Тёмный

Cəfər Cabbarlı - Ey dan ulduzu 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 175
50% 1

Şeir: Cəfər Cabbarlı - Ey dan ulduzu
Səsləndirmə: Ofeliya Sənani
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
CƏFƏR CABBARLI - EY DAN ULDUZU
Qaranlıq gecədə səni gözləyib,
Durmaqdan yоruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kоr оldum, ey dan ulduzu!
Öksüz taleyimtək gecikdin nədən?
Karvanqıran dоğdu, görünmədin sən,
Оxşatdım, yanıldım, könül verdim mən
Bilmədən vuruldum, ey dan ulduzu!
Arxasınca qоşdum sоnsuz bir yоla,
Hər addımda tuş gəlincə bir kоla,
Qaranlıqda çоx baxındım sağ-sоla,
Hər yana buruldum, ey dan ulduzu!
Büsbütün yоrulub gücdən düşərkən,
Bir ulduz parladı uzaq üfüqdən.
Bu görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey dan ulduzu!
Ofeliya Sənani:
“Hələ orta məktəbin dördüncü sinfində oxuyarkən diktor olmaq həvəsi ilə alışıb-yanırdım. O zaman evimizdə köhnə bir radioqəbuledici vardı, orda verilişlərə qulaq asıb, özümü onlara bənzətmək istəyirdim. Eyni zamanda da, ingilis dili müəllimi olmaq arzusundaydım. Çünki ingilis dilini mükəmməl bilirdim. 10-cu sinifdə oxuyanda eşitdim ki, radio üçün diktorluq müsabiqəsi elan olunub. Özümü sınamaq istədim. Amma televiziyada məni görən kimi dedilər ki, sən hələ məktəblisən, pioner şeypuru çalan vaxtındır. Onları məcbur etdim ki, səsimi dinləsinlər. Şeir söylədim, xəbər oxudum, bir dəfə də olsun çaşmadım. Televiziyanın o vaxtki sədri Teymur Elçin mənə dedi ki, qızım, gözəl diksiyan var, amma diplomsuz səni işə götürə bilmərik. Onlara söz verdim ki, mütləq ali məktəbə qəbul olunacam. Təbii ki, planımı, niyyətimi də öyrənmək istədilər. Ancaq eşidəndə ki, Xarici Dillər İnstitutuna qəbul olunmaq istəyirəm, etiraz etdilər. Dedilər ki, ingilis dili müəllimi olsam, tələffüzümdə bu, hiss olunacaq. Şərt kəsdilər ki, ya Teatr İnstitutuna, ya da Universitetin Filologiya fakültəsinə qəbul olunmalıyam. Yoxsa diktor kimi işə götürməyəcəklər. Atam mühafizəkar adam idi, Teatr İnstitutuna qəbul olunmağıma razılıq verməzdi. Məcbur olub Filologiya fakültəsini seçdim. Sonradan radioda işə düzəldim. Düz 16 il radionun diktoru oldum.
Əslində, televiziyaya keçmək istəmirdim. Amma televiziyanın rəhbərliyi mənə deyirdi ki, nə vaxta qədər qaranlıqda oturacaqsan, gəl çıx efirə. Televiziyaya yenicə təyin olunan Qurban Yusifzadənin dəvəti ilə Rafiq Hüseynovla bir vaxtda radiodan televiziyaya keçdik.
O vaxt verilişlərdə mətni əzbərləmək mütləq idi. Amma diktorluq fəaliyyətimin son illərində zehnim korşalmışdı, həvəssiz idim. Buna görə bəzən hətta verilişə çıxmaqdan imtina edirdim.
Televiziya üçün çox darıxmışam. Hətta dəvət də edirlər, amma imtina edirəm. Çünki artıq yaş o yaş deyil. Əvvəlki şux yeriş, qamət, o gözəllik qalmayıb. İstəyirəm yaddaşlarda əvvəlki gənc, gözəl Ofeliya kimi qalım”.
#cəfərcabbarlı #eydanulduzu #ofeliyasənani #cefercabbarli #ofeliyasenani #şeir #şair #poeziya #ədəbiyyat #diktor #musiqi #kitab #yazar #yazıçı #şairlər #şeirlər #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Məmmədbağır Bağırzadə -  Ey Dan Ulduzu
6:44
Просмотров 7 тыс.
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 243 тыс.
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Просмотров 440 тыс.
Xəyanət (2-ci mövsüm 202-ci Seriya)
58:26
Просмотров 16 тыс.