Тёмный

Cəlairilər dövləti. Azərb.Tarixi 7 ci sinif 17 ci pr. Azərbaycan uğrunda mübarizə. 

Tarix Düşkünü
Подписаться 3,8 тыс.
Просмотров 4,9 тыс.
50% 1

Monqollar Azərbaycanı işğal etdikdən sonra bu ərazilərə çoxsaylı monqol və tatar tayfaları köçürüb məsgünlaşdırmışdı, hər tayfanın öz bayrağı ordusu və tayfa başçı olduğu üçün əslində mərkəzə tabe olan bu tayfalar kiçik dövlətlər kimi fəaliyət göstərirdilər, Hökümdarlar müxtəlif yollarla, bəzən qorxu və zəcalarla bəzəndə hədiyyə olaraq böyük ərazilər və imtiyazlar verərək belə böyük tayfa başçılarını öz ətrafında birləşdirirdilər, ancaq bu tayfalar mərkəzi hakimiyət möhkəm olduğu vaxtlarda dövlətə tabe olsalarda hakimiyətin zəyifləməsi ilə hər tayfa özünün dövlətini yaratmağa çalışırdı.. Hükakü xanın ön Asiyaya səfəri zamanı gələn və Azərbaycan torpaqlarında məsgünlaşan Cəlairilər tayfası da belə böyük və nüfüzlu tayfalardan biri idi.. mərkəzi hakimiyətin zəyifləməsi ilə Elxanilər dövlətinin hakimiyətini ələ keçirməyə çalışsalarda cəlairilər digər böyük tayfa olan çobanilərə məğlub olmuşdular. Elxanilər dövləti çobanilər tayfasından dövlətin vəziri olan
Əmir çoban tərəfindən idarə olunmağa başlanmışdı.. belə bir şəraitdə cəlairilər tayfasının başçısı şeyx həsən calairi 1340 ci ildə bağdat şəhərində öz dövlətini yaratdığını elan etdi.
Çingiz xanın soyundan olmayan çobanilər sülaləsinin Elxanilər dövlətində hökümdarlığı hakim təbəqə tərəfindən qəbul görülmədi və məktubla Qızıl orda xanından kömək istəndi, Azərbaycanı çoxdan ələ keçirməyə çalışan Canı bəy 1357 ci ildə öz ordusu ilə,Azərbaycana gəldi və çobanilər sülaləsinin hakimiyətinə son qoydu oğlu Bərdi bəyi bura hakim təyin edib öz ölkəsinə geri döndü. 2 il kimi qısa müddət sonra Atası Canı bəyin ölüm xəbərini eşidən bərdi bəy Qızıl ordaya qayıtmalı oldu..
Bu siyasi hadisələrdən fürsətlə istifadə edən Calairilər sülaləsinin hökümdarı Şeyz üveys 1359 cü ildə Azərbaycanı işğal etdi. Təbrizi paytaxt seçərək öz sarayını bura köçürdü.. şeyx Üveys Azərbaycanın şimal torpaqlarını və şirvanı da tutaraq mərkəzi hakimiyəti möhməkləndirməyi bacardı lakin
Qısa müddətli sabitlik şeyx üveysin ölümü ilə pozulmağa başladı feodalların öz başınalığı mərkəzi hakimiyəti zəyiflədirdi. Belə bir vaxtda hakimiyətə gələn cəlairi Sultan Əhmət feodallarla mübarizə apara bilsədə bu səfər daha böyük təhlükə ilə üzləşməli oldu..
Mərkəzi asiyada Əmir Teymurun başçılığı ilə yeni və güclü dövlət yaranmışdı, sürətlə ərazilərini genişləndirən əmir Teymur 1385 ci ildə öz qoşunu ilə Azərbaycana daxil oldu, ölkəni talan edən Əmir Teymur burada çox qala bilmədi və Səmərqəndə geri qayıtdı bu vaxt, cəlairi hökümdarı sultan Əhməd Bağdada qaçmışdı, belə bir şəraiti əldən buraxmaq istəməyən qızıl orda xanı Toxtamış xan Azərbaycana hücüm etdi Təbriz və digər əraziləri ələ keçirib çoxlu qənimətlə öz ölkəsinə geri döndü. Sultan əhməd ölkəni idarə etməkdə aciz idi qırğınların və talanların höküm sürdüyü
Azərbaycan torpaqları qızıl orda xanı ilə əmir teymurun mübarizə meydanına çevrilmişdi
Beləki 1386 cı ildə əmir Teymur yenədə Azərbayaca hücuma başladı. 3 illik yürüş adını almış bu işğal zamanı təbriz işğal edildi teymuri qoşunları naxçıvana qədər irəlilədilər.
Azərbaycan torpaqları əmir teymurun oğlu Miranşahın idarəçiliyində teymuri imperiyasına birləşdirildi.. Ancaq Əmir teymur səmərqəndə qayıtdıqdan qısa müddət sonra başda cəlairilər olmaqla xalq qiyama başladı.. Miranşah xalqı zəbt etməkdə çətinlik çəkirdi bu səbəblə əmir Teymur 1392 ci ildə yenidən Azərbaycana gəldi üsyan basdırıldı cəlairilər o dövrün ən möhkəm qalası hesab edilən əlincə qalasına sığındılar 14 il muhasirədə qalan qala nəhayət 1400 cü ildə ələ keçirildi... fəth edilməsi jmkansız hesab edilən qalanın süqutunun əsas səbəbi qaladakılar arasında birliyin olmaması idi.. qalanın süqutu ilə Azərbaycanın sonuncu istehkamı da Teymurilərin əlinə keçmiş oldu.. ancaq çox keçmədən 1405 ci əmir teymurun ölüm xəbəri Azərbaycanı ələ keçirmək uğrunda mübarizənin yenidən başlamasına səbəb oldu..

Опубликовано:

 

10 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 20   
@Alyvvv7
@Alyvvv7 Год назад
Uzun müddət sonra gələn video. Ara vermə qardaş.
@EhmedMehtiyev
@EhmedMehtiyev 4 месяца назад
Suppper
@emin487
@emin487 17 дней назад
Her zaman Guclü devlet olmamız lazımdır
@sevincmusayeva2964
@sevincmusayeva2964 4 месяца назад
Ela
@nazanmemedova
@nazanmemedova 4 месяца назад
@zaurfeteliyev-cy7vr
@zaurfeteliyev-cy7vr Месяц назад
Sağ ol❤
@salammemmedov3488
@salammemmedov3488 Год назад
Əla,çox sağ olun müəllim məlumatlar üçün
@ramilisgenderov3423
@ramilisgenderov3423 Год назад
Super
@feqanhaciyev8032
@feqanhaciyev8032 Год назад
Ardı gəlsin..
@sahibqurbanli3778
@sahibqurbanli3778 7 месяцев назад
Rusların tarixə sırıdıgı monqol sözünü dəyişmək vaxtı çoxdan çatıb-mogollar (indiki Qazaxıstanın cənubunda türk toplumu).
@historyteacher02
@historyteacher02 Год назад
1 sonra yeni video👍
@Larossaaa_____
@Larossaaa_____ 10 месяцев назад
Müəllim niye video atmirsiniz çox gözəl İzahınız var axı bizim size ehtiyacimiz var🥺❤️
@tarixduskunu6515
@tarixduskunu6515 10 месяцев назад
Sizin kimi həvəsləndirən abunəçilər olsa daha sürətli videolar hazırlamaq olar))👍
@Larossaaa_____
@Larossaaa_____ 7 месяцев назад
@@tarixduskunu6515 Qurunun oduna yaş da yanmasın,müəllim🥺sizde izah çox maraqlı alınır,Öyrənmək de asanlaşır😍
@Larossaaa_____
@Larossaaa_____ 7 месяцев назад
@@tarixduskunu6515 I dünya müharibəsinin izahını verə bilərsiniz?🙏🏻😍yaxın zamanda
@mirzakon272
@mirzakon272 6 месяцев назад
Cox saq olun sualları cavablandırsanız cox təşəkkür edərik
@Salman26583
@Salman26583 6 месяцев назад
@nikokhalil
@nikokhalil 11 месяцев назад
Ardi müellim nolar ardi gelsin artiq
@ehmediyyememmedli8381
@ehmediyyememmedli8381 6 месяцев назад
БизимЕлифбамызОлуб????.😃😃😃
@user-fy3oy1jc2v
@user-fy3oy1jc2v 6 месяцев назад
RUS DILINDƏ
Далее
Decompress small game, have time to play it!
00:35
Просмотров 3,9 млн
2.Karabağ Savaşı | 44 Günlük Savaş
14:53
Просмотров 863 тыс.
Gərginlik! Xüsusi təyinatlılarla erməni üz-üzə
35:27
Monqollar Azərbaycanda. Azərb. Tarixi 7.15
6:46
Просмотров 22 тыс.