Тёмный

Birinə Güvənmək Çətindirsə İzlə | Psixoloq Leyla Gasimova 

Leyla Gasimova
Подписаться 41 тыс.
Просмотров 4 тыс.
50% 1

"Münasibətlər" haqqında kurs edib Codependency haqqında sadəcə o kursda danışacaqdım amma nəsə çatmırdı.
Sadəcə kursda olanlar deyil, hamı bu haqqda bilməli və dərinləri anlamalı hətta dönüşməli idilər
yoxsa nə işə yarayırdı psixoloq olmağım?!
Tam da buna görə başlamamışdım ki yoluma?
2016'da “yoluma”, RU-vid'a başlayanda niyyətim
"oyunu dəyişdirmək" idi.
Psixologiyanı sadə şəkildə izah edərək, özüm olaraq elə olduğum yerdən səmimi əlaqə quraraq Sən'dən Sən'ə danışmaq.
O vaxt psixoloqlar və onların psixologiya haqqında danışdıqları məni qane etmirdi çünki,
dərin amma sadə olmalıydı və verilən bilgilərlə insanlar həyatlarını bu və ya digər səviyyədə anlamalı və dəyişə bilməli idilər.
Hə bir də doğru bilinən yanlışlar vardı, çoox sayıda vardı, onlara açıqlıq gətirilməliydi.
Başladım və etdim.
Nəinki sualları olan insanlar amma şəxsi inkişaf sahəsindəki bir çox psixoloq, coach, enerji ilə işləyənlər də həmçinin dönüşdü,
həm şəxsi həyatlarında həm də işlərində.
Bir insanın dəyişimi ətrafında "axtarışda olan" bir çox insanın dəyişimi deməkdir

nəhayətində bir də gördüm ki,
məni tanımayan insanlar
mənim fikirlərimi səsləndirir,
bunu anladığım an içim çiçəklər açmışdı və o zamana qədər heç vaxt bu qədər çiçəklənməmişdim✨
Bacarmışdım,
Bacarmışdıq! 🤍
İndi isə "oyunu dəyişdirmək" üzrə ikinci round başlayır!
7 il sonra ❤️‍🔥
Bu dəfə daha dərinə gedəcəyik,
Bu dəfə eşitməyə hazır olduqlarını artıq görəcəksən,
Görəcəksən ki
nəinki özün amma Sən'dən gələnlər də sağlam yetişkin ola bilsinlər.
Dəyərlərim və niyyətim eyni olsa da danışacaqlarım fərqlidir.
Çünki insanlığımızın ən böyük yarası
"Codependency - Münasibətlərdə Qarşılıqlı Asılılıq"
ilə üzləşməyə artıq hazırıq 🩵
Xeyirli olsun,
Gözəl Həyatlar! ❤️‍🔥

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 26   
@rusa.accessories
@rusa.accessories 6 месяцев назад
"Birinə güvənmək o qədər çətindirki" həqiqətən zülümdür ki, qaranti isdəyirsən. Bəzi şeylərin qarantisi üçün sənəd təqdim edirlər və sən də bir münasibətdə gələcəyinin qarantisi üçün güvənmək üçün tək isdədiyin şey o sənəddir. Amma gələcəyin qarantisi heç vaxt olmayıb heç kim verə bilmir sənə və qalırsan iki yol ayrıcında, gəl də güvən görüm necə güvənirsən. Onda hiss edirsən güvənməyin necə zülüm olduğunu...
@hvnifvbhumcxcvyjkmngdcbhbgxtx
@hvnifvbhumcxcvyjkmngdcbhbgxtx 4 месяца назад
Men qacan terefem.31 yas helede hec kimi heyatima ala bilmirem. Her seyin ferqindeyem, ailede istenmeyen tek qalmis usag idim. Indi qiragdan guclu, her seyi bacaran, icerden ise cox caresiz olan biriyem. Icimdeki boslugu nem hec bir seyle doldura bilmedim. Leyla xanim coxdandi seansiniz ucun yazilmisam, ama xeber yoxdu
@LeylaBabayeva-et4zh
@LeylaBabayeva-et4zh 6 месяцев назад
Təşəkkürlər, Leyla xanım ❤️👌 yenə tam zamanında🫶🏻 Məndə yapışan yoxsa qaçan sualının cavabı içdən yapışan olaraq gəlir, lakin "görülmədiyimi", ehtiyaclarımın zatən qarşılanmayacağını hiss edəndə qaçan tərəfə çevrilmək daha güvənli hiss etdirir:( Buna görə də münasibətdə yapışan tərəfim "tetiklenen kimi" avtomatik qaçan tərəfə keçirəm. Ama qaçan tərəf olmaq mənə natural bir şey olmadığı, süni olduğu üçün bunu etmək də bəzən çətin gəlir və ağır hiss etdirir.
@lale.agayeva
@lale.agayeva 6 месяцев назад
Meni anlatdiz sanki, men bele ozumi bele izah ede bilmirem..❤
@nuraneng
@nuraneng 3 месяца назад
Seans effekti aldim❤ Təşəkkür edirəm,Leyla xanim🥹🌹
@emine1987
@emine1987 6 месяцев назад
Qarşılıqlı söhbət edirmişik kimi hiss etdirdi video❤️Rahatlıq və hüzur hissi verdi.Çoxdandır düşünməyi və həll etməyi ertələdiyim , hətta unutduğum xüsusiyyətin səbəbinin birdən bu videoda qarşıma çıxması...Həm də ən çox problemə çevirdiyim və düşündüyüm xüsusiyyətimin. Çoox təşəkkür edirəm Leyla xanım ❤
@MathomeAZ
@MathomeAZ 6 месяцев назад
Offf Leyla.Yenə məndən danışırsan sanki ❤Sənə o qədər minnətdaram ki ❤
@mtantyusifova5301
@mtantyusifova5301 6 месяцев назад
Leyla xanım,mənim içimdə olanları elə gözəl açdınız ki,elə bildim məni görürsüz.Yazmaya bilməzdim.Təşəkkür edirəm.7 yaşında olanda anamı itirmişəm.İndi baxıb görürəm ki,demə o vaxtdan özün də itmişəm,yoxam.Bu o qədər çətindir.Və siz bunu o qədər yaxşı başa düşür,yaxşı izah edirsiz.Yaxşı ki,sizi tanımışam❤❤❤.
@user-vy8dt2py9g
@user-vy8dt2py9g 4 месяца назад
sanki bizə öz hisslərimizi tərcümə edirsiniz.Nə çətindi öz hisslərinin dilini bilməmək.Amma nə xoşdur ki bunu tərcümə edən biri var.Yaxşı ki dünyamızda birik🌸
@user-gz1dw7iv8d
@user-gz1dw7iv8d 6 месяцев назад
Mən hec kəsə güvənməyəcəm.bu mənim ücün cox cətindir.
@RfiqCalalli2010
@RfiqCalalli2010 6 месяцев назад
Leyla xanım tamda ehtiyacım olan vaxt) Çox sağ olun.
@Bilink_Esila
@Bilink_Esila 3 месяца назад
Bir defe sizinle goruse bilsem 😊cox arzulayiram
@Eln...
@Eln... 6 месяцев назад
Təşəkkürlər fərqindəlik yaratdığınız üçün❤❤
@Efsane7313
@Efsane7313 6 месяцев назад
😮salam ağladim size qulaqasaraq resmen.😢
@arifsalimov7
@arifsalimov7 6 месяцев назад
UZUN FASİLƏDƏN SONRA YENƏ RUHUMUN QİDASİ OLAN DEYERLİ LEYLA XANİMİN FİKİRLƏRİNİ DİNLEDİM VAR OLUN
@ElzaBabayeva12
@ElzaBabayeva12 6 месяцев назад
Sanki balaca O qachan Elzani qoydunuz qabaginiza ve onunla sohbet elediniz. Izah etdiniz niye qacirsan deyə və qaçma artıq özünün bu tərəfini gör dediniz. Bir ixtiyar olaraq dinləyərkən balaca Elzanın gözündən amma bu dəfə yetişkin Elza olaraq və anlayaraq axdı. Necə ehtiyacım var imiş məgərsə bunları dinləməyə😢 Təşəkkür edirəm bu videolarınız üçün❤
@aylaelizade
@aylaelizade 6 месяцев назад
Cox tesekkur edirem Leyla xanim bizi aydinlatdiginiz ucun, 🙏🏻bes eger goruremki insanlar menim pis olmagima gore, problemlerime gore sevinirlerse ona gore ozumu heyatimda hersey yaxsidi yolundadi kimi gostermeye calisiramsa bu da qacan terefim oldugun gosterir?
@cocukkanali6049
@cocukkanali6049 6 месяцев назад
Yapışıram sonra qaçıram özümlə bararmıram
@rayamelikova1438
@rayamelikova1438 6 месяцев назад
Qacan tərəfəm və tamamı ilə doğrudur
@JalSlimli
@JalSlimli 6 месяцев назад
Salam necəsiz sizinlə necə əlaqə saxlamaq olar?birdə canlı açırsızmı yutubda?
@elcinmemmedli2303
@elcinmemmedli2303 6 месяцев назад
👍
@aysunalkishiyeva6678
@aysunalkishiyeva6678 6 месяцев назад
@ayjo4360
@ayjo4360 6 месяцев назад
Mən həm özümə, həm də başqalarına inanmıram. Və ortada sanki 4 yerə parçalanıram.
@ilaheasgerova3310
@ilaheasgerova3310 6 месяцев назад
Yapışan tərəfin müxtəlif rolları olduğu kimi qaçan tərəfində rolları varmı?
@ulkervi_
@ulkervi_ 6 месяцев назад
Elə bil iç səsimdir danışan
@tranabbasova985
@tranabbasova985 6 месяцев назад
Tel nömrənizi yazardız
Далее
The Most Elite Chefs Ever!
00:35
Просмотров 2,9 млн
Butch REACT to Creative way to fix damaged tile!
00:46
Sən də bunu yaşamısan | Psixoloq Leyla Gasimova
16:57
Usta Rolu | Psixoloq Leyla Gasimova
14:21
Просмотров 3,1 тыс.
İtirilmiş Həzz Hissi | Psixoloq Leyla Gasimova
19:43
Həmişə Susursansa İzlə | Psixoloq Leyla Gasimova
17:41