Тёмный

Bu bazara yolunuz düşsə, ehtiyatlı olun - APA TV 

APA TV
Подписаться 348 тыс.
Просмотров 51 тыс.
50% 1

#APATV #zaqatala #zaqatalabazarı #problemliyol #qanunsuzticarət #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Bu bazara yolunuz düşsə ehtiyatlı olun - APA TV
Bu yol Zaqatalanın bazar yoludur. Zaqatala bazarı Tala çayının sağ, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobili yolunun isə sol sahilində, Zaqatala şəhərinin girişində yerləşir. Amma ilk baxışdan buranın bazar yoxsa avtomobil yolu olduğunu ayırd etmək çətindir.
Çünki, bazarın tən ortasından avtomobillər keçir. Ardı-arası kəsilməyən maşın karvanı alıcılar üçün tək narahatlıq yox, həm də təhlükə yaradır.
Sakinlər deyir ki, bilmirsən yol ortasına kimi uzanan piştaxtalarda nəyəsə baxasan, yoxsa maşına yol verəsən. Vay o günə, bir az fikrin qarışa, bir də görürsən hansısa maşın sənə sürtünüb keçdi.
Bu yoldan maşınla keçmək məcburiyyətində qalan vətəndaşlar isə problemi sürücülərdə yox, ticarət obyektlərində görürlər. Vətəndaşlar deyir ki, yolun sağında və solunda tikilən obyektlər yolun ortasına kimi çıxırsa sürücünün burda nə günahı var?
Sahibkar isə ticarət köşklərində qanunu ticarət etdiklərini bildirirlər. Onlar deyirlər ki, köşklərdən bir metr yetmiş santimetr qabağa çıxmağa üçün icazələri var.
Yaxşı siz vurmadınız, biz yıxılmadıq. Bəs sürücüdə günah yoxdursa, sahibkarın da obyektini yolun ortasına çıxarmaq icazəsi varsa, alıcının da qanadı yoxdursa bu bazara gələn vətəndaşlar necə bazarlıq etsin? Bu ərazidə hərəkəti kim, necə tənzimləyir? Elə bu sonuncu sualla DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimova müraciət etdik. O bildirdi ki, bazar ərazisində avtomobillərin hərəkəti bir istiqamət üzrə nəzərdə tutulub:
Məsələnin vətəndaşları narahat edən digər tərəfi ilə bağlı Zaqatala Bazar ASC-nin rəhbərliyi ilə əlaqə saxladıq. Qurumdan şifahi olaraq bildirildi ki, yolun sol hissəsi 2005-ci ildə Zaqatala şəhər bələdiyyəsindən uzunmüddətli icarəyə götürülüb. Ərazidə ticarət köşkləri tikildikdən sonra sahibkarlara alış-veriş etmək üçün müqavilə əsasında icarəyə verilib. Lakin bəzi sahibkarlar qaydanı pozaraq təyin olunan yerdən yola çıxırlar, bu da avtomobil və əhalinin yolda hərəkətinə çətinlik yaradır. Vaxtaşırı bazar rəhbərliyi tərəfindən həmin sahibkarlara xəbərdarlıqlar edilir və təyin edilmiş yerdə alış-veriş etmələri tövsiyə olunur.
Görünən budur ki, bazara alış-verişə gələn alıcılar verilən tövsiyə, məsləhətlərlə ovunmalı, bazar yolunda var-gəl edən avtomobillərə uzun müddət yol verməli olacaqlar.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 69   
Далее
Zaqatala Avarlar - Bu insanlar kimdir ?
18:48
Просмотров 43 тыс.
# funny#daily#vlog#family#prank
00:12
Просмотров 6 млн
Zaqatalada 4 xalqın nümayəndəsi bir ailədir
4:25
Beş əlamət kimdə varsa Allah onu sevir deməkdir!!!
29:50
15 ildir kuçə itlərinə sahib çıxan Ramin
19:40
Просмотров 41 тыс.
Zaqatalada görənləri heyrətləndirən hadisə
1:58
Russia advances near Kursk
13:25
Просмотров 895 тыс.