#BirBax #öskürək #boğazağrısı #bəlğəm
#кашель #sağlamlıq #azerbaycan #xalqtəbabəti
#herbaflora
Öskürəkdən sürətlə qurtulun!
Havalar soyumağa başlayanda orqanizmdə bəzi mənfi dəyişikliklər meydana gəlir. Boğazda, sinədə ağrı, öskürək, keçməyən bəlğəm uşaqdan tutmuş böyüyə qədər hamını narahat edir. Əksər insan belə halla qarşılaşan zaman aptekə qaçıb, müxtəlif tərkibli kimyəvi dərmanlar almaq istəyir. Bəziləri isə əksinə, nənə-babaların tövsiyə etdiyi xilas yolları haqqında düşünür. Bəli, bu gün sizə xalq təbabətində istifadə edilən nənə-babalarımızın 10 tövsiyəsini təqdim edəcəm. Diqqətiniz məndə olsun.
1. Tut bəhməzi. “Uşağın öskürəyini nə ilə kəsə bilərəm?” sualı ilə qarşı-qarşıya qalan analar, tut bəhməzini evinizdən əksik etməyin. Boğazı yumşaldan tut bəhməzi vitamin mənbəyi kimi, orqanizmin sürətlə möhkəmlənməsini təmin edir. Həmçinin, tənəffüs yollarını təmizləyir, nəticədə, uşaqlar rahat nəfəs alır;
2. Qara istiot və bal. Hər evdə mütləq bal da, istiot da olur. 1 xörək qaşığı balın üzərinə bir neçə çimdik istiot səpin. Hər səhər acqarına bu qarışımı qəbul edin. Quru öskürəyi kəsir, bəlğəmli öskürəyi xəfiflədir;
3. Zəncəfil və limon. Öskürək zamanı köməyə çatan bitkilər arasında zəncəfil ən məşhurudur. Mövsümi xəstəlik zamanı limonla birləşən zəncəfil orqanizmin xilaskarına çevrilir. “Covid-19” pandemiyası zamanı həkimlərin zəncəfildən necə ürəklə danışdığının şahidi olduq. İmmuniteti gücləndirən toz zəncəfili isti içkilərə-çaya, südə 1 çimdik əlavə edə bilərsiniz, yaxud zəncəfil kökündən 1 dilim kəsib yeyə bilərsiniz. Zəncəfillə limon suyunu qarışdırıb içərək mövsümi xəstəlikdən sürətlə sağalmaq şansınız var;
4. Ballı, limonlu ilıq su. 1 stəkan ilıq suyun içinə 1 limonun suyunu sıxın. Üzərinə 1 xörək qaşığı duru bal əlavə edin. Yaxşı-yaxşı qarışdırın. Qarışımı bir-iki udumda için. Bəlğəmi təmizləyən, boğazı rahatlayan ballı, limonlu ilıq suyu günün istənilən vaxtında içə bilərsiniz. Quru öskürək varsa, gecə yatmamışdan qabaq içilməsi daha yaxşıdır;
5. Qara turp və bal. “Öskürək və boğaz ağrısı zamanı nə edək?” -deyirsinizsə, bazara gedin. Qara turp alın, qəşəng yuyun, sonra başını azacıq kəsin, içinə doğru dəlik açın. İçərisi boru şəklində açılmış turpu bir şüşə qabın üstünə yerləşdirin. Bu dəlikdən bal tökün. Süzülən bal turpun tərkibindəki minerallarla zənginləşərək aşağı süzüləcək. Məhz bu balı qəbul edin. Öskürəyə səbəb olan bakteriyaları və virusları orqanizmdən atacaq;
6. Üzüm bəhməzi. Öskürəyin sağalmasına, bəlğəmin tökülməsinə kömək edən təbii vasitələrdən biri də üzüm bəhməzidir. İstəsəniz, hər səhər uşaqlara acqarına 1 çay qaşığı üzüm bəhməzi verə bilərsiniz. Yetkin insanlar isə səhər yeməyində mütləq üzüm bəhməzi qəbul etməlidirlər. Gün ərzində rahat-rahat nəfəs almaq üçün 3 saatdan bir 2 çay qaşığı üzüm bəhməzi için;
7. Ananas suyu. Öskürəyə təbii həll yolu axtardığınızda ananas suyunu da yada salın. Tərkibində bolluca vitamin və antioksidant olan ananas suyu bu hünəri sayəsində tənəffüs yollarını rahatladır. Daha effektiv nəticə əldə etmək üçün ananas suyunun üzərinə toz zəncəfil də əlavə edə bilərsiniz;
8. İstiot çayı. Əsrlərdir bəşəriyyətin faydalarından yararlandığı qara istiot çayı öskürək zamanı köməyə çatan vasitələrdəndir. Üyüdülməmiş qara istiot dənələrini qaynar suda dəmləyin. 9. Sonra süzün və için. İstiot çayını gündə 2 dəfə qəbul edin. Acılığı sizi narahat edirsə, çaya 1 dilim limon, yaxud 1 çay qaşığı bal əlavə edə bilərsiniz. Soyuqdəymə, boğazda quruluq, bəlğəmli öskürək zamanı qara istiot çayını nizamlı şəkildə için;
9. Evkalipt yağı. Bəzi mütəxəssislər hər mövsüm dəyişikliyində evkalipt yağından danışır. Çünki hava dəyişərkən yaranan öskürəyin bitki mənşəli həll yollarından biri də evkalipt yağıdır. Tənəffüs yollarının təmizlənməsi, nəfəsin nizamlanması üçün effektiv vasitələrdəndir. Bitməyən öskürəyə tutulmusunuzsa, otağınıza, yastığınıza evkalipt yağı damlada bilərsiniz. Beləcə, daha rahat nəfəs alarsınız;
10. Cökə çiçəyi çayı. Şəfalı xüsusiyyəti ilə məşhur olan cökə çiçəyi çayı pandemiyadan sonra daha da şöhrət qazandı. Öskürəyin sonuna çıxmaq üçün gün ərzində bir neçə fincan cökə çiçəyi çayı için. Bu çay bəlğəmin təmizlənməsini sürətləndirir, quru öskürəyi də yox edir. Dadını bəyənməyənlər fincana 1 çay qaşığı bal, yaxud 1 dilim limon da qata bilərlər;
6 окт 2024