Тёмный

Boşanmadan başqa qadınla evləndi, arvadı intihar etdi- Səxavətin ölümüdəki müəmma 

1000 Production
Подписаться 155 тыс.
Просмотров 112 тыс.
50% 1

O qarışıq illərin, 1990cı illərin əvvəllərinin haeay qışqırığında bir müəmma da nalə kimi Azərbaycanın üzərinə sərildi. O müəmma bü gün də davam edir, cəbhədə Azərbaycanlılara silah çatdırıb geri qayıdarkən qəzada ölən Səxavət Məmmədovun harayı...
Biri var idi, azad bir quş ikən cavan yaşında torpağa düşən xanəndə...
Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.
Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.
Səxavət çox gənc yaşında tanınıb sevildi. İlk dəfə radioda çıxış etdi və səhəri gün hamı ondan danışdı. Necə deyərlər, bir gecənin içində məşhurlaşdı.
Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.
Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.
Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.
Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.
İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etmirdilər. Lakin, övladlarının sözlərinə görə hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.
Dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verir və Səxavət Məmmədov o qəzada dünyasını dəyişir. 37 yaşında. Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir.
O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir: "Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan “Kamaz”ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Sonradan o “Kamaz” sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın".
Nikaraquada konsert verirmiş. Buzlu su da içib. Oxuyanda əcnəbilər dəhşətə gəliblər və gəlib boğazını yoxlayıblar ki, doğrudan da səs burdan çıxırmı. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.
Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.
Qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmir. Daha sonra kənd işğal olunur. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalır...
Yəqin ki, dünyada Səxavət Məmmədovun məzar daşı qədər torpağa həsrət ikinci daş yox idi. İndi isə sular durulub, bircə qalır, 30 illik həsrətə son qoymaq.

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 259   
@iradamammadova775
@iradamammadova775 2 года назад
Allah Təaladan Rəhmət diləyirəm. Nur içində yatsın. AMİN 🤲🤲🤲
@huseynxelilovcebrayilli9394
@huseynxelilovcebrayilli9394 2 года назад
Allah rəhmət eləsin böyük sənətkarimiza .Adi kimi özüdə Səxavətli idi ,məkani cənnət olsun Amin .
@nazrin27192
@nazrin27192 2 года назад
qardaşının şəklin qoyub Səxavətdən danışırsız ayıbdıe bir şəklin tapmadız sənətkarın ? Allah rəhmət eləsin .
@elcinhuseynov8153
@elcinhuseynov8153 2 года назад
Allah rehmet elesın gozel senetkarımıza mekanı cennet olsun
@mehmanb.1242
@mehmanb.1242 2 года назад
ALLAH RƏHMƏT ETSİN SƏXAVƏT MƏMMƏDOVa... O həqiqətəndə çox - çox səxavətli bir şəxsiyyət olub. Çalışdığı qədər kasıblara əl tutub, kasıb toylarını təmənnasız oxuyub... 💔🥀🥀
@vasifmdtov3357
@vasifmdtov3357 2 года назад
Allah rehmet elesin boyuk senetkarimiza
@cabbarahmedov9911
@cabbarahmedov9911 2 года назад
Allah rəhmət eləsin. Unudumaz səsi dinlədikcə insan nəfəs almağı unudur.
@trtrbylr6758
@trtrbylr6758 2 года назад
Allah rəhmət eləsin gözəl sənətkar idi
@AG-oi7ny
@AG-oi7ny 2 года назад
А гардаш Аллах рехмет елесин Сехавете, аз данышын да дейирсиз 2 чи арвады, 1 чиси о гадынын ады сехв елемиремсе Ентиге иди , Мингечевирде 5 мертебе варыйды орда о гадын Занбах ишлийирди , могазанын мудри, Сахаветде тез тез гелерди Мингечевире хемен гадынын йанына , йашылда бир 06 жигулиси варыйды рехметлийин,еле бели сахлыйырды о гадыны, да евлилик йох, сорадан 1 оглу олду, онан сонра гадын ишлемеди занбах, бу журналистлерде 2 чи арвады дейенде гулунч гелир мене бестирин да, онун Агдамда аилеси ушаглары варыйды, бестирин да арвады арвады салмысыз кок чамыша охшуйан арвад иди сахлыйырды кефин чекмек учун,
@ИлхамИсмаилов-р6м
@ИлхамИсмаилов-р6м 2 года назад
ALLAH RÀHMÀT ETSIN, RUHU WAD OLSUN !!!
@tunzale8621
@tunzale8621 2 года назад
Allah rehmet elesin 🤲
@tomitomi3573
@tomitomi3573 2 года назад
Kişilər əlinizdə pul olanda çaşmayın .Öz birinci ailenizi müqəddəs tutun .Aileleri üz üzə qoyub getməyin .Səxavət kimi.Indi görürsünüz ne qədər bərbad söz söhbət gedir .Əgər birinci ailesin sevib evlənmişdise 2 və ne gərək vardı? Təqsir kişilərdir.
@bunyaminkerimzade5168
@bunyaminkerimzade5168 2 года назад
Əvvəla şəkildə qoyduğunuz Firuz müəllimdi Səxavət yox. Ikincisi Şəhriyar qanuni birinci yoldaşından olan övladıdı sonra dan peyda olan nedi ? Üçüncudeki heç kim intihar zad elemiyib ağlınıza gələni danismiyin.
@saraorucova5367
@saraorucova5367 2 года назад
Səxavət Məmmədova Allah rəhmət eləsin çox gözəl oxuyurdu.
@zulfiyyekerimova4332
@zulfiyyekerimova4332 10 месяцев назад
adi kimide var idi can qardas seni usaq vaxtimda lap yaxından gördum kend toyunda 😢😢😢hryf senden 😢😢😢😢mekanin cennet olsun gözel insan 😢😢😢😢😢😢😢
@gulzarbaku8395
@gulzarbaku8395 2 года назад
Allah rəhmət etsin🤲
@hqiqtorucova4613
@hqiqtorucova4613 2 года назад
ALLAH RƏHMƏT ELƏSİN.SƏXAVƏT MƏMMƏDOV ÇOX YAXŞI İNSAN İDİ.OXUMAĞI DAVRANIŞI İNSANLIĞI ÇOX GÖZƏL HƏRƏKƏTLƏRİ İLƏ DİQQƏT MƏRKƏZİNDƏDİR.SƏXAVƏT MƏMMƏDOVUN SƏSİ ONU TANIYANLA RIN YADINDAN ÇIXMAYACAC..ALLAH RƏHMƏT ELƏSİN.
@reyhanenezereliyeva8427
@reyhanenezereliyeva8427 2 года назад
Allah rəhmət eləsin.Unudulmaz sənətkarın məkanı cənnət olsun.
@nazimmammadov425
@nazimmammadov425 2 года назад
Utanmırsınız ? başlığa ,,arvadı intihar etdi " yazırsınız, danışanda 2 ci arvadı 2 dəfə intihar etmək istəyib deyirsiniz. Səxavət Məmmədovun mərifəti qanacağı xasiyyəti sənətindən üstün olub. Mərifətiniz qanacağınız olsun başlığı dəyişin.
@cavidbs776
@cavidbs776 2 года назад
Bele insanlar onu qanmaz
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
Cox gereksiz basliqlar yazilir baxilsin deye Onsuz da senetmara deyer veren haqqindaki verilise baxacaq Lazimsiz cumleler lazim deyil amma basa dusmurler.Metnde de duzgun olmayan ve sayie xarakterli melumat coxdu
@nazakatalakbarova6038
@nazakatalakbarova6038 2 года назад
Mekani cennet olsun
@KamilKerimov
@KamilKerimov 2 года назад
Kapak fotoqrafındakı qardaşı Firuzdu,Səxavət yox.
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
Bu firuz oxuyanda eseb oluram Sexaveti yamsiliyir pis cixir
@mirserifkazimov674
@mirserifkazimov674 2 года назад
Allah rehmet elesin Ruhunuz şad olsun.Amin Xatirelerde yaşayaqdir iller òtsede. Sizlerde çox saqolun paylaşdiniz 25 08 2022
@MilaMila-ru6ne
@MilaMila-ru6ne Год назад
Bravo İNSAN TALELERİNE O GEDER EHTİYATLA DOGRU YANASIRSINIZ DOGURDANDA BİLMEDİLERİMİZİ ÖYRENİRİK👍✌️👏👏👏👏👏👏👏🌹🌹🌹🌹
@sevilia.m.1078
@sevilia.m.1078 2 года назад
Yaxın keçmişdə olan məlumatları da düzgün çatdıra bilmirsiniz Qoyduğunuz şəkildə qardaşı Feruzdur.
@nurcahan6353
@nurcahan6353 2 года назад
Düzdür 👍
@ТунзалаМахмудова
@ТунзалаМахмудова 2 года назад
Аллаьреьмет етсин.Боюук сенеткара.чо саг олун яда салдыгыныза коре
@smayazizova5577
@smayazizova5577 2 года назад
Səhv informasiyanı oldugu üçün bu verilişi bəyənmədim.
@ultronpinocco3658
@ultronpinocco3658 2 года назад
Butun ev yixan qadinlar bilsin ki, hec vaxt xosbext olmayacaqlar, xalxin qanuni erini elinden alib daha niye intihara cehd edirdi, meger bilmirdi dvli kisi ile yasayirdi?
@ahmedmamedov5491
@ahmedmamedov5491 2 года назад
Allah Rəhmət eləsin.Böyük sənətkar idi...
@cavidbs776
@cavidbs776 2 года назад
Allah belasin versin kim suiqəsd edibse
@meridian2425
@meridian2425 2 года назад
Lap başlığda qoyduğunuz şəkil daha cox qardaşı Feyruza oxşayır.Amma sonra gələn şəkil artıq Səxavətin özüdür.Nəzərə alasınız...
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 2 года назад
elədirki var təzə təzə bu veriliş maraqlı idi indi isə kiminsə sifarişi ilə bəraət xarakterli olur
@BRAWLSTARS-jl6ue
@BRAWLSTARS-jl6ue 2 года назад
Səhv salırsınız Şəhriyar 1 ci yoldaşındandır
@tuqaysdullayeva2549
@tuqaysdullayeva2549 2 года назад
Məncə, birinci şəkil Səxavətin qardaşınındır.
@mehmanb.1242
@mehmanb.1242 2 года назад
Bəli, Firuzun şəklidir, nədən belə qoyulub, çox maraqlıdır🤷‍♂️
@Айбениз-щ9и
@Айбениз-щ9и 2 года назад
Duzdu Cawb Qardawnn wekilini Qoyublar yada bilerekden Qoyublar
@aybenizqehremanova6606
@aybenizqehremanova6606 2 года назад
Şəhriyar qanuni oğludur Binəqədidə qonşu idik
@BakuTelecom-q3h
@BakuTelecom-q3h Год назад
Allah rehmet elesun valla inanun yegane xanendedi ki sesinin ewidende ixtiyarsiz agliyiram
@errorexe1313
@errorexe1313 Год назад
Меканы ченнет олсн Гозел Сенеткарымызн 🙏❤
@tomristuran2345
@tomristuran2345 2 года назад
Atası öləndə o uşağın 4-5 yaşı vardı. Qarabağa Yardım cəmiyyətində gördüm. AZİİ-min yanındakı binada
@musigelisefaqasimov6402
@musigelisefaqasimov6402 2 года назад
Allah rehmət eləsin gözəl sənətkari.Azad bir quşdum mahnisi Əfəsiyab Bədəlbəyli yo,dramaturq şair Cəfər Cabbarliya məxsusdu
@ruhengizhaciyeva1683
@ruhengizhaciyeva1683 2 года назад
Sozleri C. Cabbarlinin, musiqisi Efrasiyab Bedelbeylinindir
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
Beli bunu men de yazdim Cefer Cabbarlinin adini unutdugum eserindeki mahnidi
@azeriazeri2308
@azeriazeri2308 2 года назад
@@gulnarcavadova1033 Bu aparici niyə dəqiq məlumat vermir.Mahnini yazani 1 ci bəsdələyənidə 2 deməlidir.Sözləri kimindir hec demir
@Albob.1442
@Albob.1442 2 года назад
АЛЛАХ РЭХМЭТ ЭЛЭСИН.🥀😪
@sonaxanim4943
@sonaxanim4943 2 года назад
Şekildeki gardaşıdır axı😡
@srqiyymustafayeva1338
@srqiyymustafayeva1338 2 года назад
DENƏN Kİ ŞƏRƏFSİZİN BİRİ OLUB FƏRƏHNƏNDƏ DEYİRLƏR GƏLİN GƏTİRƏNDƏN SONRA EBƏ GEDİB MƏNDƏ ONUÑ MUSİQİSİNİ SEVİRDİM ŞONRÀDAN ZƏHLƏM GETDİ
@cavidbs776
@cavidbs776 2 года назад
Allah agil versin onu tanisaydiniz bilerdiniz ki nece ogul itirib bu veten,bu xalqin derdine yanan cetin tapasiz indi,o ses,o insan birde gelmeyecek
@sevincaliyeva4438
@sevincaliyeva4438 2 года назад
Heyatinda ne olur olsun,en cox sevilen senetkar.Oglum duz deyir ki,Azerbaycan geriye gedir musiqi baximindan, kecmiwde daha gozel sesler var idi,indi yoxdur.
@gulnaramurtuzova2704
@gulnaramurtuzova2704 2 года назад
Mirelem Kamile xalq ulduzlari indi daha coxdu saymaqnan qurtarmir.
@kera-ve1vv355
@kera-ve1vv355 2 года назад
Ай геhбе кеде сене не кириб чыханы ким нече дефе неча евлениб киминсе архивине бурнуну нийе сохурсан??? Сен чох алчаг кедесен ону бил.
@ravanmursalov786
@ravanmursalov786 2 года назад
Sevgilisi ingilis dili müəlliməsi olub amma bu həqiqətdir.
@kera-ve1vv355
@kera-ve1vv355 2 года назад
@@ravanmursalov786 Не дехли вар ее бу инсан дунйасыны дейишиб ве халгын козунде гелбинде евезсиз (шехсен бири мен) сенеткар кими йер салыб нейе лазымдыр ки дунйасыны дейишмиш бир сенеткарын шехси hейатыны ачыб ортайа токмек олмаз ахы гердешим.
@rxsndagabyova6681
@rxsndagabyova6681 2 года назад
Əla dedin
@lacinabbasova7978
@lacinabbasova7978 2 года назад
Neteri yardim edib arvadi usaxiacindan olurdu arvadi usagi olaola basqa arvad alib yalan deyirler birinci arvad usagina baxmayib onlarin qargisina duzdu
@AnarBayramov32
@AnarBayramov32 Год назад
unudulmaz insan unudulmaz səs SƏXAVƏTLİ SƏXAVƏT AĞDAM GÜLABLI biz qayıtdıq sənin yatdığın torpağa məzarını ziyarət erdik məkanın cənnət olsun VƏTƏNPƏRVƏR oğul 2023
@lalabakhshiyeva5898
@lalabakhshiyeva5898 2 года назад
Nece yani her iki xanimina diqqet yetirib,yaxshi baxib ? Birinci qadinin ne hissler kecirtdiyini ne bilirsinz ki? Yaziq qadinlar,,,,, her tehqire,zulme dozurler,,,,
@melahetceferova4437
@melahetceferova4437 2 года назад
Ikinci entige adli bir gadin idi bir binada yasamisig
@dina_rblx4796
@dina_rblx4796 2 года назад
1-ci yoldaşı çox əzablar çəkirdi. Mən onun qohumu ilə Kirov qəsəbəsində qonşu olmuşam. 2-ci ilə qeyri qanuni yaşayırdı. Öləndədə deyirdilərki, yoldaşının ahı tutdu onu.
@lalabakhshiyeva5898
@lalabakhshiyeva5898 2 года назад
1ci xanimin kim olduqunu bilmirem, sadece qadin olduqum ucun onu basha dushurem,,,bezen kishiler boshandiqdan sonra ailesine yardim edende , deyirler, yaxshi kishidir, her ikisine yaxshi baxir,,,,, ne lazimdir ki? Yemeyi,pulu,evi her sheyini temin edir deee,,,, sanki, qadinlar acindan-susundan, yalavac gezmekden bezib ere gedirler,,,,, eslinde qadini alib, yari yolda ( oz keyfi xatirine ) buraxmaq hec kishilikden deyil. Sonra da deyirler ki, filankesin xanimi boshanandan sonra bashqasi ile yashadi! Bes ne etsin? O da insandir ,onun da ureyi var daaaa. Meger her shey yeyib-icmekle,geyimle hell olunur? Heyat yodashi ne ucundur? Alib-aldatmaqcun ?
@sefevi.6219
@sefevi.6219 2 года назад
@@lalabakhshiyeva5898 tamamilə haqlısız. Amma onu deyim ki, ahları yerdə də qalmır.
@zeynebsadigova494
@zeynebsadigova494 2 года назад
@@lalabakhshiyeva5898 ay size qurban tamamlile doqru yazmlslz bir sözle biz Azerbaycan qadlnlarlnln bexti cox az az getirir sora da deyillet qadlnsan otur uşaqlarlva sahib clx sene bu yaşdan sora er lazlmdl?
@azerveliyev8914
@azerveliyev8914 2 года назад
Üz qabığa qoyduğunuz Səxavətin şəkli deyil Firuzun şəkıidir
@Джалилов-з3ы
@Джалилов-з3ы 2 года назад
2 dəfə vidyonuzu baxdim başliqdan yazdiğiniz sözdən bir kəlmədə demədiniz.Kim intihar etdi kim öldü nəysə Allah səntkəra rəhmət eləsin.
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
A bala toydan qayidanda olub hadise Ne silah?
@sevilabdullaeva1369
@sevilabdullaeva1369 Год назад
SEXAVETIN sesi ALLAH vergisi idi mekanı cennet olsun
@aygunbafadarova7682
@aygunbafadarova7682 2 года назад
Aynen öyle olub
@vagifhuseynov5468
@vagifhuseynov5468 2 года назад
сен билдийиниде данышырсвн билмедийиниде ремиз hаггында даышма
@sevinckederi4496
@sevinckederi4496 2 года назад
Gözəl sənətkar ancaq yazlrslz ki yoldaşl .intahar edib bununnecə başa düşək..
@almazmustafayeva9294
@almazmustafayeva9294 2 года назад
Etdiyi yardlmlarln qurbanl olub səxavət
@serdaramin1910
@serdaramin1910 2 года назад
*******
@nurcahan6353
@nurcahan6353 2 года назад
90-cı ilin 20-Yanvarında B.Vahabzadə Yazdı ki, -Bizdən yığışdırıb quş tüfəngini, erməninin topunu görmür.... Mərhum haradan silah alıb aparırdı? Ölüm insanı həmişə yandırır, deyin ki, gözəl xanəndə idi, Qəhrəmanı deyildi....👍
@qelbimislam90
@qelbimislam90 2 года назад
Aalcaag
@tauzmaharramova7533
@tauzmaharramova7533 2 года назад
Kiminsə haqqında verliş hazırlayanda düzğün araşdırın.Şəhriyar birinci həyat yoldaşındandı rəsmi nikahlı.Bəxtiyarla Orxan qeyri rəsmi saxladığı qadındandı.Səxavət nə qədər ğözəl bir sənətçi olsada adına yaraşmayan bir səhv etmişdi.Şəhriyar peyda olunmayıb qanunu oğludu.
@samitsait5922
@samitsait5922 2 года назад
Azərbaycan musiqi tarixində eşibənzəri olmayan 3 səs var ki biri Qədir Rüstəmov biri Səxavət Məmmədov biri Könül Xasıyeva ... Bu səsıər həqiqətən İLAHİNİN sanki diqqətlə yaratdığı səslərdi ki adamı ovsunlayır Mən eşitdim ki o vaxt həqiqətən o kamaz Səxavət bəyi neçə gün izləyib Nəhayət vurub Ovaxt dedilərki suiqəsddir Yenə də düzünü ALLAH bilir ALLAH rəhmət eləsin məzarı nura qərq olsun Hamının səhvi olur ...
@dhnsjshjsdhhdhsjsjd5630
@dhnsjshjsdhhdhsjsjd5630 2 года назад
Bextiyar heqiqeten 2- nigahdan olandir.
@nurcahan6353
@nurcahan6353 2 года назад
Mən bilən toydan gələndə qəzaya düşmüşdü.....
@LaləMemmedli-q1g
@LaləMemmedli-q1g 9 месяцев назад
Tamamilə doğru! Səxavət Məmmədov insan kimi, sənətkar kimi də çox gözəl insan olub!Ancaq,evli ola-ola,başqa arvadla "münasibət"qurması ona yaraşmayan bir hərəkət idi(((((:
@suleymanilyasov5702
@suleymanilyasov5702 2 года назад
Allah rəhmət eləsin . Qəbri nurla dolsun . Dəryalar qədər dolu , əsrarəngiz səsə malik , əvəzolunmaz bir sənətkar idi . Bəzi toylarda elə oxuyurdu ki , səhərin açılmasından heç kəsin xəbəri olmurdu
@hqiqtorucova4613
@hqiqtorucova4613 2 года назад
SULEYMAN İLYASOV ÇOX SAĞ OLUN .SƏXAVƏT MÜƏLLİMƏ ÇOX YAXŞI DƏYƏR VERDİNİZ SAĞ OLUN.
@elihuseynov87
@elihuseynov87 2 года назад
Аллах рахмат еласин маканы чаннат олсун
@tamillaqadirli879
@tamillaqadirli879 2 года назад
Yeri behişt olsun sənətkarımızın!!
@seidesireliyeva8584
@seidesireliyeva8584 2 года назад
ALLAH rəhmət eləsin. sizədə təşəkkür edirəm ki,onun xeyirxah əməlləri haqqında məlumat verdiniz.
@akifncfli
@akifncfli 2 года назад
Verilişi hazırlayanda məlumat toplayın.Səhriyar rəsmi nigahindan olan oğludur.İkinci qeyri-rəsmi evliliyi Bəxtiyarın anasıyla olub.Basliği dəyişin,bu Səxavətə qarşı hörmətsizlikdir,olmayan informasiyanı verməyin
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 2 года назад
Burada hörmətsizlik deyə bir şey yoxdur. Bəxtiyarın da kim olduğunu hamı bilir.Ta uşaq vaxtından tv lərə çıxan bu uşaqı hamı Səxavətin oğlu kimi tanıyıb.Onun da ikinci qadından olduğunu hamı bilirdi...Amma ailədə belə hərəkətə qarşı etiraz etmək də təbii haldır..niyə də olmasın.Qadınların çoxu belə şeyi qəbul etmir.
@sefevi.6219
@sefevi.6219 2 года назад
@@vtnimazrbaycan5083 Nədi, ikincidən olanlar göz işıgı olur, eləmi? Bəs birincilər?Danışana elə məlumat veriblər ki, sanki ikinci evlilikdən Şəhriyarmış, birincidən. Bəxtiyar Bildik də, Bəxtiyarın bəxti gətirib onunkusa yox. Axirətdə hər birinin sorgu sualı olacaq. Birinci qadınlarını, uşaqlarını üzüstə buraxan kişilərin.
@sevincquliyeva5533
@sevincquliyeva5533 2 года назад
Wehriyar musiqi mektedinde oxuyudu Onun yoldawi ile orda taniw olduq Orda bildim ki onun arvadidi Biz Bextiyarin anasin bilirdik Qizi da vardi
@adsoyad3069
@adsoyad3069 2 года назад
Ruhun şad olsun, gözəl sənətkar Heyifff Səxavətdən.
@qaniyevnariman4894
@qaniyevnariman4894 2 года назад
Allah rəhmət eləsin. Ruhu şad olsun.
@xanacc4000
@xanacc4000 2 года назад
😪😪😪Yaxşıları yaşatmazlar... Ruhu şad olsun...
@vaska3538
@vaska3538 2 года назад
Səxavətin qanunu nikahdan bir oğlu və bir qızı olub.Sonradan niyə çıxıb?İkinci arvaddan isə iki oğlu var.
@melahetceferova4437
@melahetceferova4437 2 года назад
Dogrudur ikinci gadin yasamalda bizimle gonsu olub bir binada yasamisig. Ve bildiyime gore sexavetin bir nikahi olub oda birinci xanimiyla .
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
O ele ikinci arvaddan olan ogluydu Ele danisdi ele bil Mozambikden kimse gelib deyib ogluyam
@vaska3538
@vaska3538 2 года назад
@@gulnarcavadova1033 İkinci arvaddan olan oğlu Bəxtiyarla səhv etmirəmsə adı Orxandır.Əsil arvadından olan isə Sədaqət və Şəhriyardır.Tanıdığımız ailədir.
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
@@vaska3538 Bextiyar 1 ci arvaddan deyil? He onda men efirde gorduyum 2 ci arvadiymis? Bextiyarin anasi
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 2 года назад
@@gulnarcavadova1033 Bəxtiyar uşaq vaxtından tv lərdədir...ikinci qadından olan oğlu.
@amirqarayev9257
@amirqarayev9257 2 года назад
Şəhriyar birinci nigahdan olan ogludu Bəxtiyar ikinci nigahdan olan ogdudu məlumatı dəqiqləşdir sonra danışın
@ayselhuseynli5167
@ayselhuseynli5167 2 года назад
Səsinə də özünə də heyran idik ,sonra da həsrət qaldıq.Cənnətdəki məkanında nurlar içində yat,herin behişt ,məkanın cənnət olsun,özü də adı qədər səxavətli insan!
@nusabetagiyeve6600
@nusabetagiyeve6600 2 года назад
Qoresen dünyaya bir de qele bilermi Səxavət ve Saxavet sesi deylen qöre ölümü de müəmmalı Bu qözel təkrar olunmayan sesi dünya möcüzəsi Qarabaq sesi dünyaya səs salan ses
@sefevi.6219
@sefevi.6219 Год назад
Ay xanım, bu şəkil rəhmətlik Səxavətdi, qardaşı deyil.
@whiteman7085
@whiteman7085 2 года назад
Başlığa görə sizə ayıb olsun Pul qazanmaq üçün hələ çox yollar axtarmalisiniz
@sevincaghayeva6146
@sevincaghayeva6146 2 года назад
Şəhriyar və bacısı Rəhmətliyin qanuni nigahından övladları idi
@nuranenuran9224
@nuranenuran9224 2 года назад
Senetkar Arif babayevin müsahibelerinde eşitdim ki, Şəhriyar birinci evliliyinden olan oğludur heyatını gözel bilirem senetkarın evvel qohumumla eyni mehellede yaşayıb birinci xanımı cenub zonasındandı bir qızları oldu ondan sora ikinci xanımından bir oğlu oldu sora birinci evliliyinden 1988 ci ilde Şehriyarı oldu sora ikinci evliliyinden Orxan adlı oğlu oldu o adı da Türk müğennisi Nuşerref Akay verib o oğluna sef etmiremse o xanım verib senetkarla evlerine gedib gedişi olub birinci xanımını da özü sevib alıb ne ise ALLAH rehmet etsin gözel jnsan ve gözel senakar olub
@karalione6388
@karalione6388 2 года назад
Allah rəhmət eləsin böyük insandı bu insana su qesd olub düzdü qarbağa silap alıb aparırdı
@ilkinmustafa4796
@ilkinmustafa4796 2 года назад
Ruhu şad olsun!
@mehribanhasanova2396
@mehribanhasanova2396 2 года назад
Allah rehmet elesin gozel senetkarimiza... Ele bir senetkar Azerbaycana bir de ne vaxt gelecek bilmirik...Azad bir qus olub ucub getdi..Ruhu sad olsun...
@arzularim...641
@arzularim...641 2 года назад
Məkanı cənnət olsun
@user88815
@user88815 2 года назад
Allah rehmet elesın Ruhu wad olsun Amın
@sema13326
@sema13326 2 года назад
Birdəfə evlənər əsil kişi ailəsi ola ola başqası ilə evlənmək nə demək niyə ailəni alçaldırsan başqa qadının yanında belələrini çox yaşamır qurban olduğum allahım
@sefevi.6219
@sefevi.6219 2 года назад
Eynən mənim atam kimi. Sonrakı ailəsiylə xoşbəxt olmadı. Eynən Səxavətin, Eyvaz Həsənovun taleyini yaşadı. Maşın qəzası.😔
@zeynebsadigova494
@zeynebsadigova494 2 года назад
@@sefevi.6219 Onda Terane xanlm Eyvaz müellimin 2 ci xanlml idi?
@sefevi.6219
@sefevi.6219 2 года назад
@@zeynebsadigova494 bəli, 2 ci xanımı olub.
@nurcahan6353
@nurcahan6353 2 года назад
@@zeynebsadigova494 Bütün dolğun məlumatlar sizdədi, siz bir veriliş açın,baxaq, Səfəvilər İmperiyasının nümayəndəsi 👍🌹
@nurcahan6353
@nurcahan6353 2 года назад
@@sefevi.6219 Sizə yazmışdım.😘
@naidazulfuqarova928
@naidazulfuqarova928 2 года назад
BİRİNCİ XANIMIN ACILARI BELƏ ƏVƏZLƏNDİ....
@zaurz7411
@zaurz7411 2 года назад
Salam aleykum hər birinizə söhbət kimnən gedir kimin şəkli qoyulub ALLAH rəhmət eləsin heç kim heç nədən sığortalanmyıb ailə də ki hamı bir xasiyətdə olmur ki deyəsən birinin tutduğu yolla getsinlər iradəsiz dözümsüz olanda sonu boşanmayla nəticələnir (hər iki tərəfə aiddi)
@BRAWLSTARS-jl6ue
@BRAWLSTARS-jl6ue 2 года назад
Allah rəhmət etsin Səxavət Məmmədovun 15 yaşı olardı Binəqədi Mədəniyyət evində konsert var idi orada oxuyurdu bizdə o yaşda idik başqa məşğələyə gedirdik dərsdən icazə alıb ona qulaq asmağa getdik həqiqətəndə gözəl səsi var idi Şəfəq xanımda o mədəniyyət evinə gəlirdi gözəl hamının diqqətini özünə cəlb edən bəlkədə dünya gözəli idi onlar evləndilər hətta mən o toya özümdə getdim Zümrüd Məmmədova iştirak edirdi bu verilişə baxanda çox təəcübləndim ki kaş onun 1 yoldaşını dindirərdiz onun 1 qızı 1 oğlu var 1 yoldaşından namusla əziyyətlə o uşaqlarını böyütdü xəstəlik tapdı heyf Şəfəq xanımdan
@sefevi.6219
@sefevi.6219 2 года назад
Hec vaxt birinci yoldaşları və ondan gogulan övladlar yada düşmür. Hətta o kişilər özləri də danışanda ancaq sonunculardan danışarlar. Amma o birincilərin ah naləsi gec tez onları tutur.
@tomitomi3573
@tomitomi3573 2 года назад
He doğru deyirsiniz .Birincilər hər şeyə dözür .2 cilər göbələk kimi üzə çıxır ne ise tələb edir .Utanmazlar .
@tomitomi3573
@tomitomi3573 2 года назад
Təqsir elə rehmetlikde olubki? Birincini sevib almisdinsa ikinciyə ne gərək vardı.Esl kişi öz ailəsini möhkəm saxlayandir .Gündə birini dəyişən deyil.Allah birinci sevdiyi ailəsini qorusun
@letifeisgenderova7348
@letifeisgenderova7348 2 года назад
@@sefevi.6219 duz deyirsiz Vaqif Mistafazadədə oldugu kimi bironci qizinin adinı cəkən yoxdur
@sefevi.6219
@sefevi.6219 2 года назад
@@letifeisgenderova7348 haqlısınız. Vaqifin Lalə adında qızı da var. O da gözəl pianocudu. Amma xalqımız tanıyırmı? Ancaa gürcü Elzadan olanı tanıdılar. Azərbaycanla da əlaqəni kəsdilər. Yaxşı oldu elə.Nankordular.
@elnursuleymanov5284
@elnursuleymanov5284 2 года назад
Утанмырсыныз яаздыгыныз башлыгдан аяыб олсун
@tomitomi3573
@tomitomi3573 2 года назад
Aparıcının danışığı hamının beynini qarışdırdı.Ya 1 ya 2 çi evliliyi.Rehmetlik 37 yaşda 2 evlilik .Bu hansı savaddan irəli gəlir?Uşaqların ne günahı var? Günah onları üz üstə buraxan atalardadir.Olub gedəndən sonra söz söhbət ne qədər.
@zahramammadova6487
@zahramammadova6487 2 года назад
Allah rəhmət eləsin! 🤲 P.S. Həyat yoldaşı ( arvad yox) intihar edib, yoxsa intihara cəhd? Siz peyda olan " oğlundan" sonra dərhal Qvatemala konsertinə keçdiniz. Söhbətin kimdən getdiyi bir qədər dolaşıq oldu. Nə isə... Sizə uğurlar!
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
Deyir ki ikinci arvad alir Tebiiki usaqi da olub Amma ele dsnisdi ki ele bil afrikadan oglan peyda olub deyib Sexavetin ogluyam Sexavetin ogluydu da Ikinci arvaddan usaq onunku sayilmir ?
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 2 года назад
Bəxtiyarın anasının qisas xarakterli təhqiridirdə
@sefevi.6219
@sefevi.6219 2 года назад
@@gulnarcavadova1033 ay xanım, ikinci arvaddan olan elə Bəxtiyardı də. Bu nəsə tərs məzhəb danışdı. Bircə onu bilirəm ki, ikinci arvaddan olan Bəxtiyardı. Demək Şəhriyar ondan böyükdü və birinci qanuni evliliyindəndi. Bunlarsa Bəxtiyarı qanuni evlilik kimi qələmə verdilər. Bravo.
@vasilakerimova6624
@vasilakerimova6624 2 года назад
Men Bextuyarln anasınıda tanıyıram. Razinde ""Diplomat"" kimi tanınan obyekti işledirdi. Sonra ""vino-vodocnı"deyilen topdan satış merkezi işledirdi. Bilmirem birinci ,ya ikinci heyat yoldaşı idi. O barede melumatım yoxdur. Bir defede toyda bir sufrede oturmuşduq. O nda hele işlemirdi. Cox oturmadı ,tezde durub getdi. Qeşeng,sade qadın idi. Men bele qadınları alqışlayıram. Uşaqlarını böyudub , yerbe-yer edib. Kucelere atmayıbki? Ona buna əl acmayıbki,yerde qalan neise ,onunla allah arasında olan haqq hesabdlr. Kimsenin buna haqqı yox. Artıq əskig sözler yaramaz.Bu onların heyatıdır. Her kes öz heyatını bir az əlleşdirse,icinden tarakan cıxar🤣🤣🤣ideal hec ne yoxdur❗❗❗
@sefevi.6219
@sefevi.6219 2 года назад
Birinci ailəsini elə Bəxtiyarın anasına dəyişib də rəhmətlik. Hər iki qadını da bədbəxt edir bu cür həyatlar.
@ФерганаБабашова
@ФерганаБабашова 2 года назад
Mekani cennet olsun!
@ГусейнАлиев-т7д
@ГусейнАлиев-т7д 2 года назад
Niye indi doğrular yalan yalanlar dogru kimi şerh edilir.Axı bu uzaq deyil yaxın keçmişdir.Bu hadiselerin canlı şahidleri hele heyatda yaşayırlar.Qulaq asıb ikrah hissi keçirirem.Şehriyar rehmetliyin birinci qanuni ailesinden olan ogludur.Bu qeder haqsızlıq olmaz.Niye sehv melumat verirler.Sexavet kimi xanendeye ismetli abırlı insana belə yalanlar yaraşmır.
@rxsndagabyova6681
@rxsndagabyova6681 2 года назад
Maraqlıdır, deməli, Bəxtiyar ikinci ailəsindən olan oğludur??
@mehmanb.1242
@mehmanb.1242 2 года назад
@@rxsndagabyova6681 Bəli... Amma çox yalan məlumat vermək ən azından haqsızlıqdır. Mən həmişə bu oğlanın verilişlərinə böyük maraqla baxıb və inanmışamda. Amma bu ailəni yaxından tanıdığıma görə nə qədər yalan məlumatların olduğunu gördüm. Ar olsun sizlərə belə yalan məlumatlar yaydığınıza görə...
@iraderesidova7811
@iraderesidova7811 2 года назад
Saxavet Memedovun Sesi diger mugennilerin sesinden ayrica secilirdi.Allah Rehmet etsin.Amin.Qebrin Nurla Dolsun. Amin.Amin.Amin.
@ismaylmustafayev8084
@ismaylmustafayev8084 2 года назад
S❤əsində bir yanqı, haray vardı, Ə❤lində muğamlar, ağlar qalardı, X❤alq səni çox sevib, alqışlayardı, A❤damı hər ifan, heyran, qoyardı. V❤axtsız gedişinlə, püç oldu aləm, Ə❤ləndi segaha, bir ayrıca qəm T❤əsəlli xatirən, bir də ötən dəm! Allah, sənə rəhmət eləsin, ay Səxavət. Mən muğam həvəskarıyam muğamı yaxşı bilirəm, muğam aləmində Səxavət Məmmədov kimi yanqılı, cazibəli oxuyan ikinci bir ifaçı görmədim. Mən muğamı Səxavətdə sevdim öyrəndim. Allah sənə rəhmət eləsin. Amin😢
@frdaghazade7975
@frdaghazade7975 2 года назад
Mekani cennet olsun ustadin. Qardawiin toyunu aparib. Cox yaxwi taniyiram ailesini.Wehriyar peyda olmayib oglum, o hem de qanuni ailesinden olan ogludu. Bineqedide yawayirlar. Herden gorurem Wehriyari torpagi sayi yawasin eyni atasidi. O intihar sohbeti yalandi oglum. Olmayan weyleri demek olmaz. O wekildeki Sexavet deyil qardawidi. Ugurlar size
@azeriazeri2308
@azeriazeri2308 2 года назад
Bəs dedikişəhriyar yuxu görüb gördüyü yuxudan bir ay sonra rəhmətə gedib.Mən inanmazdim ki bu aparici yalan məlimat vere.
@azeriazeri2308
@azeriazeri2308 2 года назад
Bəs aparici deyirki Oglu şəhriyar yuxu görüb ondan bir ay sonra rəhmıtə gedib? Mən cox pis oldum .Yazin görək hal hazirda Şəhriyar sagdimi?
@mehmanb.1242
@mehmanb.1242 2 года назад
@@azeriazeri2308 Xeyir, yuxunu rəhmətlik son səfəri zamanı İsraildə görmüşdü və çox təəssüf ki düzdə çıxdı... Bəli Şəhriyarda sağ salamat vardır. Allah rəhmət etsin onun o gözəl, böyük şəxsiyyətli atası Səxavət Məmmədova🤲 Aparıcının verdiyi çox məlumatları isə yanlışdır!!!
@azeriazeri2308
@azeriazeri2308 2 года назад
@@mehmanb.1242 Mən o aparicinin verdiyi məlumatlara inanirdim.Bu qədərdə yanlişdiq olarmi?O bunu bilə bilə edir ki layk yigib pul qazansin.İnsanlar pulu nə yol ilə qazanirlar bilmirəm.
@mehmanb.1242
@mehmanb.1242 2 года назад
@@azeriazeri2308 Bəli ancaq layk yığmağa görə nələrə əl atırlar.
@ilkinhsrt4970
@ilkinhsrt4970 2 года назад
Elə mərhum müğənnimiz dəfn olunanda ermənilər imkan vermirdilər atirmişlar
@zemfiraaliyeva3166
@zemfiraaliyeva3166 2 года назад
AILE SIX MEŞEYE BENZER..İCERİSİNDE.YOLUNU DA AZARSAN... MEHEBBETİNİ DE QAZANARSAN..GOZEL MUQENNİ MEKANİN CENNET OLSUN.
@ilahaaajjkkxhhhh
@ilahaaajjkkxhhhh 2 года назад
Allah rəhmət etsin təkrarsız səs
@mehmanb.1242
@mehmanb.1242 2 года назад
Başlıqda yanlışlıq var, düzəliş edin və heç kəsdə intihar etməyib!!!
@BRAWLSTARS-jl6ue
@BRAWLSTARS-jl6ue 2 года назад
Allah rəhmət etsin amma heyf Şəfəq xanımın gözəlliyindən
@nurcahan6353
@nurcahan6353 2 года назад
Salam, Şəfəq birinci xanımı idi, yoxsa ikinci? Zəhmət deyilsə yazın
@SamsungJ-bt2jk
@SamsungJ-bt2jk 2 года назад
Bes bu qeder yaxwllq eden bir insana allah niye qlydl haq budur edalet budu
@sehernazcavadova2152
@sehernazcavadova2152 2 года назад
Allah rəhmət eləsin. Allah günahlarını bağışlasın.Amin.
@letifemehtiyeva963
@letifemehtiyeva963 2 года назад
Allah rehmet eylesin.Səxavət Məmmədov 1986 - cl ildə qardaşlmln toy məclisinə öz ifacllarlynan gəlmişdir.təəbiki toya pul danlşlb gəlirdilər amma o qədərki pul ylğmlşdl toyda iştirak edənlərdən Atamla sövdələşdiyi pulu götūrmədi.yalnlz Anam onlara əl ūz dəsmall vermişdi xoşdarlna gəlmişdi istədilər Anamda verdi.halal xoşdarl .Allah məkanln cənnət eyləsin ballarlna ömur versin.gözəl sənətkar Siz hər zaman urəklərdəsiniz .
@sweetbaby8084
@sweetbaby8084 2 года назад
SEXAVET MEMMEDOVUDA. NUSRET KESENENLINIDE NIZAMI REMZINIDE CEYHUN MIRZEYEVIDE HEYDER ELIYEV OLDURTMUS BIZ BUNU GEC BILDIK
@tomwilson4495
@tomwilson4495 2 года назад
Sexavetin qardaşinin şeklini qoymusunuz oz şeklinin yerine Allah rehmet elesin boyuk senetkari
@telmanismayiov8217
@telmanismayiov8217 2 года назад
Яалан-дедин-тоядан-келенде-олуб
@vusale8359
@vusale8359 2 года назад
niye yalandan melumat verirsiz axi.1.ailesi Sherhriyarin anasidir.ilk ovladi qizdir.Shehriyardanda Bextiyardanda boyukdu
Далее
Самая сложная маска…
00:32
Просмотров 1,2 млн
КАК БОМЖУ ЗАРАБОТАТЬ НА ТАЧКУ
1:36:32
Səxavət Məmmədov - Ey təbibim (Nə qaldı)
13:09
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Просмотров 240 тыс.