Тёмный

Birinci xaç yürüşü 

savadsiz
Подписаться 12 тыс.
Просмотров 2,6 тыс.
50% 1

Bu buraxılışımızda birinci xaç yürüşünün əsas məqamları barəsində məlumat vermişik
============================================================
Facebook: savad.siz
Instagram: savad_siz
RU-vid: / savadsiz
=======================================================
Səlib yürüşləri və ya xaç yürüşləri - Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI-XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı.
Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir. Bütün bunlardan əzab çəkən sadə xalqın, çarəni Müqəddəs Torpağa "süd dolu çaylar və baldan axan dənizlər" olan yeri ələ keçirməkdə görməsini anlamaq mümkündür.
Burada digər aspekt də adı çəkilən dövrdə, yüksək zümrə arasında qəhrəmanlıq obrazının, döyüş vaxtı göstərilən rəşadətin, yüksək hünərin bir növ "kişilik simvolu" kimi qəbul edildiyinə görə, əsilzadə sinfinə məxsus hər bir şəxsin bu tip arzularla yaşaması, müharibə fikri ilə alışıb-yanması real qarşılanmalıdır. Həm də düşmən burada konkret deyil, ümumi olaraq götürülürdü. Bütün bunların nəticəsində hər bir xırda hərəkət, kiçicik bir səhv tez-tez qan tökülməsinə, hətta müharibələrə də gətirib çıxarırdı. Məhz bunlara görədir ki, zadəganlar da xalqla bərabər tanımadıqları, heç vaxt görmədikləri Müqəddəs Torpağa gedərək "İsanın qəbrini xilas etməyə" böyük şövq və həvəslə hazırlaşmağa başladılar.
Bu da maraqlı bir fakt olaraq ortaya çıxır ki, səlib yürüşlərində əsas rollardan birini oynamış Fransa, bu dövrdən əvvəl dağılmış və parçalanmış bir dövlət olduğu halda, Şərqə doğru ekspansiya bitdikdən az sonra demək olar ki, tamamilə birləşmiş və bütünləşmiş, nəinki öz vassalları, həm də digər Avropa dövlətləri qarşısında qüdrətli və güclü bir krallıq olaraq çıxmışdı.

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 16   
@saqibmmmdov4955
@saqibmmmdov4955 2 года назад
Uğur olsun...
@nerminabdullayeva3804
@nerminabdullayeva3804 2 года назад
Çox sağolun dəyərli mütəxəssis.Mükəmməl açıqlama.
@Electrologia
@Electrologia 2 года назад
Çox təşəkkürlər, gözəl izah .
@agdasintellektualklubu8169
@agdasintellektualklubu8169 2 года назад
Sadə və lakonik izah 👍🏻👍🏻
@Fariz737
@Fariz737 2 года назад
👍
@tarixkanal5099
@tarixkanal5099 2 года назад
Çox təşəkkürlər, gözəl izah
@mehrab021
@mehrab021 Год назад
Oyrene bilmirdim siz qulaq asdim cox gozel oyredim
@mehrab021
@mehrab021 Год назад
Cox gozel
@tygassaidd
@tygassaidd Год назад
İlk səlib yürüşü 1096 cı ilin yazında olub, 1095 deyil müəllim
@Seironium
@Seironium 2 года назад
a.
@ivanorucov3487
@ivanorucov3487 Год назад
Xaç yuruşu ✝️⛪
@エルギズ
@エルギズ 4 месяца назад
Qaqaş əgər xaçlı yürüşlərinə marağın varsa knightfall dizisini izlə qəşəy di
@Weströmischen
@Weströmischen 2 месяца назад
💪✝️✝️💪
@mirsenan-tarix
@mirsenan-tarix Год назад
Bu məlumatları hardan oxuyursuz?zəhmət olmasa deyərdizdə çox xaiş
@savadsiz
@savadsiz Год назад
Ən müxtəlif yerlərdən. Dərsliklərdən, internet saytlarından və s.
@Weströmischen
@Weströmischen 2 месяца назад
✝️❤️✝️❤️✝️ Xaç
Далее
First Crusade (1096-1099) Fall of Jerusalem
13:04
Просмотров 936 тыс.
Ən ağıllı şagird REKORD qırdı | Azərbaycanda
1:57
Xaç yürüşləri
24:27
Просмотров 287
The History of Bulgaria Explained
21:09
Просмотров 545 тыс.
Səlib Xaç yürüşləri
18:57
Просмотров 4,5 тыс.