Тёмный
No video :(

Cəfər Cabbarlı "Ana" tam versiya. Səs Xalq artisti Eldost Bayram. 

Zəkəriyyə Qurbanov
Подписаться 1,3 тыс.
Просмотров 34 тыс.
50% 1

Səs: Eldost Bayram.
Səs rejissoru: Tofiq Balayev
Mantaj və aranjeman: Elnur Sadiq
Foto və video mantaj: Əli Ələkbərov
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşətü-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Опубликовано:

 

20 сен 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 73   
@afaqibisova9639
@afaqibisova9639 3 года назад
Dünyanın ən gözəl ana şeiri❤👍🤲
@turanturku961
@turanturku961 Год назад
Cəfər bir möcüzə olub. 35 il ömür yaşamış dahinin sən zəkasına bax ilahi…Bu nə sözlərdir düzmüsən ipə ey böyük insan?! Ananı kim sənin kimi tərənnüm edə bilər görəsən? Ruhun qarşısında baş əyirəm böyük şair…. Eldost Bayram qirayəti öz yerində. Cahangir Cahangirov musiqisi və Ramiz Quliyevin tara verdiyi zülm!!! Möhtəşəm!!!
@elshadmustajabov3836
@elshadmustajabov3836 2 месяца назад
Cox sağolun ,Eldost Müəllim .Ölənlərə Allah rəhmət,qalanlara can sağlığı arzulayıram❤❤❤❤
@fizuliehmedov6001
@fizuliehmedov6001 3 года назад
Azərbaycan! Ey möcüzələr yurdu. Nə əfsanələr gəldi getdi Səndən. Heyif. Çox heyif Belə şer yazan insan ölə bilərmi?
@xaliq2926
@xaliq2926 2 года назад
Cəfər Allah daima ruhunu şad etsin
@musfiqebaxsiyeva
@musfiqebaxsiyeva 4 года назад
Ne gozel ses, ne gozel benzersiz sozler
@xzin4591
@xzin4591 3 года назад
Bu şeiri Nurəddin Mehdixanlı da çox gözəl qiraət edib.
@xaliq2926
@xaliq2926 2 года назад
Bəli insanı yawadir
@samamaquliyeva9980
@samamaquliyeva9980 3 года назад
Cənnət bu dünyadadi yazıqlar olsun ki bəzi evladlar görə bilmədi o cənnəti ANA
@lalamammadova9604
@lalamammadova9604 2 года назад
En gozel ana seiri en gozel söyleyen Eldost bayramdir
@raisaquliyeva316
@raisaquliyeva316 2 года назад
Azərbaycanın dahi sənətkarıCƏFƏRİMİZİ ALLAH RƏHMƏT ELƏSİN
@pervizmemmedli6055
@pervizmemmedli6055 3 года назад
Böyük Cəfərin ölməz Ruhuna baş əyir,əziz Eldost Bəyi bağrıma basıram!
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 3 года назад
Minnətdarıq
@xaliq2926
@xaliq2926 2 года назад
Çox saq olun
@xaliq2926
@xaliq2926 2 года назад
Gözəl sözlər üçün məndə sizə təşəkkür edirəm Pərviz bəy fəxr edirəm Cəfər Cabbarlı ilə qanım canim varlığım sonsuz mehebbetim
@heybetkulumustafayev4872
@heybetkulumustafayev4872 3 года назад
Dahi Cefer Cabbarlı...Allah seni rehmet eylesin mekanın cennet olsun.
@xaliq2926
@xaliq2926 2 года назад
Amin
@nazlicavadov5070
@nazlicavadov5070 5 месяцев назад
Birde qelermi bu dunyaya bu qozel sairler Allax o biri dunyani versin yerlim Cefer beq amin
@vatankasimova7140
@vatankasimova7140 2 месяца назад
Allah rahmet eylesin mekanı cennet olsun insallah 😢😢😢Ana😢😢
@elmddinmmmdov4658
@elmddinmmmdov4658 3 года назад
Sozun bitdiyi yer Boyuk sair Cefer Cabbarli ve Eldost Bayramov bu se'r meni sizin kimi dahi insanlarin qarsisinda baş eymeye mecbur etdi.Esl peşekarliq budur.
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 3 года назад
Minnətdarıq
@xaliq2926
@xaliq2926 2 года назад
Mən də gözəl sözləriniz üçün sizə təşəkkür edirim
@xaliq2926
@xaliq2926 2 года назад
Məndə sizə öz minnətdarlığımı bildirir başiniz ucalardan lolsun var olun gözəl sözlere gore
@user-me1sc8zv7j
@user-me1sc8zv7j 5 месяцев назад
Страна поэтов и мыслителей
@user-jy7yn2tp2e
@user-jy7yn2tp2e 10 месяцев назад
çox gözəl
@xzin4591
@xzin4591 3 года назад
Şeir nə qədər möhtəşəmdirsə,qiraət də o qədər möhtəşəmdir.
@xaliq2926
@xaliq2926 2 года назад
Beli
@xaliq2926
@xaliq2926 2 года назад
Cənnət ətirli wer
@sedanuriyeva8123
@sedanuriyeva8123 3 года назад
АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН МЕКАНЫН ЧЕННЕТ ОЛСУН ЧЕФЕР ЧАББАРЛЫЙА БОЙУК ДРАМАТУРГ
@dr.s.t2759
@dr.s.t2759 Год назад
Böyük Cəfər Cabbarlı, Böyük Cahangir Cahangirov, Ölümsüzləşən Dahilər, Təşəkkürlər Eldost Bayram, Qalib Tağızadə, Bakı, ş,
@ilahhmdova1131
@ilahhmdova1131 7 месяцев назад
Bu şeri Eldost müəllim necə ürəklə gözəl deyib.Ölməz Cəfər Cabbarlı ruhu şad olsun.Eldost müəllimə can sağlığı arzu edirik
@user-hg9gp6us7g
@user-hg9gp6us7g Год назад
Təkrarsız bir səsin avazın usdadı. Çox hörmətli, sənətinə və şəxsiyyətinə sonsuz hörmətim olan Eldos müəllim. Var olasınız. Allah sizə uzun ömür versin. Siz bu gözəl sənətin bir canlı ensklopediyasısınız. Sizin o sehirli səsiniz adamı başqa bir aləmə aparır. Sağolun...
@user-nt1dc1wp7r
@user-nt1dc1wp7r 2 года назад
Anaya aid yazılmış ən möhtəşəm şeir !
@xalidasamedova6402
@xalidasamedova6402 3 года назад
Çox sevdiyim və məktəb illərindən bu günə qədər söylədiyim şeir! Eldost bəy, sizin möhtəşəm, ruhumuzu dincədən səsinizə, ürəyinizə sağlıq!
@user-hb5df8kl6c
@user-hb5df8kl6c 11 месяцев назад
Saq olsun yene daqllbalasl
@TP-jy1th
@TP-jy1th 2 года назад
Qızıl əsər , qızıl səs!
@isamusayev5698
@isamusayev5698 2 года назад
Məkanın cənnət ustad
@aliyevc.2167
@aliyevc.2167 10 месяцев назад
Məzmunlu, ibrətamiz fikirlərlə zəngin gözəl poeziya nümunəsinin peşəkar, hörmətli natiqin şəxsində möhtəşəm ifası!
@user-dl3so9km7k
@user-dl3so9km7k 6 месяцев назад
Ana..😢
@nubaryunususova2416
@nubaryunususova2416 6 месяцев назад
35 il omrun zirvesi❤❤
@naziramursalova2646
@naziramursalova2646 3 года назад
Eldost Bayram, dayanmadan qulaq asaram!
@xaliq2926
@xaliq2926 2 года назад
Mən de
@gunkagunka5144
@gunkagunka5144 3 года назад
Gozel sesine qubran menim Eldost emim
@xaliq2926
@xaliq2926 2 года назад
Sənin əmindir onun haqqında mənə məlumat ver xahiş edirem
@princessblog6956
@princessblog6956 Год назад
💞💞💞
@yusifziya1043
@yusifziya1043 Год назад
@sttarqaragacl4845
@sttarqaragacl4845 2 года назад
Əhsən, Eldost müəllim! Ən gözəl ifa üçün alqış!
@maisekazimova2539
@maisekazimova2539 3 года назад
Həyat özü bir ayrıliq, kədər,bir qəm, Nə çarpır orda gəzə,həpsi bir yığın matəm, Bu göz yaşında boğulmaqsa taleyi-aləm, Mənim də göz yaşı, hicran məzarım olsun qoy! Bəşər həyata tapınmış, o,bir yığın torpaq, Vücudu, varlığı yüz min bəlayə bir oynaq, Bu gün varıq da, yarın, kim bilir, nələr olacaq ? Fəqət bu bir neçə söz yadigarim olsun qoy ! C.CABBARLI .
@MtantSalahova
@MtantSalahova 4 месяца назад
Hansı seiridir bu böyük Cəfərin? Zəhmət olmasa yazardınız
@maisekazimova2539
@maisekazimova2539 4 месяца назад
@@MtantSalahova Şerin son sətirlərini ifadə edən ,, Olsun qoy '' . Cabbarlı poeziya başdan - başa sehrli romantikadır , ən çox sevdiyim şair , yazıçı - dramaturq , bütün əsərlərinin vurğunuyam , çox - çox təşəkkürlər !
@eliturk6359
@eliturk6359 3 месяца назад
Ağzınıza, səsinizə, ürəyinizə sağlıq olsun ❤
@umudufuq6362
@umudufuq6362 3 года назад
Möhtesem ,alqis sonsuz alqis bele gözel kelmelere .
@elnarebedelova831
@elnarebedelova831 4 года назад
Çox gözəl
@caliskaneller5270
@caliskaneller5270 3 года назад
Selamlar nasılsınız emeğinize sağlık yeni komşuyum sizide yarın beklirim çok güzel bir paylaşım olmuş 🎁🔔💝👈
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 3 года назад
Çox teşekkür ederim
@nubaryunususova2416
@nubaryunususova2416 6 месяцев назад
❤❤❤
@ilqaraliyev4684
@ilqaraliyev4684 4 года назад
Шукурлер олсун бу Джефер Бизимкидир.
@xaliq2926
@xaliq2926 2 года назад
Bəli bizim ceferimiz
@limmmdov3872
@limmmdov3872 3 года назад
👍
@xaliq2926
@xaliq2926 2 года назад
Mənim oğlumun adı Cəfər soyadida cabbarlidir və fəxr edirəm ki Allah buadi mənə qismət edib
@anarmirahov5436
@anarmirahov5436 6 месяцев назад
Nə qədər təb gəlsədə mənə yazmaram tək bir misra Cəfər dən sonra.
@user-cv3ug5ug4c
@user-cv3ug5ug4c 2 года назад
Eski Türk- Osmanlı dilində....
@efqanesgerzade3957
@efqanesgerzade3957 Год назад
Əski Osmanlı türkcəsi elə Azərbaycan dilidir.
@ruqeyyeeminova5106
@ruqeyyeeminova5106 2 года назад
Salam bu şeirin arxa fonda oxunan musiqisinin adı nədir?
@ruqeyyeeminova5106
@ruqeyyeeminova5106 2 года назад
Çox xaiş cavablandırın
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 2 года назад
Salam. Möhlət Müslümov. Ana.
@raisaquliyeva316
@raisaquliyeva316 2 года назад
Rəhmətlik Rəşid Behbudov bu Ana mahnısını gözəl ifa edərdi, tarda da onu müxtəlif sənətkar tarizanlar müşayət edərdilər. Allah dünyalarını dəyişən cəmiən sənətkarlarımıza rəhmət eləsin
@kenansirinov2153
@kenansirinov2153 3 года назад
Soz acizdi,,,,,,
@efqanesgerzade3957
@efqanesgerzade3957 3 года назад
Bu tam versiya deyil.
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 3 года назад
Son nəşrdə bu cür olduğuna görə tam versiya olduğunu düşünmüşdük. Köhnə versiyanı da hazırlamağı düşünürük.
@rizvancfrov8595
@rizvancfrov8595 3 года назад
Не гозел адамын руху шад олур
@iboabdiyev8153
@iboabdiyev8153 3 года назад
Cox gozel
@sevdapanda2759
@sevdapanda2759 4 года назад
👍
Далее
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Просмотров 2,9 млн
I Built 3 SECRET Rooms In School!
33:34
Просмотров 16 млн
Cəfər Cabbarlı - "Ana" şeiri
2:50
Просмотров 19 тыс.
Özümüzdən danışaq - Səsin sehri | 28.01.2024
19:49
ÖMƏR XƏYYAM HİKMƏTLİ SÖZLƏR
3:44
Просмотров 31 тыс.
Cəfər Cabbarlı: Azad bir ruh | FİLM
34:58
Просмотров 4 тыс.
Qaytar ana borcunu - Eli Kerim (Ağalar Bayramov)
2:57
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Просмотров 2,9 млн