yeganə şairi idi ki,xalqa edilən zülmə qarşı öz sözünü demişdi,saray şairi deyildi. Rəhmətliyin alternativi olmayıb,bəlkə də 1 neçə əsr yenə olmayacaq. Təşəkkür edirəm,əziyyət çəkib dahi sənətkar haqqında veriliş hazırlamısınız.var olun!
@mhmmdeliabdullayev2294
@mhmmdeliabdullayev2294 3 года назад
Heyif səndən , gözəl sənətçi . Özünü xalqına çox gördün . Allah sənə rəhmət etsin .
@pamukprenses537
@pamukprenses537 3 года назад
Allah axiretini versin,Allah rehmet elesin,inanıram o insanın cennete getdiyine,adı geldikce rehmet dileyirik
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@mesiagayeva3178
@mesiagayeva3178 3 года назад
En sevdiyim meyxanaciydi..heyf....
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@cavidsalim2195
@cavidsalim2195 3 года назад
ALLAHIN HÖKMÜ VƏ QOYDUĞU QAYDALAR KİMİNSƏ KEFİYLƏ DEYİL.
@1000production
@1000production 3 года назад
Ruhu şad olsun!
@Faiq.1978
@Faiq.1978 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN AYDINA.GOZƏL SƏNƏTKAR VƏ SƏMİMİ İNSAN İDİ.MƏKANİ CƏNNƏT OLSUN İNŞAALLAH
@ramizlkbrov4855
@ramizlkbrov4855 2 года назад
Əruzun Şahı Allah sənə Rəhmət Eləsin Dahi Şair 🥀
@azadgadirov6186
@azadgadirov6186 3 года назад
Meyxane aleminin gelmish getmish en boyuk senetkari ... Allah rehmet elesin
@xuramanquliyeva8018
@xuramanquliyeva8018 3 года назад
Allah narkotikle evler yıxan,satdıranlara,min lenet elasin. 7 arxa dönenin mehv etsin. Neça neça cavanları mehv etdiribler. Cehennem olacaq bu dünyada,axiretde narkobaronlara.
@ilkini-ov7002
@ilkini-ov7002 3 года назад
en boyuy narkabaron basda oturannardi
@xuramanquliyeva8018
@xuramanquliyeva8018 3 года назад
@@ilkini-ov7002 Men deya bilmerem kimdi. Her kimliyinden asılı olmayaraq,bu mundar işde eli olan,qazanc götüren her bir şexsi Allah mehv etsin.
@ilkini-ov7002
@ilkini-ov7002 3 года назад
@@xuramanquliyeva8018 İnşəAllah
@lbbeykyamehdi5703
@lbbeykyamehdi5703 3 года назад
Xanım 7 arxa dönən nə günahı var?? Bu nədərəcədə sağlam bir düşüncədir????
@xuramanquliyeva8018
@xuramanquliyeva8018 3 года назад
@@lbbeykyamehdi5703 Allah uzaq etsin cavanlarımızdan. Ailesin yaxından tanıdıgım birinin övladın çekdiler o yola. Siz bilmirsiniz o aile,bacı,qardaş neler çekirler. Onsuzda Qadir Allah verir cezaların. Düşünceni o narkobaronlar düşünsünler. Övladına günah qazandırmasınlar.
@tomar-cw6bb
@tomar-cw6bb 3 года назад
Yaxı insan, əsl sənətkar, gözəl səs..... Allah rəhmət eləsin. Amin deyən dillər var olsun!👍👍👍
@АббасАхмедов-э9л
@АббасАхмедов-э9л 3 года назад
Allah Aydına rəhmət eləsin! Axund Azər ona, irad bildirənlərdəndə Aydini çox istəyirdi! Aydıni Ğözəl sənətkar olmaqinda, Axund Azərin çox böyük rolu var!
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@raminqasanov2279
@raminqasanov2279 3 года назад
Axud diyni tarfdan cox duz deyir Allah rahmat eylasin canat magan olsun amin
@elcinzeynalov1625
@elcinzeynalov1625 3 года назад
Sag ol Axund duz ele duzdu
@1000production
@1000production 3 года назад
Ruhu şad olsun!
@vasifvasif5120
@vasifvasif5120 6 месяцев назад
Allah rəhmət eləsin ustad sənətkara. Allah axundumuza da can sağlığı versin hər ikisi də kəndimizin dahisidi
@bakinecbakl5760
@bakinecbakl5760 3 года назад
Allah Aydına rəhmət eləsin Allah onun ürəyində olan Allaha sevgiyə,Əhlibeyt ə.s olan sevgiyə xatir bağışlasın amin.
@durnisliyeva2670
@durnisliyeva2670 Год назад
Amin🤲
@ЭльманАбульфазов-ы6ъ
Allah rehmet etsin. Amin.
@1000production
@1000production 3 года назад
Amin!
@elcinzeynalov1625
@elcinzeynalov1625 3 года назад
A bala Axund ele yumuşag dedi de bundan daa yumusag ALLAH gunahlarini bagislasin AMIN
@1000production
@1000production 3 года назад
Ruhu şad olsun!
@maraqlmlumatlar2585
@maraqlmlumatlar2585 3 года назад
*ALLAH Aydın Xırdalanlıya rəhmət eləsin !*
@1000production
@1000production 3 года назад
Ruhu şad olsun!
@elisiyezenli9626
@elisiyezenli9626 3 года назад
Allah bütün dünyasını dəyişmiş söz ustadlarına rəhmət etsin, amma Aydın qeyri-adi meyxanaçı idi
@azerresulov3424
@azerresulov3424 3 года назад
Allah rəhmət eləsin aydına ondan gelmeyecek birdaha bu duyaya meyxananin kiralı idi
@1000production
@1000production 3 года назад
Ruhu şad olsun!
@agalbabayev8728
@agalbabayev8728 3 года назад
Sənətkar Allah rəhmət eləsin
@1000production
@1000production 3 года назад
Amin!
@bakili3102
@bakili3102 3 года назад
Allah Rehmet Elesin
@1000production
@1000production 3 года назад
Amin inşallah!
@niyazi187
@niyazi187 3 года назад
Axund AZER din xadimldi və gözəli insandi vəsalam qara yaxman. İmza NİYAZİ gədəbəy
@1000production
@1000production 3 года назад
Kim qara yaxır?
@aqillayic3628
@aqillayic3628 3 года назад
Çox təşəkkür edirəm. Möhtəşəm əsərdir.
@seymur5315
@seymur5315 3 года назад
Aydın əridi getdi çox heyif.Allah rəhmət eləsin
@qribxyal4947
@qribxyal4947 3 года назад
Salam olsun sizə Sərdar Amil.Allah qorusun sizi.Dəyərli aparıcımız.
@1000production
@1000production 3 года назад
Və aleykum salam. Sərdar Amil yox, Amin
@qribxyal4947
@qribxyal4947 3 года назад
@@1000production Eləmi?Adınnan yaşasın.O qədər cox istəyirəm onu..Qardaşım kimi..
@افشینمحمدی-م7ح
@افشینمحمدی-م7ح 2 года назад
Allah rahmat ilasin 😢😢💔🌹🌺♥️
@fikretagayev2741
@fikretagayev2741 3 года назад
ALLAH REHMET ELESİN
@1000production
@1000production 3 года назад
Amin!
@ayselmemmedova7858
@ayselmemmedova7858 3 года назад
Aydinsiz ne meyxana ((
@anarkerimov6667
@anarkerimov6667 3 года назад
Bəs Vüqar? Rəşad yaşasın barı
@yuxudayatan2046
@yuxudayatan2046 3 года назад
Aysel Aydın vəfat edən günü sən yadıma düşdün sən ol yutubda seni axdarirdim deyim getdi Aydın. Tapdim bir dene videonun altinda yazdim sene yeqin mesaj catar o vaxdi yazdigim
@anarasgerov9309
@anarasgerov9309 3 года назад
Men bu dunyada edalet gormedimki gormedim
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@mubarizaslanli4231
@mubarizaslanli4231 3 года назад
COX HEYIF AYDINNAN VUQARDAN
@fatehagammmdzade
@fatehagammmdzade 3 года назад
Allah rəhmət eləsin.
@fikretagayev2741
@fikretagayev2741 3 года назад
ALLAH REHMET ELESİN AYDINA CORATDAN FİKREY
@fikretagayev2741
@fikretagayev2741 3 года назад
CORAT KENDİ AYDINI ÇOX İSDİYİRDİ
@dasyaddas6073
@dasyaddas6073 3 года назад
Allah rehmet elesin,Aydin rehmete gedenden sonra,meyxanadan küsdüm.
@mercibaku8072
@mercibaku8072 3 года назад
Mühakimə etmə ki , mühakimə olunarsan ! Hər kəs öz günahlarını etiraf etsə yaxşı olar . Aydının etirafı var idi , ALLAH axirətini yaxşı eləsin !
@1000production
@1000production 3 года назад
Amin!
@cavansirsahbazli1086
@cavansirsahbazli1086 3 года назад
Axund azer cox gozel vurquladi .yoldaw Aparici mead movzusu haqqinda da maraqlansan cox gozel olardi.insanliqin tezahuru allaha c.c. bendelikdi
@syyadmmmdov796
@syyadmmmdov796 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN
@1000production
@1000production 3 года назад
Allah rəhmət eləsin!
@fuadhaqverdi4082
@fuadhaqverdi4082 5 месяцев назад
Ustad kimi də desə,axund kimi də desə həqiqəti deyir. Allah Aydına rəhmət eləsin.
@lalaasadova516
@lalaasadova516 3 года назад
Allah sabr versin. Aydinin Anasina.Allah rahmət eləsin.AMİN.
@1000production
@1000production 3 года назад
Məkanı cənnət olsun
@maliksuleymanov2509
@maliksuleymanov2509 3 года назад
Meyxana Senetinin Şahı Aydın..Allah Günahlarını bağışlasın...
@zaurismayilov5673
@zaurismayilov5673 3 года назад
Allah Rehmeti olsun, Aydın Xırdalanlı ya,dahi sənətkar 👍
@pablo_emilioescobar898
@pablo_emilioescobar898 3 года назад
Aydın meyxananın Prezdentdi 😘
@ИльгарАсадов-я4ф
@ИльгарАсадов-я4ф 2 года назад
Salam!! Cox duz deyir! Allah raxmat etsin!
@yardmlbalas5948
@yardmlbalas5948 3 года назад
Aydının məkanı cənnət olar inşallah
@qribxyal4947
@qribxyal4947 3 года назад
Hə .Cənnət elə onun yolunu gözləyirdi?Cənnət əməlnən ibadətnən itaətnən qazanılır qardaş.
@resadceferov7813
@resadceferov7813 3 года назад
@@qribxyal4947 Aydının cənnətə gedib getməyəcəyini Allahdan başqa hec kim bilə bilməz. Həyatda ideal insan yoxdur.
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@resadceferov7813 ay sağol
@amirkhannoir3946
@amirkhannoir3946 Год назад
Sag ol aparıcl !!! Sizun bu qədər savadli və səlis danışıgınıza vuruldum!!! Halal olsun ! O ki qaldı Aydına,duz buyurursunuz,mən hətta deyərdim ki o, meyxana sənətinin şahı idi !!! Və həmişə də elə galacaq tarixdə!! Aydinin kəlamlarıında dərin fəlsəfə var....hayat var...kədəər var............
@perviznuryev3687
@perviznuryev3687 2 года назад
🤲😔😔allah rehmet elesin amin👏👏👏
@insandavefayoxdu1245
@insandavefayoxdu1245 3 года назад
Kimler geldi kimler vaxtsiz getdi,lazim olanlar getdi,bezi lazimsizlar qaldi...heyif 😔
@1000production
@1000production 3 года назад
Ruhu şad olsun!
@yaqubmuradov2173
@yaqubmuradov2173 Год назад
Çox sağ ol Sərdar minnətdaram əməyin böyükdür ustad barədə bu videoda Ustadımızın Ruhu şad olsun
@ehtiramtalibova8025
@ehtiramtalibova8025 7 месяцев назад
Айдын хырдаланлы козал инсаныйды,онун бутун асарларинда корукур,мадани,тамиз, габлиййатли,хеч Кима гаршы агресийа корурсан, Аллах Рахмат етсин
@aynuraslanova1915
@aynuraslanova1915 3 года назад
heyif,belə insanlar edebiyyata salınmalıdr Biz sıradan biri olan xalq deyilik,bu xalqın istedadları onun qan yaddaşında yaşamalıdır.
@vq7037
@vq7037 3 года назад
Наркаманлары адабиййата Салмаг???
@aynuraslanova1915
@aynuraslanova1915 3 года назад
Men onun senetinden danışıram.
@seldabagcan6997
@seldabagcan6997 3 года назад
@@vq7037 yaman narahatsane ! Aydın deyəsən yandırıb töküb səni !
@celalhesenli8663
@celalhesenli8663 3 года назад
@@vq7037 sən nə yanırsan rəhmətlik Aydının əlindən ? Deyəsən bacına salam əlleyk edib pul vermiyib . alçaq sən Aydının heç qılı da ola bilməzsən ged otda
@HusameddinQasml
@HusameddinQasml 3 года назад
Aydin wexsen menim ucun meyxanin wahi idi.dahi wairi allah rehmet elesin.
@irkajamal9028
@irkajamal9028 3 года назад
Səfsiz insan yoxdu Allah 🤲rehmət etsin günahların bağışlasın Amin
@quluagayev1146
@quluagayev1146 2 года назад
Allah sənə rəhmət etsin böyük sənətkar böyük ustad gözəl şair
@resadmemmedov9473
@resadmemmedov9473 3 года назад
*21 esrin Füzulisi Aydin Xirdalanli ..(*
Далее
Истории с сестрой (Сборник)
38:16
AYDIN XIRDALANLININ ÖLÜMÜNDƏN 5 İL ÖTDÜ
25:45
Просмотров 30 тыс.
Aydin Xirdalanli Yeni Lezzetli Kupletleri 2019
8:59
Просмотров 180 тыс.