Тёмный

Bizim Teref Dendra Parkı 2020 

Bizim Teref
Подписаться 8 тыс.
Просмотров 9 тыс.
50% 1

Bizim Teref Dendra Parkı 2020
Aparıcı: Murshud Veliyev
Operatır: Valeh Bağırov
Montaj: Tural Teyfuroğlu
#Dendra #Murshudes #Bizimteref
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1870 ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan M.Muxtarov öz bacarığı sayəsində sahibkara çevrilmiş və özünün şəxsi qazma kontorunu açmışdır (1890). O, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını qurur və bu dəzgaha “Bakı qazma” sistemi adı verir. Sonradan bu dəzgaha dövlət patentidə alır. Murtuza Muxtarov taxta yonan dəzgah icad edir ki, hal-hazırda bu dəzgah Sankt-Peterburuq şəhərində “Dağ-mədən” İnstitutunda saxlanılır. O,Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak habelə məktəb binası inşa etdirmişdir. Murtuza xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olmuş və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirmişdir. (1911-1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924-1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası 1926-1936 cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu 1936-1945 - ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası 1945-1964 -cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası 1964-1966 cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adına layiq görülüb. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir. Azərbaycan dendroflorasının çox cilidli nəşri hazırlanmaqla yanaşı Otaq bitkiləri ensklopediyası, Gülçülük Ensklopediyası, Ekologiya dərs vəsaiti və.s. kitabları çapdan çıxmışdır. Son illər ərzində bağda yenidənqurma, abadlaşdırma tikinti işləri aparılmış, növ zənginliyi bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilmiş, bioekoloji xussiyyətləri öyrənilmiş və kolleksiyalara daxil edilmişdir. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansanbılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilmişdir.
Fəaliyyətin əsas istiqamətləri: Təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun təbii şəraitdə və introduksiyada saxlanılması üçün biomüxtəlifliyinin populyasiya, introduksiya və seleksiya üzrə öyrənilməsi. Azərbaycanda ağac bitkilərinin növdaxili dəyişkənliyinin və populyasiya strukturunun tədqiqatı, regionda növlərin populyasiya əsasında genofondunun saxlanılması və seleksiya işlərinin tərtibatı yolları. Ağac və kolların yeni dekorativ sortların forma müxtəlifliyinin qiymətləndirilməsi. Meşə bitkiləri, təbiət abidələri, bağ-park obyektləri, introdusent növlərin dendroloji və taksasiyalı öyrənilməsi; perspektivli meşə və dendroloji təbiət abidələrinin seçilməsi. Əlverişsiz iqlim amillərinin təsiri və zərərverici həşəratların kütləvi çoxalması ilə əlaqədar olaraq dendroxronoloji tədqiqatlar; əsas meşə əmələ gətirən cinslərin yaşlı nüsxələrinin seçimi. Meşə, şəhər və meşə-park landşaflarının tərtibatı üçün ağac və kol cinsləri assortimentinin seçimi. Tədqiqat işləri 8 laboratoriyada aparılacaqdır. Buraya əsasən ağac biologiyasının bir çox aspektləri, fundamental tədqiqatlar, o cümlədən məlum olmayan proses və münasibətlərin analizi, təsviri daxildir.
I. Dendrologiya şöbəsi
Bitkilərin İntroduksiyası laboratoriyası
Laboratoriyanın əsas elmi fəaliyyəti- Respublikada iqlim şəraiti üçün ağac və kol növlərinin uyğunlaşdırılması. - Azərbaycanın çöl zonasında ağac bitkilərinin introduksiya təcrübəsinin təhlili; ex situ ağac bitkilərinin nadir və məhv olmuş növlərinin saxlanılması; Bəzək memarlığı laboratoriyası Laboratoriyanın əsas elmi fəaliyyəti-meşə əkinləri, şəhər və meşə-park landşaftları üçün ağac-kol cinsləri assortimentinin formalaşması, regionda ağac bitkilərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi və müasir introduksiya və kolleksiyanın tərtibatı;
Herbari və toxumçuluq laboratoriyası
Laboratoriyanın əsas elmi fəaliyyəti- herbarilərin toplanmasi; toxumların uzunmüddətli saxlanılması və kriokonservləşdirilməsi. çiçəkləmə və meyvə vermənin hormonal stimulyasiyası, yüksək keyfiyyətli toxumların istehsalı.

Опубликовано:

 

22 июн 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 35   
4 года назад
Ela
@asimrefiyev2459
@asimrefiyev2459 4 года назад
Ehsen Mürşüd bəy uğurlar
@orkhanabdullazade6517
@orkhanabdullazade6517 4 года назад
əla qardaşlar davami gelsin 👍🏼👍🏼👍🏼
@emin7111
@emin7111 4 года назад
Ay canavar 🙋🏻‍♂️
@elnurarzumanov3038
@elnurarzumanov3038 4 года назад
Salam gozel alinir sizde ugurlarniz boll
@vefapasayeva3293
@vefapasayeva3293 4 года назад
Muhtesem👏👍
@GodsHand_ES
@GodsHand_ES 4 года назад
Super
@kerimmecidov3400
@kerimmecidov3400 4 года назад
Uğurun bol olsun Mişaaaa🤟🏽🤟🏽🤟🏽🤙🏽
@ragim.pashayev
@ragim.pashayev 4 года назад
💥💥💥
@asimnuroglu3516
@asimnuroglu3516 4 года назад
👍
@RapperRespect
@RapperRespect 4 года назад
Her verlisini izleyirem
@ebdulkurdaxanliofficial5543
@ebdulkurdaxanliofficial5543 4 года назад
👍👍👍👍
@STTproduction
@STTproduction 4 года назад
Novbeti verlis harda olsun?
@tebrizezizov-zi2wi
@tebrizezizov-zi2wi 4 года назад
Salam qaqam məndə pirallahida yaşayıram Artyomda qaqam bizim kanali reklam edə bilər sən xahiş edirəm
@ulviyyimanl4641
@ulviyyimanl4641 2 года назад
Salam.Covid pasportu istəyirlər?
@sabinaahmadova5165
@sabinaahmadova5165 2 года назад
Salam, məlumat üçün təşəkkür edirəm. Biletin qiymətini və həmin məkanı ziyarət etmək üçün əlaqə nömrəsi paylaşsaz şad olaram, təşəkkür edirəm.
@MurshudVeliyev
@MurshudVeliyev 2 года назад
Salam Həmən məkanın əlaqə nömrəsin bilmirəm Mərdəkanda yerləşir
@sabinaahmadova5165
@sabinaahmadova5165 2 года назад
@@MurshudVeliyev təşəkkür
@user-zb1il1tl2w
@user-zb1il1tl2w 2 года назад
Bilmirsiniz bura giris neceyedi
@MurshudVeliyev
@MurshudVeliyev 2 года назад
2 azn
@user-zb1il1tl2w
@user-zb1il1tl2w 2 года назад
@@MurshudVeliyev Cox sag olun
@ulkerismayilova869
@ulkerismayilova869 3 года назад
Giris neceyedir?
@MurshudVeliyev
@MurshudVeliyev 3 года назад
2 AZN
@MurshudVeliyev
@MurshudVeliyev 3 года назад
@@elnarevelicanova4146 Icerde Katamaran var surmek istesez oda sehf elemiremse 1-2 manat olmalidi cay icsez oda 4-5 manat edir Qalan Hersey pulsuzdu Xos Istrahetler.😊
@Fidan_Baxisli
@Fidan_Baxisli 2 года назад
​@@MurshudVeliyev salam piknike icaze verirler sinif uwaqlari ile gelenlere
@MurshudVeliyev
@MurshudVeliyev 2 года назад
@@Fidan_Baxisli Salam o haqda məlumatımız yoxdu çox təssüflər
@nononono920
@nononono920 2 года назад
Heyvanlar yoxmu
@MurshudVeliyev
@MurshudVeliyev 2 года назад
Xeyir
@No_Name889
@No_Name889 2 года назад
Men bele yerleri sevmirem
@elseverbaxisov5281
@elseverbaxisov5281 4 года назад
Ela
@ulviyyimanl4641
@ulviyyimanl4641 2 года назад
Salam.Covid pasportu istəyirlər?
@MurshudVeliyev
@MurshudVeliyev 2 года назад
Xeyir
@ulviyyimanl4641
@ulviyyimanl4641 2 года назад
Çox saq olun
@faridmaharramov7594
@faridmaharramov7594 4 года назад
Ela
@arzuhuseyinov
@arzuhuseyinov 4 года назад
Ela
Далее
BizimTeref - Emircan Kendi
13:32
Просмотров 1,8 тыс.
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
Просмотров 6 млн
HARA GEDƏK ? - MƏRDƏKAN DENDRARİSİ #13
7:02
Просмотров 24 тыс.
Bizim Teref "Pirallahi" rayonu
25:29
Просмотров 26 тыс.
Out Of Focus Live | 19 July 2024
32:40
Просмотров 43 тыс.
BOTANİKA BAĞINI GƏZDİK (NƏBATƏT BAĞI BAKI)
13:00
Şirin Serialı - 1.Bölüm
1:02:00
Просмотров 511 тыс.
Mərdəkan dendrariy
3:38
Просмотров 10 тыс.