Тёмный
No video :(

Cəbrayil Dövlətzadənin anası: “Elə bilirəm gələcək” - REPORTAJ 

APA TV
Подписаться 348 тыс.
Просмотров 16 тыс.
50% 1

Onların qəhrəmanlıq yolu eyni, ömür yolları fərqlidir. Sevgiləri, amalları bir olan Vətən savaşının qəhrəmanlarından biri 19 yaşlı Cəbrayıl Dövlətzadə kimi.
Ailədə 3 övlad olublar. Özündən yaşca böyük bacısı və kiçik qardaşı var gənc qəhrəmanımızın. Anası Məleykə xanım onları tək böyüdüb. Həm analıq, həm də atalıq edib övladlarına. Cəbrayıl ibtidai sinfi bitirdikdən sonra ailəsinin sosial durumuna görə işləməyə başlayıb.
Məleykə xanım deyir ki, Cəbrayıl dünyaya gələndə özünü dünyanın xoşbəxti hesab edib. Övladlarını arzuladığı kimi yaşatmaq üçün dayanmadan işləyib, onların təhsil alması üçün əlindən gələni edib. Amma yaşadıqları çətinliklər Cəbrayılı ali təhsil almaq arzusundan daşındırıb. Buna baxmayaraq, hələ uşaqlıqdan gözəl rəsmlər çəkib, musiqi bəstələyib, şeir yazıb, gitarada ifa etməyi öyrənib. Məktəb yoldaşları arasında birinci olub: “İki yaşından etibarən yaşıdlarından fərqlənərdi, seçilərdi. Sizə desəm ki, o heç ağlamayıb, düşünün, necə uşaq olub. İki yaşı olanda ona kiçik toy etdik. Qara corabı geyinərdi, ona da kişi corabı deyərdi. Hələ uşaqlıqdan rəngli geyimləri sevməzdi. Böyüdükcə tərzini dəyişdi. Hər şeyə gülməzdi ta uşaqlıqdan, qaraqabaq idi mənim balam. Hələ bir dəfə məhəllədə dava etməyib”.
“O, qədər xoşxasiyyət, istiqanlı uşaq idi, hər iki övladımdan fərqli idi Cəbrayıl” - deyir Məleykə xanım: “Onunla nəfəs alırdım mən. 9 yaşında atası ilə ayrıldıq biz. Ayrıldıqdan sonra ailənin yükü mənim çiyinlərimə düşdü. Atasının bizə nə maddi, nə də mənəvi dəstəyi olmadı. Cəbrayıl 12-13 yaşlarından mənimlə birlikdə işləməyə başladı. 13 yaşlı uşaq ofisiant işləyirdi, evə gecə saat 1-2 radələrində gələrdi”.
Anasının əziyyətinə şərik olan balaca Cəbrayıl demək olar ki, uşaqlıq yaşamayıb. Uşaq yaşlarından bacısının, qardaşının qayğısını çəkib. Anası deyir elə Cəbrayıl başladığı işi yarımçıq qoymazdı: “Hər zaman yanımda olub. 8-ci sinifdə velosipeddən yıxılıb qolunu sındırmışdı. Qolu o qədər ağır sınmışdı ki, arxaya dönmüşdü. Mən həyəcanımdan ağladım, o, məni sakitləşdirdi, dedi, ana, ağlama. Həkimə apardıq, ağrıkəsici vurub qolunu salmaq istədi, dedi, mənə iynə vurmadan nə edirsiniz edin”.
Məleykə xanımın sözlərinə görə, ailədə kiminsə səhvi olanda Cəbrayılın sanki baxışları danışardı, bir baxışı ilə münasibəti ifadə edərdi. Etdiyi yaxşılığı heç vaxt dilinə gətirməzmiş, kiçik ömrünə sığmayan mənəvi ağrılarını belə sakit yaşayarmış. Ailəyə bağlı olan 19 yaşlı qəhrəman anası ilə sirdaş olub, hətta kiçik yaşlarında ilk sevgisini də anası ilə bölüşüb. Anası xaraktercə çox qısqanc olan Cəbrayıldan əsgərliyə gedəndə “istədiyin qız varmı?” deyə soruşub. Cavabı belə olub: “Ümid verib getməyin adı yoxdur, qayıdım, sonra”.
Hərbi xidmətini Goranboyda, Ballıqayada çəkib. Hərbi xidmətdən qayıtdıqdan sonra Xüsusi Təyinatlılara seçilib. Ailəsinə bu xəbəri sevinə-sevinə verib, baxmayaraq ki, anası bunu istəməyib. Elə hey deyərmiş ki, bura kişilik məktəbidir. Orda da xidməti dövründə adı şərəf lövhəsində olub. Vətən savaşına qatılanda belə ailəsinə deməyib. Öz arzusu ilə savaşa yollanıb. Ailəsi bunu sonradan öyrənib. Məleykə xanım deyir ki, qorxu hissi Cəbrayıla yad olub: “Dedilər, müharibə başlayıb. Cəbrayılın təlimdə olduğunu bilirdim. Zəng etdim, dedilər, təlimdədirlər. Amma son vaxtlar elə hey qorxurdum. Elə həmin gün düşündüm ki, bəlkə də Murovdağdadır. Ürəyim sakit deyildi, bilirdim ki, nə isə olub. Sentyabrın 28-də zəng gəldi. Dedilər, Cəbrayılın anası sizsiz. Dedim, oğlum əsgərlikdədir axı. Dedilər bilirik. Onda titrədim. Dedilər, Cəbrayılı gətirirlər. Dedilər, yaralıdır. Hələ də inanmıram, elə bilirəm gələcək”.
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
#apatv #apaxeber #apacanli

Опубликовано:

 

5 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 56   
@Qlamurkaa
@Qlamurkaa 3 года назад
Allah rəhmət eləsin Şəhidimizə
@ilhamaliev-gatil5951
@ilhamaliev-gatil5951 3 года назад
Cenet sizin kimi analarin ayaginin altinda ,🌺🌺🌺🌺☝️🙌🌺🌺🌺😢😢😢hakini halal edin shehidlerimiz,,😢😢😢🇦🇿❤️
@nikiimamedova266
@nikiimamedova266 3 года назад
Caaan,Cebrayilin yeri cennetdi inshAllah,Allah sebr versin🙏🏻
@ulkersalehli1558
@ulkersalehli1558 3 года назад
QEHRAMAN ŞEHİDİM RUHUN ŞAD OLSUN💔
@sahibealiyeva9228
@sahibealiyeva9228 3 года назад
Dastana dönmüş Nurüzlü Şəhidlərim!Məkanınız cənnət olsun.Amin
@sudedeniz2350
@sudedeniz2350 3 года назад
Hamısını üzündən mərdliy yagir 🇦🇿
@user-dr4tb9wf2y
@user-dr4tb9wf2y 3 года назад
Geyretli üreyine biz Analar gurban🙏❤🙌😔 nur içinde yat Bala Kişi igid esker, gaygıkeş ogul🙏🙏🙏🙏❤
@namiqbaxsiyev9393
@namiqbaxsiyev9393 2 года назад
Ohhhh dunyaaa dunyaa ureyim parcalandi Allahimmm, Allah butun Wehidlerimize rehmet elesin ruhlari qarwisinda baw eyirem 🇦🇿
@Angel-oi4id
@Angel-oi4id 3 года назад
Sanki Tanrı özüçün yaradıbmış. Özünədə apardı bu üzündən nurlar yağan qardaşımızı.
@qarabag3123
@qarabag3123 3 года назад
Allah wehidimize rehnet elesin nur icinde yatsinlar
@faxritruxida4869
@faxritruxida4869 3 года назад
Allah butun wehidlerimize rehmet elesin
@leylal6931
@leylal6931 3 года назад
Allah rexmet elesin
@yasin.hidayetov
@yasin.hidayetov 11 месяцев назад
Mekani Cennet Olsun😢😢😢 ❤
@hicranqaybova1566
@hicranqaybova1566 3 года назад
Can can gör necə oğulları apardı torpağa Allah size hemet eləsin sehidler
@fidanadigozelli9828
@fidanadigozelli9828 3 года назад
Inşallah qayidacaq🤲
@user-dr4tb9wf2y
@user-dr4tb9wf2y 3 года назад
Can CAN CAN BALA❤😔
@elnurenecefova7592
@elnurenecefova7592 3 года назад
Allah rehmet elesin!
@sevgisiz8306
@sevgisiz8306 3 года назад
Cebi gelecey inşallah inanıram Vallah..
@narminmailova9699
@narminmailova9699 3 года назад
İnşAllah
@Magiran79
@Magiran79 2 года назад
Uyuduğun torpağa qurban olum, şəhid qardaşım.. 🇦🇿😔❤️
@xadicasoltanova
@xadicasoltanova 3 года назад
Mende inanam gelecem amma gelmir ,amma donecek🥺🤲
@asif.8841
@asif.8841 3 года назад
😔
@numunaazizova331
@numunaazizova331 Год назад
CANNN AY BALA, YARAWIGLI BALA BOYUNA GURBAN OLUM 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@ElmirNuraxmedov
@ElmirNuraxmedov 2 месяца назад
ALLAH rəhmət eləsin
@xatirex7437
@xatirex7437 2 года назад
Allah rəhmət etsin 🙏
@arzutalbl7360
@arzutalbl7360 Год назад
Allah rəhmət etsin🤲🏻😔
@telebek235
@telebek235 3 года назад
Cox yarawixli oglan imiw heyif allah ailesine sebr versin mezarinda nur icinde yat fexrimiz
@abdulvasi7468
@abdulvasi7468 2 года назад
Anam sizderi var olasiz Bize Bele qeyretli oğlar Dunyaya getirmisiz qarşinizda baš eyirik.
@dhnsjshjsdhhdhsjsjd5630
@dhnsjshjsdhhdhsjsjd5630 2 года назад
Allah rehmet etsin. Yashi az , qelbi beywk olan shehidimiz.
@vasifhesenov9072
@vasifhesenov9072 3 года назад
Caaaan ana allah şəhidimizə rəhmət eləsin imza şəhid oğlu 😭
@kontakthome4548
@kontakthome4548 3 года назад
Can😥😥
@efsanenezerova8740
@efsanenezerova8740 3 года назад
😭😭😭😭can can üreyim parçalandı
@asif.8841
@asif.8841 3 года назад
😢😭
@lizizov5648
@lizizov5648 2 года назад
CAN ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN MƏKANLARI CƏNNƏT OLSUN AMİN İNŞALLAH 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nazilmmmdli9762
@nazilmmmdli9762 3 года назад
Allah rəhmət eyləsin şəhidim.Bizıər Sizləri unutmarıq...
@user-tr4xl9uk4w
@user-tr4xl9uk4w 3 года назад
ALLAH REHMET ETSIN❤🙏🏻
@eliyevumid4361
@eliyevumid4361 3 года назад
💛💛💛💛
@eliyevumid4361
@eliyevumid4361 3 года назад
Allarehmetelesin😭😭😭😭😭
@valehimanyev4935
@valehimanyev4935 3 года назад
💔😢😥
@sahibealiyeva9228
@sahibealiyeva9228 3 года назад
Can...Can...Can...
@user-rl9xp2gu7v
@user-rl9xp2gu7v 2 года назад
Canublluar saniylla faxar ediyr gahraman
@iyevaanya4606
@iyevaanya4606 2 года назад
Mene dehsetli gelen odur ki , sehidimizin atasi indi ne dusunur ? Onun esgerliye gedende cagrisina gelmeyib 😔 gozel ana siz hec vaxt cekinmeyin , mende ev temizliyi merasimlerde qab yumaqla ovladlarimi boyutmusem , esas odur ki , halal zehmetimizi qazanlb ovladlarimi boyutmusuk
@təranə08
@təranə08 3 года назад
ureyim param parca oldu
@samirm146
@samirm146 3 года назад
Sani boşayan kişini yerə soxum. Allah şəhərimizə rəhmət eləsin atasız böyüyüb ancaq əsil kişi kimi böyüyüb.
@user-rl9xp2gu7v
@user-rl9xp2gu7v 2 года назад
الله رحمت السین انا allah rahmat ellasun آنا gaharmanar olmaz hec zaman
@azerbaijan9221
@azerbaijan9221 2 года назад
💔😔🥀
@mercanhesenov8230
@mercanhesenov8230 2 года назад
😢😢😢😢😢😢😢💔💔💔💔💔💔
@aydanibrahimlii
@aydanibrahimlii Год назад
Canım ay Cəbrayıl sənin yoxluğun yandırdı məni😞🤍
@qarabagbalas3960
@qarabagbalas3960 3 года назад
🥀😢😢😢😥😭
@user-tr4xl9uk4w
@user-tr4xl9uk4w 3 года назад
🙏🏻
@anarmemmedov9087
@anarmemmedov9087 3 года назад
Mili qehraman adı verilməlidi
@user-ny4fq1qc7q
@user-ny4fq1qc7q 3 года назад
Верилиб.
@user-rx2bg8mi2p
@user-rx2bg8mi2p 2 года назад
Дизлайк гоян бармагув готвя гирси
@orxanaslanov4890
@orxanaslanov4890 3 года назад
Allah rəhmət eləsin
@rovsenimamquliyev7394
@rovsenimamquliyev7394 2 года назад
😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔
Далее
3d printed demon core vs real
00:24
Просмотров 6 млн
A Minecraft Movie | Teaser
01:20
Просмотров 20 млн
Erməni generallarını məhv edən Cəbrayıl
2:39
Просмотров 90 тыс.